Dərslik II hiSSƏ 2



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə141/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   134   135   136   137   138   139   140   141   142

 
281 
“Torpaq  islahatı  haqqında”  Qanuna  əsasən  “Dövlət  torpaqları  haqqında”,  “Torpaq  vergisi  haqqında”  qanunlar  qəbul 
olundu.  1996-cı  ilin  iyulunda  Aqrar  kredit  kassaları  yaradıldı.  1996-cı  ilin  oktyabrında  “Sudan  pulu  istifadə  haqqında 
əsasnamə” qəbul olunması meliorasiya xidmətinin yaxşılaşdırılmasına imkan yaratdı. Görülən tədbirlər nəticəsində aqrar sahədə 
nəzərəçarpan irəlləyişlər baş Verdi, kənd təsərrüfatı məhsullarının istehsalının artdı. Ümumilikdə, aqrar islahat nəticəsində: 

 
Kənd təsərrüfatı ilə birlikdə bütün əmlak və texnika özəlləşdirildi 

 
Azərbaycan kəndinin social siması dəyişdi 

 
Müxtəlif mülkiyyət növlərinə məxsus çoxukladlı iqtisadiyyat yaradıldı 

 
Aqrar sektorda dövlətin inhisarçılıq sistemi liberallaşdırıldı 

 
İstehsal və satış azad bazaar qanunları ilə həll edilməsinə şərait yaradıldı 
 
Sosial-inkişaf 
Böyük  iqtisadi  çətinliklərə  baxmayaraq  vətəndaşların  social  müdafiəsi  məsələləri  Prezidentin  daim  diqqət  mərkəzində  idi. 
H.Əliyevin hakimiyyəti dövründə əhalinin sosial müdafiəsi ilə bağlı aşağıdakı tədbirlər həyata keçrildi: 

 
Qaçqın və məcburi köçkünlərin social müdafiəsini təmin etmək üçün xüsusi proqram qəbul olunaraq həyata keçrildi 

 
Büdcədən maliyyələşən təşkilatların işçilərin əməkhaqları bir neçə dəfə artırıldı 

 
Bir qrup ədəbiyyat, incəsənət və elm xadiminə, gənc istedallara fərdi təqaüdlər müəyyən edildi 

 
Dövlət büdcəsindən social məqsədlər üçün xərclər üç dəfə artırıldı 

 
Müharibə əlillərinin mənzil şəraitini yaxşılaşdırmaq üçün evlər tikilib pulsuz paylanıldı 

 
İnsanların  rifah  halını  yaxşılaşdırmaq  üçün  Prezidentin  təşəbbüsü  ilə  ölkədə  “Yoxsulluğun  azaldılması  və  İqtisadi 
İnkişaf üzrə dövlət Proqrammı” hazırlandı 

 
2002-ci ilin iyunundan etibarən xalq qarşısında mühüm xidmətləri olan şəxslərə yüksək Prezident təqaüdü verilməyə 
başlandı 

 
2002-2005-ci  illər  üçün  “Yoxsulluğun  azaldılması  və  iqtisadi  inkişaf  sahəsində  Dövlət  Proqrammı”nda  nəzərdə 
tutulmuş tədbirlər iqtisadi və sosial sahələri tam əhatə etdi 
 
H. Əliyevin həyata keçirdiyi xarici siyasətin əsas istiqamətləri 
Prezident H. Əliyevin həyata keçirdiyi xarici siyasətin anna xəttini aşağıdakı məsələlər təşkil edirdi. 
1.
 
Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi 
2.
 
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi 
3.
 
Ölkənin dünya birliyində layiqli yer tutması 
Təkcə  1993-1998-ci  illərdə  bu  məqsədlə  Prezident  33  ölkəyə  79  səfər  etmiş,  xarici  ölkələrlə  Azərbaycan  arasında  431 
beynəlxalq  sənəd  imzalamışdı.  H.Əliyevin  xarici  siyasəti  nəticəsində  Azərbaycan  ilə  dünyanın  ən  inkişaf  etmiş  ölkələri  arasında 
bərabərhüquqlu  dostluq  və  əməkdaşlıq  münasibətləri  yaradılmışdı.  Türkiyə  ilə  əməkdaşlıq  müstəqil  Azərbaycanın  xarici 
siyasətində  əsas  yer  tutmuşdur.  H.Əliyevin  İran  İslam  Respublikasına,  Səudiyyə  Ərəbistanına,  Misirə,  Pakistana  rəsmi  və 
işgüzar səfərləri çox əhəmiyyətli olmuşdu. 
H.Əliyevin  Çin  Xalq  Respublikasına,  Yaponiyaya  rəsmi  səfərləri  diplomatiya  tariximizdəyeni  mərhələnin  başlanğıcını 
qoymuşdur. H.Əliyev Asiya və Sakit okean regionunun digər dövlətləri, eləcə də, Afrika və Latın Amerikası ölkələri ilə əməkdaşlıq 
əlaqələrin inkişafına yollar açmışdır. 
 
Xarici siyasətdə uğurlar
 
H.Əliyevin hakimiyyəti dövründə xarici siyasətdə bir çox uğurlar əldə edildi: 

 
1994-cü ilin mayında Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşuldu 

 
 1994-cü  ilin  sentyabrında  H.Əliyev  BMT-nin  49-cu  və  2000-ci  ildəki  50-ci  -  yubiley  sessiyalarının  tribunasından 
Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırdı 

 
ATƏT və MDB ilə əlaqələr genşləndirildi 

 
1994-cü il mayın 12-də ATƏM-in Minsk qrupu və Rusiyanın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında atəşkəs 
sazişi imzalandı 

 
1994-cü ilin dekabrında Macarıstanın paytaxtı Budapeştdə keçirilən sammitdə Prezident Hyedər Əliyevin təşəbbüsü 
ilə ATƏT-in Minsk qrupunun həmsədrləri təsisatı yaradıldı 

 
1996-cı  ilin  dekabrında  ATƏT-in  keçirilmiş  Lissabon  sammitində  ATƏT-in  üzvü  olan  54  ölkənin  53-ü  Dağlıq 
Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş Bəyanatda Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi 

 
1997-ci  ildə  iqtisadi  artımı  sürətləndirmək,  xalqların  rifahını  yaxşılaşdırmaq,  faydalı  ticarət  münasibətlərini 
dərinldəşdirmək məqsədilə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova GUAM adlı təşkilat yaratdılar 


 
282 

 
ATƏT-in  1999-cu  ilin  noyabrında  İstanbulda  keçirilmiş  sammitində  Bakı-Ceyhan  əsas  ixrac  neft  kəməri  haqqında 
sazişin imzalandı 

 
2001-ci  ilin  yanvar  ayının  17-də  Avropa  Şurasını  Nazirlər  Komitəsinin  keçirilmiş  iclasında  Azərbaycanın  Avropa 
Şurasına  tamhüquqlu  üzv  olması    haqqında  qərar  qəbul  edildi,  yanvarın  25-də  isə  Fransanın  Strasburq  şəhərində 
yerləşən  Avropa  Şurasının  iqamətgahı  qarşısında  ölkənin  dövlət  bayrağının  qaldırılması  ilə  Azərbaycan  Avropa 
Şurasının (AŞ) tamhüquqlu üzvünə çevrildi 

 
2001-ci  ilin  yanvarında  Azərbaycan  Respublikası  ilə  Rusiya  Federasiyası  arasında,  həmin  iiln  noyabrında  isə 
Qazaxıstan arasında Xəzər dənizin dibinin Milli sektorlar bölüqşdürüləsinə dair sazişlər bağlanıldı 

 
 2001-ci  il  avqustun  24-də  Türkiyə  Cümhuriyyəti  Hərbi  Hava  Qüvvələrinin  seçmə  bölüyü  -  “Türk  ulduzları” 
skadrilyasiyasının Bakı səmasındakı nümunəvi uçuşlar keçirtdi 

 
2001-ci il sentyabrın 24-də AŞ PA-nın keçirilmiş payız sessiyasında Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən sənəd 
qəbul edildi (Bu sənədin əhəmiyyəti həm də ondadır ki, o Azərbaycanın işğaldan azad olunmaq üçün hər bir vasitəyə əl 
atmasına haqq verən beynəlxalq hüquqi sənəddir)  

 
2001-ci  ildə  ABŞ-ın  Ki-Uest  şəhərindəki  danışıqlarda  ABŞ  Dövlət  Departamenti  gecdə  olsa,  Ermənistan  təcavüzkar 
dövlət kimi tanıdı 

 
2001-ci  il  sentyabrın  11-də  ABŞ-da  törədilmiş  qanlı  terror  aktları  zamanı  Azərbaycan  terrorizmə  qarşı  mübarizədə 
ABŞ-ı dəstəklədi, ABŞ Prezidenti Corc Buş “Azadlığı müdafiə Aktı”na 907-ci düzəlişi dayandırdı 

 
2002-ci ilin martın 30-da ABŞ-ın Azərbaycana silah satışı üzərinə qoyduğu qadağa ləğv olundur 

 
2002-ci  ilin  aprelin  23-də  Aşqabadda  Xəzəryanı  ölkələrin  dövlət  başçılarının  Xəzərin  hüquqi  statusunun 
müəyyənləşdirilməsinə  dair zirvə  toplantısı keçirildi  (Lakin,  İranın və Türkmənistanın  bu  məsələdə  qeyri-konstruktiv 
mövqe tutması səbəbindən hələ konkret nəticə əldə edilməmişdir) 

 
2002-ci  il  aprelin  30-da  Trabzon  zirvə  görüşündə    “Terrorizmə,  mütəşəkkil  cinayətkarlığa  və  digər  cinayətlərə 
qarşı mütəşəkkil mübarizə haqqında” Azərbaycan, Gürcüstan və Tükiyə arasında saziş imzalandı 

 
2002-ci  ilin  noyabrında  Azərbaycan  Praqa  sammitində  NATO  Parlament  Assambleyasının  assosiativ  üzvlüyünə 
qəbul olundu 

 
2003-cü ildə  AŞ PA-nın  yanvar sessiyasında İ.Əliyevin AŞ PA-nın vitse-prezidenti  və  qurumun Büro üzvü  seçildi 
(İ.Əliyev Azərbaycan dövlətçilik tarixində belə bir mötəbər təşkilatın rəhbər orqanlarına seçilən ilk siyasətçi idi) 
 
Beynəlxalq iqtisadi əlaqələr 
Xarici siyasətdə  başqa  ölkələrlə  iqtisadi əlaqələrin yaranmasına və möhkəmlənməsinə  böyük diqqət  yetrilirdi.  Bu  dövrdə 
xarici investisiyanın Azərbaycana aşağıdakı amillər daha çox cəlb olunmasına imkan verirdi: 

 
Azərbaycanın yeritdiyi “açıq qapı” siyasəti 

 
Xarici investor və kreditorlara təminat verən qanunların qəbul edilməsi 
H.Əliyevin ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa, Norveç, Rumıniya, Bolqarıstan və.b ölkələtlə rəsmi və 
işgüzar  səfərləri  nəticəsində  həmin  dövlətlərlə  Azərbaycan  arasında  davamlı  iqtisadi  əməkdaşlıq  münasibətləri  yaradılmışdı.  Bu 
ölkələrlə  imzalanmış  90-a  yaxın  mühüm  sənəd  Azərbaycanın  Avropa  iqtisadi  münasibətlər  sisteminə  inteqrasiyası  prosesini 
sürətləndirdi. 1994-cü il sentyabrın 20-də Əsrin müqaviləsinə əsasən: 

 
14 ölkənin 30 neft şirkəti ilə 57 milyard sərmayə qoyuluşu nəzərdə tutulan 20 neft müqaviləsi imzalandı 

 
ŞELF-5 qazma qurğusu yenidən qurulub  “İstiqlal” adı ilə istifadəyə verildi 

 
2000-ci ildə “Qurtuluş” müasir qazma qurğusu işə salındı 

 
“Çıraq” platformasından 120 metr dərinlikdə 176 km-lik neft kəməri çəkildi, Sanqaçal Terminalı tikildi 

 
Çıxarılan neftin Avropa bazarlarına satılması üçün iki - Bakı-Novorossiysk və Bakı-Supsa (Gürcüstan) neft kəmərləri  
çəkildi 

 
Bakı-Tbilisi-Ceyhan  (Türkiyə)  adlı  əsas  neft  kəmərlərinin  tikilməsi  üçün  ABŞ-ın  şahidliyi  ilə  Azərbaycan,  Türkiyə, 
Gürcüstan və Qazaxıstan Respublikaları arasında müqavilələr bağlandı 
H.Əliyevin  uğurli  xarici  siyasəti  nəticəsində  nəqliyyatda  da  bir  sıra  mühüm  inkişaf  və  dəyişikliklər  baş  verdi.  1998-ci  ilin 
sentyabrın 8-də Bakıda  İpək Yolunun barpası üzrə beynəlxalq konfrans keçirildi. Bu konfransda: 

 
“Avropa-Qafqaz-Asiya”  dəhlizinin  inkişafı  üzrə  beynəlxalq  nəqliyyat  haqqında  əsas  çoxtərəfli  saziş  və  Bakı 
bəyannaməsi imzalandı 

 
Konfransda yaradılan beynəlxalq təşkilatın mənzil qərargahı Bakıda yerləşdirildi 
Azərbaycanın TASİS və TRASEKA proqramları çərçəvəsində Avropa İqtisadi Komissiyası ilə əməkdaşlığı nəticəsində 
-  respublikamızın  nəqliyyat  komunikasiyalarından  istifadə  edilməklə  Avropa-Asiya  istiqamətində  tranzit  yüklərinin    daşınmasının 
həcmini 10 dəfələrlə artırdı, ölkəni nəqliyyat blokadasına almaq və ona təsir göstərmək cəhdləri baş tutmadı. 2002-ci ilin sonunda 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə