2
2
33
32
BİTKİLƏR, BAKTERİYALAR VƏ GÖBƏLƏKLƏR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Ali
toxumlu bitkilər
az olan torpaqlarda bitə bilir. Şamlarda kök sistemi yaxşı inkişaf etmiş
olduğundan kökü torpağın dərinliyinə gedir.
Adi küknar – kölgəyədavamlı və rütubətsevəndir.
ları adi şam yarpaqlarından qısa olur və 5-7 il yaşayır. Əsasən, qida mad-
dələri ilə zəngin olan torpaqlarda bitir. Onun kökü torpağın dərinliyinə
getmir, yan kökləri torpağın üst qatlarına yayılır.
Eldar şamı – quraqlığa dözümlüdür. Torpağın münbitliyinə tələbkar
deyil.
Adi şamdan fərqli olaraq, qollu-budaqlıdır və iynə yarpaqları 2-3
dəfə uzundur. Azərbaycanda küçə və parkların yaşıllaşdırılmasında geniş
istifadə edilir.
Hazırda çılpaqtoxumlulardan qaraçöhrə, Eldar şamı, qarmaqvari şam
və ardıcın bəzi növləri “Qırmızı kitab”a salınmışdır. Onların qorunması
və çoxaldılmasına diqqət yetirmək lazımdır.
İynəşəkilli yarpaq-
1. Cədvəli doldurun:
Düzgün cavabları qeyd edin:
1. Yalnız çılpaqtoxumlu bitkilərdə şəklini dəyişmiş zoğ - qoza olur.
2. Qıjıkımılər çılpaqtoxumlulardan daha yüksək inkişaf səviyyəsinə malikdir.
3. Şam ağacının iynəşəkilli yarpaqları 1 il yaşayır.
4. Küknar meşələri qaranlıq, şam meşələri isə işıqlı olur.
5. Çılpaqtoxumluların meyvəsi qoza adlanır.
6. Eldar şamı torpağa çox tələbkardır.
Müqayisə
olunan əlamətlər
Şam
Küknar
1. İşığa
münasibəti
2. Torpağa və rütubətə tələbkarlığı
3. İynəyarpaqların yaşama müddəti
2. Üç doğru cavabı seçin:
Çılpaqtoxumlular üçün nə səciyyəvidir? А) To-
xumla çoxalma. В) Qozaların olması. С) Əksəriyyətində iynəşəkilli yar-
paqların olması. D) Əksəriyyətində saplaqlı yarpaq ayasının olması.
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Eldar
şamı
Adi şam
Adi küknar
2
3
2
3
Adi şam
Adi küknar
1
1
13.
Çılpaqtoxumluların çoxalması və əhəmiyyəti
İri şam ağacları ilə əhatələnmiş məktəb həyətində şagirdlər yaz yağışından
sonra yaranmış və səthi qəribə sarımtıl tozla örtülmüş gölməçələri gördükdə
təəccübləndilər. “Bəlkə kükürd yağışı yağmışdır?” – deyə kimsə dilləndi.
Şagirdlərin heç biri bunun səbəbini aydınlaşdıra bilmədi.
· Sizcə, bu toz nədən yarana bilər?
Şəkillərə diqqətlə baxın. Burada şam və küknar ağaclarının dişi qozaları ( ),
qoza pulcuğu ( ) və toxumları ( ) göstərilmişdir. Bu bitkilərin qozalarını
müqayisə edin.
– Sizcə, onların toxumları necə yayılır və yayılmaq üçün hansı uyğunlaşmalara
malikdir?
1
2
3
Çılpaqtoxumluların çoxalması. Çılpaqtoxumluların, məsələn, adi
şam ağacının çoxalması belə baş verir. Yazda birevli bitki olan şam
ağacının cavan budaqlarında iki cür – dişi və erkək qoza yetişir. Dişi qoza-
ların hər pulcuğu üzərində iki yumurtacıq, erkək qozada isə iki tozcuq
kisəsi olur. Erkək qozadakı yetişmiş tozcuqlar külək vasitəsilə dişi
qozalarda olan yumurtacıqların üzərinə düşür. Tozlanmadan sonra dişi
qozanın pulcuqları qapanır. Tozlanmadan müəyyən müddət keçdikdən
sonra mayalanma baş verir. Mayalanmada yalnız bir yumurta hüceyrə və
spermi iştirak edir. Yaranan ziqotdan rüşeym inkişaf edir. Qozalar yetiş-
dikdə qonur rəng alır. Yetişmiş qozaların pulcuqları aralandıqda onun
içərisindən pərdəvari qanadcığa malik toxumlar tökülür. Onlar külək
vasitəsilə yayılır və əlverişli şəraitdə cücərərək yeni bitkiyə başlanğıc
verirlər.
Çılpaqtoxumluların əhəmiyyəti Digər
bitkilər kimi, çılpaqtoxumlu-
lar da üzvi maddə yaradır, karbon qazını udur və oksigeni buraxır. Onlar
həm də havanı ozonla zənginləşdirir və havadakı bakteriyaları məhv edən
xüsusi maddələr – fitonsidlər ifraz edir. Çılpaqtoxumluların əksəriy-
yətində kök sistemi yaxşı inkişaf etdiyi üçün torpaqların eroziyadan
qorunmasında geniş istifadə edilir. Çılpaqtoxumlulardan xammal kimi də
istifadə olunur. Onlar tikinti materialı kimi işlədilir. Gövdələrindən kim-
yəvi üsulla süni ipək, kağız istehsal olunur. Bunlardan, həmçinin, ski-
pidar, kanifol, müxtəlif vitaminlər, Sibir şamının toxumundan isə yağ
alınır.