Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   245

 
96
nəticəsində mümkün oldu. Yalnız bundan sonra işçi qüvvəsinin tərkibi evli qadınların hesabına artdı. Ölüm 
səviyyəsinin və  uşaq doğumunun aşağı enməsi işləyən qadının orta hesabla həmiləliklə  və övladını 
yedizdirməklə bağlı  iş yerindən kənarda keçirdiyi zamanın miqdarını da azaltdı. Savad səviyyəsinin artması 
qadına ümumailə gəlirini əvvəlkindən daha artıq təmin etməyə imkan verdi. Lakin bütün bunlar o demək deyildi 
ki,  əmək alətləri və texnologiyanın inkişafında,  əməyin ictimai bölümündə, maddi sərvətlərin  əldə edilmə  və 
istehlakının təşkil-iqtisadi əsaslarında baş verən dəyişikliklər yüziliiklərlə təşəkkül tapan gender stratifikasiyası 
sistemini  əsaslı surətdə  dəyişə  və bunun üstündə qurulan gender bərabərsizliyini ləğv edə bilərdi. Cəmiyyət 
sənaye mərhələsinə  qədəm qoyduqdan sonra insan populyasiyasının qadınların müxtəlif ictimai-faydalı  əmək 
növlərində  iştirakının artımına və müvafiq olaraq onların sosial stratifikasiyanın inteqral ehtiyatları (maddi 
sərvət, nüfuz və təhsil) imkanına olan ictimai tələbatın təsirinin tədricən ixtisar olunması meyli formalaşmağa 
başladı. Lakin bəşər tarixi ərzində yaranan gender sosializasiyası, gender stereotipləri və göstərişləri, rəmzləri, 
rollar sistemi, gender idrak paradiqmaları və bir sıra digər dünyagörüşü, ideoloji və bütövlükdə mənəvi-mədəni 
məzmun amilləri tarixin bu məqamında gender bərabərsizliyi ruhu ilə o qədər dolmuş, o qədər sosial-aktiv və 
istehsala qabil olmuşdu ki, gender bərabərsizliyi baxımından  əməyin və ictimai istehsalın nəticələrinə  və 
cəmiyyətin peşə-vəzifə strukturunda statusların bölümünə müntəzəm  şəkildə neqativ təsir göstərərək, gender 
stratifikasiyasının mövcud quruluş prinsiplərinin saxlanmasına yeni təkan verirdi (bu anlayışları və genderin sırf 
mədəni quruluşunun müvafiq aspektlərini sonrakı mövzuda daha geniş şəkildə nəzərdən keçirəcəyik).  
Həll üsulu, dinamikası  və  nəticələrindən qadının istehsal prosesində  və sosial əhəmiyyətli dəyərlərin 
ailədənkənar sahələrdə bölüşdürülməsi prosesindəki fəal iştirakının asılı olduğu əsas problemlərdən biri ailədəki 
vəzifə bölgüsüdür. Gender stratifikasiyası üçün ev işlərinin əhəmiyyəti sosial-sinfi təbəqələşmə və stratifikasiya 
üçün bazarın sosial-iqtisadi fenomeninin əhəmiyyəti qədər mühümdür. Gender bərabərsizliyinin aradan 
qaldırılması üçün əməyin ailədaxili bölümü probleminin vacibliyini bu cür ifadə etmək olar: qadın öz bacarığı 
və istedadının reallaşmasına kişi qədər əmin olmayınca, o bərabərhüquqlu ola bilməyəcək. 
Araşdırılan problem baxımından qadınlara münasibətdə ayrı-seçkilik ondan ibarətdir ki, müasir cəmiyyətdə 
qadınların çoxu ikili işlə yüklənmişdir: ev işləri və  gəlir  əldə etmək üçün çalışdığı  iş. Nəticədə qadın  ərinin 
karyerası xətrinə özünün ixtisas yüksəlişindən imtina edir. Ev işləri yükü nəinki qadının ixtisas yüksəlişinə, həm də 
təhsil səviyyəsinin və dərəcəsinin yüksəlməsinə mane olur. Ev işi – təkcə kişinin ödənişli işdə çalışmasını təmin 
edən gözəgörünməz və ödənişsiz qadın zəhməti deyil. Bu həm də hökmranlıq və asılılıq təcəssüm etdirən «gender» 
əməyidir. «Ev işi» anlayışına məzmunca bir-birindən fərqlənən müxtəlif vəzifələr aiddir. Ailədə  və  sənaye 
ölkələrində qadının fiziki işi qadının inkişaf etməkdə olan ölkələrdə yerinə yetirdiyi işdən (su daşımaq, məhsul 
yığmaq, paltar toxumaq və s.) tamamilə seçilir. Amma su təchizatı, kanalizasiya, elektrik təminatı kimi rahatlıqlara 
baxmayaraq evdəki fiziki işin azalmasına rəğmən həmin iş yenə  də bir fərddə – qadında cəmlənir. Qeyd etmək 
lazımdır ki, qadına münasibətdə ailədaxili əməyin ayrıseçkili bölümünün saxlanmasında mühüm rol ictimai şüurda 
möhkəmlənən gender stereotiplərinə  və göstərişlərinə  məxsusdur. Özü də hakimlik-asılılıq münasibətinin 
müntəzəm istehsalına baxmayaraq təkcə kişi-lər deyil, elə qadınlar da həmin stereotip və göstərişləri rəhbər tutur. 
Ailə hakimiyyətinin mühüm mənbəyi və ölçüsü pul və ona nəzarətdir. Gender stratifikasiyası üçün vacib 
olan yalnız ailə gəlirinin həcmi məsələsi yox, həm də kimin pul qazanması, həmin pulu ailə daxilində nəzarətdə 
saxlaması, bölüşdürməsi və  xərcləməsidir. Praktika göstərir ki, ailə büdcəsi üçün pulun qazanılması ailənin 
gəliri üzərində avtomatik nəzarət yaratmır. Müasir evli qadınların ailə büdcəsindəki xidməti getdikcə artsa da, 
cəmiyyətdə onların statusu hətta şəxsi gəlirinə nəzarət etmək bacarığı baxımından belə kritik olaraq qalır. ABŞ-
da aparılan araşdırmaların nəticəsi çox geniş yayılan bir vəziyyəti əks etdirir. Məlum olmuşdur ki, pulun idarə 
olunmasının «defisit üzərində  nəzarət» sayıldığı azgəlirli ailələrdə maliyyə  nəzarəti qadın tərəfindən yerinə 
yetirilir; gəlirin yüksək olduğu ailədə isə maliyyə  nəzarəti adətən kişiyə  məxsus olur. Gender normaları  ərin 
qazandığı pulun hamısını ailə büdcəsinə vermədiyi və pulun bir hissəsini öz şəxsi ehtiyacı üçün saxladığı 
vəziyyəti nəzərdə tutur. Məvacibə  əlavələr, mükafat və digər  əlavə qazanc haqqında da bunu söyləmək olar. 
Arvadın qazandığı pula gəldikdə isə normativ münasibət burada çox zaman onun uşağa baxmaq üçün yaxud 
xırda xərclər üçün sərf olunmasını nəzərdə tutur və bunu ailənin ümumi büdcəsinə daxil etmir.  
Əməyin ailədaxili bölümündə gender bərabərsizliyinin stereotiplərdən və göstərişlərdən asılılığına ev 
işlərinin rəmzləşməsi daha bir sübutdur. Ev işi «qadın» olmaq anlayışının «təbii» (mədəni gözlənilən və 
qanunlaşdırılmış) bir hissəsi, «lazımi ailələrin quruluş proyekti»nin bir hissəsidir. Ev işinin keyfiyyəti çox vaxt 
qadının rəmzi rəğbəti olaraq aşkarlanır. Bu zaman qadın öz vəzifəsini ərinin tələblərini yerinə yetirmək vacibliyi 
olaraq müəyyənləşdirir, ərə isə arvadının elədiklərinə şəksiz tənqidlə yanaşmaq hüququ verilir. Bundan başqa, 
ev işinin yerinə yetirilməsi sevgi və qayğının ifadəsi kimi başa düşülür, amma kişi üçün və qadın üçün bərabər 
bölünmür. Ev işi qadının evə qayğısı kimi nəzərdən keçirilir, buna görə  də qadın ailənin ehtiyacını yerinə 
yetirmirsə, özünü günahkar hesab edir. Kişi isə ev işində az xidməti olsa belə, bunu minnətlə edir. Və nəhayət, 
ev işinin qadına aid olması kimi stereotip qavranış ailədə hakimiyyət iyerarxiyasını, subordinasiyanı təcəssüm 
etdirir. 
Əsasında kişinin üstün rolu, onun sosial qrup olaraq hakimliyi (patriarxat) ilə xarakterizə olunan ictimai 
münasibətlər sisteminin formalaşdığı gender stratifikasiyası  və gender bərabərsizliyi öz əksini  əməyin yalnız 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə