Dərslik II hiSSƏ 2



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə136/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   132   133   134   135   136   137   138   139   ...   142

 
271 
 
 
AZƏRBAYCAN RESPUBLİKASI 
 
Azərbaycanın  dövlət  müstəqilliyinin bərpa olunması və möhkəmləndirilməsi 
 
Azərbaycanın  dövlət  müstəqilliyinin bərpasına mane olmaq cəhdləri 
90-cı illərin əvvəllərində SSRİ-nin tənəzzülü sürətləndi. SSRİ-in dağılmaqdan xilas etmək  üçün bir qrup partiya  və dövlət 
rəhbərləri SSRİ prezidenti M.Qarbaçovun razılığı ilə1991-ci ilin 19-21 avqustunda Moskvada dövlət çevrilişinə cəhd etdilər. Lakin 
aşağıdakı amillər nəticəsində avqust çevrilişi baş tutmadı: 

 
Demokratik qüvvələrin ayağa qalxması 

 
Əhalinin müqavimət göstərməsi 

 
Ordunun xalqın tərəfinə keçməsi və.s 
1991-ci il avqust çevrilişi Azərbaycanda da siyasi vəziyyəti gərginləşdirdi və ümumxalq narazılığını daha da artırdı. Bu zaman 
Azərbaycan iqtidarıAzərbaycan Kommunist Partiyası SSRİ-də dövlət çevrilişinə cəhd edənləri müdafiə etdi.  Azərbaycan xalqı 
isə respublika rəhbərliyinə demokratik qüvvələr isə siyasi mühafizəkarlara qarşı narazılıq çıxışlarını və mitinqlərini gücləndirdi. 
Bu çıxış və mitinqlərdə əhali hökumətdən aşağıdakı tədbirləri görməsini tələb edirdilər: 

 
Respublikada president seçkilərinin dayandırılmasını 

 
Parlamentin buraxılmasını və yeni parlament seçkilərinin keçirilməsi 

 
Kommunist Partiyasının ağalığına son qoyulmasını 

 
Ölkədə fövqaladə vəziyyətin ləğv edilməsini 

 
DQMV-də Azərbaycanın suveren hüquqlarının təmin olunmasını 
Azərbaycan  Respublikası  Ali  Sovetinin  xalqın  təkidi  ilə  çağrılmış  növbədənkənar  sessiyası  1991-ci  il  avqustun  30-da 
“Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyini  bərpa  etmək  haqqında  Bəyannamə”  qəbul  etdi.  H.Əliyev  və.b  deputatların 
təkidinə  baxmayaraq  rəhbərlik“Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyini  bərpa  etmək  haqqında  Bəyannamə”ni 
referendumla legitimləşdirmək istəmədi. Çünki bu qanunun qəbulunda məqsəd SSRİ-in dağılmasına mane olmaq məqsədi ilə qəbul 
edilmişdi. 
1991-ci  il    sentyabrın  8  Azərbaycanda  prezident  seçkilərində  A.Mütəllibov  yenidən  Prezident  “seçildi”.  Azərbaycanın 
mütəqilliyinə mane olmaq üçün xarici düşmənlər təzyiqləri artırdı. Belə bir şəraitdə demokratik düşərdə  hakimiyyəti qəti tədbirlər 
görməməkdə təqsirləndirərək xalqı iqtidara tabe olmamağa çağırırdı. Müxalifət hər vasitə ilə hakimiyyətə gəlməyə, iqtidarda olanlar 
isə  müəyyən güzəştlərə  getməklə  öz  vəzifələrini qoruyub saxlamağa çalışırdılar. Bu səbəblər iqtidarla AXC rəhbərliyini qarşılıqlı 
maraq  əsasında  yaxınlaşdırdı.  Sövdələşmənin  nəticəsi  olaraq  iqtidarda  olan  A.Mütəllibov  ilə  AXC  rəhbərliyi  arasında  1991-ci  il 
oktyabrın 3-də keçirilən görüşündə Milli Şura yaradılması haqqında  razılıq əldə edildi.  
 
Azərbaycanın  dövlət  müstəqilliyinin elan olunması 
Xalqın  tələbi  ilə  Azərbaycan  Respunlikası  Ali  Sovetinin  1991-ci  il  oktyabrın  18-də  toplanmış  sessiyası  “Azərbaycan 
Respublikası  dövlət  müstəqilliyi  haqqında  Konstitusiya  Aktı”nı  qəbul  etdi.  Bununla  Azərbaycanın  dövlət  müstəqilliyi  bərpa 
olundu. XX əsrin sonunda  Azərbaycanın dövlət müstəqilliyi bərpa olunması mühüm hadisə idi.  Prezident  yerlərdə hakimiyyətini 
möhkəmləndirmək məqsədi ilə el həmin gün – 1991-ci il oktabrın 18-də: 

 
Prezident idarəsi yaradıldı 

 
Rayonlarda, şəhərlərdə və şəhər rayonlarında icra hakimiyyəti başçısı vəzifəsi yaradıldı 

 
Dövlət katibi və dövlət müşavirləri vəzifələri təsis olundu. (İlk dövlət katibi akademik Tofiq İsmayılov təyin edildi)  
1991-ci il noyabrın 26-da Ali Sovet bərabər əsasda 25 nəfər  demokratik blok nümayəndəsindən və 25 nəfər  iqtidaryönlü 
deputatdan ibarət Milli Şura yaratdı.  
Hadisələr  sürətlə  SSRİ-nin  dağılmasına  doğru  getdiyi  bir  zamanda,  1991-ci  il  dekabrın  8-də  Belorusiyanın  Brest  şəhəri 
yaxınlığındakı “Viskuli” mehmanxanasında Belarus, Rusiya Federasiyası və Ukrayna rəhbərləri: 

 
Müstəqil Dövlətlər Birliyi (MDB) yaradılması haqqında müqavilə bağladılar 

 
SSRİ-nin beynəlxalq subyekt kimi varlığına son qoyulduğunu elan etdilər 
XI BÖLMƏ 


 
272 
1991-ci  il  dekabrın  25-də  M.Qorbaçov  SSRİ  Prezidenti  vəzifəsindən  istefa  verməsi  ilə  SSRİ-nin  varlığına  tamalilə  son 
qoyuldu. 1991-ci il dekabrın 29-da Azərbaycan Respublikasında Azərbaycanın dövlət müstəqilliyi haqqında referendum keçrildi. 
Azərbaycan  xalqı  yekdilliklə  dövlət  müstəqilliyinə  tərəfdar  çıxdı.  SSRİ-nin  dağılması  və  müstəqillik  haqqında  referendumun 
keçrilməsi  nəticəsində  Azərbaycanın  dövlət  müstəqilliyi  tam  hüquqi  təsdiqini  tapdı.  .  1992-ci  ilin  mayında  Milli  Məclis 
Azərbaycan Respublikasının Dövlət himnini, 1993-cü ilin əvvəlində Dövlət gerbini təsdiq etdi.  
 
 
 
 
 
 
Azərbaycanın    müstəqilliyinin beynalxalq aləmdə tanınması
 
Azərbayjan Dövlət müstəqilliyani ilkin olaraq Türkiyə Respublikasısonra Rumıniya, Pakistan, İsveçrə, İran, ABŞ, Rusiya 
Federasiyası  və.b dövlətlər tanıdı. Artıq 1993-cü ilin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyi 116 dövlət tərəfindən tanınmış, 
70 xarici dövlət ilə diplomatik əlaqələr qurulmuş, Azərbaycan Respublikası 14 beynəlxalq təşkilata üzv qəbul edilmişdi. Azərbaycan 
Respublikasının üzv qəbul edilmiş əsas beynəlxalq təşkilatlar bunlardı: 

 
1991-ci il dekabr İslam Konfransı Təşkilatı. 

 
1992-ci il fevral İqtisadi Əməkdaşlıq Təşkitatı. 

 
1992-ci il 2 mart Birləşmiş Millətlər Təşkilatı (BMT). 

 
1992-ci il, 10 iyul ATƏT  (Helnski Müşavirəsinin Yekun Aktına qoşulmaqla). 

 
1993-cü ilin 24 sentyabr Müstəqil Dövlətlər Birliyi
 
 
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi 
haqqında Konstitutsiya Akt”ının qəbul olunması 
(1991-ci il 18 oktyabr) 
 
“Azərbaycan SSR-in suverenliyi haqqında” 
Konstitusiya qanunu qəbul edilməsi  
(1989-cu il 23 sentyabr) 
 
Azərbaycan SSR-in “Azərbaycan Respublikası” 
adlandırılması 
(1991-ci il 5 fevral) 
 
 
Müstəqillik yolunda ilk 
addımlar 
 
“Azərbaycanın müstəqilliyi haqqında” ümumxalq 
referendumu keçirildi 
(1991-ci il 29 dekabr ) 
 
Dövlət gerbi  
(23 fevral 1993) 
 
Dövlət himni 
(27 may 1992) 
 
 
Dövlət rəmzləri 
 
Dövlət bayrağı 
 (il  fevral 1991) 
 
1991-ci il 
dekabr 
 
Referendum keçirildi, Azərbaycan xalqı 
yekdilliklə dövlət müstəqilliyinə tərəfdar çıxdı
 
Azərbaycan İslam Konfransı Təşkilatına üzv 
qəbul olundu 
 
M.Qarbaçov SSRİ prezidenti vəzifəsindən 
istefa verdi, SSRİ süqut etdi 
 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə