Dərslik Azərbaycan Respublikası təhsil nazirinin



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə26/235
tarix31.12.2021
ölçüsü2,11 Mb.
#82353
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   235
A.S.A-UROV-marketinq..

                     
fi
rma
 
R
eklam
,s
atı
şın 

v
əsl
əndir
il
 -
m
əs
i, 
şə
xs

sa

ş,
 bir
ba
şa
 
mar
ke
ti
nq,
 icti
maiyy
ətl
ə 
əlaq
ə 
         
     
  
V
as
it
əçil
ər 
 
В
аси
тяч
иляр
 
R
eklam,
,s
atı
şın 

v
əsl
əndir
il
 -
m
əs
i, 
şə
xs

sa

ş,
 bir
ba
şa
 
mar
ke
ti
nq,
 icti
maiyy
ətl
ə 
əlaq
ə 
 
   
   
   
   
   
 İ
ste
hl
ak
çı
lar
 
 
 
Ц
нс
ий
йят
  а
уд
ит
ор
ий
ал
ар
ы 
   
   
   
   
  
   
 
Ша
й
i
я
ля
р,
 р
я
йл
я
р 


 
 
 
 
 
22 
yayım  formasıdır.  Bu  gün  reklamın  aktuallığı  heç  bir  şübhə  doğurmur. 
Belə ki, o, bazar iqtisadiyyatının vacib elementi hesab edilir və onun inki-
şafında olduqca mühüm rol oynayır. Reklam marketinqin kommunikasiya 
sisteminin  əsas  elementlərindən  biri  olmaqla  tələbin  formalaşmasında  və 
satışın artırılmasında güclü təsirə malikdir və bu baxımdan, ona ayrıca bir 
bölmə kimi baxılır.  
Satışın stimullaşdırılması
 real və potensial alıcılara fərdi və dolayı 
yolla  təsir  etməklə,  müəssisənin  məhsuluna  tələbat  yaratmaq  və  satışın 
həcmini artırmaq məqsədilə həyata keçirilən tədbirlər kompleksidir.  
Şəxsi  satış
  -  bir  və  ya  bir  neçə  potensial  alıcı  ilə  söhbət  əsasında 
əmtəəni  satmaq  məqsədilə  şifahi  şəkildə  təbliğat  aparılması  yolu  ilə 
məhsul satışının həyata keçirilməsidir.  
Birbaşa  marketinq
  -  satıcılarla  alıcılar  arasında  birbaşa  münasi-
bətlərin  yaradılması,  bu  məqsədlə  kommunikasiyanın  müxtəlif  vasitələ-
rindən istifadə etməklə məhsul satışının həyata keçirilməsidir. 
İctimaiyyətlə əlaqə
 -  firma və onun məhsulu haqqında cəmiyyətdə 
müsbət rəyin formalaşmasını, xoşagəlməz şayiələrin aradan qaldırılmasını 
təmin  etmək  məqsədilə  istehlakçılarla,  onların  ayrı-ayrı  qrupları  ilə  xoş 
münasibətlər  yaradılmasını,  bu  məqsədlə  görüşlər  keçirilməsini,  onlara 
zəruri  məlumatların  çatdırılmasını,  digər  müvafiq  tədbirlərin  həyata 
keçirilməsini nəzərdə tutur.         
 Son  dövrlərdə  ictimaiyyətlə  əlaqənin  əsas  konsepsiyası  kimi 
«Pablik Rileyşnz» (P.R.) proqramı işlənib hazırlanmış və tətbiq olunmağa 
başlamışdır. Yerli və xarici ədəbiyyatlarda PR-ə verilən müxtəlif tərifləri 
və yanaşmaları ümumiləşdirərək, aşağıdakı fikri söyləmək olar: 
         -  PR  marketinq  fəaliyyətinin  effektliyini  yüksəltmək  məqsədilə, 
müəssisə  ilə  istehlakçılar  və  bütövlükdə  cəmiyyət  arasında  işgüzar 
əlaqələrin yaradılmasını təmin edən mürəkkəb bir sistemdir. PR proqramı 
marketinq  fəaliyyətində  qarşıya  qoyulan  bəzi  məsələlərin  həllinə  dair 
əhatəli təhlillərin aparılmasını, onların nəticələrinə uyğun olaraq müəssisə 
rəhbərlərinə  əməli  tövsiyələrin  verilməsini,  müəssisə  ilə  ictimaiyyət 
arasında  xoş  münasibətlərin  yaradılmasını  təmin  edən  tədbirlərin  həyata 
keçirilməsini nəzərdə tutur.  
         Marketinqin  kommunikasiya  sisteminin  yuxarıda  qeyd  olunan
 
elementlərinin  hər  birinin  özünəməxsus  spesifik  xüsusiyyətləri  mövcud-
dur.  Məsələn,  reklamı  həyata  keçirərkən  müxtəlif  kütləvi  informasiya 
vasitələrindən  və  digər  vasitələrdən  istifadə  edilir.  Şəxsi  satış  ticarət 


 
 
 
 
 
23 
agentlərinin  şəxsi  görüşləri,  bacarıqları  və  səyləri  sayəsində  həyata  ke-
çirilir.  Satışın  həvəsləndirilməsi  satış  yerində  reklamın,  məhsul  satışının 
və  alışının  stimullaşdırılması  üzrə  müvafiq  tədbirlərin  həyata  keçirilmə-
sini  nəzərdə  tutur.  Birbaşa  marketinq  müxtəlif  vasitələrdən  (kataloqlar, 
birbaşa  poçt göndərişləri, telefonla satış, telemarketinq, faks, internet və 
s.) istifadə etməklə satıcı ilə alıcı arasında birbaşa əlaqələrin yaradılmasını 
təmin  edir.  İctimaiyyətlə  əlaqə    spesifik  xüsusiyyətlərə  malik  müvafiq 
tədbirlərin  həyata  keçirilməsi  nəticəsində  firma  ilə  ictimaiyyət  arasında 
xoş münasibətlərin yaradılmasını təmin edir.  
          Göründüyü  kimi,  kommunikasiya  sisteminin  qeyd  olunan  əsas 
elementləri  müxtəlif  istiqamətlərdə  stimullaşdırma  tədbirlərinin  həyata 
keçirilməsini  təmin  etməklə  yanaşı,  eyni  zamanda,  firmalara  səmərəli 
marketinq  fəaliyyətini  həyata  keçirməyə,  rəqabətqabiliyyətli  olmağa  im-
kan yaradır. Lakin kommunikasiyanın stimullaşdırma tədbirləri qeyd olu-
nan  əsas  vasitələrlə  tamamlanmır.  Məhsulların  xarici  görünüşü,  qiyməti, 
qablaşdırılması,  sərgilər, yarmarkalar və digər bu kimi elementlər də alı-
cılara  müəyyən  məlumatları  verir.  Son  dövrlərdə  kompyuter  və  infor-
masiya  texnologiyalarında  baş  verən  mütərəqqi  dəyişikliklər  marketinqin 
kommunikasiya texnologiyalarında da ciddi dəyişikliklərə səbəb olmuşdur. 
          Marketinqin  kommunikasiya  sisteminin
 
tətbiqi,  ümumilikdə  isteh-
lakçıların  məlumatlandırılması,  onlara  təsir  edilməsi,  onlarda  məhsula 
tələbat  formalaşdırılması,  mal  alışının  və  satışının  həvəsləndirilməsi, 
müəssisənin  imicinin  yüksəldilməsi  və  s.  bu  kimi  tədbirlərin  həyata  ke-
çirilməsi  tək  bir  kommunikasiya  vasitəsindən  deyil,  onlardan  kompleks 
şəkildə istifadə edilməsini nəzərdə tutur.  
          Bu  gün  firmalar  əmtəə  bazarlarında  güclü  rəqabət  şəraitində 
fəaliyyət  göstərir  və  onların  əksəriyyətini  məhsullarına  daha  çox  isteh-
lakçını  cəlb  etmək,  daha  çox  məhsul  satmaq,  daha  çox  mənfəət  əldə  et-
mək  maraqlandırır.  Bu  baxımdan,  firmalar  arasında  kommunikasiya  sis-
teminin  tətbiqi  üzrə  də  rəqabət  yaranır  və  hər  bir  firma  daha  təsirli 
kommunikasiya  sistemini  yaratmağa  və  tətbiq  etməyə  çalışır.  Nəticədə 
firmalar kommunikasiya tədbirlərinə daha çox vəsait xərcləməkdə maraq-
lı  olur.  Bu  da  son  nəticədə  həm ayrı  -ayrı  firmalar,  həm  də  ümumilikdə 
ölkələr üzrə kommunikasiya xərclərinin ildən ilə artmasına gətirib çıxarır. 
Eyni  zamanda,  qeyd  etmək  lazımdır  ki,.  ölkə  üzrə  kommunikasiya 
xərclərinin ümumi məbləğinin hesablanması olduqca çətin bir prosesdir. 
          Kommunikasiya xərclərini əks etdirən göstəricilər müəssisələr üzrə 
nisbətən  dəqiq  hesablanılır.  Lakin  ölkələr  üzrə  bu  göstərici  təqribi 


 
 
 
 
 
24 
hesablamalar  əsasında  müəyyənləşdirilir.  Bununla  belə  müxtəlif  ölkələr 
üzrə  marketinq  kommunikasiyasına  çəkilən  xərclərin  təhlili  olduqca 
mühüm  əhəmiyyət  kəsb  edir.  Bir  sıra  Avropa  ölkələri  üzrə  kommuni-
kasiya  xərclərinin  səviyyəsini  və  strukturunu  xarakterizə  edən  göstə-
riciləri cədvəl 1.2-də nəzərdən keçirək: 
Cədvəl 1.2 
Altı Avropa ölkəsində marketinq kommunikasiyasına çəkilən xərclər 
(Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, 
Belçika) (8 s. 887) 
 
 
 
1996 
 
1997 
Artım 
1997/1
996 
 
mln $ 

mln $ 



Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə