Dərslik Azərbaycan Respublikası təhsil nazirinin


Reklamın mahiyyəti, məqsəd və vəzifələri



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə41/235
tarix31.12.2021
ölçüsü2,11 Mb.
#82353
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   235
A.S.A-UROV-marketinq..

2.1. Reklamın mahiyyəti, məqsəd və vəzifələri 
 
Bir çox inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bazar iqtisadiy-
yatının  inkişafı  reklam  fəaliyyəti  ilə  sıx  əlaqədardır.  Reklam  bazarın 
inkişafına təsir göstərən ən vacib alətlərdən biridir. Bütün bunlara uyğun 
olaraq reklamın marketinq mahiyyətini aydınlaşdırmaq olduqca vacibdir. 
İqtisadi  ədəbiyyatlarda  bəzən  reklama  ticarəti  hərəkətə  gətirən 
qüvvə  kimi  baxılır  və  reklama  bu  cür  yanaşma  onun,  əmtəənin  irəlilə-
dilməsində  və  ümumilikdə  kommunikasiya  sistemində  oynadığı  yüksək 
roldan irəli gəlir. Təsadüfi deyildir ki, reklam marketinqin əsas funksiya-
larından birinin - reklam və satışın həvəsləndirilməsi funksiyasının əsasını 
təşkil  edir,  məqsədli  auditoriyaya  firma  və  ya  onun  məhsulu  haqqında 
məlumat  verilməsini  təmin  etməklə,  potensial  alıcıların  malla  tanış  edil-
məsi,  onların  həmin  məhsulu  almağa  inandırılması  kimi  əsas  vəzifələri 
yerinə yetirir. Reklama sadəcə informasiya yayılması üsulu kimi baxmaq 
düzgün  olmaz.  O,  konkret  məqsədlə  –  məhsula  tələbatın  formalaşdırıl-
ması və ya firmanın imicinin yüksəldilməsi məqsədilə həyata keçirilir.  
J.J.Lambenin  qeyd  etdiyi  kimi,  firma  özünün  məhsullarını  reklam 
etməklə, faktiki olaraq marketinq kommunikasiyasının cəlbetmə strategi-
yasını tətbiq edir. Əgər ticarət heyəti məhsulların bazara irəlilədilməsinin 
tətbiqi zamanı ən yaxşı vasitədirsə, reklam da istehlakçıların məhsula cəlb 
edilməsinin ən yaxşı vasitəsidir (8 s. 908). 
Marketinqin kommunikasiya sisteminin tərkib elementi kimi reklam 
bir  çox  vəzifələri  və  funksiyaları  yerinə  yetirir.  Məhz  buna  görə  də, 
iqtisadi ədəbiyyatlarda reklamın  çox sayda  tərifi mövcuddur: 


 
 
 
 
 
36 
F.Kotler
:  -  Reklam  konkret  sponsor  tərəfindən  haqqı  ödənilməklə, 
kütləvi  informasiya  vasitələrinin  köməyilə  ideyaların,  məhsulların  və 
xidmətlərin qeyri-şəxsi irəlilədilməsi və təqdim olunmasıdır. 

Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə