Dərslik Azərbaycan Respublikası təhsil nazirinin


Alıcıların  əmtəəyə  cəlb  edilməsi  strategiyası



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə36/235
tarix31.12.2021
ölçüsü2,11 Mb.
#82353
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   235
A.S.A-UROV-marketinq..

Alıcıların  əmtəəyə  cəlb  edilməsi  strategiyası
.  Bu  strategiyanı  tətbiq 
edərkən istehsalçılar geniş reklam tədbirlərindən istifadə etməklə məhsullarına 
tələbat formalaşdırmağa, istehlakçıları məhsula cəlb etməyə səy göstərirlər. Bu 
halda  istehlakçılar  məhsulu  pərakəndə  tacirlərdən,  pərakəndə  tacirlər  topdan 
tacirlərdən, onlar isə istehsalçılardan almağa çalışırlar.  
Alıcıların  hazırlıq  səviyyəsi
,  mal  alışına  hazır  olmaları  onların 
məlumatlılıq  səviyyəsindən  çox  asılıdır.  Məlumatlılıq  səviyyəsinin  və 
məhsul  haqqında  biliyin  artırılmasında  isə  reklam  və  ictimaiyyətlə 
əlaqənin  təsiri  olduqca  böyükdür.  Mallara  üstünlük  verilməsində  və 
istehlakçıları mal alışına inandırmaqda şəxsi satış daha böyük rol oynayır. 
Qeyd  etmək  lazımdır  ki,  reklam  və  ictimaiyyətlə  əlaqə  mal  alışı  pro-
sesinin başlanğıc mərhələsində, şəxsi satış və satışın həvəsləndirilməsi isə 
mal alışının son mərhələsində daha səmərəli hesab olunur. 
F.Kotlerin qeyd etdiyi kimi, alışa hazırlığın müxtəlif mərhələlərində 
əmtəənin  irəlilədilməsi  vasitələrinin  oynadıqları  rolu  və  onlara  çəkilən 
xərclərin nisbi effektivliyini şəkil 1.6-da nəzərdən keçirək (6. s 415 ):  

Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə