Dərslik Azərbaycan Respublikası təhsil nazirinin


Satışın həcminə nisbətən faizlə hesablama metodu



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə30/235
tarix31.12.2021
ölçüsü2,11 Mb.
#82353
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   235
A.S.A-UROV-marketinq..

Satışın həcminə nisbətən faizlə hesablama metodu.
 Bu metod ən 
çox istifadə edilən metodlardan biri hesab olunur. İrəlilədilmə xərclərinin 
satışa olan nisbət göstəricisi özü-özlüyündə əsas, müəyyənedici göstərici 
kimi çıxış etmir. O, iki dəyişən həcm göstəricisinin nisbətini xarakterizə 
edir.  İrəlilədilmə  xərcləri  ilə  satışın  nisbət  göstəricisini  keçmiş  dövrün 
təcrübəsi  əsasında  müəyyənləşdirmək  daha  məqsədəuyğun  hesab  edilir. 
Əvvəlki  dövrlərdə  irəlilədilmə  xərcləri  ilə  satışın  həcmi  arasındakı  ən 
optimal  nisbət  göstəricisini  tapıb  müəyyənləşdirmək  lazım  gəlir.  Satışa 
təsir  edən  daxili  və  xarici  amilləri  təhlil  etməklə  həmin  nisbət  göstərici-
sinin  dəqiqləşdirilməsi  həyata  keçirilir  və  ən  optimal  faiz  göstəricisi 
müəyyənləşdirilir.  Sonradan  planlaşdırılan  dövrdə  satışın  plan  həcmi  ilə 
müəyyənləşdirilmiş  faiz  göstəricisi  əsasında  plan  dövrünə  irəlilədilmə 
büdcəsinin həcmi hesablanılır.  
İrəlilədilmə  xərclərinin  satışa  nisbəti  göstəricisi  təsdiq  edildikdən 
sonra  ən  vacib  məsələ  qarşıdan  gələn  ilə  satışın  həcmini  proqnozlaşdır-
maqdan ibarətdir. Proqnozu həm sadə üsullarla, həm də firmadaxili və xa-
rici  amilləri  nəzərə  almaqla  mürəkkəb  üsullarla  həyata  keçirmək  müm-
kündür. 
Əvvəlki  metodda  olduğu  kimi  bu  metodun  da  bir  sıra  üstünlükləri 
və  çatışmazlıqları  vardır.  İlk  növbədə,  qeyd  etmək  lazımdır  ki,  büdcənin 


 
 
 
 
 
28 
satışın  həcminə  nisbətən  faizlə  hesablanması  firmanın  irəlilədilmə 
xərclərinə  gücünün  çatacağına  və  lazım  gəldikdə  bu  xərclərin  dəyişdiril-
məsinin  mümkün  olmasına  əsas  verir.  Bu  metod,  eyni  zamanda,  firma 
rəhbərliyinə məhsulun qiyməti, məhsul vahidinə düşən mənfəətin məbləği 
və irəlilədilmə xərcləri arasındakı qarşılıqlı əlaqəni nəzərə almağa, reklam 
üzrə  rəqabət  sabitliyini  qoruyub  saxlamağa  imkan  verir.  Bununla  belə, 
qəbul edilən optimal faiz göstəricisi təqribi qaydada hesablanılır. Bundan 
başqa, irəlilədilmə büdcəsinin illər üzrə satış göstəricisinin dəyişməsindən 
asılılığı  perspektiv  planlaşmaya  mane  olur,  bir  çox  amillərin  təsirini 
nəzərə  almağa  imkan  vermir.  Bu  metodun  tətbiqi,  həmçinin  perspektiv 
planlaşdırmanın təkmilləşdirilməsinə də mane olur, bazar şəraitindən asılı 
olaraq  qəfildən  yaranan  və  ya  dəyişən  reklam  strategiyasının  reallaşdı-
rılmasına əlavə xərclər çəkilməsini nəzərdə tutmur. 

Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə