Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   245

 
102
ABŞ və Avropada qadın hərəkatının yeni inkişaf mərhələsinə daxil olması, feminizm ideyalarının daha geniş 
yayılması, postmodernizm fəlsəfəsinin və «Koqnitiv təkamül»ün inkişafı ekstralinqvistik xarakterli səbəblər idi. XX 
yüzilin ortalarında (50 – 60-cı illərdə) dilçiliyin özündə  də yeniliklər baş verdi: praqmatika, psixolinqvistika, 
kəmiyyət sosiolinqvistikası (və ya kvantitativ sosiolinqvistika), kommunikasiya nəzəriyyəsi kimi yeni elmi istiqa-
mətlər yarandı. Dilçilik elmi tarixində ilk dəfə olaraq insanın biososial xüsusiyyətləri, o cümlədən cinsi ilə dil arasın-
dakı qarşılıqlı  əlaqəyə dair problemin öyrənilməsi diqqət mərkəzində durdu. Eyni zamanda bəhs olunan dövrdə 
elmdə strukturalizmdən praqmatika paradiqmasına keçildi. Strukturalizm «dili «özlüyündə  və özü üçün» mövcud 
olan bir hadisə, qapalı struktur hesab edir», dilçilik elminin yalnız dildaxili hadisələri öyrənməli olduğunu, digər 
elmlərə ehtiyacı olmadığını irəli sürürdü. Praqmatika isə dil işarələri – dil vahidləri ilə bu vahidlərdən, işarələrdən 
istifadə edənlər arasındakı əlaqəni öyrənən yeni araşdırmalar idi. 
Beləliklə, bu göstərilən səbəblər nəticəsində dilin feminist tənqidi kimi yeni elmi istiqamət formalaşdı. 
Nitqdə, dildə kişi və qadın xüsusiyyətlərinin ilk sistemli təsviri german və roman dilləri əsasında yerinə yetirildi. 
Robin Lakoffun «Dil və qadınların yeri» (1975-ci il, ingiliscə), Luiza Puşun «Alman dili kişi dilidir» (1984) və 
Senta Tremel – Pletsin alman dili materialları  əsasında yazdığı «Qadın dili dəyişikliklər dilidir» (1995) adlı 
ktabları dilin feminist tənqidinə dair başlıca əsərlər kimi müəyyənləşdi. 
Dilin feminist tənqidçiləri dildə «kişi» düşüncə  tərzinin üstünlük təşkil etdiyini irəli sürərək buna qarşı 
çıxdılar. Onların iddiasına görə dildə dünyanın mənzərəsi kişi baxışından qeydə alınmış, dillərdə dünyanın 
gender mənzərəsinin əks olunması anlayışların eyniləşdirilməsi ilə təqdim edilmiş, qadın cinsini bildirən isimlər 
kişi cinsinə aid isimlərdən törədilmiş və maskulinlik ilə feminlik kəskin şəkildə bir-birindən ayrılmış, nəticədə 
onlar qarşı-qarşıya qoyulmuşdur. Dilin feminist tənqidçilərinin başlıca məqsədi dildə patriarxat şüurun tənqidi 
və dildə qadın obrazının kiçildilməsini dil və nitqdə mövcud olan seksist asimmetriyanı, dil androsentrizmini 
aradan qaldırmağa yönələn dil islahatını həyata keçirmək idi. 
Qərbdə dil ilə bağlı müasir gender araşdırmalarında üç başlıca yanaşma müəyyənləşib. Birinci yanaşma 
«qadın» və «kişi» dilinin sırf sosial təbiətinin  şərhini ifadə edir, kişi və qadın dilinin fərqlərini sosial 
hakimiyyətin yenidən bölgüsü ilə əlaqələndirir; ikinci yanaşma sosiopsixolinqvistik yanaşma olub, «qadın» və 
«kişi» dilini cinslərin dil davranışı xüsusiyyətlərinə endirir; üçüncü yanaşma isə cinslərin dil davranışlarındakı 
fərqin dərk edilə bilən aspektini əsas tutur. 
Dilin feminist tənqidinin (gender linqvistikasının) nəzəri  əsasını  tənqidi dilçiliyin əsas konsepsiyaları, 
alman filoloqu, filosof və dilçisi V.Humboldtun (1767-1835) nəzəri baxışları və Sepir-Uorf hipotezi, yəni «dil 
nisbiliyi nəzəriyyəsi» təşkil edir. V.Humboldt dilin fasiləsiz yaradıcı proses, «fikri formalaşdıran orqan» və 
xalqın fərdi dünyagörüşünün, milli ruhun ifadəsi olmasına dair təlimi ortaya qoymuşdu. Ona görə, dil insanın 
fikir və davranışına, cəmiyyətin inkişafına təsir göstərir.  İnsanın dünya haqqında təsəvvürləri sisteminin 
formalaşmasına dilin təsirinə dair Sepir-Uorf hipotezinə görə dil cəmiyyətin məhsulu olmaqla bərabər onun 
təfəkkürünü, mentallığını formalaşdıran vasitədir. 
Müxtəlif dillərdə gender asimmetriyasını öyrənən feminist linqvistika, yaxud gender linqvistikası dilçilik 
elminin inkişafına, qadının sosial durumuna əhəmiyyətli təsir (müsbət anlamda) göstərdi. Gender linqvistikası 
«qadına dil vasitəsilə özünü başqa cür görməyə», dildə özünü başqa cür ifadə etməyə, sadəcə olaraq eşidilən, 
duyulan olmağa imkan verdi» və bu isə onun – gender linqvistikasının ən başlıca uğuru sayılır. 
Dilin feminist tənqidinin ana xəttini dildə gender asimmetriyasını, cinsə görə ayrıseçkiliyi, bərabərsizliyi 
aradan qaldırmaq təşkil edir. Burada dildə cins qateqoriyasının varlığı məsələsi qarşıya çıxır. Məlumdur ki, cins 
kateqoriyası Hind-Avropa dilləri, Sami dilləri, Dravid dilləri üçün daha çox xarakterikdir. Ancaq türk dillərində, 
o cümlədən Azərbaycan dilində isə qrammatik cins kateqoriyası yoxdur və bu situasiya maraq doğurur, aktual 
əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan dili gender təhlili üçün olduqca zəngin bir məkandır və 
araşdırmalarını gözləyir. 
Qərbdə dilin feminist tənqidi ilə  təqribən eyni vaxtda feminist ədəbi tənqid də özünü göstərərək elmi 
istiqamət kimi formalaşdı. Bu ədəbi yaradıcılığın gender aspektini müasir tələblər səviyyəsində araşdırıb ortaya 
qoymaq idi. 
Yüzillər boyu ədəbi əsərlərin yaradıcıları kişilər olmuşdu. Qadın müəlliflərin sayı isə olduqca məhdud idi. 
Kişi müəlliflərin əsərlərindəki həyat gerçəkliyinin bədii təsviri, obrazlar, surətlər, personajlar, o cümlədən qadın 
obrazları, mətndəki cinslərarası münasibətlər kişi düşüncəsinin, kişi bədii təfəkkürünün məhsulu idi. Dünyanın 
qadın gözü ilə əks etdirilməsi isə arxa plana keçirilmiş, hətta unudulmuşdu. Bütün bunlar ədəbiyyatda gender 
asimmetriyasını təsbit etmişdi. 
Feminist ədəbi tənqidinin əsas məqsədi qadın müəllifliyi, qadın mütaliəsi və qadın yazı üslubu baxmından 
ciddi, etiraf olunmuş ədəbi mətnlərin klassik qaydalarını yenidən dəyərləndirməkdən ibarət idi. Feminist ədəbi 
tənqid fəlsəfi-nəzəri baxımdan müxtəlif biçimdə özünü göstərsə  də, onun müxtəlif növləri dünyada qadın 
varlığının xüsusi üsulunun və ona uyğun qadın reprezentativ strategiyaların qəbul edilməsində birləşirlər. Ümu-
miyyətlə, feminist ədəbi tənqid ədəbiyyata və yazı təcrübəsinə ənənəvi baxışların yenidən gözdən keçirilməsini 
və qadın ədəbiyyatı sosial tarixinin yaradılmasını qarşıya qoyur. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə