Dərslik II hiSSƏ 2


 nəfər öldürüldü, 487 nəfər yaralandı, 1275 nəfər əsir g.türüldü  



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə138/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   134   135   136   137   138   139   140   141   142

 
275 

 
613 nəfər öldürüldü, 487 nəfər yaralandı, 1275 nəfər əsir g.türüldü 

 
6 ailə bütünlüklə məhv edildi, şəhər yandırıldı  
Xocalı  soyqırımı  bəşəriyyətə  qarşı  yönəldilmiş  ən  böyük  cinayətlərdən  biri  kimi  tarixə  düşdü.  Bu  hadisə  İkinci  Dünya 
müharibəsi zamanı faşistlərin törətdiyi Xatın faciəsindən daha dəhişətli olmuşdur. 
Xocalı faciəsi nəticəsində ölkədə siyasi gərginlik daha da artdı.  1992-ci il martın 6-da Ali Sovetin fövqaladə sessiyasında 
müxalifət  Xocalı  faciəsində  prezident  A.Mütəllibovu  günahkar  bilib  istefaya  getməyə  məcbur  etdi.  (Bu  vaxtdan  etibarən 
Konstitusiyaya  uyğun olaraq prezidentin səlahiyyətləri ozamankı  Ali Sovetin  sədri Yaqub Məmmədova  keçdi.) Moskva  isə  daha 
böyük  ərazilərin  işğalını  həyata  keçirmək  və  müstəqil  Azərbaycanı  çökürtmək  məqsədi  ilə  A.Mütəllibovu  yenidən  hakimiyyətə 
qaytarmağa çalışırdı. 
1992-ci  ilin  martında  Dağlıq  Qarabağ  münaqişəsini  nizamlamaq  üçün  Rusiya,  Fransa  və  ABŞ-dan  ibarət  Minsk  Qrupu 
yaradıldı.  Bu  dövlətlərin    Minsk  qrupunun  üzvü  olmasına  baxmayaraq  münaqişəni  yatırmaq  əvəzinə  Ermənistanın  xeyrinə  saziş 
layihələri təklif edir. 
 
 
Şuşa və Laçının işğalı 
Ölkədə  baş  verən  hadisələr  Azərbaycanın  yeni  ərazilərinin  işğal  olunmasına  şərait  yaratdı.  Xocalı  faciəsindən  sonra 
ermənilərin növbəti işğal hədəfi mühasirədə olan Şuşa və Laçın idi.  
1992-ci ilin martında Rusiyanın əlaltısı R.Qazıyev Müdafiə naziri vəzifəsini ələ keçirdi və Şuşaya gəldi. İşğal zamanı 1500 
nəfər döyüşçüsü olan Şuşa batalyonunda 500 döyüşçü qalmışdı. Hücum ərəfəsində döyüşçülərin məzuniyyətə buraxılması Rusiyanın 
əlaltısı  R.Qazıyevin  niyyətlərindən  xəbər  verirdi.  May  ayının  7-dən  8-nə  keçən  gecə  ermənilər  6000  canlı  qüvvə,  72  tankla, 
Xocalının işğalında iştirak etmiş 366-cı alayın döyüş texnikası və əsgəri qüvvəsi ilə birlikdə Şuşaya hücum etdi. Nəticədə, mayın 9-
da Şuşa şəhəri də süqut etdi. 
Moskvanın  dəstəyi  ilə  bir  qədər  əvvəl  istefa  vermiş  A.Mütəllibovun  tərəfdarları  Ali  Sovetin  1992-ci  il  14  may  tarixli 
sessiyasında  onu  yenidən  hakimiyyətə  gətirdilər.  Buna  görə  də  AXC  öz  hərbi  birləşmələrini  Laçından  çıxararaq  onu  müdafiəsiz 
qoydular. Şuşanın itrilməsi və hərbi hissələrin Laçsını tərk etməyə başlaması Respublikada siyasi vəziyyəti daha da gərginləşdi. 
Bunun  Konstitusiyaya  zidd  olduğunu  elan  edən  AXC  öz  tərəfdarları  və  cəbhədən  geri  çağırdığı  hərbi  qüvvələrin  köməyi  ilə 
Parlament binasını, Prezident sarayını və digər dövlət əhəmiyyətli məntəqələri ələ keçirdi. Mayın 18-də çağırılan sessiyada Müsavat 
partiyasının  lideri  İsa  Qəmbərov  Ali  Sovetin  sədri  seçildi,  A.Mütəllibov  isə  həmin  gün  hakimiyyətdən  tamamilə  əl  çəkərək 
Moskvaya getdi. Bakıda hakimiyyət davası getdiyi vaxt silahlı qüvvlərin Laçından çıxrılmasından istifadə edən ermənilər 1992-ci il 
mayın  18-də  Laçını  işğal  etdi.  Ermənilər  Laçını  tutması  ilə  Dağlıq  Qarabağ  separatçıları  ilə  Ermənistan  arasında  birbaşa  əlaqə-
dəhliz yarandı.  
 
Daşkənd müqavikəsi. Orduda vahid komandanlığın yaradılması 
1992-ci  ilin  mayın  15-də  SSRİ  hərbi  əmlakının  bölüşdürülməsi  haqqında  Daşkənd  müqaviləsi  imzalandı.  Daşkənd 
müqaviləsinə əsasən: 

 
Azərbaycana verilən silah və hərbi sursat əsasında ordunun təchizatı nisbətən yaxşılaşdı 

 
Respublikada Aviasiya polku yaradıldı 

 
Xəzər donanmasının qüvvə və vəsaitinin 25%-i Azərbaycanın payına düşdü 
1992-ci ilin iyununda prezident Ə.Elçibəyin fərmanı ilə  vahid komandanlıq haqqında fərman  verdi. Vahid komandanlıq 
haqqında president fərmanının böyük əhəmiyyəti var idi.  Belə ki, Respublikanın silahlı qüvvələrini vahid mərkəzdən idarə etmək 
 
Qarabağın işğalı  – Xocalı faciəsinin törədilməsi 
(1992) 
 
Qərbi azərbaycanlıların Ermənistandan 
deportasiyasının başlanılması (1948-1953) 
 
Ermənilərin Azərbaycan torpaqlarına 
köçürülməyə başlanması (1828-1830) 
 
Rusiya tərəfindən azərbaycanlılar arasında milli 
qırğın törətməsi (1906-1907) 
 
Azərbaycanlıların Ermənistandan tamamilə 
qovulub çıxarılması (1988-1991) 
 
 
 
Tarixi faciələrimiz 
 
 
Azərbaycanlılara qarşı ermənilər tərəfindən 
soyqırım törədilməsi (1918) 
 


 
276 
məqsədi ilə vahid komandanlıq haqqında  verilən bu  fərmanın böyük rolu oldu. Azərbaycan  milli ordusu, XTPD  köməyi ilə işğal 
olunmuş ərazilərin bir hissəsi ermənilərdən təmizləndi. 1992-ci ilin yayında Azərbaycan ordusunun Ağdərə əməliyyatı nəticəsində 
Gornaboy bölgəsinin işğal edilmiş torpaqları azad edildi. Azərbaycan ordusunun cənub bölgələri Xocavənd istiqamətində gedən 
döyüşlərində  də  düşməni  ciddi  itkilərə  məruz  qoydular.  Etibar  İsmayılovun  Xankəndi  istiqamətində  puskuya  düşən  təşfiyatçı 
dostlarını  xilas  etmək  üçü  qumbara  ilə  özünü  düşmən  tankının  altına  atıb  partlatması  xalqın  qəhrəmanlıq  tarixində  şərəfli 
səhifələrindən birini açdı. Ölümündən sonra E.İsmayılova Milli qəhrəman Adı verildi. Bu müvəffəqiyyətlər Moskvanı narahat etdi. 
 
1992-ci ildə Azərbaycan Milli Ordusunun uğur qazandığı döyüşlər 
 
 
 
Kəlbəcərin və digər Dağlıq Qarabağ ətrafı ərazilərin ermənilər tərəfindən işğalı 
Müharibə zamanı ölkədə siyasi vəziyyət bərbad vəziyyətdə idi. Silahlı qüvvələrin başçıları Dövlət Müdafiə Şurasına, Ali Baş 
Komandana  tabe  olmurdular.    Dövlət  çevrilişi  yolu  ilə  hakimiyyəti  ələ  keçirmək  istəyən  “sərkərdələr”  1992-ci  ilin  sonu-1993-cü 
ilin  əvvəllərində  hərbi  qüvvələri  strateji  əhəmiyyətli  Kəlbəcərdən,  az  sonra  Ağdərə  bölgəsindən  çıxardılar.  Nəticədə,  Ağdərə  –
Kəlbəcər yolu düşmən tərəfindən tutuldu.  
1993-cü  ilin  fevralında  Ermənistan  ordusu  Ağdərə  istiqamətində  əks-hücuma  keçdilər.  Ermənistan  ordusunun  Ağdərə 
istiqamətində əks-hücumu zamanı ona aşağıdakı qüvvələr yaxından kömək etdilər: 

 
MDB 7-ci ordusunun 128-ci motoatıcı alayının 

 
Kazaklardan ibarət muzdlu əsgərlər 
 Nəticədə,  qısa  müddətdə  azad  edilmiş  ərazilər  yenidən  düşmən  əlinə  keçdi  və  Kəlbəcər  rayonu  təhlükə  qarşısında  qaldı. 
Rayonunun  müdafiəsinin  təşkil  edilməməsi  və  Respublika  rəhbərliyinin  laqeyidliyi  səbəbi  ilə  Kəlbəcər  1993-cü  il  aparelin  3-də 
erməilər tərəfindən işğal olundu. Dinc əhalidən 15 minədək əsir götürüldü, rayonun 144 yaşayış məntəqəsi işğal edildi. 
Kəlbəjərin  işğalı  nəticəsində  ölkədə  siyasi  böhranı  daha  da  dərinləşdirdi  və  AXC-Müsavat  iqtidarının  süqutunu 
sürətləndu. 1993-cü ilin avqustunda Cəbrayıl, Füzuli, Qubadlı rayonları ermənilər tərəfindən işğal olundu. Zəngilan rayonu da 
1993-cü il oktyabrın 30-da işğal edildi. 
 
 
 
Atəşkəsin elan edilməsi  
H.Əliyev  Respublikada  hakimiyyətə  gəldikdən  sonra  əyata  keçrilən  tədbirlər  nəticəsində  1993-cü  ilin  sonu-  1994-cü  ilin 
əvvəllərində milli ordu müəyyən müvəffəqiyyətlərə nail oldu: 

 
1993-cü  ilin  sonunda  uğurlu  əks  hücumlar  həyata  keçirilməsi  nəticəsində  Beyləqan  istiqamətində  hücuma  keçən 
düşmən xeyli itki verib geri çəkilməyə məcbur oldu 

 
1994-cü  ilin  əvvəllərində  Milli  Ordunun  hücum  əməliyyatı  nəticəsində  Fizuli  rayonunun  Horadiz  qəsəbəsi  və  22 
kəndi düşməndən azad edildi 

 
Cəbrayıl və Kəlbəcər rayonlarının bir sıra yaşayış məntəqələri düşməndən azad edildi 

 
Kəlbəcər-Laçın  yolu  istiqamətində  müvəffəqiyyətlər  qazanıldı,  bu  döyüşlərdə  ermənilərin  4  min  əsgər  və  zabiti,  50 
zirehli texnikası, 15 artilleriya qurğusu məhv edildi 
H.Əliyev  hakimiyyətə  gəldikdən  sonra  Rusiyanın  hakim  dairələri  Ermənistana  hərbi  yardımını  daha  da  artırdı.  Bunun 
səbəbləri aşağıdakılar idi: 
Ağdərə əməliyyatı
 
Xocavənd döyüşləri
 
 
Şuşa və Laçın rayonları  
(1992-ci il may) 
 
 
Cəbrayıl, Füzuli, Qubadlı rayonları 
(1993-cü il avqust) 
 
 
Zəngilan rayonu (1993-cü il oktyabr) 
 
 
 
Birinci Qarabağ 
müharibəsi zamanı 
işğal olunmuş 
Azərbaycan 
əraziləri 
Kərkicahan, Malıbəyli, Quşçular 
kəndləri, Xocalı 
(1992-ci il yanvar-fevral) 
 
 
 
Kəlbəcər rayonu (1993-cü il aprel) 
 
 
 
Ağdam və Ağdərə rayonlarının bir neçə 
yaşayış məntəqəsi (1994-cü ilin əvvəllərində) 
 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə