Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə75/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   94

 
 
299 
 
Azərbaycan  Respublikası  Standartlaşdırma,  Meterologiya 
və  Patent  üzrə  Dövlət  Komitəsinin  nümayəndələrinin  və 
sertifikatlaşdırma sisteminin digər iştirakçılarının nəzərinə 
çatdırılır.  Sertifikatın  təsir  müddətinin  dayandırılması 
onun  istifadə  edilməsində  qısa  müddətdə  aradan  qaldırıl-
ması  mümkün  olan  pozuntular  aşkara  çıxarıldıqda  baş 
verir.  Belə  hallarda  sertifikatlaşdırma  üzrə  orqan  sifarişçi 
üçün  təshih  tədbirlərinin  yerinə  yetirilməsini  və  onların 
həyata keçirilməsi müddətlərini nəzərdə tutur. Sifarişçi öz 
tərəfindən  məhsulunun,  yaxud  xidmətlərinin  aşkara  çıxa-
rılmış  qeyri-müvafıqliklər  barədə  istehlakçılarını  xəbər-
darlıq etməli və zəruri tədbirlər görməlidir. 
 
13.4.  Sertifıkatlaşdırmanın əsas ilkin şərtləri və 
təşkilati strukturu 
 
Məhsulun  sertifıkatlaşdırılması  –  məhsulun  qoyul-
muş tələblərə uyğunluğunu təsdiqləmə üsullarından biridir. 
"Standartlaşdırma  və  fəaliyyətin  yanaşı  növləri  – 
ümumi lüğət" sertifıkatlaşdırma üzrə Beynəlxalq təşkilatın 
2N-li  Rəhbərliyində  verilmiş  təyinata  görə,  uyğunluğun 
təsdiqi, müvafiq tələblərə əməl olunmasının birbaşa və do-
layısı  müəyyənləşməsi ilə bağlı  olan hər hansı bir fəaliy-
yətdir. 
Sertifikatlaşdırma üzrə işin nəzəriyyəsində və prakti-
kasında, sertifıkatlaşdırma sahəsində hüquqi cəhətdən düz-
gün tələblər və əsas təyinatlar tətbiq olunurlar. 
Sertifikatlaşdırma  –  məhsulun,  prosesin  və  ya  xid-
mətin  verilmiş  tələblərə  uyğunluğunu  3-cü  tərəfin  yazılı 
şəkildə təsdiqlədiyi üsuldur. 
Sertifikatlaşdırma sistemi müəyyən edilmiş qaydalar 
üzrə  həyata  keçirən  sertifikatlaşdırma  iştirak-çılarının 


 
 
300 
 
məcmusudur.  Eynicinsli  məhsulun  sertifikat-laşdırma  sis-
temi  eyni  konkret  standart  və  qaydaların  və  elə  həmin 
üsulların tətbiq olunduğu müəyyən qrup məhsula aid olan 
sertifikatlaşdırma sistemidir. 
Sertifıkatlaşdırma  sisteminin  mərkəzi  orqanı  eyni-
cinsli məhsulun sertifikatlaşdırma sisteminə başçılıq edən 
orqandır. 
Sertifikatlaşdırma üzrə orqan müəyyən edilmiş məh-
sulun  uyğunluq  sertifıkatlaşdırmasını  həyata  keçirən  or-
qandır. 
Uyğunluq sertifikatı – verilən məhsulun, prosesin və 
yaxud  xidmətin  konkret  standartın  və  ya  digər  normativ 
sənədin tələblərinin uyğunluğuna zəruri əhəmiyyətinin tə-
minatını göstərən sertifıkatlaşdırma sisteminin qaydalarına 
verilmiş sənəddir. 
Uyğunluq  nişanı  verilmiş  sertifikasiya  sistemində 
müəyyən qaydalar üzrə onun markaladığı məhsulun müəy-
yən  edilmiş  tələblərə  uyğunluğunu  təsdiq  edən  nişandır. 
Sınaq laboratoriyasının və  ya setifıkatlaşdırma üzrə orqa-
nın akkreditasiyası sınaq laboratoriyası və ya sertifikatlaş-
dırma üzrə orqanın göstərilən sahədə konkret işləri yerinə 
yetirilmə  imkanının  Azərbaycan  Respublikasının  qanun-
vericiliyinə uyğun olaraq səlahiyyətli orqanı (SMPDK) tə-
rəfindən tanınması qaydasıdır. 
Sertifikatlaşdırılmanın təşkilati strukturu 
Məhsulun  sertifikatlaşdırılması  üzrə  fəaliyyət  prose-
sində tədarükçü bu prosesin iki subyekti ilə üzləşir: Serti-
fikatlaşdırma üzrə orqan və sınaq laboratoriyası. 
Klassik sxemə uyğun olaraq məhsul nümunəsinin sı-
nağı sınaq laboratoriyası tərəfindən həyata keçirilir. Məh-
sulun  sınağı  dedikdə,  qəbul  edilmiş  qaydalar  üzrə  müəy-
yən edilmiş əməliyyatlara uyğun olaraq verilmiş məhsulun 


 
 
301 
 
bir  və  ya  bir  neçə  xarakteristikalarının  təyinindən  ibarət 
olan texniki əməliyyat başa düşülür. Protokol şəklində tər-
tib edilmiş sınaqların nəticələri sertifikatlaşdırma üzrə or-
qana verilir. Bu zaman sınaq laboratoriyası alınmış nəticə-
ləri  açıqlamaq  hüququna  malik  deyil.  Sertifikatlaşdırma 
üzrə  orqan  sınaq  nəticələrini  qanunvericiliyin  tələbləri 
(əgər  məhsul  qanunvericiliklə  tənzimlənən  sahəyə  aiddir-
sə)  və  ya  tədarükçünün  təqdim  etdiyi  digər  normativlər, 
xarakteristikalar, sənədlər və s. ilə müqayisə edir. Məhsul 
göstərilən qoyulmuş tələblərə uyğun olduğu halda sertifi-
katlaşdırma  üzrə  orqan  tədarükçüyə  uyğunluq  sertifikatı 
verir.  Sertifikatlaşdırma  subyektlərinin  qarşılıqlı  əlaqə 
sxemlərinin (Şəkil 13.1) seçilməsindən asılı olaraq sertifi-
katlaşdırma həmişə sertifikatın verilməsi ilə qurtarmır. Bu 
halda tədarükçünün istehsalatına və məhsulun xarakteristi-
kalarına  cari  nəzarəti  sertifikatlaşdırma  üzrə  orqan  və  ya 
onun təklifi ilə nəzarət orqanı həyata keçirir və neqativ nə-
ticələr  alındığı  halda  verilmiş  uyğunluq  sertifikatı  ləğv 
edilir.   
Avropa  dövlətləri  səviyyəsində  sertifikatlaşdırma 
subyektlərinin qarşılıqlı  əlaqəsi EN 45000 seriyalı avropa 
standartları  ilə  tənzimlənir.  Sertifikatlaşdırma  üzrə  sertifi-
katlaşdırma obyekti haqqındakı məlumatı orqanların və sı-
naq  laboratoriyalarının  əksəryyəti  sertifikatlaşdırma  məq-
sədləri  üçün  akkreditasiyadan  keçir,  yəni  müəyyən  növ 
fəaliyyətin aparılmasına rəsmi hüquq alırlar. Bəzi hallarda 
akkreditasiya,  akkreditasiya  üzrə  orqan  tərəfindən  EN 
45002 və EN 45010 standartları rəhbər tutularaq sınaq la-
boratoriyası və ya sertifikatlaşdırma üzrə orqan tərəfindən 
uyğun olaraq EN 45001 və EN 45011 standartlarının yeri-
nə yetirilməsinin yoxlanmasından ibarət ola bilər. 
 


 
 
302 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                         dolayı qarşılıqlı əlaqə 
      --------------    bilavasitə qarşılıqlı əlaqə     
Şəkil 13.1. Sertifikatlaşdırılmış subyektlərin 
qarşılıqlı əlaqəsi 
 
Akkreditasiya üzrə orqan  
(EN 45003) 
EN 450 10 seriyalı avropa 
standartı 
 
ЕN 450 10seriyalı 
avropastandartı 
Sertifikatlaşdırma üzrə orqan 
(ЕN 45011) 
Sertifikat 
Təftiş nəzarəti 
 
Tədarükçü 
 
Sifariş  
 
Sınaq 
protokolu 
Uyğunluq 
haqqında 
bəyanat 
(ЕН45014) 
Məhsul
ul 
Məhsul 
Sınaq laboratoriyası 
(ЕN 45001) 
Məhsul 
 
Bazar (istehsalçı) 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə