Dərslik Azərbaycan Respublikası təhsil nazirinin


II MÖVZU   MARKETİNQİN KOMMUNİKASİYA



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə39/235
tarix31.12.2021
ölçüsü2,11 Mb.
#82353
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   235
A.S.A-UROV-marketinq..

II MÖVZU 
 MARKETİNQİN KOMMUNİKASİYA  
SİSTEMİNDƏ REKLAM 
 
Marketinq fəaliyyətində əmtəənin irəlilədilməsini təmin edən kom-
munikasiya  sisteminin  əsas  elementlərindən  biri  kimi  reklam  məqsədli 
auditoriyaya  zəruri  məlumatların  ötürülməsi  yolu  ilə  istehlakçılarda 
məhsula tələbat formalaşdırmaq, firmaların imicini yüksəltmək, son nəti-
cədə  məhsul  satışını  artırmağa  imkan  verir.  Firmalar  məqsədli  audito-
riyanı  məhsul,  onun  istehlak  xüsusiyyətləri  barədə  məlumatlandırmağa 
çalışır və bu məqsədlə reklam tədbirlərindən istifadə edilir.  
Reklam,  alıcılara  effektli  təsir  göstərmək  üçün  digər  sahələrin:  - 
marketinq,  psixologiya,  jurnalistika,  ədəbiyyat,  pablik  rileyşnz  və  s. 
fəaliyyət  növlərinin  təcrübəsindən  istifadə  etməklə  həyata  keçirilir. 
Reklama ümumi kommunikasiya sisteminin tərkib hissəsi kimi baxılma-
lıdır.  Kommunikasiya  sisteminin  müxtəlif  elementləri  qarşılıqlı  əlaqəyə 
malikdir və bu da onları vahid bir mexanizmə çevirir, əlaqəli şəkildə işlə-
məyə imkan verir, marketinqin əsas məqsədinə nail olmağa şərait yaradır. 
         Reklam  fəaliyyətinin  bəzi  istiqamətlərinin,  o  cümlədən  reklamın 
planlaşdırılması və həyata keçirilməsinin kommunikasiya sisteminin digər 
elementləri  ilə  əlaqələndirilməsi  əmtəənin  irəlilədilməsində,  məhsula 
tələbat formalaşdırmaqda və onun satışını stimullaşdırmaqda çox mühüm 
əhəmiyyət kəsb edir. Belə əlaqələndirmənin iki növü mövcuddur: 

Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə