Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə46/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   94

 
 
179 
 
texnoloji  proseslər  və  emal  rejimləri,  ümumi  istehsal  mə-
dəniyyəti müəssisədə texniki nəzarətin obyektləridir. 
Texniki  nəzarətin  funksiyaları  hər  şeydən  əvvəl  is-
tehsalın  vəzifələri  və  obyektləri  tərəfindən  müəyyən  olu-
nur. Buraxılan  məmulatın keyfiyyətinə və komplektliyinə 
nəzarət,  məhsulun  qayıdışlarının,  qüsurlarının,  çıxdaşları-
nın, reklamasiyaları və s. uçotu və təhlili buraya daxildir. 
TNS-nin  başlıca  vəzifələri  –  standartların,  texniki 
şərtlərin,  etalonların,  texniki  sənədlərin,  müqavilə  şərtlə-
rinin  tələblərinə  cavab  verməyən  məhsulun  buraxılışının 
qarşısının  alınmasından;  buraxılan  məhsulun  keyfiyyətinə 
görə  bütün  istehsal  manqalarının  istehsalat  intizamının 
möhkəmləndirilməsindən  və  məsuliyyətinin  yüksəldilmə-
sindən ibarətdir. 
Yalnız  TNŞ  tərəfindən  qəbul  olunduqdan  sonra 
müəssisənin  məhsulu satışa  göndərilə  bilər.  Özü  də  məh-
sulun  qəbulu  onun  keyfiyyətini  təsdiq  edən  müvafiq  sə-
nədlə (sertifikatla) sənədləşdirilməlidir. 
Yuxarıda sadalanan vəzifələrə müvafiq surətdə TNŞ 
bir sıra funksiyaları yerinə yetirir: məhsulun keyfiyyətinin 
təmin edilməsi metodlarının planlaşdırılması və işlənib ha-
zırlanması, keyfiyyətə nəzarət və onun stimullaşdırılması. 
Keyfiyyətin  təmin  edilməsi  metodlarının  planlaşdı-
rılmasına və işlənib hazırlanmasına aşağıdakılar daxildir: 
-
 
məmulatın  keyfiyyətinin  səviyyəsinin  planlaşdırıl-
ması keyfiyyətə və nəzarətin texniki vasitələrinə nəzarətin 
planlaşdırılması; 
-
 
keyfiyyət haqqında məlumatın toplanılması, keyfiy-
yətin  təmin  olunmasına,  istehsal  və  istismar  sahələrindən 


 
 
180 
 
keyfiyyət  haqqında  informasiyanın  emalına  və  məlumat-
ların təhlilinə sərf edilən məsrəflərin müəyyənləşdirilməsi; 
-
 
tədarükçü  tərəfindən  göndərilən  məhsulun  və 
müəssisənin öz istehsalı olan məhsulun keyfiyyətinin idarə 
olunması; 
-
 
keyfiyyətə nəzarətin nəticələrinin müqayisəliyini və 
etibarlığını təmin edən nəzarət metodikalarının işlənib ha-
zırlanması; 
-
 
keyfiyyətin idarə olunmasından ötəri texniki şərtlə-
rin, kondisiyaların, standartların (texniki bölmələrlə birlik-
də) işlənib hazırlanması. 
 
8.5. Müəssisədə  keyfiyyət  göstəricisinin 
optimallaşdırılması  meyarları 
 
 Sənaye  məhsullarının  texniki  səviyyəsinin  təkmil-
ləşdirilməsinə  yönəldilən  mühəndis-texnoloji  və  təşkilati 
məsələlərin  yerinə  yetirilməsi  və  idarə  edilməsi  üçün 
əvvəlcə  onun keyfiyyət göstəricilərinin optimal qiymətini 
təyin etmək lazımdır. Keyfiyyət göstəricilərinin o qiyməti 
optimal hesab edilir ki, ya onun yaradılmasına və istisma-
rına çəkilən xərclər istismar zamanı əldə edilən səmərədən 
az olsun, ya da çəkilən xərclərə nisbətən daha çox gəlir əl-
də edilsin. 
Bu  halda  qoyulan  xərci  çıxarmaq  şərtilə  keyfiyyətin 
ümumi  göstəricisinin  ən  yaxşı(optimal)  qiyməti  istismar-
dan alınan yüksək iqtisadi səmərəni xarakterizə edir. Belə 
göstəriciyə optimallaşdırma meyarı kimi baxılır və nəzər-
də  tutulan  xərclər  optimallaşdırma  zamanı  məhdudiyyət 
adlanır. Digər halda, əgər məmulatın  yaradılması və istis-


 
 
181 
 
mar  xərclərini  minimallaşdırmaq  tələb  olunursa,  o  vaxt 
xərclərə  optimallaşdırma  meyarı,  keyfiyyətin  ümumi  gös-
təricisinin  verilmiş  qiymətinə  isə  optimallaşdırma  həddi 
kimi baxılır. 
Optimallaşdırma meyarına adətən məqsədli funksiya 
da deyilir. Keyfiyyət göstəricisinin optimal qiymətinin ta-
pılmasının  o  vaxt  mənası  olur  ki,  məqsədli  funksiyanın 
hədləri  göstərilməklə  optimallaşdırma  meyarı  təyin  edil-
sin. 
Keyfiyyət  göstəricisinin  optimal  qiymətinin  tapıl-
ması üçün aşağıdakılar vacibdir: 
-
 
Keyfiyyətin  hansı  ümumi  göstəricisinin  meyarı  ki-
mi qəbul olunması, yəni hansı ümumi göstəricinin məmu-
latın  istismarından  alınan  səmərəni  xarakterizə  etməsi 
müəyyənləşdirilməlidir. 
-
 
Optimallaşıdrma meyarı kimi qəbul edilən fərdi və 
ya kompleks göstəricilər təyin edilməlidir. 
-
 
Keyfiyyət  göstəricilərinin  dəyişməsi  üçün  çəkilən 
xərclərin və xərclərin  azaldılmasından əldə olunan gəlirin 
riyazi  asılılığının  və  ya  səmərənin  miqdarının  müəyyən 
edilməsi. 
-
 
Riyazi  modelləşdirmə  və  optimallaşdırma  metod-
ları ilə  parametrlərin-arqumentlərin optimal qiymətlərinin 
hesablanması. 
Keyfiyyət  göstəricilərinin  optimal  qiymətinin  möv-
cud məmulatın göstəriciləri  ilə uyğun gəlməsi mütləq de-
yil. Ola bilər ki, bu göstəricinin qiyməti işlənib hazırlanan 
yeni və hətta perspektiv məmulat üçün hesablanmış olsun. 
Keyfiyyətin  kompleks  göstəriciləri  orta  tarazlaşmış 
qiymətlər  prinsipindən  istifadə  edilərək  təyin  edilir.  Orta 


 
 
182 
 
tarazlaşmış kompleks göstərici Q ümumi şəkildə aşağıdakı 
kimi təyin edilir: 
Q= √

 
 
 
  
 
 
   

 
 
 
   
 
   (8.1) 
Burada γ-ortalaşdırmanın riyazi parametri
m
i
-çəki əmsalları 
n- fərdi göstəricilərin P

sayı 
γ-nın müvafiq qiymətlərini qəbul etməklə orta taraz-
laşmış  kompleks  göstəricilərin  müxtəlif  qiymətlərini  alı-
rıq. γ parametri ən çox tətbiq edilən ortalaşdırma üsulu ilə 
qəbul  edilir.  Məsələn,  orta  tarazlaşmış  ədədi  ortalaşdırma 
üçün  γ=1,  keyfiyyət  orta  tarazlaşmış  həndəsi  göstəricisi 
üçün    γ=0  (γ  parametrinin  orta  harmonik  tarzlaşmışı  1-ə, 
orta kvadratik tarazlaşmışı isə 2-yə bərabərdir). Belə halda 
orta  tarazlaşmış  ədədi  göstəricinin  qiymətini  aşağıdakı 
düsturla təyin edirlər. 
Qə=

 
 
   
 
 
 
 
  

 
 
 
   
  (8.2) 
Orta tarazlaşmış həndəsi göstərici isə 
Q
h
=(∏
 
 
 
 
 
   
)   ∑  
 
 
   

     
(8.3) 
əgər  çəki  əmsalları  balla  yox,  vahidin  hissələri  ilə 
verilərsə, yəni  

 
 
 
   
                           (8.4) 
Şərtində (2) və (3) düsturları aşağıdakı şəkli alar : 
Q
ə
= ∑
 
 
 
   
 P
i                                      
(8.5) 
və 
               Q
h
=∏
 
 
 
 
 
   
     (8.6) 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə