Dərslik Azərbaycan Respublikası təhsil nazirinin



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə43/235
tarix31.12.2021
ölçüsü2,11 Mb.
#82353
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   235
A.S.A-UROV-marketinq..

«Reklam  haqqında»
  qanununda  rek-
lama aşağıdakı kimi tərif verilmişdir:  «Reklam – fiziki və hüquqi şəxslər, 
əmtəə,  ideya  və  yeniliklər  haqqında  maraq  formalaşdırmaq  və  ya  bu 
marağı saxlamaq, əmtəə, ideya və yeniliklərin realizə olunmasına kömək 
göstərmək  məqsədi  güdən  informasiya  xidmət  sahəsidir».  Bu  qanun 
Azərbaycanda  reklam  fəaliyyətinin  formalaşmasına  və  inkişafına  zəmin 
yaradır,  həyata  keçirilməsinin  hüquqi  bazasını  təmin  edir,  haqsız  reklam 
hallarının qarşısını almağa imkan verir, reklamın dövlət tənzimlənməsini 
nəzərdə tutur. 
Digər  xarici  ölkə  mütəxəssisləri  özlərinin  elmi  və  praktiki  təc-
rübəsinə əsaslanaraq reklama bir qədər başqa formada tərif verirlər. Lakin 
onların  əksəriyyəti  bir  qayda  olaraq  qeyd  edirlər  ki,  reklam  marketinq 
fəaliyyətinin vacib tərkib hissəsi kimi potensial istehlakçılara, müştərilərə 
və  işgüzar  tərəf-müqabillərinə  xüsusi  məlumatların  çatdırılmasından 
ibarətdir. 
Bir çox firmalar reklamdan istifadə edirlər ki, özləri və ya istehsal 
etdikləri  məhsullar  haqqında  məqsədli  auditoriyaya  zəruri  informasiya 
ötürsünlər  və  nəticədə  cavab  reaksiyası  əldə  etsinlər.  Cavab  reaksiyası 
olduqca  müxtəlif  ola  bilər.  Məsələn,  istehlakçılarda  firma  və  ya  məhsul 
haqqında müsbət fikir yarana bilər. Bundan başqa, istehlakçılarda reklam 
olunan məhsulu almaq fikri də formalaşa bilər. 
Reklam  fəaliyyətinin  qarşısında  bir  sıra  məqsədlər  qoyulur  və  bu 
məqsədlər  onun  yerinə  yetirdiyi  vəzifələri  və  funksiyaları  müəyyənləş-
dirir. Firmalar reklam fəaliyyətini həyata keçirməzdən əvvəl, ilk növbədə, 
onun  məqsədlərini  müəyyən  edirlər.
 
Reklamın  məqsədləri  firmanın  nə 
əldə  etmək  istəməsi  ilə  əlaqədar  olaraq  müəyyənləşdirilir.  Bu  zaman 


 
 
 
 
 
37 
firmanın  məhsullarının  bazar  mövqeyi,  onların  həyat  dövranının  hansı 
mərhələsində olması, cari bazar situasiyası təhlil edilir, araşdırılır. Ümumi 
formada aşağıdakı məqsədləri göstərmək olar: 
- firma, məhsul, onun tətbiq sahələri haqqında məqsədli auditoriya-
ya məlumat vermək və bunun sayəsində məhsula tələbat formalaşdırmaq; 
-  firmanın  məhsuluna,  markasına  bağlılıq  yaratmaq,  üstünlük  ver-
mək,  həmin  məhsulun  alınmasına    istehlakçını  inandırmaq  və  beləliklə, 
satışın həcminin artırılmasına nail olmaq; 
- məhsulun bu və ya digər parametrlərini, onun tətbiq sahələrini və s. 
istehlakçıların  yadına  salmaq  və  bununla  da  satışın  həcminin  stabilləş-
dirilməsinə nail olmaq; 
-  müəssisənin və ya məhsulun imicini yüksəltmək. 
Reklamın  məqsədlərinin  müəyyən  edilməsinin  digər  istiqaməti  də 
mövcuddur  və  bu  baxımdan  aşağıdakı  məqsədləri  də  qeyd  etmək  müm-
kündür: 
-məhsul  haqqında  istehlakçılarda  müəyyən  səviyyədə  bilik  forma-
laşdırmaq; 
- istehlakçılarda firma haqqında müəyyən təsəvvür yaratmaq; 
- konkret məhsula tələbat yaratmaq; 
-  istehlakçılarda  konkret  firmaya  müraciət  etmək  fikri  formalaş-
dırmaq; 
- məhsulun satışını stimullaşdırmaqda yardımçı olmaq; 
-  konkret  istehlakçını  firmanın  daimi    müştərisinə,  onun  məhsulu-
nun daimi alıcısına çevirmək; 
-  firma  haqqında  digər  firmalarda  etibarlı  tərəf-müqabil  obrazı 
yaratmaq və s. 
Müəssisələr  reklam  məqsədlərini  müəyyənləşdirərkən  cari  bazar 
şəraitinə xüsusi diqqət yetirirlər. Müəssisə bazarda liderlər qrupuna daxil-
dirsə və onun bazar payı aşağıdırsa, deməli, bu halda stimullaşdırıcı rek-
lamdan  istifadə  etmək  daha  məqsədəuyğundur.  Əgər  müəssisə  bazarda 
liderlər qrupuna daxil deyildirsə, lakin onun məhsulu digər oxşar məhsul-
lara  nisbətən  müəyyən  üstünlüklərə  malikdirsə,  bu  halda  reklamın  məq-
sədi  istehlakçıları  məhsulun  üstünlüklərinə  inandırmaqdan  ibarət  ol-
malıdır. 
 Praktikada,  adətən  reklam  tək  bir  məqsəd  daşımır.  Bir  qayda  ola-
raq, reklam kompaniyasında bir neçə  məqsəd birləşir. 


 
 
 
 
 
38 
 Ümumiyyətlə isə firmalar reklam məqsədlərini müəyyənləşdirərkən 
əldə edəcəkləri faydaları əsas götürürlər. 
Reklamın  qarşısında  qoyulan  məqsədlərdən  asılı  olaraq  onun 
formaları seçilir, vəzifələri müəyyənləşdirilir.   
Firmalar  reklama  aid  məsələləri  həll  etmək  və  qarşıya  qoyulan 
məqsədə  nail  olmaq  üçün  müxtəlif  vəzifələri  yerinə  yetirirlər.  Bu  zaman 
müxtəlif  üsullardan  istifadə  edilir.  Məqsədlərə  uyğun  gələn  reklam  kom-
paniyasını həyata keçirmək üçün xüsusi proqramlar, tədbirlər hazırlanır və 
həyata  keçirilir.  Bu  məqsədlə  ümumi  vəzifələr  daha  xırda  vəzifələrə 
bölünür  və  bütün  bunlar  proqramda  öz  əksini  tapır.  Xırda  və  orta 
müəssisələrdə reklam işinin həyata keçirilməsi ilə adətən marketinq  və  ya 
satış  şöbəsinin  reklam  üzrə  mütəxəssisi  məşğul  olur.  Əsasən  iri  firmalar, 
kompaniyalar reklam üzrə xüsusi şöbələr yaradırlar. Lakin belə şöbələr də 
reklam kompaniyalarının hazırlanması və həyata keçirilməsini ixtisaslaşmış 
reklam  agentlikləri  ilə  qarşılıqlı  əməkdaşlıq  şəraitində  həyata  keçirirlər. 
Ona  görə  də,  iri  firmaların  əksəriyyəti  reklam  agentliklərinə  müraciət 
etməli olurlar və bu onlara bir neçə səbəbdən daha səmərəli görünür: 
-  birincisi,  ixtisaslaşmış  reklam  agentliklərində  çalışan  mütəxəssis-
lər  daha  yüksək  professionallığa  malik  olur    və  firmanın  öz  mütəxəssis-
lərinə  nisbətən  onlar  qarşıya  qoyulan  vəzifələri  daha  yüksək  səviyyədə 
yerinə yetirirlər.  
-  ikincisi,  reklam    agentlikləri  reklam  üzrə  hər  hansı  problemi  həll 
edərkən və bu barədə firmaya təkliflər verərkən uzun illər digər firmalarla 
əldə etdikləri təcrübəyə əsaslanırlar.  
- üçüncüsü, reklam agentliklərinin kütləvi informasiya vasitələri ilə 
əməkdaşlığı daha səmərəli və ucuz olur.  
Lakin  ixtisaslaşdırılmış  reklam  agentliklərinin  xidmətindən  istifa-
dənin  müəyyən  zəif  tərəfləri  də  mövcuddur.  Belə  ki,  reklam  agentlikləri 
reklam kompaniyasının həyata keçirilməsi prosesinə, proqramda nəzərdə 
tutulan  ayrı  -  ayrı  vəzifələrin  yerinə  yetirilməsinə  tam  nəzarət  etmək, 
yaranan  münaqişələri  operativ  qaydada  həll  etmək  imkanına  malik 
olmurlar. Bütün bunlara baxmayaraq, firmalar reklam agentliklərinin təc-
rübəsindən,  bilik  və  bacarıqlarından  istifadə  etməyi  özləri  üçün  əhəmiy-
yətli  hesab  edirlər.  Çünki,  məhz  belə  əməkdaşlıq  reklam  fəaliyyətinin 
qarşısında  qoyulan  vəzifələri  yüksək  effektlə  yerinə  yetirməyə  imkan 
verir. 


 
 
 
 
 
39 
Reklam  verənlər  reklam  kompaniyasını  həyata  keçirərkən  üç 
müxtəlif  təşkilatın  xidmətindən  istifadə  edirlər  və  onlarla  qarşılıqlı 
əlaqədə  olurlar.  Belə  təşkilatlara  reklam  agentliklərini,  kütləvi  infor-
masiya  vasitələrini  və  tədqiq  firmanın  öz  mütəxəssisləri  atçı  təşkilatları 
aid  edirlər.  Reklam  fəaliyyətində  tədqiqatçı  təşkilatların  xidmətlərindən 
istifadə  edilməsi  son  dövrlərin  aktual  cəhətini  və  mütərəqqi  dəyişiklik-
lərini  əks  etdirir.  Tədqiqat  elementinin  reklam  sisteminə  daxil  edilməsi 
reklam kompaniyasının  yaradılması və həyata keçirilməsi prosesində qə-
rarların  qəbulu  zamanı  mövcud  nəzəriyyələrin,  modellərin  və  vasitələrin 
tətbiqinin səmərəliliyini yüksəltməyə imkan verir.  
Reklam kompaniyasında iştirak edən təşkilatların qarşılıqlı əlaqəsini 
şəkil 2.1-də nəzərdən keçirək ( 30 s.178): 
 
 
  
 
 
 
 
 
 
Şəkil 2.1. Reklam kompaniyasında xidmət göstərən 
təşkilatların qarşılıqlı əlaqəsi 
 
Reklam  kompaniyası  prosesində  reklamverənin  adından  adətən 
məhsul  üzrə  menecer  çıxış  edir.  Digər  iştirakçı  təşkilatların  adından  da 
müvafiq  səlahiyyətli  nümayəndələr  iştirak  edirlər.  Bu  sistemin  hər  bir 
səviyyəsində  müvafiq  professional  assosiasiyalar  təmsil  olunurlar. 
Məsələn,  ABŞ-da  Reklamverənlərin  Milli  Assosiasiyası,  Reklam  Şirkət-
lərinin Assosiasiyası, Qəzet Nəşriyyatı  Assosiasiyası, İnformasiya  yayım 
vasitələrinin  Milli  Assosiasiyası,  Jurnalların  Nəşri  Milli  Assosiasiyası, 
Birbaşa  Marketinq  Assosiasiyası,  Yerüstü  Reklam  Assosiasiyası  və  s. 
fəaliyyət göstərirlər. 
Reklam  kompaniyasının  iştirakçıları  arasında  reklam  agentliyi  xü-
susi  yer  tutur.  Əksər  reklam  kompaniyalarında  reklamverənlə  reklam 
agentlikləri  qarşılıqlı  əlaqədə  çıxış  edirlər.  Bəzi  hallarda  isə  onlar  fərdi 
qaydada,  müstəqil  formada  çıxış  edirlər.  KİV-lə  əlaqə  yaradılması  və 

Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə