Dərslik II hiSSƏ 2


Hökumətə qarşı dövlət çevrilişlərinə cəhdlər



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə140/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   134   135   136   137   138   139   140   141   142

 
279 
Hökumətə qarşı dövlət çevrilişlərinə cəhdlər 
 
 
 
Hüquqi demokratik dövlət və vətəndaş cəmiyyəti qurmaq yolunda ilk addımlar 
1995-ci  ilin  ortalarında  Azərbaycan  qeyri-qanuni  silahlı  qüvvələrdən  xilas  olmuş,  tamamilə  möhkəmlənmiş,  keyfiyyətcə 
yeni  bir  mərhələyə  daxil  olmuş,  dövlət  quruculuğunda  böyük  işlərə  başlamaq  üçün  ictimai-siyasi  sabitlik  yaradılmışdır.  Belə  bir 
şəraitdə  Respublikada  demokratik  dövlət,  vətəndaş  cəmiyyəti  quruculuğu  prosesi  sürətlə  davam  etdirildi.  1995-1998-ci  illərdə 
demokratik hüquqi dövlət quruculuğunda aşağıdakı addımlar atıldı: 

 
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi 

 
1995-ci il noyabrın 12-də Müstəqil Azərbaycanın ilk demokratik parlamenti yaradıldı 

 
1996-cı ilin fevralında beynəlxalq hüquq normaları uyğun qanunlar hazırlamaq məqsədi ilə  Prezident yanında xüsusi 
hüquqi islahatlar komissiyası yaradıldı 

 
1996-cı ilin avqustunda Prezidentin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  tədbirlər 
haqqında” fərman verdi, narnkomanlıq və narkobizneslə mübarizə üzrə komissiya yaradıldı 

 
1998-cı  ilin  fevralında  Azərbaycan  Prezidenti  “İnsan  və  vətəndaş  hüquqlarını  və  azadlıqlarını  təmin  edilməsi 
haqqında” fərman imzaladı 

 
1998-ci ilin dekabrında dövlət idarəetmə sistemində islahatlar üçün fərman verildi və xüsusi komissiya yaradıldı 

 
1998-ci ilin fevralında Prezidentin təşəbbüsü ilə Respublikada ölüm cəzası ləğv olundu 

 
1998-ci il  avqustun 6-da Prezidentin fərmanı ilə Azərbaycanda senzura  ləğv edildi 

 
1998-ci ildə Konstitusiya məhkəməsi  yaradıldı 
1998-ci il oktyabrın 11-də xalq, alternativ əsasda keçirilən Prezident seçkilərində H.Əliyevi ikinci dəfə yenidən Azərbaycan 
Respublikasının Prezidenti seçdi. Bundan sonra da Azərbaycanda demokratik hüquqi dövlət quruculuğu davam etdirilərək aşağıdakı 
yeni addımlar atıldı: 

 
1999-cu il dekabrın 12-də Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri keçirildi 

 
2000-ci ildə hakimlərin xüsusi test imtahandan keçməsi təcrübəsi tətbiq olunmağa başladı 

 
2000-ci  il  noyabrın  5-də  Milli  Məclisə  ikinci  seçkilər  keçrilərək  4  siyasi  raptiyanın  nümayəndələrindən  ibarət  yeni 
parlament seçildi 

 
Avropa  Şurasına  üzv  qəbul  olunduqdan  sonra,  Azərbaycan  “insan  hüquqlarının  və  əsas  azadlıqlarının  müdafiəsi 
haqqında” Avropa Konvensiyasına qoşuldu 

 
2001-ci  il  dekabrın  28-də  Milli  Məclis  tərəfindən  “Azərbaycan  Respublikasının  İnsan  Hüqular  üzrə  Müvəkkili 
(Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul edildi 

 
2002-ci  ildə  Ombudsman  təsisatının  (Ombudsman-demokratik  dövlətdə  insan  hüquq  və  azadlıqlarının  müdafiəçisi) 
yaradıldı 

 
2002-ci  il    avqustun  24-də  Azərbaycan  Respublikası  Konstitusiyasına  dəyişikliklər  edilməsinə  dair  ilk  referendum 
keçirildi 
 
 
 
 
 
Gəncədə  709 saylı hərbi 
hissənin  hərbi qiyamı 
(1993  4 iyun) 
 
Bakıda Xüsusi Təyinatlı Polis 
Dəstəsinin qiyamı 
(1994  4 oktyabr) 
Akstafa, Qazax və Bakıda 
Xüsusi Təyinatlı  Polis Dəstəsinin 
qiyamı (1995  13 mart) 
 
2002-ci il avqustun 24-də Konstitusiyaya edilmiş dəyişikliklərin mahiyyəti 
Birinci qrup – İnsan 
hüquqları və Azadlıqları. 
Azərbaycanın AŞ qarşısında 
götürdüyü öhdəliklərlə bağlı 
dəyişikliklər 
 
İkinci qrup –  Ölkədə 
aparılmış məhkəmə 
islahatları nəticəsində 
yaranmış yeni küquqi 
münasibətlər 
 
Üçüncü qrup – Seçki 
sisteminin dəyişilkəsindən 
irəli gələr dəyişikliklərin 
Konstitusiyaya əlavə 
edilməsi zərurəti 
 
Dördüncü qrup – 
Hakimiyyət bölgüsu və ali 
qanunverici orqanların 
səlahiyyətlərinin yenidən 
müəyyənləşdirilməsi 
 


 
280 
 
Bazar iqtisadiyyatına keçid. İqtisadi dirçəlişin başlanması 
80-cı illərin ikinci yarısı – 90-cı illərin əvvəllərində SSRİ-də başlanan siyasi proseslər müttəfiq respublikaların, o cümlədən 
Azərbaycanın da  iqtisadiyyatına və social-mədəni həyatına ağır zərbə vurdu və bu sahələrdə böhrana səbəb oldu. Bu dövrdə iqtisadi 
sahədə baş verən böhranın əsas səbəbləri aşağıdakı amillər idi: 

 
SSRİ-in dağılması ilə Azərbaycanın köhnə iqtisadi əlaqələrinin kəsilməsi 

 
Müəssisələrin istehsal gücünün azalması, əsas istehsal vasitələrinin azalması 

 
Ermənistanın Azərbaycana təcavüzkar müharibəsi 

 
Milli gəlirin üçdə birinin müharibəyə xərclənməsi 

 
Respublikanın ərazisinin 1/4-nin  hərbi əməliyyat meydanına çevrilməsi 

 
Bir milyon hektar kənd təsərrüfatı sahəsinin dşmən əlinə keçməsi 

 
Respublikanın yüksək ixtisaslı mütəxəsislərindən səmərəli istifadə olunmaması 

 
Yeni iqtisadi münasibətlərin yaradılmasında və iqtisadi islahatların tətbiq edilməsində cəsarətsizlik və.s 
Belə bir şəraitdə hakimiyyətə gələn H.Əliyev tez bir zamanda dövlət intizamını gücləndirib siyasi sabitlik yaratdı və iqtisadi 
tənəzzülün qarşısını almaq üçün tədbirlər görməyə başladı. Həmin tədbirlərdən əziləri bunlar idi: 

 
1994-cü ilin əvvəllərində Milli valyuta- manat Respublika ərazisində yeganə ödəniş vasitəsilə elan olundu 

 
1994-cü ildə xarici ticarətin sərbəstləşdirilməsi haqqında fərman verildi, xarici iqtisadi əlaqələr liberallaşdırıldı 

 
Beynəlxalq Valyuta Fondu və  Ümumdünya Bankı ilə müqavilələr bağlandı 

 
Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankına qoşuldu 

 
Büdcə kəsirinə ciddi nəzarət edilməsi nəticəsində inflyasiya 1998-ci ildə tam aradan qalxdı 

 
1995-1997-ci illərdə 20 min kiçik dövlət müəssisəsi özəlləşdirildi, aqrar islahat keçrildi 

 
Respublikanın kifayt qədər vəsaiti olmadığından xarici kapitalı cəlb etmək üçün “açıq qapı” siyasətinə keçirildi 

 
Onlarla sənaye müəssisəsi, sex, qurğu işə salındı, gömrük vergisi azaldıldı 

 
Sumqayıtda, Daşkəsəndə bəzi zavodlar yenidən işə salındı 

 
1994-1995-ci illərdə neftqayırma zavodlarında iki yeni ALOW-2 qurğusu işləməyə başladı 

 
2000-ci ildə Şəmkir-Yenikənd su-elektrik stansiyası istifadəyə  verildi 

 
1998-2002-ci illərdə 1 saylı Bakı İstilik Elekrtik Mərkəzinin (İEM), Mingəçevir SES-in, “Şimal” DRES-in yenidən 
qurulması,  Bakı  ətrafında  yüksək  gərginlikli  şəbəkələrin  yeniləşqdirilməsi,  Yenikənd  SES-in  üç  blokunun 
istifadəyə verilməsi nəticəsində elektik enerjisi istehsalı xeyli artdı 

 
2001-ci  ildə  Yaponiyanın  İqtisadi  Əməkdaşlıq  Bankından  alınan  kreditlər  hesabına  Sumqayıtda  Etilen-propilen 
zavodu əsaslı şəkildə yenidən quruldu 

 
2001-ci il martın 12-də Türkiyə Cümhuriyyəti, sentyabrın 29-da isə Gürcüstan Respublikası ilə Bakı-Tbilisi-Ərzurum 
qaz kəməri vasitəsilə Azərbaycan qazının tranziti, nəqli və satışı haqqında sazişlər imzalandı 

 
2002-ci ildə birinci neft müqaviləsi üzrə “Günəşli” yatağında hasilata başlanıldı 

 
2002-ci  il  sentyabrın  18-də  Səngəçal  sahil  terminalında  Azərbaycan,  Türkiyə  və  Gürcüstan  dövlətlərinin  başçılarının 
iştirakı ilə Bakı-Tbilisi-Ceyhan İxrac Boru Kəmərinin Azərbaycan hissəsinin təməli qoyuldu 

 
2002-ci  il  avqustun  27-də  sahibkarlığın  inkişafına  dövlət  qayğısının  artırılmasını,  bu  sahədə  mövcud  problemlərin 
vaxtaşırı  təhlil  etilərək,  tədbirlər  görülməsini  təmin  etmək  məqsədi  ilə  Respublika  Prezidenti  yanında  Sahibkarlar 
Şurası yaradıldı 

 
2003-cü mayın 23-də  Bakı-Tbilisi-Ceyhan İxrac Boru Kəmərinin Gürcüstan hissəsinin təməli qoyuldu  

 
2003-cü il iyulun 24-də “Liler” yarımdalma dəniz qazma qurğusu istifadəyə verildi 

 
Dünya Bankının krediti hesabına Neftçala yeni Balıqyetişdirmə zavodu işə salınmışdır 

 
2003-cü  il  iyulun  7-də  Avropa  Komissiyasının  maliyyə  köməyi  ilə  inşa  olunmuş  Bakı  metropoliteninin  20-ci  stansiya 
olan H.Əslanov stansiyası fəaliyyətə başladı 
 
Aqrar islahat 
Respublikada aqrar islahat həyata keçirmək üçün 1995-ci ilin martında “Dövlət aqrar islahatı” komissiyası yaradıldı.  1996-
jı  il  iyulun  16-da  “Torpaq  islahatı  haqqında”  Qanun  qəbul  edildi.  Dövlət,  bələdiyyə  və  xüsusi  torpaq  mülkiyyəti  forması 
müəyyən olunudu. “Torpaq islahatı haqqında” Qanuna görə: 

 
Sosial  ədalət  prinsipinə  əsasən,  bütün  postsovet  respublikalarında  fərqli  olaraq,  torpaq  kənddə  yaşayan  vətəndaşların 
xüsusi mülkiyyətinə pulsuz verildi 

 
Respublikanın vahid torpaq fondu əsasında üç – dövlət, bələdiyyə və xüsusi torpaq mülkiyyəti forması müəyyən olundu 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə