Dərslik II hiSSƏ 2



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə134/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   130   131   132   133   134   135   136   137   ...   142

 
267 
Dağlıq Qarabağda – Şuşanın Topxana meşəsində ermənilərin sənaye obyekti tikməsi xəbəri xalqı yenidən hərəkətə gətirdi 
və 1988-ci il noyabrın 15-16-da Bakıda mitinqlər keçrilməsinə səbəb oldu. Xalq hərəkatının ən yüksək dövrü – mərhələsi 1988-ci il 
noyabrın 17-də başladı. 1988-ci il noyabrın 17-si
 
Azərbaycan xalqının tarixinə Milli Dirçəliş günü kimi daxil oldu. 1988-ci il 
noyabrın 17-də “Azadlıq” meydanındakı mitinqdə: 

 
“Suverenlik”, “Azadlıq” çağırışları səsləndi 

 
Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağı qaldırıldı və dalğalandırıldı 

 
Hökumətdən Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması üçün tədbir görülməsi  tələb olundu 
SSRİ  hökuməti  xalq  hərəkatının  geniş  vüsət  almasından  qorxuya  düşərək  Bakı,  Naxçıvan  və  Gəncə  şəhərlərində  xüsusi 
vəziyyət  və  komendant  saatı  tətbiq  edərək  küçələrə  hərbi  hissələr,  tanklar  yeritdi.  Nəticədə,  1988-ci  il  dekabrın  4-də  Meydan 
hərəkatı dağıdıldı, çoxlu adam həbs edildi. 1988-ci il xalq hərəkatının böyük əhəmiyyəti var idi. Belə ki, 1988-ci il 17 noyabr – 4 
dekabr Meydan hərəkatının  xalqı birləşdirdi. 
 
 
 
Milli-azadlıq hərəkatının genişlənməsi. AXC-nin yaradılması 
Yetişməkdə olan inqilabi şərait xalqı yeni liderlərin rəhbərliyi altında fəaliyyət göstərən Azərbaycan Xalq Cəbhəsi ətrafında 
birləşdirdi. 1989-cu ilin iyununda Bakıda AXC-nin təsis konfransı keçrildi. Konfransın qərarına əsasən: 
1.
 
AXC-nin proqramı və nizamnaməsi qəbul edildi 
2.
 
Əbulfəz Əliyev (Elçibəy) AXC-nin sədri seçildi 
AXC-nin  yaradılmasında  məqsəd sovet rejiminə qarşı  mübarizədə xalqı vahid cəbhədə birləşdirmək idi.  AXC  yarandığı ilk 
gündən geniş sosial bazaya malik idi. Lanin onun fəaliyyətində demokratik mərkəziyyət prinsipinin olmaması, onun konfederativ 
qruluşu  səmərəli  fəaliyyət  göstərməyə  mane  olurdu.Xalq  hərəkatının  genişlənməsi  şəraitində    Azərbaycan  SSRİ  Ali  Soverinin 
növbədənkənar  sessiyasında  1989-cu il sentyabrın 23-də “Azərbaycan SSRİ-nin  suverenliyi haqqında”  Konstitusiya Qanunu 
qəbul edildi. Bu hadisə milli-demokratik hərəkatın mühüm qələbəsi oldu. Bu dövrdə milli-azadlıq həərəkatı genişləndi. Ümumxalq 
hərəkatının təsiri ilə: 

 
Bir sıra bölgələrdə sovet orqanları hakimiyyətdən uzaqlaşdırıldı 

 
1989-cu il dekabrın 30-da Gəncə şəhərinin tarixi adı bərpa edildi 

 
1989-cu  il  dekabrın  31-də  Naxçıvan    MSSR-də,  Biləsuvar  və  Cəlilabad  rayonlarında  Sovet  –İran  sərhəd    qurğuları  
dağıdıldı (hazırda 31 dekabr günü Azərbaycanda  həmrəylik günü kimi qeyd olunur) 

 
1990-cı  il  yanvarın    12-də  500    nəfər  silahlı    erməni  qulduru  Xanlar  (indiki  Göygöl)  rayonunun  Quşçu  kəndində 
əhaliyə divan tutduqdan sonra  AXC  Milli  Müdafiə Şurası (MMŞ) yaratdı. MMŞ yaradılmasında məqsədi bunlar idi: 
1.
 
AXC özünümüdafiə qüvvələrini birləşdirmək 
2.
 
Erməni hücumlarının qarşısını almaq  
 
 
 
Qərbi Azərbaycan torpaqlarından azərbaycanlıların sonuncu deportasiyasının başlaması 
Bakıda-Dağlıq Qarabağ məsələsi ilə bağlı ilk etiraz mitinqinin keçirilməsi 
Əsgəran rayonunda ermənilər iki azərbaycanlını qətlə yetirməsi və Sumqayıt fitnəkarlığını 
förətməsi 
Azərbaycandan Ermənistana zəlzələ zonasına köməyə gedən 78 nəfərlik İl-76 təyyarəsinin 
ermənilər tərəfindən vurulması 
1988-ci il 
1989-cu il dekabrın 31-də Sovet –İran sərhəd qurğuları  dağıdılan bölgələr müəssisələri 
 
 
Cəlilabad
 
 
Naxçıvan   
 
 
Biləsuvar 
 
 
 


 
268 
 
 
 
20 Yanvar faciəsi
 
Azərbaycanda gedən ictimai-siyasi proseslər, xalq hərəkatı imperiyanı qorxuya saldı və onu təcili tədbirlər görməyə məcbur 
etdi.  İmperiyanın  belə  tədbirlərdən  biri  Bakıda  qırğın  törətmək  idi.  SSRİ    Ali  Sovetinin    Rəyasət    Heyəti  yanvarın  1990-cı  il 
yanvarın 20-də  saat 00-dan “Bakı şəhərində  fövqəladə  vəziyyət tətbiq edilməsi haqqında”  fərman  verdi. Lakin  bu fərman 
qırğın törədib əhalini qorxutmaq  üçün  xalqdan  gizlədildi.  Əhaliyə  məlumat verilməsin deyə,  yanvarın 19-da  axşam saatlarında 
dövlət  televiziyasının  enerji  blokuvpartladıldı.  Beləliklə,  1990-cı  il  yanvarın  19-dan  20-nə    keçən  gecə  Sovet  ordusu    Bakıya 
hücum  edib qanlı  qırğın  törətdi. Nəticədə, Bakıda  və digər rayonlarda  131  nəfər  öldürüldü, 744 nəfər yaralandı, 400 nəfər həbs  
olundu, 4 nəfər itkin düşdü. “Qanlı  yanvar”a etiraz olaraq Respublikada 40 günlük  ümummilli  tətil (matəm)  başlandı. “Qanlı  
yanvar”  faciəsinin  ertəsi  günü  ilk  dəfə  H.Əliyev  Azərbaycanın  Moskvadakı  nümayəndəliyinə  gedərək  imperiyanın  Azərbaycana 
qoşun yeridərək günahsız əhalini divan tutduğunu bütün dünyaya bəyan etdi. “Qanlı  yanvar” faciəsindən sonra  ölkədən gizlicə 
qaçmış  Ə.Vəzirovun  yerinə  Moskva  ona  sədaqətlə  xidmət  edə  biləcək  namizədi  –A.Mütəllibovu    (25  yanvar  -14  sentyabr  1990) 
Azərbaycan KP MK-nın birinci    katibi təyin etdi. 
 
 
 
Bakıda Azərbaycan Xalq Cəbhəsinin təsis konfransının keçirilməsi 
“Azərbaycan SSR-in DQMV-də A.Volskinin başçılığı ilə Xüsusi İdarə Komitəsinin mövcud 
olması 
“Azərbaycan SSR-in suverenliyi haqqında” Konstitusiya qanunununun qəbul edilməsi 
Gəncə şəhərinin tarixi adının bərpa olunması  və Araz çayı boyunca 137 km-lik Sovet-İran 
sərhəddində qurğuların dağıdılması 
Azərbaycandan Ermənistana zəlzələ zonasına köməyə gedən 78 nəfərlik İl-76 təyyarəsinin 
ermənilər tərəfindən vurulması 
1989-cu 
il 
Azərbaycan  
KP MK 
Birinci katibləri 
 
M. Yaqubov 
(1953-1954) 
H.Əliyev  
(1969-1982) 
 
İ.Mustafayev  
(1956-1959)
 
 
K.Bağırov  
(1982-88) 
 
V.Axundov  
(1959-1969) 
 
Ə.Vəzirov 
 (1988-1990 
 
M.Bağırov 
(1934-1953) 
 
A.Mütəllibov 
 (25 yanv14 sent) 
1990) 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə