Dərslik II hiSSƏ 2



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə135/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   131   132   133   134   135   136   137   138   ...   142

 
269 
 
 
H.Əliyevin Azərbaycana qayıtması və onun Naxçıvanda fəaliyyəti dövrü 
Bu dövrdə xalq hərəkatında Naxçıvan daha çox fəallıq göstərirdi. 1990-cı il yanvarın 19-da xalqın tələbilə Naxçıvan MSSR-
in  Ali    Soveti  Muxtar  respublikanın  SSRİ  tərkibindən    çıxması  haqqında    qərar    qəbul    etdi.  Belə  bir  şəraitdə  H.Əliyev 
Azərbaycana dəvət olundu. H.Əliyev 1990-cı il iyulun 20-də  Bakıya gəldi. Lakin iqtidar onun Bakıda qalmasına imkan vermədiyi 
üçün    buradan  Naxçıvana  getdi.  H.Əliyev  onun  ətrafında  sıx  birləşən  Muxtar  respublikanın  əhalisini  və  xalqı  sonacan  mübarizə 
aparmağa çağırdı və xalqın azadlıq mübarizəsini buradan istiqamətləndirdi. 
1990-cı ilin sentyabrında seçkilərdə H.Əliyev Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə  deputat seçildi. 1990-cı  
il noyabrında  H. Əliyevin  iştirakı ilə NMR Ali Sovetin sessiyası keçrildi. Bu sessiyanın qərlarına əsasən: 

 
Muxtar  Respublikanın  adından  “Sovet  sosialist” sözü  götürüldü 

 
Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağı NMR-nın rəsmi bayrağı kimi qəbul edildi 

 
Naxçıvan Muxtar Respublikası Ali Soveti Ali Məclis adlandırıldı 

 
20 yanvar hadisələrinə düzgün siyasi qiymət verildi və onun günahkarlarını ifşa etdi 
1991-ci il sentyabrın 3-də  NMR Ali  Məclisi xalqın təkidli tələbi ilə Heydər Əliyevi  Ali Məclisin sədri seçdi. 
 
 
 
H.Əliyevin Naxçıvandakı fəaliyyətinə mane olmaq cəhdləri
 
Hakimiyyət  dairələri  H.Əliyevin  zəngin  potensialından  istifadə  etmək  əvəzinə  Naxçıvanda  çevriliş  etməyə  və  AXC-ni 
hakimiyyətə  gətirməyə  cəhd  etdilər.  AXC  silahlı  dəstələri  Naxçıvan  DİN  binasını,  televiziya  stüduyasını  ələ  keçirsələr  də, 
H.Əliyevin çağırıçı ilə ayağa  qalxan əhali onları geri oturtdu. Bununla  da  Naxçıvanda  çevriliş cəhdi baş tutmadı.  Xalq içərisində 
dayaqlarını  itirməkdə  olan  hakim  dairələr  H.Əliyevin  nüfuzundan  ehtiyatlanaraq onun Naxçıvan MR-də gördüyü  quruculuq 
işlərinə  mane  olmaq  yolunu  tutaraq: 

 
Naxıçıvan MR-ə enerji  verilməsi və Bakı- Naxçıvan  qatarının  hərəkəti   dayandırmağa nail oldu 

 
Naxıçıvan MR blokadaya alındı 
Azərbaycan Respublikasının 
Prezidentləri 
 
Heydər Əliyev  (1993-2003) 
 
İlham Əliyev (2003 - halhazırda) 
 
Əbülfəz Elçibə y( iyun 1992 – 1 sentyabr 1993) 
 
Ayaz Mütəllibov (18 may 1991 – 18 may 1992) 
 
Naxçıvan MSSR-in Ali  Soveti Muxtar respublikanın SSRİ tərkibindən  çıxması haqqında  qərar  
qəbul  etməsi 
 
H.Əliyevin Azərbaycana - Bakıya gəlməsi və  buradan da Naxçıvana getməsi
 
 
H.Əliyevin Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə  deputat seçilməsi 
 
NMR Ali Sovetin sessiyasında Muxtar  Respublikanın  adından  “Sovet  sosialist” sözü  
götürülməsi 
 
AXC-nin üçrəngli bayrağı NMR-nın rəsmi bayrağı kimi qəbul edildi və NMR Ali Soveti Ali Məclisi 
adlandırılması 
 
1990-cı 
il 


 
270 
Bütün bunlar isə Naxçıvanın vəziyyətini daha da ağırlaşdırdı. Naxçıvanı bu vəziyyətdən çıxartmaq üçün aşağıdakı tədbirlər 
görüldü: 

 
Türkiyədən  kredit alındı 

 
1992-ci  il mayın 28-də  Naxçıvanla Türkiyə arasında Sədərək–Dilucu “Ümid” körpüsü açıldı 

 
İranla da  münasibətlər  qaydaya  salındı 

 
Naxçıvan  qonşu  ölkələrdən  enerji  almaqla  tələbatın  qismən də  olsa  ödənilməsinə  nail oldu 
1992-ci il noyabrın 21-də Naxçıvanda H.Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası (YAP) yaradıldı. Partiyanın sədri 
H.Əliyev  tərəfindən  onun  Proqram  və  Nizamnaməsi  müzakirə  olunub  qəbul  olundu.    həmin  tarixli  bəyanatda  YAP-ın 
başlıcaproqram tələbləri - məqsədi aşağıdakılar olduğu qeyd edilirdi: 

 
Azərbaycanın müstəqilliyinin möhkəmləndirmək 

 
Ərazi bütövlüyünü bərpa etmək  

 
Demokratik hüquqi dövlət və ictimai həmrəylik yaratmaq 

 
Sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaq 

 
Demokratik islahatlar həyata keçirtmək 
 
20 yanvar faciəsindən sonra Azərbaycanda siyasi vəziyyət 
Naxçıvanda həyata keçrilən demokratik tədbirlərin təsiri altında və bütün demokratik qüvvələrin tələbi ilə 1991-ci  il fevralın 
5-də  Azərbaycan SSR Ali Soveti sessiyasının  qərarı  ilə: 

 
Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan Respublikası  adladırıldı 

 
“Dövlət bayrağı haqqında” Qanunla AXC-nin üçrəngli bayrağına dövlət bayrağı statusu verildi 
SSRİ-nin    saxlanması    məsələsi  referenduma    çıxarıldığı  zaman  H.Əliyev    onun  əleyhinə    çıxdı.  Lakin,  Azərbaycan  
kommunistləri 1991-ci  il martın 17-də  SSRİ-nin  saxlanması  ilə  əlaqədar  referendumda  iştirak  etdilər. Səsvermənin yekunları 
saxtalaşdırıldı.  Guya  xalq  SSRİ-nin  saxlanılması  lehinə  səs  vermişdi.  SSRİ-nin    saxlanması    ilə  əlaqədar  keçrilən    referenduma    
Naxçıvan  əhalisi  iştirak etməkdən imtina etdi.  
1990-cı il  mayın 19-da Azərbaycan SSR Ali Sovetinin sessiyassında  Azərbaycan Respublikasının prezidenti vəzifəsi  təsis 
edildi  və  A.Mütəllibov    bu  vəziyəfəyə  seçildi.  1991-ci  il  sentyabrın  8-də      Respublikada      keçiriləcək    prezident    seçkilərində 
Heydər Əliyevin  qələbə  çalacağından  ehtiyatlanan    A.Mütəllibov  Konstitusiyaya prezidentliyə namizəd  üçün   maksimum   yaş  
senzi daxil  etdi  və  bu  səbəbdən  1991-ci il sentyabrın 8-də keçrilən president seçkilərində  öz qələbəsini  təmin etdi.  
 
 
 
 
 
 
Azərbaycan Sovet Sosialist 
Respublikası Azərbaycan 
Respublikası  adladırıldı
 
991-ci  il 5 fevral 
“Dövlət bayrağı haqqında” Qanunla 
AXC-nin üçrəngli bayrağına dövlət 
bayrağı statusu verildi 
 
 
1990-cı il 
Azərbaycan SSR Ali Sovetinin sessiyassında Azərbaycan Respublikasının prezidenti vəzifəsinin təsis 
edilməsi 
Bakıda fövqəladə vəziyyət elan edilməsi və Sovet qoşunlarının şəhərə hücumu edərək qırğın 
törətməsi, Respublikada 40 günlük  ümummilli  tətil (matəm)  keçirilməsi 
Erməni quldurlarının Xanlar (indiki Göygöl) rayonunun Quşçu kəndinə hücum etməsi və AXC  Milli  
Müdafiə Şurası (MMŞ) yaratması 
A.Mütəllibovu  Azərbaycan KP MK-nın birinci    katibi təyin edilməsi 
Azərbaycan SSR Ali Sovetinin sessiyassında Azərbaycan Respublikasının prezidenti vəzifəsi 
təsis edilməsi
 
 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə