Dərslik Azərbaycan Respublikası təhsil nazirinin


 Marketinqin kommunikasiya sisteminin mahiyyəti



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə25/235
tarix31.12.2021
ölçüsü2,11 Mb.
#82353
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   235
A.S.A-UROV-marketinq..

1.2.  Marketinqin kommunikasiya sisteminin mahiyyəti 
və əsas elementləri 
 
Marketinqin  kommunikasiya  sistemi  əmtəənin  irəlilədilməsi  üzrə 
stimullaşdırma tədbirləri kompleksini özündə birləşdirir. Bu sistem, eyni 
zamanda,  kommunikativ prosesin həyata keçirilməsini, istehlakçılara zə-
ruri informasiyanın çatdırılmasını, alıcılarla şəxsi əlaqələrin yaradılmasını, 
ictimaiyyətlə  işgüzar  münasibətlərin  formalaşdırılmasını,  və  s.  bu  kimi  digər 
stimullaşdırma tədbirlərinin həyata keçirilməsini də nəzərdə tutur. 
Marketinqin kommunikasiya sistemi müxtəlif istiqamətlərdə stimul-
laşdırma  tədbirlərinin  həyata  keçirilməsini  təmin  edir,  bu  məqsədlə  əm-
təənin irəlilədilməsinin ümumi və fərdi proqramları işlənib hazırlanır. Bu 


 
 
 
 
 
21 
proqramlarda  müxtəlif  kommunikasiya  üsullarından  və  vasitələrindən 
istifadə edilir.  
F.Kotler  və  başqaları  marketinqin  kommunikasiya  sistemini  sxem  
şəklində göstərmişlər. Ümumiləşdirilmiş formada  həmin sxemi. şəkil 1.4 
də vermək olar.   
 
 
                     
   Şəkil 1.4. Marketinqin kommunikasiya sistemi.  
 
Marketinqin  kommunikasiya  sistemi  istehlakçılara  təsir  vasitəsi 
kimi, əsasən beş elementi - beş istiqamətdə stimullaşdırma tədbirləri kom-
pleksini özündə birləşdirir: reklam, satışın stimullaşdırılması, şəxsi satış, 
birbaşa marketinq,  ictimaiyyətlə əlaqə.  Son dövrlərdə birbaşa marketinq 
kommunikasiya  sistemində  olduqca  mühüm  rol  oynamağa  və  sürətlə 
inkişaf etməyə başlamışdır. 
 Reklam
  -  hər  hansı  bir  şəxsin  sifarişilə   firma,  məhsul,  xidmət  və 
ideyalar haqqında, şəxsin iştirakı olmadan, zəruri məlumatların pullu ya-
yım formasıdır. Bu gün reklamın aktuallığı heç bir şübhə doğurmur. Belə 
ki,  o,  bazar  iqtisadiyyatının  vacib  elementi  hesab  edilir  və  onun  inkişa-
fında  olduqca  mühüm  rol  oynayır.  Reklam  marketinqin  kommunikasiya 
sisteminin  əsas  elementlərindən  biri  olmaqla  tələbin  formalaşmasında  və 
satışın artırılmasında güclü təsirə malikdir və bu baxımdan, ona ayrıca bir 
bölmə kimi baxılır.  
Reklam
  -  hər  hansı  bir  şəxsin  sifarişilə    firma,  məhsul,  xidmət  və 
ideyalar  haqqında,  şəxsin  iştirakı  olmadan,  zəruri  məlumatların  pullu 

Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə