Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   245

 
98
patriarxat stereotiplərin hökmranlığı və müxtəlif sosial qruplara aid olan qadınların ümumi hərəkat platforması 
işləmək bacarığının olmaması ilə bağlıdır.  Əvvəllər, totalitarizmdə  rəsmi siyasi karyera edən qadın bir qayda 
olaraq, nəinki digər qadınların yüksəlməsinə  və irəli getməsinə kömək etmirdi, əksinə, öz sosial-demoqrafik 
qrupundan aralanırdı. Artıq təşəkkül tapmış  həmin qadın-siyasətçi stereotipinin yeni reallıqda öz təsdiqini 
tapması heç də  əsaslı sayıla bilməz. Müasir şəraitdə yeni tip siyasətçi qadının formalaşması üçün müəyyən 
zəmin yaranmaqdadır. Hər  şeydən  əvvəl bu, qadına siyasətə kütləvi tədbirlərdən, seçki kampaniyalarından, 
siyasi partiyalarda, elmi-istehsalat birliklərindəki fəaliyyətdən keçərək gəlməyə imkan verən sosial-siyasi 
məkanın ümumi demokratikləşmə prosesidir. Burada nəzərdə saxlamaq lazımdır ki, qadınların öz siyasi 
marağını  dərk etməsi prosesi daha yavaş gedir, çünki qadının fikrincə daha əhəmiyyətli olan: ölkənin siyasi 
vəziyyəti, sosial problemlər, aşağı məvacib, əmək bazarında vəziyyətin pisləşməsi, uşaqların səhhəti və təhsili, 
ailə problemləri və sairə kimi problemlər onu üstələyir. Qadının siyasi fəaliyyətə daxil olmasına mane olan digər 
səbəb kişi korporativ mədəniyyətidir ki, onun əsasında  şəxsi münasibətlər və qadın siyasətçilərə qarşı 
qabaqcadan yaranan yanlış fikir durur. Qadını qəbul etməməyin kökləri iyerarxik gender stratifikasiyasına gedib 
çıxır ki, ona müvafiq asılı rol ayrılırdı. Qadın siyasi karyerasında kişi və qadının müxtəlif imkan qiymətləri, 
qadının vaxtını  məhdudlaşdıran ailə  işlərinin qeyri-bərabər bölünməsi, ailədə qadının müvafiq mənəvi 
dəstəyinin olmaması kimi amillər də  ləngidici rol oynayır. Qadınlar kişilərlə müqayisədə daha az dərəcədə 
müstəqil seçim əsasında yaşayır və bu da onların siyasi fəallığına mənfi təsir göstərir. 
Buna baxmayaraq son onilliklər ərzində dünyadakı siyasi strukturda qadın təmsilçiliyinin xeyrinə mühüm 
dəyişikliklər baş vermişdir. Qadın özünüdərkinin yüksəlməsi, tarixi prosesdə öz rolunun başa düşülməsi təkcə 
kişi və qadının rolu barədə deyil, həmçinin «hakimiyyət», «siyasət», «demokratiya», «liderlik» kimi anlayışların 
mənası barədə də təsəvvürlərin tədricən dəyişməsi ilə bir vaxtda baş verir. Qadının cəmiyyətdə öz həyat yolunu 
müstəqil seçə bilən nəinki bərabərhüquqlu, həm də bərabərdəyərli üzv olması ilə bağlı etiqad getdikcə güclənir. 
Dünya təcrübəsi göstərdi ki, siyasət sahəsində  rəhbər vəzifə tutan qadınların sayının artması siyasi addım 
arsenalının strukturunda, həm siyasətdaxili, həm də xarici siyasət səhnələrində siyasi problemlərin və 
ziddiyyətlərin daha insanpərvər, daha mənəviyyatlı həll vasitələrinin seçilməsində pozitiv dəyişikliklərə səbəb 
olur. 
Və nəhayət, genderin sosial aşkarlığının daha bir aspektinə toxunaq. Genderin sosial təşkilinin hərtərəfli, 
bütöv sosial sistem olaraq cəmiyyətin digər struktur elementləri ilə qarşılıqlı  əlaqəli təhlili gender 
stratifikasiyasının və gender bərabərsizliyinin cəmiyyətin sosial strukturunun sosial-sinfi, irqi və milli-etnik 
təbəqələşməsi ilə sıx bağlılığını və qarşılıqlı təsirini tam dəqiqliyi ilə izləməyə imkan verir. Unutmaq olmaz ki, 
məqsədi gender fenomeninin təkcə  ən ümumi nöqtələrinin üzə  çıxarılması olan gender probleminə yalnız 
ümumnəzəri yanaşma müəyyən dərəcədə həmin sosio-mədəni konstruktun bu yaxud başqa səviyyədə praktiki 
görünüşünü səciyyələndirən konkret forma, şərait, amil və əlaqələrdən abstraktlaşmasına yol verə bilər. Gender 
bərabərsizliyinin konkret tarixi şəraitdəki problemlərinin geniş tədqiqi isə sosial-sinfi, irqi, etnik və və bilavasitə 
gender statusu da daxil olmaqla, gender münasibətlərinin həmin subyektinin bütün sosial status və mövqe 
əlaqələrinin mütləq nəzərə alınmasını tələb edir. 
Onları hər bir elementin bu yaxud başqa dərəcədə digərlərindən asılı olduğu vahid stratifikasiya sistemi 
kimi araşdırmaq lazımdır. Məsələn, sənaye kapitalizmi dövründə sosial sinfi və gender stratifikasiyası 
arasındakı  əlaqə sinfi mənsubiyyətindən asılı olmayaraq bütün qadınların  əzilməsində  və eyni zamanda fəhlə 
sinfini təşkil edən həm kişi, həm də qadınların istismarında özünü göstərirdi. İrqi ayrı seçkiliyin mövcud olduğu 
ölkələrdə mahiyyəti qadının ailə üçün yaşaması haqda müddəadan ibarət olan gender ideologiyası  və  aşağı 
səviyyəli (irqi mənsubiyyət baxımından) qrupların ikinci dərəcəliliyini və etibarsızlığını  əsaslandıran irqi 
ideologiya ağdərili kişilərin hakimliyini təsdiq edən stratifikasiya sisteminin yaranmasına yardım edirdi. Bu cür 
cəmiyyətdə elə vəziyyət yaranmışdı ki, bütün kişilər və bütün ağdərililər (cinsindən asılı olmayaraq) istismarçı 
rolunda çıxış edirdi: ağdərili kişilər həm ağdərili qadınları, həm də rənglidərili kişi və qadınları; ağdərili qadınlar 
rənglidərili kişi və qadınları; rənglidərili kişilər rənglidərili qadınları istismar edirdi. Qeyri-millətdən olan 
əhalinin – üçüncü dünya ölkələrindən və MDB-dən çıxmış insanların – məskən saldığı ölkənin vətəndaşlığına 
malik olmayaraq əsasən azödənişli yerlərdə istifadə olunduğu cəmiyyətlərdəki gender və milli-etnik 
stratifikasiyanın kəsişində  də eyni mənzərənin  şahidi oluruq. Belə  cəmiyyətdə stratifikasiya sistemi 
piramidasının zirvəsində kişilər (millətindən asılı olmayaraq) və  həmin dövlətin vətəndaşları (cinsindən asılı 
olmayaraq) dayanır. Beləliklə, konkret sosial şəraitdə sinif, irq, millət və gender sosial bərabərsizliyin eyni 
zamanda mövcud olan sistemlərini formalaşdırmağa qabildir. 
Genderin sosial qurulma prosesinin təhlili göstərdi ki, onun əsasında dayanan gender stratifikasiyası  və 
gender bərabərsizliyi cəmiyyətin həyat fəaliyyətinin ayrı-ayrı sahələrində özünü büruzə verərək bir sıra norma, 
dəyərlər, stereotip və göstərişləri formalaşdırır ki, onlar da öz növbəsində yayıldıqca və  təsdiqini tapdıqca 
mövcud gender sisteminin istehsalına dəstək verir.  
XX yüzilin ikinci yarısında dünya ölçüsündə özünü göstərən qadın hərəkatı Azərbaycanda da özünü hiss 
etdirir. Qadın cəmiyyət həyatının bütün sahələrində kişilərlə  bərabər olmaq istəyir. Müasir dövrün bu tələbi  İlyas 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə