Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə64/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   94

 
 
255 
 
-
 
hesablaşma  əməliyyatlarında,  insanların  həyatının, 
sağlamlığının, əmlakının, istehlakçı hüququnun, ətraf mü-
hitin təhlükəsizliyinin qorunmasında istifadə edilən ölçmə 
vasitələri istisna olmaqla, hüquqi şəxslərin meteroloji xid-
mətlərinə  müqayisəli  yoxlama  və  kalibrlənmə  işlərinin 
aparılmasına  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 
səlahiyyətlər vermək; 
-
 
milli sertifikatlaşdırma sisteminin  yaradılmasını və 
aparılmasını təmin etmək
-
 
ölçmə vasitələrinin tipinin təsdiq edilməsi məqsədi 
ilə onların dövlət sınaqlarının keçirilməsi halları və qayda-
larının müəyyən edilməsi; 
-
 
ölçmə  vasitələrinin  müqayisəli  yoxlamasının  müs-
bət nəticələrinin yoxlama möhürü, yaxud yoxlama haqqın-
da şəhadətnamədə təsdiqi
-
 
sənaye  mülkiyyəti obyektləri barədə  məlumat-ların 
dövlət reyestrinə daxil edilməsi qaydasını müəyyən etmək; 
-
 
öz  vəzifələrinə  uyğun  olaraq  qanunvericiliklə  nə-
zərdə tutulmuş digər funksiyalar. 
Standartlaşdırma,  meterologiya,  istehlakçıların  hü-
quqları sahəsində Azərbaycan Respublikasının Qanun-ları 
qəbul  edilib.  Belə  ki,  1995-ci  ildə  ―İstehlakçıların hüquq-
larının  müdafiəsi  haqqında‖,  1996-cı  ildə  ―Standartlaş-
dırma haqqında‖, 1999-cu ildə ―Ətraf mühitin mühafizəsi 
haqqında‖,2013-cü ildə isə, ―Ölçmələrin vəhdətinin təmin 
edilməsi  haqqında‖  Azərbaycan  Respublikasının  Qanun-
ları qəbul edilib. 
Standartlaşma  xidmətləri  idarəetmənin  müəyyən  sə-
viyyələrində - dövlət, regional, sahə, müəssisələr (təşkilat-
lar)  səviyyəsində  standartlaşdırma  üzrə  işlərin  görülməsi 
üçün xüsusi yaradılmış təşkilatlar və bölmələrdir. 


 
 
256 
 
Azərbaycan  Respublikası  Dövlət  standartlaşdırma 
sisteminin əsasını təşkil edən 6 Dövlət standartı aşağıdakı-
lardır: 
- AZS 1.0-96; 
-AZS 1.2-96; 
- AZS 1.3-96; 
- AZS 1.4-96; 
- AZS 1.5-96; 
-AZS 1.6-96. 
Azərbaycan  Respublikasının  dövlət  standartları  aşa-
ğıdakı tələbləri nəzərdə tutur: 
-
 
məhsulların  insanın  həyatı,  sağlamlığı,  əmlakı  və 
ətraf mühit üçün təhlükəsizliyi; 
-
 
məhsulların  texniki,  texnoloji  və  informasiya  uy-
ğunluğu və onların qarşılıqlı əvəz olunması; 
-
 
məhsulların əsas istehlak xüsusiyyətləri, onlara nə-
zarət  metodları,  məhsulların  qablaşdırılması,  markalan-
ması, daşınması mühafizəsi, utilləşdirilməsi qaydaları; 
-
 
məhsulların elm, texnika və texnologiyanın inki-şa-
fına uyğunluğu
-
 
məhsulların təhlükəsizlik texnikası və istehsalat sa-
nitariyası tələbləri; 
-
 
məhsulların istehsalı, istifadəsi, işlərin görülməsi və 
xidmətlərin göstərilməsi zamanı bütün resurslardan səmə-
rəli istifadə, məhsulların texniki sənədləşməsi qaydaları; 
-
 
standartlaşma  sisteminin  dövlət  standartları  ilə 
müəyyənləşdirilən digər tələblər. 
Standartlaşdırmaya aid edilən sənədlər sırasına həm-
çinin  Azərbaycan  Respublikasının  milli  standartları,  ha-
belə  müəyyən edilmiş  qaydada  respublika ərazisində isti-
fadə  edilən  beynəlxalq,  regional  və  xarici  ölkələrin  milli 
standartları da daxildir. 
Müəssisədə standartlaşdırılmanın imkanlarından  
düzgün istifadə onun fəaliyyətinin səmərəliliyini artırmağa 
imkan verir. Bu zaman konkret müəssisədə iqtisadi səmə-
rənin əsas tərkibi aşağıdakılardır: 


 
 
257 
 
-
 
standart məhsulun istehsalının maya dəyərinin azal-
dılması; 
-
 
məmulatın  keyfiyyətinin  artırılması  nəticəsində 
onun vahidinin satış qiymətinin qaldırılması; 
-
 
daha keyfiyyətli məmulatlara tələbatın artması nəti-
cəsində məhsul satışının həcminin artması; 
-
 
standart məhsulun buraxılışı zamanı istehsalat silsi-
ləsinin  uzunluğunun  azaldılması  və  avadanlığın  daha  in-
tensiv  istifadəsi  üzündən  müəssisənin  zəruri  vəsaitlərinin 
(həm əsas, həm də dövriyyədə olan) miqdarının azaldılması. 
Müəssisənin standartlaşdırma xidmətinin əsas məsə-
lələrinə ümumən aiddir: 
-
 
müəssisənin  normativ-texniki  sənədləri  fondu-nun 
aparılması (mühafizə və aktuallaşdırma); 
-
 
buraxılan məhsula texniki şərtlərin işlənilməsi; 
-
 
müəssisəyə  kənardan  daxil  olan  normativ-texniki 
sənədlərin layihələrinin ekspertizası və razılaşdırılması; 
-
 
müəssisənin zəruri olan standartlarının işlənilməsi. 
Əgər  müəssisənin  standartlaşdırma  xidməti  öz  ya-
rımsahəsində standartlaşdırma üzrə baza təşkilatının funk-
siyalarını  yerinə  yetirirsə,  onda  onun  ilkin  vəzifələri  dai-
rəsinə aşağıdakılar aiddir: 
-
 
məhsula  standartlar  layihələrinin  hazırlanması  və 
öz yarımsahəsi üçün onun sınaqdan keçirilmə üsulları; 
-
 
yanaşı  sahələrin  standartlar  layihələrinin  razılaş-
dırılması; 
-
 
müəssisələr tərəfindən məhsula işlənilmiş, baza təş-
kilatına təhkim edilmiş texniki şərtlər layihələrinin eksper-
tizası və razılaşdırılması. 
Müəssisə  rəhbərləri  tərəfindən  standartlaşdırmanın 
imkanlarından  bacarıqla  istifadə  edilməsi  onlarda  məhsu-
lun keyfiyyətinin idarə edilməsinin daha effektli sistemini 
yaratmaq üçün yaxşı zəmin ola bilər. 


 
 
258 
 
XII FƏSİL.  STANDARTLAŞDIRMANIN 
METODİKİ ƏSASLARI 
 
12.1. Standartlaşdırmanın əsas prinsipləri 
 
Standartlaşdırmanın  əsas  prinsipləri  aşağıdakılardan 
ibarətdir: 
 -  standartlaşdırma  üzrə  normativ  sənədlərin  işlən-
məsi, məhsulu layihə edən, hazırlayan və istifadə edən bü-
tün marağı olan tərəflərin hər birinin rəyi nəzərə alınmaq-
la, onların qarşılıqlı istəyinə əsaslanmalıdır; 
 - standartın yaradılmasının məqsədəuyğunluğu, onun -
sosial,  texniki  və  iqtisadi  labüdlüyü  və  tətbiqinin  qəna-
ətbəxşliyi ilə qiymətləndirilməlidir
-  insanların  həyatının,  sağlamlığının  və  əmlakının 
təhlükəsizliyini,  ətraf  mühitin  qorunmasını  və  məhsulun 
qarşılıqlı  əvəz  olunma  qabiliyyətinin  təmin  edilməsi  üzrə 
standartların yaradılmasına üstünlük verilməlidir; 
 -  standartları  elə  işləmək  lazımdır  ki,  onlar  beynəl-
xalq ticarətə maneçilik törətməsinlər; 
 -  standart və texniki şərtlər yaradıldıqda, qəbul edil-
miş  beynəlxalq  və  regional  standartlar,  beynəlxalq  təşki-
latların qaydaları, həmçinin, lazım gəldikdə, başqa ölkələ-
rin milli standartları nəzərə alınmalıdır; 
 - standartların tələblərinin, qanunvericilik norma-la-
rına,  həmçinin  dövlət  nəzarəti  funksiyasını  yerinə  yetirən 
orqanların norma və qaydalarına uyğun olması təmin edil-
məlidir; 
-  meteroloji  təminat  da  daxil  olmaqla,  qarşılıqlı  əla-
qəli  obyektlərin  standartlarının,  həmin  obyektlərə  verilən 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə