Dərslik II hiSSƏ 2



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə139/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   134   135   136   137   138   139   140   141   142

 
277 
1.
 
Azərbaycan ordusunun möhkəmlənməsi 
2.
 
Respublikanın NATO-ya yaxınlaşması 
1994-cü  ilin  əvvəllərində  Rusiya  Ermənistanın  xeyrinə  Azərbaycana  saziş  layihəsi  təklif  etdi.  Azərbaycanın  sazişi 
imzalamaqdan imtina etməsi Ermənistanın təcavüzünü daha da genişləndirdi. Nəticədə, 1994-cü ilin əvvəllərində Ağdam və 
Ağdərə rayonlarının bir neçə yaşayış məntəqəsi ermənilər tərəfindən işğal edildi.  
1994-cü  ilin  mayın  12-də  Ermənistanla  Azərbaycan  arasında  davam  edən  Birinci  Qarabağ  müharibəsində  atəşkəs  əldə 
edildi. Ermənistanla Azərbaycan arasında atəşkəsin imzalanmasında bu təsisat və dövlət vasitəçilk etdilər: 

 
ATƏT-in Minsk qrupu 

 
Rusiya Federasiyası 
Ordu  quruculuğunu  möhkəmləndirmək  məqsədilə  vaxt  qazanmaq  üçün  atəşkəs  elan  edilməsi  taktiki  gediş  idi.  Müharibə 
nəticəsində 20 mindən çox adam həlak oldu, ölkənin 20% ərazisi düşmən əlinə keçdi, 1 milyonadək əhali isə öz ölkəsində qaçqın 
həyatı yaşamağa məcbur oldu 
 
 
Heydər Əliyevin hakimiyyəti dövrü 
 
Müstəqilliyin möhkəmləndirilməsinə maneələr
 
Xalqın  qabaqcıl  qüvvələrinin  başçılığı  ilə  ölkədə  Qurtuluş  hərəkatı  başladı. Xalqı böyük fəlakətlərdən xilas etmək üçün 
Azərbaycanın  91 nəfər  tanınmış  ziyalısı  1992-ci  ilin  oktyabrın 16-da “Səs”qəzeti vasitəsilə Heydər Əliyevə müraciət edərək, 
onu  xahişlə  böyük  siyasətə  dəvət  etdi.  Bu  dövrdə  Azərbaycanda  hakimiyyət  uğrunda  AXC-nin  öz  daxilində,  əvvəlki  iqtidarın 
əlaltıları  və  Rusiyəya  xidmət  edən  ayrı-ayrı  şəxslər  və  qruplar  arasında  arasında  mübarizə  genişləndi.  1993-cü  ilin  iyununda 
S.Hüseynovun  təsiri  və  başçılığı  ilə  709  saylı  hərbi  hissə  Müdafiə  Nazirliyinə  tabe  olmaqdan  imtina  edərək    Gəncədə    hərbi 
qiyam  etdi.  Gəncə  qiyamından  başqa  ölkənin  şimal  və  cənub  bölgələrində  buna  bənzər  hadisələr  baş  verdi.  Cənub  bölgəsində 
Ə.Hümbətor  “Talış  Muğam  Respublikası”  yaratmağa  çalışdı.  Seperatçı  ünsürlər  eyni  vaxta  ölkənin  şimal-şərq  bölgəsində 
Ləzgistan dövləti” yaratmaq xülyasına düşdülər. Bu dövrdə Azərbaycanın taleyi sanki Gəncədə həll olunurdu. 1993-cü il iyulun 4-
də hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə 3 minədək canlı və hərbi texnika yeritdi. Ölkədə  vətəndaş müharibəsi başlandı. 
Nəticədə,  Qiyamçılar  tərəfindən    xeyli  adam  öldürüldü  və  girov  götürüldü,  709  saylı  hərbi  hissənin  kazarmaları,  hava  limanı 
dağıdıldı.  Gəncə  iyamçıları  hakimiyyyəti  silah  gücünə  ələ  keçirmək  üçün  Ali  Sovet  sədrinin,  Baş  nazirin,  bir  qədər  sonra  isə 
Prezidentin istefa verməsi tələbi ilə Bakıya ultimatum göndərdilər, cavab almadıqda isə onlar Bakıya doğru hərəkət etdilər. Çətin 
anda Xalq Cəbhəsi hökuməti kömək üçün H.Əliyevə  müraciət etdi. Beləliklə H.Əliyev  1993-cü il iyunun 9-da hökumətin  onun 
ardınca göndərdiyi təyyarə ilə Bakıya gəldi. Təhlükəyə baxmayaraq vətəndaş müharibəsinin qarşısını almaq məqsədi ilə H.Əliyev 
1993-cü il iyunun 13-14-də Gəncəyə gəldi və hərbi müxalifəti zərərsizləşdirdi. H.Əliyev vətəndaşmüharibəsini dayandırmaq üçün 
S.Hüseynovun baş nazir vəzifəsinə təyin etdi və onu öz sayıq nəzarəti altında saxladı. 
QEYD:  Ə.Hümbətov  1993-cü  ilin  avqust  ayında  tabeçiliyində  olan  batalyonları  Fizuli  bölgəsində  geri  çəkməklə 
Pespublikanın 7 Cənub rayonunda “Talış Muğan Respublikası” yarandığını elan edərək, “hökumət” qurdu. H.Əliyev bölgə əhalisinə 
müracət  eetdi.  Mitinq  dalğası  Ə.Hümbətov  və  onun  əhatəsini  süpürüb  atdı,  “TMR”  ləğv  edildi.  Qondarma  Talış  Muğan 
Respublikası”nın ləğv edilməsi nəticəsində Azərbaycanın parçalanması təhlükəsi aradan qalxdı. 
 
 
 
 
H.Əliyevin Azərbaycan hakimiyyətinə qayıdışı.  Milli qurtuluş 
H.Əliyev 1993-cü il iyunun 15-də H.Əliyev Ali Sovetin Sədri seçildi. Bu gün tarixə “Milli Qurtuluş Günü” kimi daxil 
oldu. 15 iyun ona görə Azərbaycan tarixinə “Milli Qurtuluş Günü” kimi daxil oldu ki: 

 
Daha böyk gələcək  faciələrin qarşısı alındı  

 
Ölkədə vətəndaş müharibəsi və separatçılığın qarşısı alındı 

 
Zorakı yolla hakimiyyəti ələ almaq ənənənəsinə birdəfəlik son qpyuldu 
1993-cü ilin yayında Azərbaycanın 
müstəqilliyi üçün təhlükə törədən amillər 
 
Rusiyaya xidmət edən 
qrupların təxribatları 
 
Gəncədəki 709 saylı hərbi 
hissənin qiyamı 
 
A.Mütəllibov iqtidarının 
əlaltılarının təxribatları
 


 
278 

 
Azərbaycan dövlətçiliyini və müstəqilliyini qoruyub saxlamaq mümkün oldu 

 
Azərbaycan ərazisinin parçalanması təhlükəsi aradan qaldırıldı 
Prezident  Əbülfəz  Elçibəy  1993-cü  il  iyulun  18-də  gecə  xəbər  vermədən  paytaxtı  tərk  edib  anadan  olduğu  Ordubad 
rayonununun Kələki kəndinə getdi. 1993-cü il iyunun 24-də Milli Məclis prezident səlahiyyətlərini Ali Sovetin sədri H.Əliyevə 
həvalə etdi. Milli Məclisin qərarı ilə  1993-cü ilin avqustun 29-da Prezident Ə.Elçibəyə etimat haqqında referendum keçirildi və 
referendumda  iştirak  edənləri  97,5  %  Prezidentə  etimadsızlıq  gösərdi.  1993-cü  ilin  oktyabrın  3-də  Azərbaycan  xalqı  H.Əliyevi 
alternativ  əsasla  səs  çoxluğu  ilə  Azərbaycan  Respublikası  Prezidenti  seçdi.  H.Əliyev  andiçmə  mərasimindəki  nitqində  aşağıdakı 
vəzifələrin həyata keçirəcəyini bəyan etdi: 

 
Dövlət müstəqilliyini möhkəmləndirmək 

 
Ərazi bütövlüyünü və suverenliyi təmin etmək  

 
Əhalinin rifah halını yaxşılaşdırmaq 
  
H.Əliyevin dövlətin hərbi-siyasi gücünü möhkəmləndirməsi tədbirləri 
H.Əliyev hakimiyyətə  gələn kimi  dövlətin hərbi-siyasi gücünü möhkəmləndirmək məqsədilə  tədbirlər həyata  keçirdi və 
qarşıda  duran  vəzifəlaəri  həyata  keçirmək  işini  dövlət  intizamının,  qanunçuluğun,  hüquq-mühafizə  orqanlarının,  ordunun 
möhkəmləndirilməsindən başladı. Həmin tədbirlərə əsasən: 

 
1993-cü il noyabrın 1-də Prezident fərmanı ilə Dövlət Müdafiə Şurası yaradıldı 

 
Azərbaycan ordusunun döyüş hazırlığının yüksəldilməsi dövlət rəhbərliyinin ciddi nəzarəti altına alındı 

 
1993-cü il noyabrın 2-də H.Əliyev televiziya və radio vasitəsilə xalqa müraciət etməsi ilə könüllülərdən ibarət taborlar 
yaradılıb cəbhəyə göndərildi 

 
1994-cü ilin mayın 12-də Uğurlu xarici siyasət nəticəsində Azərbaycanla Ermənistan arasında atəşkəs əldə edildi. 

 
1994-cü ilin sentyabrın 20-də Prezident H.Əliyevin təşəbbüsü ilə “Əsrin müqaviləsi” imzalandı 
H.Əliyevin  həyata  keçrirdiyi  tədbirlər  nəticəsində  1993-cü  ilin  sonu  və  1994-cü  ilin  əvvəllərində  milli  ordu  müəyyən 
müvəffəqiyyətlərə nail oldu: 

 
1993-cü  ilin  sonunda  uğurlu  əks  hücumlar  həyata  keçirilməsi  nəticəsində  Beyləqan  istiqamətində  hücuma  keçən 
düşmən xeyli itki verib geri çəkilməyə məcbur oldu 

 
1994-cü  ilin  əvvəllərində  Milli  Ordunun  hücum  əməliyyatı  nəticəsində  Fizuli  rayonunun  Horadiz  qəsəbəsi  və  22 
kəndi azad edildi 

 
Cəbrayıl və Kəlbəcər rayonlarının bir sıra yaşayış məntəqələri düşməndən  

 
Kəlbəcər-Laçın  yolu  istiqamətində  müvəffəqiyyətlər  qazanıldı,  bu  döyüşlərdə  ermənilərin  4  min  əsgər  və  zabiti,  50 
zirehli texnikası, 15 artilleriya qurğusu məhv edildi 
 
Dövlət çevrilişlərinin qarşısının alınması 
“Əsrin  müqaviləsi”nin imzalanması  Azərbaycanın  müstəqilliyinin  əleyhdarlarını daha da  hiddətləndirdi.  Həmin qüvvələr 
cəmiyyətdə vahimə yaratmaq üçün 1994-cü il sentyabrın 29-da ağır cinayət törədildi - Ali Sovetin sədr müavini Afiyyədin Cəlilov 
 Prezident yanında xüsusi  idarənin rəisi  Şəmsi Rəhimov qətlə yetirdilər. Bu president əhatəsini zəiflətmək üçün siyasi terror idi.  
1994-cü  il  oktyabrın  2-də  pozucu  qüvvəlrin  təsiri  ilə  Xüsusi  Təyinatlı  Polis  Dəstəsinin  30-a  yaxın  döyüşçüsü  Bakıda 
Respublika  prokurorluğunun  binasını  zəbt  etdi,  oktyabrın  4-də  Gəncədə  S.Hüseynovun  tərəfdarları  icra  hakimiyyətinin  binasını 
tutdular və dövlət çevrilişinə cəhd etdilər. 1994-cü il oktyabrın 3-dən 4-nə keçək gecə dövlət çevrilişinin qarşısını almaq məqsədilə 
H.Əliyev  daha  bir  siyasi  sayıqlıq  göstərərək,  dövlət  Müstəqilliyinin  xilası  naminə  radio  və  televiziya  ilə  xalqa  müraciət  etdi. 
Nəticədə, xalq və H.Əliyev birliyini görən qiyamçılar geri çəkilməli oldular. 
1995-ci ilin martında Azərbaycanda yenidən dövlət çevrilişi cəhdi baş verdi. Martın 13-də Xüsusi Təyinatlı  Polis Dəstəsi 
Əməkdaşları    Akstafa  və  Qazax  rayonlarında  dövlət  idarələrini  ələ  keçirdilər.  Bakıda  isə  R.Cavadov  Prezidentin  Ali  Sovet  
sədrinin  istefası  tələbi  ilə  çıxış  etdi.  Hökumət  qüvvələrini  çevik  əməliyyatları  nəticəsin  onların  qarşısı  alındı.  Beləliklə, 
Azərbaycanda  baş  verən  dövlət  çevrilişi  cəhdləri  xalqın  Prezidentin  ətrafında  birləşməsi  və  dövlətçiliyimizin  müdafiəsinə 
qalxması nəticəsində baş tutmadı. 
 
 
 
 
 
 
 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə