Dərslik II hiSSƏ 2


AXC-Müsavat hakimiyyətinin xaric siyasətdə ciddi qüsurlara yol verməsi



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə137/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   134   135   136   137   138   139   140   141   142

 
273 
 
 
AXC-Müsavat hakimiyyətinin xaric siyasətdə ciddi qüsurlara yol verməsi 
AXC-Müsavat  hakimiyyəti  böyük  dövlətlərin  iqtisadi  və  siyasi  maraqlarına  əsaslanan  dünya  siyasətini  düzgün 
qiymətləndirməyərək xarici siyasətdə ciddi qüsurlara yol verdi: 

 
Azərnaycan yeni müstəqillik əldə etmiş Mərkəzi Asiya dövlətlərindən kömək ala bilmədi 

 
Hökumətin Türkiyəyə meylini açıq nümayiş etdirməsi  Rusiya, İranı və Qərb dövlətlərini narahat etdi 

 
Rusiyanın hakim dairələri Ermənistana hərbi yardımı gücləndirdi və seperatçı ünsürləri qızışdırdı 

 
Rspublika rəhbərliyinin təkidi ilə, keçmiş Sovet qoşunları Azərbaycandan çıxarıldı, və Azərbaycana çatacaq silahən bir 
hissəsini döyüşən tərəflər arasında bölüşdürdü 

 
Azərbaycan  haqqında  həqiqətlərin  dünya  birliyinə  çatdıra  bilməmsi  nəticəsində  ABŞ  Konqresi  Azərbaycanı  guya 
Erəmistanı blokadaya salmaqda günahlandıraraq 1992-ci ilin oktyabrında“Azadlığı Müdafiə Aktın”na 907-ci düzəlişi 
qəbul etdi (907-ci düzəlişlə ABŞ Azərbaycana dövlət səviyyəsində  hər cür yardım göstərilməsinə sərt məhdudiyyətlər 
qoyuldu) 
AXC-Müsavat  hakimiyyətinin  xarici  siyasətdə  etdiyi  bu  səhvlər  Ermənistanın  təcavüzkar  siyasətinə  qarşı  Azərbaycanın 
beynalxalq aləmdən dəstək almasına, təcavüzün siyasi yollarla aradan qaldırılmasına mane oldu. 
1992-ci il iyunun 7-də keçirilən prezident seçkilərində AXC-nin sədri Əbülfəz Elçibəy Azərbaycan Respublikasının ikinci 
Prezidenti  seçildi.  Beləliklə  Azərbaycanda  AXC-Müsavat  cütlüyü  hakimiyyətə  gəldi.  Lakin  Azərbaycanda  AXC-Müsavat 
hakimiyyəti çox çəkmədi. Dövləti idarə edə bilməyən Əbülfəz Elçibəy 1993-cü il iyulun 18-də gecə xəbər vermədən paytaxtı tərk 
edib  anadan  olduğu  Ordubad  rayonununun  Kələki  kəndinə  getdi.  Milli  Məclisin  qərarı  ilə  1993-cü  ilin  avqustun  29-da 
Prezident Ə.Elçibəyə etimat haqqında referendum keçirildi və referendumda iştirak edənləri 97,5 % Prezidentə etimadsızlıq gösərdi. 
QEYD:  A.Mütəllibovun  hakimiyyəti  təkrar  ələ  keçirməsi  və  AXC-Müsavat  cütlüyünün  hakimiyyəti  ələ  keçirməsi  dövlət 
çevrilişi idi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BMT 
(1992 mart)
 
 
Dünya 
Turizm 
Təşkilatı 
(2001) 
 
İKT 
(1991) 
 
 
 
ATƏT 
(1992) 
 
Avropa 
Şurası 
(2001) 
 
 
GUAM 
(1997) 
 
 
 
MDB  
(1993) 
 
NATO 
Parlament 
Assambley
ası (2002) 
 
 
İƏT 
(1992) 
 
Azərbaycanın 
üzv qəbul 
olunduğu 
beynəlxalq 
təşkilatlar 


 
274 
 
Birinci Qarabağ müharibəsi (1991-1994) 
 
Birinci Qarabağ müharibəsinin başlanması 
1991-ci ildən başlayaraq əvvəlcə SSRİ, sonra isə Rusiya hərbi-siyasi qüvvələrinin köməyilə Ermənistan Azərbaycana qarşı 
irimiqyaslı  hərbi  əməliyyatlara  başladılar.  Azərbaycan  Respublikasının  müstəqilliyinə  mane  olmaq  üçün  Moskva  Yuxarı 
Qarabağda vəziyyəti daha da gərginləşdirdi. Qarabağ müharibəsinin səbəbləri bunlar idi: 
1.
 
Maraqlı dövlətlərin Azərbaycanda mənafelərinin toqquşması 
2.
 
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları 
Azərbaycan SSR-in tərkibində DQMV-nin təşkilindən 68 il sonra (1991-ci ildə) Azərbaycan Respublikası tərəfindən onun 
statusu ləğv edildi.Beynəlxalq birliyin 1991-ci il sentyabrın 2-də ermənilər tərəfindən oyuncaq “Dağlıq Qarabaq Respublikası”nın 
yaradılmasına  loyal  münasibəti  ermənilərin  separatçılığını  daha  da  şirnikləndirdi  və  onların  hərbi  əməliyyatları  genişləndirməyə 
gətirib çıxartdı. Sovet Ordusu hissələrinin köməyi ilə ermənilər Goranboy rayonunun bir neçə kəndini tutub dağıtdılar.  Moskvaya 
arxalanıb  ordu  yaratmağı  vacib  bilməyən  iqtidar  isə  Yuxarı  Qarabağda  soydaşlarımızı  düşmən  qarşısında  əliyalın  qoydu.  Yuxarı 
Qarabağda   erməni  silahlı qüvvələrinin  davam edən vəhşiliklərinin qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Ali Soveti 
1991-ci il  oktyabrın 9-da “Azərbaycan Milli özünəmüdafiə qüvvələri haqqında” qanun qəbul etdi. Bu qanuna əsasən 1991-ci ilin 
noyabrında  22  sərhədyanı  bölgədə  yerli  əhalidən  könüllü  ərazi  özünümüdafiə  batalyonları  yaradıldı.  Lakin  döyüş  qabiliyyətinə 
malik  olmayan  və  müdafiə  taktikası  seçməyə  məcbur  olan  özünümüdafiə  batalyonları  rus  və  erməni  silahlı  qüvvələrinin 
hücumlarının qarşısını ala bilmirdilər və döyüş əməliyyatları uğursuzluğa düçar olurdu. Bunun əsas səbəbi aşağıdakı amillər idi: 

 
Ordunun lazımi silah və sursatla təmin olunmaması 

 
Batalyonların pərakəndə fəaliyyət göstərməsi 

 
Hərbi əməliyyatların əlaqələndirilməməsi 

 
Orduda kifayət qədər nizam-intizamın olmaması 

 
 Təcrübəli hərbçilərin orduda az olması 

 
 Hərbi hissələrin bəzilərinin müəyyən siyasi qüvvələrin maraqlarına tabe edilmişdi 

 
 Onlara pozucu ünsürlərin yol tapması və.s 
Yuxarı  Qarabağda  Xocavəndin  erməni  işğalçıları  tərəfindən  hücumlara  məruz  qalması  ilə  əlaqədar  vəziyyəti  yerində 
öyrənmək üçün respublikanın yüksək dövlət və hökumət nümayəndəsini aparan vertolyatın  1991-ci il noyabrın 20-də Qarakənd 
erməni  yaşayış  məntəqəsi  yaxınlığında  vurulub  salındı.  Bu  hadisə    Azərbaycan  xalqını  sarsıtdı.  Bu  terror  aktı  nəticəsində 
respublikanın  Dövlət  katibi  Tofiq  İsmayılov,  Daxili  İşlər  naziri  Məhəmməd  Əsədov,  Baş  prokuror  İsmət  Qayıbov,  Baş  Nazirin 
müavini    Zülfü  Hacıyev,  SSRİ  Müdafiə  Nzairliyinin,  Rusiya  və  Qazaxıstanın  bir  neçə  səlahiyyətli  nümayəndəsi  həlak  oldu. 
Azərbaycan  iqtidarı  dünyanın  böyük  dövlətlərinin  Cənubi  Qafqazla,  xüsusən  Azərbaycanla  bağlı  maraqlarını  təmin  edə  biləcək 
tarazlı  siyasət  yeridə  bilmədiyindən  Dağlıq  Qarabağ  problemini  vaxtında  həlli  üçün  ona  lazımi  dəstək  verilmədi.  Bu  səbəbdən 
müharibənin qarşısını almaq mümkün olmadı.  
 
Dağlıq Qarabağda
 
ermənilərin hərbi əməliyyatları genişləndirməsi 
1991-ci  ilin  sonunda  Rusiya  ilə  Ermənistan  arasında  “Dostluq,  əməkdaşlıq  və  qarşılıqlı  təhlükəsizlik  haqqında 
müqavilə” bağlanması Rusiyaya Dağlıq Qarabağ ermənilərini Azərbaycana qarşı açıq-aşkar silahzlandırmaq imkanı verdi.  Belə bir 
şəraitdə  erməni  işğalçıları  rusların  köməyi  ilə  Dağlıq  Qarabağın  azərbaycanlılar  yaşayan  kəndlərinə  hücumları  genişləndirdilər. 
Ermənilər  1992-ci  ilin  yanvarında  Kərkicahan,  fevralında  Malıbəyli,  Quşçular  kəndlərini  ələ  keçirib  Xocalı  və  Şuşanı 
mühasirəyə almağa başladılar. Şuşanı mühasirədən çıxarmaq məqsədilə 1992-ci il yanvarın 26-də Azərbaycan ordusunun apardığı 
Daşaltı”  əməliyyətı  uğursuz  oldu.  Qeyri-bəbabər  döyüşdə  düşmən  hərbi  hissələri  Qaradağlı  kəndini  ələ  keçirib  150-yə  yaxın 
müdafiəçini və kənd sakinini vəhşicəsinə qətlə yetirərək, meyitləri silos quyularına atdılar.  
 
Xocalı soyqırımı 
1992-ci  il  fevralın  25-də  axşam  saat  9-da  erməni  silahlı  qüvvələri,  Xankəndindəki  Rusiyaya  məxsus  366-cı  mexanikləşdirilmiş 
atıcı  alay  və  muzdlu  quldurlar  Xocalıya  hücum  etdilər.  XX  əsrin  ən  böyük  fajiələrindən  biri  olan  Xocalı  soyqırımı  törədildi. 
Düşmən  ilk  zərbəni  hava  limanına  vurdu.  Əlif  Hacıyevin  rəhbərlik  etdiyi  22  nəfərlik  dəstə  düşmənin  hücumlarını  üç  dəfə 
qəhrəmanlıqla dəf edə bilsə də, vəziyyətin çıxılmaz olduğunu başa düşən komandir dispetçer məntəqəsini partladaraq düşmən əlinə 
keçməsinə  imkan  vermədi.  Komandir  Tofiq  Hüseynov    onlarla  adamın  mühasirədən  çıxmasına  şərait  yaratdı.  Mühasirəyə  düşən 
T.Hüseynov  son  gülləni  özünə  vurdu.  Xocalı  uğrundakı  döyüşlərdə  göstərdikləri  igidliklərə  görə  Əlif  Hacıyev  və  Tofiq 
Hüseynova ölümlərindən sonra Azərbaycanın milli Qəhrəmanı adı verildi. 
Xocalı soyqırımı nəticəsində: 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə