Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə17/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   47

63
Qrip  və  angina  kimi  infeksion  xəstəliklərin  baş  verməsinin  ilin  fəsillərindən 
asılılıq qrafikini tərtib edin.
infeksion xəstəliklər
yaz
yay payız
qış
ilin fəsilləri
Seçiminizi əsaslandırın.
El arasında belə bir inanc mövcuddur: “Xəstəliklərin hamısı soyuqdəymədən 
əmələ gəlir”. 
► 
Nəyə əsasən xalq belə bir qənaətə gəlmişdir? 
►  
Soyuq və digər mühit amilləri infeksion proseslərin gedişinə nə kimi təsir 
göstərir?
Bilirsiniz ki, infeksion xəstəliklərə yoluxma bütün insanlarda eyni cür baş ver-
mir. Bu xüsusiyyət ekoloji amillərdən, orqanizmin həssaslıq dərəcəsindən, mikro-
orqanizmlərin xarakterindən və s. asılı olaraq dəyişir ki, bu da müxtəlif xəstəliklər-
də heç də eyni deyil. Xarici mühitin bioloji, fiziki və kimyəvi amilləri həm patogen 
mikroorqanizmlərə, həm də sahib orqanizmə təsir göstərir.
Uzun  müddət  isti  şəraitdə  qalmaq  istivurmaya  səbəb  olur.  Bu  da  orqanizmin 
immun sisteminin zəifləməsinə və mikroorqanizmlərin təsirinə qarşı müqavimətin 
azalmasına, biokimyəvi proseslərin zəifləməsinə şərait yaradır.
Soyuğun təsirindən də orqanizmin xəstəliktörədən mikroorqanizmlərə qarşı da-
vamlılığı zəifləyir. Xüsusən tənəffüs yolları xəstəlikləri artır. Bu, tənəffüs yollarının 
selikli qişasında müdafiə amillərinin zəifləməsi nəticəsində baş verir.
Yuxarı  tənəffüs  yollarının  normal  mikroflorasına  daxil  olan  bəzi  bakteriyalar, 
əsasən,  soyuqlama  zamanı  xəstəlik  törətdiyindən  “soyuqlamanın  törədiciləri”  də 
adlandırılır.
 
17. Mühit şəraitinin infeksion xəstəliklərin 
gedişinə təsiri
F
M
  LAYİHƏ


64
L.Paster təbii şəraitdə qarayara törədicilərinə qarşı həssas olmayan to-
yuqların  ayaqlarını  soyuq  suda  saxlamış  və  onları  xəstələndirməyə  nail 
olmuşdur. Bununla o, soyuğun bədən müqavimətinə mənfi təsirini sübut 
etmişdir.
B
İLİRSİNİZMİ?
Dalğa uzunluğundan, təsir müddətindən, intensivliyindən asılı olaraq Günəş 
şüaları da orqanizmə müxtəlif cür təsir edir. Uzun müddət Günəş şüasının təsiri 
altında qalmaq günvurmaya səbəb olur. Nəticədə orqanizmin im mun sistemi zəif-
ləyir,  mikroorqanizmlərə  qarşı  müqavimət  azalır.  Digər  tərəfdən  isə  düzgün 
Günəş vannalarının qəbulu insan orqanizminə müsbət təsir göstərir, infeksiyalara 
davamlılığı yüksəldir.
İonlaşdırıcı şüalar immun sistemini sarsıdır. Bu, qırmızı sümük iliyinin qan-
yaradıcı funksiyasında dəyişikliklərin baş verməsi nəticəsində olur.
Rentgen  şüalarının  yüksək  dozaları  selikli 
qişaların keçiriciliyini pozur, faqositlərin aktiv-
liyini, qanın müdafiə xüsusiyyətlərini zəiflədir. 
Orqanizmin xəstəliklərə qarşı həssaslığı artır. 
Yoluxucu  xəstəliklərin  baş  verməsində  cə-
miyyətin sanitar mədəniyyəti, mə işət şəraiti, iq-
tisadi vəziyyəti və dini adətləri də mühüm əhə-
miyyət kəsb edir. Hindistanın bəzi əyalətlərində 
inəyə sitayiş etdiklərinə görə mal ətindən qida kimi istifadə edilmir. Nəticədə qida 
rasionu kasadlaşır ki, bu da orqanizmə mənfi təsir edir.
İqtisadi inkişaf cəhətdən geridə qalan ölkələrdə “ictimai xəstəliklər” adlandırı-
lan vərəm, cüzam, sifilis, bağırsaq infeksiyaları daha tez-tez baş qaldırır. Sağıcılar, 
çobanlar, baytarlar zoonoz infeksiyalara daha çox yoluxurlar.
Müasir  dövrdə  elmin,  texnikanın,  sənaye-
nin  sürətli  inkişafı  torpağın,  suyun,  havanın 
çirklənməsinə səbəb olur. Bu hal gündəlik isti-
fadə edilən qida məhsullarına da sirayət etmək-
lə insan sağlamlığına mənfi təsir göstərir. Eko-
loji  şəraitin  pisləşməsi  orqanizmin  müdafiə 
qabiliyyətinə  zərər  verərək  infeksion  xəstəlik-
lərə müqavimətini kəskin zəiflədir. Həkim məsləhəti olmadan dərman preparatla-
rından kortəbii istifadə də orqanizmə mənfi təsir göstərir. Xüsusilə antibiotiklər, 
  LAYİHƏ


65
Respublikamızda 2017-ci ilin 6 ayı ərzində vərəm ilə xəstələnmələr 
2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3% azalmışdır.
B
İLİRSİNİZMİ?
1.  “İnfeksion  xəstəliklərin  gedişinə  antropogen  amillərin  təsiri”  mövzusunda 
məruzə hazırlayın.
2.  Afrika ölkələrinin əksəriyyətində epidemiyaların tez-tez baş verməsi səbəblə-
rini araşdırın və təqdimat hazırlayın. 
3.  Müxtəlif  dalğa  uzunluqlu  Günəş  şüalarının  insan  orqanizminə  təsirinə  dair 
məlumat toplayın və təqdim edin.
T
immunodepressantlar  orqanizmin  immun  sisteminin  zəifləməsinə  səbəb  olan 
amillərdən hesab olunur.
Hal-hazırda infeksion xəstəliklərin vaxtında aşkarlanmasına, onların qarşısı-
nın alınmasına yönələn peyvəndlərdən geniş istifadə olunur. Xəstələrə müalicə 
zərdabları vurmaqla onların müalicəsini aparırlar. 
İnfeksion  xəstəliklərə  yoluxmanın  qarşısını  almaq  üçün  müxtəlif  tədbirlər 
həyata keçirilir:
Yüksək temperatur. Mikrob hüceyrələrində zülalları denaturasiyaya uğrada-
raq məhv edir. Maksimum temperatur isə mikroorqanizmin inkişafını dayandırır, 
bu da onun məhvi ilə nəticələnir.
Quruma. Mikroorqanizmlərin normal həyat fəaliyyəti üçün su vacib oldu-
ğundan  quruma  onların  sitoplazmasının  susuzlaşmasına  və  sitoplazmatik 
membranın keçiriciliyinin pozulmasına səbəb olur. Nəticədə hüceyrələrin qida-
lanması pozulur və o fəaliyyətdən qalır.
Şüa enerjisi. Patogen bakteriyalara birbaşa düşən Günəş şüalarının tərkibin-
dəki ultrabənövşəyi şüalar məhvedici təsir göstərir. Ultrabənövşəyi şüaların bu 
xüsusiyyətlərindən qapalı yerlərin (cərrahi otaqların, sarğı otaqlarının və s.) ha-
vasının təmizlənməsi, bəzən də suyun zərərsizləşdirilməsində istifadə edildiyini 
artıq bilirsiniz. 
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə