Maye şüşə (Na2SiO3)–struktur əmələ gətirir. Bu reagent, əsasən, qazıma məhlulunun udulması ilə mübarizə aparmaq məqsədilə istifadə olunur.
Səthi aktiv maddələr
Bu maddələrdən istifadə olunmasında məqsəd: məhsuldar qatın keçiriciliyinə qazıma məhlulunun filtratının zərərli təsirini və qazıma zamanı süxurların dağılmağa göstərdiyi müqaviməti azaltmaq, qazıma məhlulunun yağlama qabiliyyətini artırmaq, qazıma məhlulu tərkibində olan nefti emulsiyalaşdırmaq, qazıma məhlulunu aerizələşdirmək və qazsızlaşdırmaqdır.
Səthi aktiv maddələr–qazıma məhlulunun filtratı ilə neft sərhədində səthi gərilməni azaltmaq və bununla da məhsuldar qatların açılması və onlardan istifadəni yaxşılaşdırmağa xidmət edir. Bunlardan OP-7, OP-10, NÇK, UFE-8, DS-RAS, sulfanol, M-20 katapi, karbozalin və s. göstərmək olar.
Biz Azərbaycan və MDB ölkələrində geniş istifadə edilən reagentlər haqqında qısa məlumat verdik. Kimyəvi reagentlərin ümumi sayı 200-dən çoxdur.
Yağlayıcı əlavələr
Quyu dibində işləyən baltanın ən zəif hissəsi olan dayaqlarının tez sıradan çıxmaması, qazıma məhlulu tərkibində abraziv hissəciklərin zərərli təsirinin azaldılması və kəmərlərin quyu divarına sürtünərək hərəkəti nəticəsində metalın yeyilməsinin qismən də olsa qarşısının alınması məqsədilə qazıma məhluluna ilk növbədə yağlayıcı əlavələr daxil edirlər. Bu əlavələri nəzərdən keçirək:
Dostları ilə paylaş: |