271
AZƏRBAYCAN RESPUBLİKASI
Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması və möhkəmləndirilməsi
Azərbaycanın dövlət müstəqilliyinin bərpasına mane olmaq cəhdləri
90-cı illərin əvvəllərində SSRİ-nin tənəzzülü sürətləndi. SSRİ-in dağılmaqdan xilas etmək üçün bir qrup partiya və dövlət
rəhbərləri SSRİ prezidenti M.Qarbaçovun razılığı ilə
1991-ci ilin 19-21 avqustunda Moskvada dövlət çevrilişinə cəhd etdilər. Lakin
aşağıdakı amillər nəticəsində avqust
çevrilişi baş tutmadı:
Demokratik qüvvələrin ayağa qalxması
Əhalinin müqavimət göstərməsi
Ordunun xalqın tərəfinə keçməsi və.s
1991-ci il avqust çevrilişi Azərbaycanda da siyasi vəziyyəti gərginləşdirdi və ümumxalq narazılığını daha da artırdı. Bu zaman
Azərbaycan iqtidarı,
Azərbaycan Kommunist Partiyası SSRİ-də dövlət çevrilişinə cəhd edənləri müdafiə etdi. Azərbaycan xalqı
isə respublika rəhbərliyinə demokratik qüvvələr isə siyasi mühafizəkarlara qarşı narazılıq çıxışlarını və mitinqlərini gücləndirdi.
Bu çıxış və mitinqlərdə əhali hökumətdən aşağıdakı tədbirləri görməsini tələb edirdilər:
Respublikada president seçkilərinin dayandırılmasını
Parlamentin buraxılmasını və yeni parlament
seçkilərinin keçirilməsi
Kommunist Partiyasının ağalığına son qoyulmasını
Ölkədə fövqaladə vəziyyətin ləğv edilməsini
DQMV-də Azərbaycanın suveren hüquqlarının təmin olunmasını
Azərbaycan Respublikası Ali Sovetinin xalqın təkidi ilə çağrılmış növbədənkənar sessiyası
1991-ci il avqustun 30-da
“Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə” qəbul etdi. H.Əliyev və.b deputatların
təkidinə baxmayaraq rəhbərlik“Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə”ni
referendumla legitimləşdirmək istəmədi. Çünki bu qanunun qəbulunda məqsəd SSRİ-in dağılmasına mane olmaq məqsədi ilə qəbul
edilmişdi.
1991-ci il sentyabrın 8 Azərbaycanda prezident seçkilərində A.Mütəllibov yenidən Prezident “seçildi”. Azərbaycanın
mütəqilliyinə mane olmaq üçün xarici düşmənlər təzyiqləri artırdı. Belə bir şəraitdə demokratik düşərdə
hakimiyyəti qəti tədbirlər
görməməkdə təqsirləndirərək xalqı iqtidara tabe olmamağa çağırırdı. Müxalifət hər vasitə ilə hakimiyyətə gəlməyə, iqtidarda olanlar
isə müəyyən güzəştlərə getməklə öz vəzifələrini qoruyub saxlamağa çalışırdılar. Bu səbəblər iqtidarla AXC rəhbərliyini qarşılıqlı
maraq əsasında yaxınlaşdırdı. Sövdələşmənin nəticəsi olaraq iqtidarda olan A.Mütəllibov ilə AXC rəhbərliyi arasında
1991-ci il
oktyabrın 3-də keçirilən görüşündə Milli Şura yaradılması haqqında razılıq əldə edildi.
Azərbaycanın dövlət müstəqilliyinin elan olunması
Xalqın tələbi ilə Azərbaycan Respunlikası Ali Sovetinin
1991-ci il oktyabrın 18-də toplanmış sessiyası
“Azərbaycan
Respublikası dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Bununla Azərbaycanın dövlət müstəqilliyi bərpa
olundu. XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyi bərpa olunması mühüm hadisə idi. Prezident yerlərdə hakimiyyətini
möhkəmləndirmək məqsədi ilə el həmin gün –
1991-ci il oktabrın 18-də:
Prezident idarəsi yaradıldı
Rayonlarda, şəhərlərdə və şəhər rayonlarında icra hakimiyyəti başçısı vəzifəsi yaradıldı
Dövlət katibi və dövlət müşavirləri vəzifələri təsis olundu. (İlk dövlət katibi
akademik Tofiq İsmayılov təyin edildi)
1991-ci il noyabrın 26-da Ali Sovet bərabər əsasda 25 nəfər
demokratik blok nümayəndəsindən və 25 nəfər
iqtidaryönlü
deputatdan ibarət
Milli Şura yaratdı.
Hadisələr sürətlə SSRİ-nin dağılmasına doğru getdiyi bir zamanda,
1991-ci il dekabrın 8-də Belorusiyanın Brest şəhəri
yaxınlığındakı
“Viskuli” mehmanxanasında Belarus, Rusiya Federasiyası və Ukrayna rəhbərləri:
Müstəqil Dövlətlər Birliyi (MDB) yaradılması haqqında müqavilə bağladılar
SSRİ-nin beynəlxalq subyekt kimi varlığına son qoyulduğunu elan etdilər
XI BÖLMƏ
272
1991-ci il dekabrın 25-də M.Qorbaçov SSRİ Prezidenti vəzifəsindən istefa verməsi ilə SSRİ-nin varlığına tamalilə son
qoyuldu.
1991-ci il dekabrın 29-da Azərbaycan Respublikasında Azərbaycanın dövlət müstəqilliyi haqqında referendum keçrildi.
Azərbaycan xalqı yekdilliklə dövlət müstəqilliyinə tərəfdar çıxdı.
SSRİ-nin dağılması və müstəqillik haqqında referendumun
keçrilməsi nəticəsində Azərbaycanın dövlət müstəqilliyi tam hüquqi təsdiqini tapdı. .
1992-ci ilin mayında Milli Məclis
Azərbaycan Respublikasının
Dövlət himnini, 1993-cü ilin əvvəlində Dövlət gerbini təsdiq etdi.
Azərbaycanın müstəqilliyinin beynalxalq aləmdə tanınması
Azərbayjan Dövlət müstəqilliyani ilkin olaraq
Türkiyə Respublikası, sonra
Rumıniya, Pakistan, İsveçrə, İran, ABŞ, Rusiya
Federasiyası və.b dövlətlər tanıdı. Artıq 1993-cü ilin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyi 116 dövlət tərəfindən tanınmış,
70 xarici dövlət ilə diplomatik əlaqələr qurulmuş, Azərbaycan Respublikası 14 beynəlxalq təşkilata üzv qəbul edilmişdi. Azərbaycan
Respublikasının üzv qəbul edilmiş əsas beynəlxalq təşkilatlar bunlardı:
1991-ci il dekabr
İslam Konfransı Təşkilatı.
1992-ci il fevral İqtisadi Əməkdaşlıq Təşkitatı.
1992-ci il 2 mart Birləşmiş Millətlər Təşkilatı (BMT).
1992-ci il, 10 iyul ATƏT (Helnski Müşavirəsinin Yekun Aktına qoşulmaqla).
1993-cü ilin 24 sentyabr Müstəqil Dövlətlər Birliyi.
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi
haqqında Konstitutsiya Akt”ının qəbul olunması
(
1991-ci il 18 oktyabr)
“Azərbaycan SSR-in suverenliyi haqqında”
Konstitusiya qanunu qəbul
edilməsi
(1989-cu il 23 sentyabr)
Azərbaycan SSR-in “Azərbaycan Respublikası”
adlandırılması
(1991-ci il 5 fevral)
Müstəqillik yolunda ilk
addımlar
“Azərbaycanın müstəqilliyi haqqında” ümumxalq
referendumu keçirildi
(
1991-ci il 29 dekabr )
Dövlət gerbi
(23 fevral 1993)
Dövlət himni
(27 may 1992)
Dövlət rəmzləri
Dövlət bayrağı
(il fevral 1991)
1991-ci il
dekabr
Referendum keçirildi, Azərbaycan xalqı
yekdilliklə dövlət müstəqilliyinə tərəfdar çıxdı
Azərbaycan İslam Konfransı Təşkilatına üzv
qəbul olundu
M.Qarbaçov SSRİ prezidenti vəzifəsindən
istefa verdi, SSRİ süqut etdi