Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   245

 
91
Məlum olduğu kimi, XX əsr boyu dünyadüzəmin quruluşunda zəngin mərkəz və yoxsul perefiriyanın 
arasında qeyri-bərabərliyi doğruldan, ideya jəhətdən  əsaslandıran liberalizm idi. Hamı ümidvar idi ki, siyasi 
jəhətdən azad olan millət düzgün (kapitalist və ya sosialist) iqtisadi inkişaf yolu seçərək mütləq uğur əldə edəjək 
və qüvvətli dövlətə çevriləjəkdir. Bu gün bəşəriyyətin bu qədildən olan liberal ümidləri boşa çıxıb. Alimlərin 
proqnozuna görə dünyadüzəmin «geomədəniyyəti» yaxın bir zamanlarda böyük dəyişikliklərə məruz qalajaqdır. 
Qlobal mədəniyyət. Maraqlıdır ki, qloballaşma mədəniyyətinin mümkünlüyü və səmərəsi bir çox fəlsəfi 
jərəyanlarda, müxtəlif yanaşmalarda, xüsusilə  də dekonstruksiya, postmodernizm, postkolonialzim, 
poststrukturalizm və ayrı-ayrı kulturoloci tədqiqatlarda inkar olunur. Bütün təlimlər qloballaşma mədəniyyətinin 
nə  dərəjədə arzu olunan olması barədə suala javab verməyə istiqamətləniblər. Tarixdən məlumdur ki, bəşər 
mədəniyyətinin hər bir mərhələsində qlobal mədəniyyətin yaradılmasına səylər göstərilmişdir. Universallıq 
olmadan heç bir akademik elm öz mövjudluğunu  əsaslandıra bilməz. Bununla yanaşı, bildiyimiz kimi, 
informasiya inqilabı  jəmiyyətdə qüvvələrin  ənənəvi mövqeylərini dəyişib.  İnformasiya inqilabı vahid dünya 
informasiya ijtimaiyyəti haqqında ideyaların irəli sürülməsinə  təkan verdi. Həmin təlimlərdə, xüsusilə  də 
İnformasiya jəmiyyəti haqqında təliminin  əsaslarının formalaşmasının ilkin mərhələsində etnomədəni 
xüsusiyyətlər, millətlər və milli münasibətlər, milli adətlər sanki inkar olunur, vahid iformasiya məkanı, milli 
sərhələr olmayan yeni sivilizasiyalar haqqında fikirlər irəli sürülürdü. Eyni zamanda yaranan yeni mədəni 
reallığa zidd olaraq XX əsrin ikinji yarısından amerika və daha sonra avropa elmində ijtimai proseslərdə etnik 
faktorun əhəmiyyətini bildirən ideya jərəyanları ortaya çıxdı. Bu hadisə elmdə «etnik intibah fenomeni» kimi 
qeydə alındı. Etnik dəyərlər yenidən  əhəmiyyət kəsb etməyə başladı.  İldən-ilə Amerika və Avropada etnik 
azlıqların öz etnik hüquqlarının genişləndirilməsi uğrunda mübarizə aktivləşirdi. 1980-1990-ji illərdə bu proses 
postsovet məkanı ölkələrini, o jümlədən də Azərbayjanı əhatə etdi. Qeyd olunmalıdır ki, bu qədildən olan sosial 
aktivlik heç də hər yerdə bir mənalı ötüşmədi, müəyyən regionlarda bu proses zorakılıq dalğası ilə müşaiyyət 
olan açıq sosial konfliktlərdə öz əksini tapdı.Nətijədə bu iki istiqamət arasında bir sıra ziddiyyətlər yarandı: 

 
Modernizm və ənənəvilik arasında ziddiyyət; 

 
Avropa və Asiya, daha dəqiq ifadə etsək qərb və şərq mədəniyyətlərinin dialoqu üçün xarakterik olan 
«özümkü» və «yad» anlayışları arasında ziddiyyət; 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


 
92

 
«İnformasiya inqilabı» işığında yeni məna əldə edən qlobal və lokal mədəniyyətlər arasında ziddiyyət; 

 
Mədəniyyətin texniki və humanitar aspektləri arasında ziddiyyət. 

 
Bu ziddiyyətlərin nəzəri əsasları dərindən öz təhlilini tapmasa da müasir jəmiyyətdə mövjudluğu artıq 
inkar edilmir. Bu gün alimlər qarşısında lokal və qlobal mədəniyyət formalarının qarşılıqlı  təsir aspektlərinin 
öyrənilməsi, informasiya mədəniyyətinin mədəniyyətin etnik komponentlərə təsirinin proqnozlaşdırılması kimi 
problemlərin həlli durur. 

 
Mədəni qloballaşmanı yalnız Qərbin kütləvi mədəniyyətinin yaılması kimi təqdim etmək bu gün 
yanlışdır. Çünki mədəni qloballaşma həm də mədəniyyətlərin qarşılıqlı əlaqəsini və rəqabətini ehtiva edir. Qeyd 
olunmalıdır ki, tarixi-mədəni  ənənələri daha qüvvətli olan milli dövlətlərdə  qərb mədəni standartlarının 
yayılması etnomədəni rifaha gətirib çıxarır. Mütəxəssislərin fikrinjə, etnomədəni rifah isə öz növbəsində 
qüvvətlənən milli ijtimai ideologiyada əksini tapajaqdır. Bu zaman, tarixən zəif ənənəvi mədəni köklərə malik 
dövlətlər ijtimai şüur böhranını  zəif formada keçirirlər. Lokal və qlobal mədəniyyətlərin qarşılıqlı  əlaqələri 
mədəni innovasiyaların «özünükiləşdirmə» prosesi nətijəsində baş tutur. Qeyd edilməlidir ki, sivilizasiya 
sistemləri tərəfindən innovasiyaların mənimsənilmə dərəjəsi bu və ya digər jəmiyyətin ənənəviliyi ilə müəyyən 
olunur. 

 
Qlobal mədəniyyət probleminin göstərilən aspektinin təhlili göstərir ki, hər bir mədəniyyətin özülü 
digər mədəniyyətlərin daxil olmasına və  təsirinə qarşı yüksək immunitetə malikdir. Qərb sivilizasiyası 
çərçivəsində formalaşmış normalar, standartlar və qaydalar, qlobal miqyasda nisbətən asanlıqla yayılır. Bu 
onunla izah edilir ki, ümumqəbulolunmuş qərb strukturları, institutları, standart və qaydalar tarixən formalaşmış 
idarəetmənin identik rasional mexanizmlərini, rasional fəaliyyət və rasional təşkilatlanma formalarını  nəzərdə 
tutan texnologiyalar əsasında formalaşır.Bildiyimiz kimi, bu mənada yüksək adaptiv mədəniyyət növlərinə Ya-
pon, Koreya, qismən Çin mədəniyyətlərini aid edirlər ki, bu mədəniyyətlərdə modernləşmə prosesləri yüksək 
sürətlə baş verir. 
Yuxarıda göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, qloballaşma dövrü mədəni aspektdə minimum iki 
tendensiya daşıyır: 
1.
 
bir tərəfdən, o, insanların ənənəvi həyat tərzinə dəyişikliklər gətirir; 
2.
 
digər tərəfdən isə  mədəniyyətin adaptasion qorunma mexanizmlərini stimullaşdırır. Bu proses 
müəyyən vaxtlar kəskin münaqişə xarakteri də ala bilər. 
Müasir jəmiyyətdə qlobal şəkil almış mədəniyyətlərin yaxınlaşma prosesində yaranan ziddiyyətlərin ara-
dan qaldırılması  işində BMT-nin böyük rolu danılmazdır. Birləşmiş Millətlər Təşkilatı  mədəniyyət və elm 
sahəsində mübadiləni, mədəniyyətləarası kommunikasiyanı beynəlxalq sülhün və inkişafın əsas elementləri he-
sab edir. 
Beynəlxalq Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət məsələləri üzrə qurumu olan YUNESKO üç 
sahəyə diqqətini yönəltmişdir: 

 
inkişafın xidmətində duran elmə; 

 
mədəni inkişafa (irs və yaradıjılıq); 

 
kommunikasiya, informasiya əv informatikaya. 
1970-ji ildə YUNESKO tərəfindən qəbul edilən konvensiya mədəni mülkiyyətin qeyri-qanuni import, 
eksport və ötürülməsini qadağa edir.1995-ji ildə  qəbul edilmiş konvensiya isə  oğurlanmış  və ya qeyri-qanuni 
şəkildə ölkədən çıxarılmış mədəni obyeklərin geri qaytarılmasını təmin edir. 
YUNESKO-nun mədəni fəaliyyəti inkişafın mədəni aspektlərinin genişləndirilməsinə; yaradıjı fəaliyyətin və 
yaradıjılığın dəstəkləməsinə; mədəni mənsubluğun və folklor ənənələrinin qorunmasına; kitabın və oxu 
mədəniyyətinin təbliğatına xidmət edir.  
 Bu gün YUNESKO özünü mətbuatın azadlığı və KİV-in müstəqillliyinin tərəfdarı kimi təqdim edir. Bu 
sahəyə  həsr olunan əsas proqramda YUNESKO informasiyanın azad axınının təşkil olunması  və inkişaf edən 
ölkələrin kommunikasiya imkanlarının genişləndirilməsi kimi məsələləri öz öhdəsiyinə götürür. YUNESKO-
nun «Beynəlxalq mədəni dəyərlər mübadiləsi» barədə Tövsiyyələrdə (26.11.1976, Nayrobi) Birləşmiş Millətlər 
Təşkilatının təhsil, elm və  mədəniyyət məsələləri üzrə Baş Konferensiyası qeyd ediri ki, mədəni dəyərlər 
sivilizasiyanın və xalqların mədəniyyətinin  əsas elementləridir. Bundan başqa Tövsiyyələrdə göstərilir ki, 
mədəni mübadilənin genişləndirilməsi və möhkəmləndirilməsi mədəniyyətin müxtəlif sahələrinə  əldə olunan 
nailiyyətlərlə tanışlığı təmin edəjəkdir. Digər tərəfdən, mədəni mübadilə xalqların mədəni özünəməxsusluğunu 
qorunub saxlanılmaqla qarşılıqlı hörmət şəraitində müxtəlif mədəniyyətlərin və bütün bəşəriyyətin mədəni irsini 
təşkil edən mədəni dəyərlərin zənginləşməsinə səsəb olajaqdır. Qeyri-qanuni tijarətin və zərərərin qarşısını alan 
hüquqi, elmi, texniki şərtlərlə  tənzimlənən mədəni dəyərlərin qarşılıqlı mübadiləsi xalqlar arasında qarışılıqlı 
hörmət və anlaşılmanın möhkəmləndirilməsində  ən güjlü vasitədir. Bu zaman YUNESKO tərəfindən 
«beynəlxalq mübadilə» dedikdə dövlətlərarası  və ya mədəni təşkilatlar tərəfindən mülkiyyət, istifadə  və ya 
mədəni dəyərlərin saxlanılması hüquqlarının verilməsi nəzərdə tutulur. Mədəni dəyərlərin təhvil-təslimi 
müvəqqəti saxlanılma, alqı-satqı və ya hədiyyə məqsədilə həyata keçirilə bilər. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə