89
təbliği və populyarlaşdırılması, əks təqdirdə isə xariji mədəni ekspansiyanın qarşısının alınması diplomatiyanın
səmərəli instrumenti və dövlətin milli maraqlarının mübarizəsində effektiv vasitə kimi çıxış edir.
1.19. Qloballaşma sosio-mədəni reallıq kimi
XXI əsrin əvvələrində qloballaşma nəzəri mübahisə və siyasi diskussiyalar predmeti olmaqla yanaşı, artıq
sosial-mədəni reallığa çevrildi. Bu gün qloballaşan mədəni məkanın səjiyyəvi xüsusiyyətləri kimi aşağıdakı
amilləri göstərmək olar:
•
iqtisadi, siyasi, sosial və mədəni əlaqələrin sərhədlərinin genişlənməsi prosesinin intensifikasiyası;
•
soyuq müharibədən sonra yeni tarixi mərhələnin başlanğıjı;
•
dünya iqtisadiyyatının transformasiyası;
•
qeyri-liberal iqdisadi proqramların siyasi demokratizasiya proqramlarılə əlaqələndirməsi
nətijəsində amerikan
dəyər sisteminin üstünlük təşkil etməsi;
•
ortodoksal(bir məsləkin sabitliyi və ardıjıllığı) ideologiya;
•
texnoloci inqilab;
•
milli dövlətlərin qlobal problemlərin (demoqrafik, ekoloci, insan hüquqları və nüvə silahının yayılmasının
qarşısının alınması) həlli qarşısında ajizliyi.
Qlobal sivilizasiyanın formalaşmasında mütəxəssislər əsasən 4 (dörd) meqatendensiya fərqləndirlər:
- Mədəni qütbləşmə.XXI əsrdə mədəni qütbləşmənin əsas səbəblərinə aid edilir:
•
xalqlar və regionlar arasında, ayrı-ayrı ölkələr daxilində artan iqtisadi və ekoloci qeyri-
bərabərlik;
•
dini və bazar fundamentalizmi;
•
irqi və etnik müstəsnalığa iddialılıq;
•
ayrı-ayrı ölkələrin və ya hərbi-siyasi blokların fraqmentallaşmış dünyada nəzarət sahəsinin
genişləndirilməsi;
•
tükənən təbiət resurslarının əldə edilməsi uğrunda mübarizə;
•
kütləvi qırğın silahının yayılması.
Mədəni assimilyasiya. Məlum olduğu kimi, XX əsrin son 20 ilində qərb liberalizm ideyaları qələbə
çalmış oldu. F. Fukuyamanın «tarixin sonu» haqqında tezisi ilə artıq bütün ijtimaiyyət razılaşmışdır. Həmin
tezisə görə, Yer kürrəsi əhalisinin aktiv təbəqələrinin dünya bazarının daim genişlənən
sistemləri vasitəsilə qərb
dəyərlərinə və qərb həyat tərzinə ardıjıl tabe olunmasını özündə ehtiva edən «vesternləşməyə» digər alternativ
yoxdur. Fukuyamanın fikrinjə, bu gün beynəlxalq münasibətlərdə universal, yəni ümumbəşəri norma və
qaydaların formalaşması prosesi gedir.
Mədəni hibridləşmə. Mədəni hibridləşmə tendensiyası XX əsrin sonlarından başlayraq tamamilə yeni
keyfiyyətlər əldə edib. Misal üçün, mədəniyyətin «kreollaşması» prosesi ənənəvi olaraq yeni etnik ijmaların
yaranmasına
səbəb olaraq, transmədəni konverqensiya və translokal mədəniyyətlərin, başqa sözlə diaspor
mədəniyyətlərin formalaşmasını şərtləndirdi. Maraqlıdır ki, mədəniyyətin kreolaşması prosesi ənənəvi
lokallaşma və milli-dövlətçilik mədəni identikliyi əldə etməkdən imtina etmiş oldular.
Kommunikasiyanın və mədəniyyətlərarası əlaqələrin intesivləşməsi, informasiya texnologiyalarının
inkişafı bəşər mədəniyyətinin müxtəlifliyinin diversifikasiyasına səbəb oldu. Onların qlobal mədəniyyət
tərəfindən basılmasının qarşısı alındı. Maraqlıdır ki, dünya tədrijən bir-birlərilə sıx təmasda olan translokal
mədəniyyətlərin gəliz mozaikasına çevrilmiş olur. Translokal mədəniyyətlər şəbəkə strukturuna malik olaraq,
yeni mədəni regionların yaranmasına səbəb olur. Burada misal olaraq, kompyuter və telekommunikasiya
şəbəkələrinin artması nətijəsində yeni professional dünyaların yaranmasını göstərmək olar.
Mədəni izolyasiya (təjrid olunma). Ötən XX əsr boyu ölkə, region, siyasi blokların müxtəlif izolyasiya və
özünüizolyasiya formaları ilə rastlaşmaq olar. Maraqlıdır ki, siyasi və mədəni izolyasiya («sanitar kordon») və
ya mədəni özünüizolyasiya («dəmir pərdə») vasitələrinə xariji və daxili düşmənlərlə mübarizə üçün sosial
sistemlərin konsolidasiyası məqsədilə əl atırdılar. Müasiri olduğumuz XXI əsrdə izolyasion tendensiyaların
mənbəsi - mədəni və dini fundamentalizm, ekoloci, milli və irqi hərəkatlar, sosiomədəni avtarkiya, informasiya
və humanitar kontaktlara məhdudiyyət qoyan avtoritar və totalitar recimlərin hakimiyyətə gəlməsi ola bilər.
XX əsrin sonu XXI əsrin əvvəllərində sivilizasiya 2 əsas mehvər üzrə inkişaf edir:
1) «mədəniyyət» məhvəri üzrə inkişaf mədəni imperializmdən mədəni plüralizmə doğru
istiqamətləndirilmişdir.
2) ikinji, «jəmiyyət» mehvəridir ki, burada inkişaf qapalı jəmiyyətdən açıq tipli jəmiyyətə doğru gedir.
Qloballaşma prosesinin dinamikasını şərtləndirən sivilizasion və əsas
mədəni arxetiplərin inkişaf
xətlərinin sxematik əlaqəsini alimlər paralelloqramlar formasında təqdim edirlər.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
90
Konsolidasiya mədəniyyəti sinxron təşkilat sistemlərinin üstünlüyü ilə xarakterizə edilir. Konsolidasiya
mədəniyyətinə təsərrüfatın avtarkik tipi məxsusdur. Avtarkik tip dedikdə, qeyri istehsal fəaliyyət və yaşam
uğrunda mübarizə, ya da ki «təbiət nemətlərin» yığımı ilə bağlı istehsal nəzərdə tutulur. Yəni, barın yığılması,
ovçuluq, balıqçılıq, daha yüksək inkişaf etmiş təsərrüfat (mədən qazıntıları, ekstensiv kənd təsərrüfatı) və ya
formasiyalar çərçivəsində həyata keçir. Həmin arxetipin əsas etik dəyəri – sosial ədalətdir ki, onun ölçüsünü
dini, mənəvi və ya siyasi avtoritet müəyyən etmiş olur, əsas əxlaqi-psixoloci prisip kimi isə kollektivizm çıxış
edir.
Rəqabət mədəniyyəti. Müasir dönəmdə maraqlı tərəflər arasında kontrakt əsasında münasibətləri ehtiva
edən təsadüfi təşkilatlar sistemində reallaşır. Bu kimi sistemlər əsasında birgə individual fəaliyyət duran
sahibkarlıq mədəniyyəti mənsubdur. Rəqabət mədəniyyətinin əsas etik dəyəri – uğurun qarantı kimi şəxsi
azadlıq, baza əxlaqi-psixoloci prinsip isə – individualizmdir.
Konfrontasiya mədəniyyətinə bürokratik idarəetmə formaları və bürokratik təşkilati mədəniyyət məxsus
olan qapalı, iyerarxik təşkilat sistemləri aiddir. Kofnrontasiya mədəniyyəti çərçivəsində
davamlı birgə
fəaliyyətin təşkili formaları üstünlük təşkil edir. Təşkilati iyerarxiyanın hər yuxarıda duran instansiyası aşağıda
duran təbəqənin konfliktli situasiyalarını həll etməlidir. Buna görə də, bu mədəniyyətin məqsədələrinin
müəyyən edilməsində «yuxarıların» maraqları əsas tutulur.
Kooperasiya mədəniyyəti demokratik idarəetmə formaları ilə açıq təşkilatlanma sistemlərini ehtiva edir.
Bu mədəniyyət çərçivəsində birgə yaradıjı fəaliyyət nəzərdə tutulur. Kooperasiya mədəniyyəti azlığın
maraqlarını nəzərə alaraq çoxluğun maraqlarını ifadə edir.
Fraqmerqasiya – amerika politoloqu Dc.Rozenau tərəfindən elmi dövriyyəyə gətirlən
termindir ki,
inteqrasiya və fraqmentasiya proseslərini bildirir. Fraqmeqrasiya dedikdə, «milli dövlətlərin» blok və ittifaqların
formalaşması və möhkəmlənməsi (inteqrasiyası) nəzərdə tutulur
.
Lokalizasiya – sosial və mədəni tolenrantlığın mədəni izolyasiya siyasətini həyata keçirən, qlobal
sivilizasiyanın formalaşmasının qarşısını olan fundamenal ideologiyalar əsasında etnik və sivilizasion
hadisələrin konsolidasiyasıdır.
Qlokalizasiya – mədəni hibridləşdirmə nətijəsində, yəni mədəni regionlar çərçivəsində qarşılıqlı mədəni
mübadilənin və konstruktiv əməkdaşlıq çərçivəsində qlobal multimədəni sivilizasiyanın nailiyyətləri əsasında
lokal mədəniyyətlərin modernləşmə proseslərini bildirən termindir. Termin ilk dəfə «Sony» yaponiya
korporasiyasının rəhbəri Akio Morita tərəfindən təklif edilmişdir. Beləliklə, qloballaşmanı mədəni
assimilyasiyanın meqatendensiyası kimi təqdim etmək mümkündür.
Qloballaşma probleminə dəyər sistemlərinin mütənasibliyi və bir-birlərinə qarşılıqlı təsiri
aspektindən
baxdıqda, müəyyən edilir ki, inteqrasiya və dialoqa doğru intensiv istiqamətlənən müasir dünyada müxtəlif
mədəniyyətlərə mənsub insanların bir-birlərini daha dolğun anlaması məsələsi böyük əhəmiyyət kəsb edir.
Kross – mədəni kommunikasiyanın mümkünlüyü və qeyri-mümkünlüyü, müxtəlif mədəniyyətlərin
nümayəndələrinin ünsiyyəti nətijəsində məna və dəyərlərin bir qisminin itirilməsi problemi identikliklərin
konflikti məsələsini ortaya çıxarır. Başqa sözlə, müxtəlif – dini, milli, professional və ya təşkilat mədəniyyətləri
arasında təbii sürətdə bir-birlərini anlamama situasiyası yaranmış olur.
Etnosların mədəniyyətlərarası kommunikasiyasında onların dəyər dünyalarının
xüsusiyyətləri, dəyər
sistemlərinin mütənasibliyi əsas şərt kimi çıxış edir. Mədəniyyətlərarası kommunikasiyanı şərtləndirən digər
amil qlobal ijtimai-tarixi şəraitdir. Bundan başqa mədəniyyətlərarası münasibətlər şüurlü şəkildə insanlar
tərəfindən tənzimlənə bilər. Sülh, əməkdaşlıq və ya düşmənçilik, qərəz içində yaşamaq insanların öz seçimidir.
Alimlər düzgün olaraq müəyyən edirlər ki, müxtəlif etnomilli ijmalar arasında ziddiyyət və gərginlikləri
çözmək üçün müəyyən mədəni dəyər sistemləri barədə dəqiq və obyektiv biliklərin əldə edilməsi olduqja
vajibdir.
Bununla əlaqədar müasir dünyada dəyər sistemlərinin koordinatlarını müəyyən edən geomədəniyyət,
qlobal mədəniyyət, mədəniyyətlərarası kommunikasiya fenomenləri əhəmiyyət əldə edirlər.
«Geomədəniyyət» anlayışı. Geomədəniyyət termini ilkin anlamda «mədəni imperializmin», yəni iqtisadi
jəhətdən geridə qalmış Jənub üzərində mədəni sənayə jəhətdən inkişaf etmiş Şimalın hökmranlığını bildirən
anlayışının sinonimidir. «Geomədəniyyət» təlimi 1991-ji ildə amerika alimi İmmanuil Vallerstaynın
«Geosiyasət və geomədəniyyət» adlı kitabının işıq üzü görüdkdən sonra geniş şəkildə yayıldı. Vallerstayna
görə, «geomədəniyyət» XVI əsrin əvvəllərində yaranmış və tarixdə sosialist eksperimentinin məğlubiyyətindən
sonra ən böyük böhran keçirən kapitalist dünyadüzəmi sisteminin mədəni əsasıdır.
Onun fikrinjə,
geomədəniyyət təliminin əsası üç konsept üzərində qurulur:
•
BMT – nin üzvləri olan və gələjəkdə üzvlüyə daxil olajaq dövlətlər siyasi jəhətdən müstəqil və iqtisadi jəhətdən
avtonomdurlar;
•
Bu dövlətlərin hər-biri faktiki olaraq üstünlük təşkil edən və tarixən mövjud olan ən azı bir milli mədəniyyətə
malikdir;
•
Zaman ötdükjə bu dövlətlərin hər biri müstəqil olaraq inkişaf etmək qüvvəsinə malikdirlər.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir