49
Bakteriyaların sporları torpaq vasitəsilə yara nahiyə-
sinə daxil olaraq tetanus və qazlı qanqrena törədirlər. Bo-
tulizm törədicisi torpaqdan tərəvəz və meyvələrə, eləcə
də müxtəlif qida məhsullarının tərkibinə keçməklə insanı
yoluxdurur və xəstəlik törədir.
Bəzi helmintlərin
*
də əsas yaşayış mühiti torpaqdır.
Yaşayış məntəqələrinin, məntəqələr daxilində müxtəlif
obyektlərin tikilməsi üçün torpaq sahəsi seçərkən, eyni zamanda epidemioloji
göstərişlər olduqda torpağın sanitar-mikrobioloji müayinəsi aparılır. Bu zaman
1 q torpaqda olan bakteriyaların, o cümlədən patogen mikroorqanizmlərin miq-
darı təyin edilir.
1. Torpaqda olan mikroorqanizmlərin maddələr dövranında roluna dair məruzə
hazırlayın.
2. “Torpaq vasitəsilə yoluxan xəstəliklər və onların yoluxma mexanizmi” möv-
zusunda təqdimat hazırlayın.
3. Torpağın qatlarını mikroorqanizmlərin miqdarının artma sırası ilə düzün. Se-
çiminizi əsaslandırın.
Yer kürəsini əhatə edən səhralaşma problemi milyonlarla hektar torpaq sahəsi-
nin yararsız hala düşməsinə səbəb olmuşdur. Afrika, Avstraliya, Mərkəzi Asiyanın
müxtəlif təbii zonalarında səhralaşma çox ciddi problemə çevrilmişdir. Bütün dün-
yanı bürüyən bu problem respublikamızda da mövcuddur.
Azərbaycanda torpaqların eroziyası geniş yayılmışdır. Buna səbəb, əsasən, in-
sanların düzgün olmayan təsərrüfat fəaliyyətidir. Eroziya nəticəsində torpaq yuyu-
lub dağılır, münbitliyi azalır, yararsız hala düşür, mikroflorası dəyişkənliyə məruz
qalır. Bu baxımdan da dünyada və ölkəmizdə torpaq eroziyasına qarşı müntəzəm
mübarizə tədbirlərinin aparılması zəruridir.
T
a
5 m
b
10 m
c
15 m
d
20 m
e
25 m
Torpağın sanitar mikrobioloji müayinəsində:
• 1 q torpaqda olan bakteriyaların ümumi sayı;
• Sanitar göstərici mikroorqanizmlərin – bağırsaq çöplərinin miqdarı;
• 1 q torpaqda olan termofil*
bakteriyalar;
• Epidemioloji göstərişlər olduqda patogen mikroorqanizmlər (salmonellalar*,
tetanus
və botulizmin törədiciləri, bəzi viruslar) təyin edilir.
LAYİHƏ