Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə15/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   47

57
Süd (1ml) və süd məhsullarının (1q) mikrobioloji müayinəsi zamanı mikro-
orqanizmlərin miqdarı təyin edilir.
Spesifik  mikrofloraya  malik  olan  turş  süd  məhsullarının  müayinəsi  ümumi 
mikroorqanizmlərin sayına görə deyil, kolititrin
*
 təyini ilə aparılır.
Ət  və  ət  məhsullarının  sanitar-mikrobioloji  müayinəsi  zamanı  aşağıdakı 
göstəricilər təyin edilir:
• məhsulun 1q-da olan bakteriyaların ümumi sayı;
• məhsulun 1q-da bağırsaq çöplərinin miqdarı;
• məhsulun 2 q-da salmonellaların miqdarı.
1.  Müxtəlif mənbələrə istinad edərək aşağıdakı mövzularda məruzə hazırlayın:
• Stafilokokk mənşəli zəhərlənmələr
• Mikotoksikozlar
2.  Ət və süd məhsullarının, konservləşdirilmiş meyvə və tərəvəzin qabları üzə-
rində istifadə tarixi yazılır. Bunun səbəbini araşdırın və təqdimat hazırlayın. 
3.  Bruselyoz xəstəliyi qatıqla qidalanmaya nisbətən pendirlə qidalanma zamanı 
daha çox yoluxur. Sizcə, bunun səbəbi nədir? İzah edin.
Konservlərin sanitar-mikrobioloji müayinəsi zamanı onların yararlığı aşağıdakı 
göstəricilərlə təyin edilir:
• Mezofil* aerob mikroorqanizmlər (olmamalıdır)
• Mezofil anaerob mikroorqanizmlər (olmamalıdır)
•  Epidemioloji  göstərişlər  olarsa,  stafilokoklar,  botulizm  törədicisi  və  toksini, 
termofil* aerob və anaeroblar, maya və kif göbələkləri təyin edilir.
•  Konservlərdə patogen mikroblar (olmamalıdır)
T
  LAYİHƏ


58
Mikroorqanizmlərin sahib orqanizmə birləşmə sxemlərini nəzərdən keçirərək 
bu prosesin gedişini izah edin:
 
15. İnfeksion proseslərin gedişində 
mikroorqanizmlərin rolu
Sahib orqanizm kimi çıxış edən bitki, heyvan və insan orqanizmləri mikro-
orqanizmlərin yaşaması üçün əlverişli mühit rolunu oynayır. Onlar arasında qarşı-
lıqlı münasibətlər mutualizm
*
 və parazitizmlə özünü göstərir. 
Canlıların qarşılıqlı təsirlərindən hər iki canlı üçün faydalı olan mutualizm-
dən fərqli olaraq parazitizm zamanı mikroorqanizm sahib orqanizmdə yaşayaraq 
ondan qida mənbəyi kimi istifadə edir və ona ziyan vurur.

 
Sahib orqanizmdə parazitlik edən mikroorqanizmlər onun hüceyrə və to-
xumalarına necə təsir edir?
F
Parazit həyat tərzinə keçmə uzun sürən təkamül prosesi nəticəsində mikroorqa-
nizmlərdə bir çox dəyişikliklərə səbəb olmuşdur. Mikroorqanizmlərin sahib orqa-
nizmdə yaşamağa uyğunlaşmasında təbii seçmə mühüm rol oynamışdır.
Əvvəlcə ətraf mühitdə yaşama qabiliyyətini tam itirməyən parazitlər, sonra ət-
raf mühitdə yaşama qabiliyyətini itirmiş və yalnız sahib orqanizmdə yaşayan para-
zitlər əmələ gəlmişdir. Daha sonra isə onların ancaq müəyyən toxuma və orqanla-
rında yaşamağa uyğunlaşmış növləri yaranmışdır. Məsələn, malyariya törədiciləri, 
əsasən, qaraciyər və qan hüceyrələrini, dizenteriya törədiciləri isə yoğun bağırsağın 
selikli qişasını zədələyir.
M
Mikroorqanizm
Xarici membranın zülalları və 
lipopolisaxaridləri (lipidlər)
Sahib hüceyrənin 
səthində olan xüsusi 
strukturlar (reseptorlar)
Sahib hüceyrə
Sahib hüceyrə
Səthi zülallar
  LAYİHƏ


59
İnfeksion prosesin baş verməsi üçün vacib şərtlərdən biri patogen mikroorqa-
nizmlərin olmasıdır. Bu mikroorqanizmlər patogenlik amilləri, fermentlər və tok-
sinlər, mikroorqanizm hüceyrələrinin morfoloji strukturları vasitəsilə xəstəlik törə-
dirlər. 
Bu  amillər  kompleks  halda  təsir  göstərərək  mikroorqanizmlərin  sahib  orqa-
nizmlərin hüceyrə və toxumalarına yapışmasına səbəb olur. 
Sahib  orqanizmin  hüceyrələrinə  yapışmayan  mikroorqanizmlər  hüceyrə  səthin-
dən selik və digər mayelərlə yuyularaq kənarlaşdırılır, yoluxma prosesi baş vermir.
Mikroorqanizmlərin sahib orqanizmin hüceyrələrinə yapışması infeksion prose-
sin ilk və mühüm mərhələsidir. Bu prosesin həyata keçirilməsi mikroorqanizmlərin 
və sahib orqanizm hüceyrələrinin səthində olan xüsusi strukturlarla əlaqədardır.
Səthi strukturlar qram-mənfi bakteriyalarda xarici membranın zülal və lipopoli-
saxaridləri, qram-müsbət bakteriyalarda isə səthi zülallarla bərabər, həm də qliserin 
teyxoat  turşusudur. Viruslarda  sahib  orqanizmlə  qarşılıqlı  təsir  kapsid  zülallar  və 
qlikoprotein çıxıntıları, kapsulalı bakteriyalarda isə kapsula polisaxaridləri və poli-
peptidləri vasitəsilə həyata keçirilir.
Sahib hüceyrənin səthində müvafiq strukturlar (reseptorlar) olduqda onlar in-
feksiyalara  yoluxa  bilirlər.  Bu  strukturların  miqdarından  asılı  olaraq  orqanizmlər 
həssas (reseptorlar çox) və qeyri-həssas (reseptorlar az) olurlar.
Mikroorqanizmlər sahib orqanizmin hüceyrələrinə yapışdıqdan sonra müvafiq 
sahədə  çoxalır  və  məskunlaşır.  Bu  proses  hüceyrələrin  səthində  və  daxilində  baş 
verə bilir.
Məsələn, vəbanın törədiciləri nazik bağırsaq epiteli hüceyrələrinin səthində, di-
zenteriyanın törədiciləri isə yoğun bağırsaq epitelisi hüceyrələrinin daxilində çoxa-
lırlar.
Xəstəlik törətmə 
qabiliyyətinə görə 
mikroorqanizmlər
Sap ro fitlər

–  ət raf 
mü hit də, in san və hey-
van  or qa niz min də  ya-
şayır,  ancaq  xəs tə lik 
tö rət mirlər .
Mütləq  pa to genlər
*
  –  həs-
sas or qa nizm lə rə da xil ola raq 
xəs tə lik  tö rə dir.  Bu  mik ro or-
qa nizm lər  mü əy yən  müd dət 
or qa nizm dən  kə nar da  yaşaya 
bilirlər.  Ancaq  sa hib  or qa-
nizm ə daxil olduqda isə xəstə-
lik törədirlər.
Şər ti-pa to genlər – xəs-
tə liktö rət mə  xü su siy yə ti 
on lar üçün va cib ya şa yış 
for ma sı  de yil,  sim bi oz 
mü na si bət lə rin po zul ma-
sı nın nəticəsində xəstəlik 
törədirlər..
Xəstəliktörətmə qabiliyyətinə görə mikroorqanizmləri üç qrupa ayırırlar.
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə