Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə18/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   47

66
Seleksiya
III
  LAYİHƏ


67

 
Seleksiyanın vəzifələri
 Süni seçmə
 Mədəni bitkilərin mənşə mərkəzləri

 
Seleksiyanın metodları

 
 Dominantlığın idarə edilməsi. 
Seleksiyanın digər nailiyyətləri
  LAYİHƏ


68
 18. Seleksiyanın vəzifələri
Seleksiya
*
 insanların praktik fəaliyyətinin nəticəsi kimi meydana çıxmış bir 
elm sahəsidir. Çox da qədim tarixi olmayan bu elm insanların bitkiləri mədəniləş-
dirməyə və heyvanları əhliləşdirməyə başladığı dövrlərdən yaran mışdır.
► 
Bəs seleksiya elmi nəyi öyrənir?
► 
Bu elmin məqsəd və vəzifələri nədən ibarətdir?
Nikolay İvanoviç Vavilov seleksiyanın “insan iradəsi tərəfindən istiqamətləndi-
rilən təkamül” prosesini əks etdirdiyini demişdir. Qruplara ayrılın və bu ifadəni 
əsas götürərək seleksiya elminin vəzifələrinə dair kiçik təqdimat hazırlayın.
Seleksiya bir təkamül prosesi kimi ümumi qanunauyğunluqlara əsaslanır. Selek-
siya işi aparılarkən genetika elminin qanunauyğunluqlarına istinad edilir. Prosesin 
həyata keçirilməsi təbii seçmənin süni seçmə ilə əvəz olunmasına səbəb olmuşdur.
İnsanların nə üçün süni seçmə aparmasının səbəblərini izah edin və əsaslandırın.
F
Seleksiya nəticəsində bitki sortları, heyvan cins-
ləri və mikroorqanizm ştamları alınır. 
Cins və sort nədir? 
Cins və sortlar insan tərəfindən süni surətdə ya-
radılan,  oxşar  irsi  xüsusiyyətlər  daşıyan,  müəyyən 
irsi  keyfiyyətlərə  malik  olan  və  mühit  şəraitinə  uy-
ğunlaşan orqanizmlərin cəmidir.
Cins  və  sortun  xarici  mühitin  təsirinə  qarşı 
müəyyən  reaksiya  göstərmək  xüsusiyyəti  vardır. 
Onların müsbət keyfiyyətləri müəyyən aqrotexni-
ki  şəraitdə,  əlverişli  iqlim 
amilləri  olduqda,  məlum  yem-
ləmə və saxlama şəra itində meydana çıxır. Bunun nəticəsidir 
ki, istənilən bir ölkədə alın mış cins və sortlar digər ölkələrdə, 
dəyişik iqlim şəraitində heç də həmişə yararlı olmur.
Üzüm sortları
İt cinsləri
M
Bakteriya ştammı
  LAYİHƏ


69
Seleksiya üçün götürülən başlanğıc material nə qədər müxtəlif olarsa, nəticə bir 
o qədər səmərəli olar.
Hazırda  müx tə lif  ins ti tut  və  se lek si ya  stan si ya la rı  əvvəlcədən  mü əy yən 
olunmuş plan lar əsa sın da fə aliy yət gös tə rə rək se lek si ya pro se si nin mü vəf fə qiy-
yət lə nə ti cə lən mə si nə kö mək lik gös tə rir lər.
Öl kə miz də ya ra dı lan sortsı na ma mən tə qə lə ri və da maz lıq tə sər rü fat la rında 
ye ni ya ra dıl mış cins və sort la r yox lanılır, onların içərisindən ya rar lı olan la rı se-
çilir.
ar zu olu nan əla mət lə rin 
möh kəm lən di ril mə sin də 
istifadə olunan sü ni seç mə 
for maları 
başlanğıc bitkilərin 
sort və heyvanların 
cins müxtəlifliyi
hib rid ləş mə za ma nı 
ir sən keç mə nin qa nu-
na uy ğun luq la rı
öyrənilən 
əlamətlərin üzə 
çıxmasında mühitin 
rolu
irsi dəyişkənlik 
(mutasiya)
N.İ.Vavilova görə, 
seleksiya işinin uğurlu 
olması üçün nəzərə 
alınmalıdır:
1.  Araşdırmalar apararaq “Müasir seleksiyanın nailiyyətləri” mövzusunda mə-
ruzə və ya elektron təqdimat hazırlayın.
2.  N.İ.Vavilova görə, seleksiya işləri apararkən uğurlu nəticə əldə etmək üçün 
nəzərə alınacaq şərtlərin bu prosesə təsirini şərh edin.
3. Sualları cavablandırın:
a)  Ağcabədidə  alınan  heyvan  cinsi  Gədəbəydə  də  eyni  dərəcədə  məhsuldar 
ola bilərmi? Cavabınızı əsaslandırın.
b) “S eleksiya kompleks elmdir” ifadəsi nəyə əsasən deyilir? İzah edin.
T
N.İ.Vavilov Rusiyada seleksiyanın elmi əsas-
larını yaratmış alimdir. O, irsi dəyişkənlikdə  ho-
moloji sıralar qanununun müəllifidir. Alim mədə-
ni  bitkilərin  müxtəliflik  mərkəzlərini  müəyyən-
ləşdirmiş, dünyanın 40 ölkəsində apardığı ekspe-
disiyalar  zamanı  mədəni  bitki  sortlarının  nadir 
nümunələrini toplamışdır.
N.İ.Vavilov
rus botaniki, genetik, bitkiçilik üzrə 
mütəxəssis, coğrafiyaşünas
  LAYİHƏ


70
İn san lar bit ki sort la rı və hey van cins lə ri ya ra dar kən bir çox tə lə bat la rı nə zə rə 
alır lar.  Nə ti cə də  bir-bi rin dən  fərq lə nən  ye ni  for ma lar  ya ra nır.  Dar vin  hə lə  XIX 
əsr də tə ka mü lün me xa niz mi ni aç maq məq sə di lə İn gil tə rə də kənd tə sər rü fa tı ilə 
ma raq lan ma ğa baş la mış dı. O mü əy yən et miş di ki, in gi lis fer mer lə ri in ten siv se-
lek si ya iş lə ri apa ra raq gö yər çin, to yuq, it, qa ra mal və s. hey van cins lə ri, müxtəlif 
bit ki sort la rı ye tiş dir miş lər. 
►  
İn san lar  han sı  qa nu na uy ğun luq la ra  əsas la na raq  be lə  çox say lı  for ma lar  al-
mış lar?
► 
Bu, seç mə nin han sı for ma sı nın nə ti cə sin də ya ra nır?
 
Şəkildəki canlıların əcdadlarından fərqlənən xüsusiyyətlərini qeyd edin.
● 
Canlıların yaranması zamanı həyata keçirilən seleksiya proseslərini mü qayisə 
edin. Nəticələri şərh edin.
 19. Süni seçmə
F
Mədəni bitkilər və ev heyvanları insanlar tərəfindən aparılan əhliləşdirmə, çar-
pazlaşma və süni seçmə nəticəsində öz vəhşi əcdadlarından alınmışdır. 
Seleksiya  prosesinin  ilkin  mərhələsi  olan  əhliləşdirmə  və  ya  mədəniləşdirmə 
vəhşi heyvanların və yabanı bitkilərin mədəni formalara çevrilməsidir. Proseslərin 
ilk mərhələsində bitki və heyvanlarda ciddi dəyişkənliklər baş vermişdir. Nəticədə 
stabilləşdirici  təbii  seçmənin  təsiri  zəifləmişdir.  Süni  seçmə  yolu  ilə  insanlar  bit-
kilərdə, heyvanlarda və mikroorqanizmlərdə özləri üçün faydalı əlamətlərə malik 
fərdləri ardıcıl surətdə seçmiş, nəsillər boyu yeni bitki sortları, heyvan cinsləri və 
mikroorqanizm ştamlarının yaradılmasına nail olmuşlar.
M
vəhşi qaya göyərçini
turman
çempion 
göyərçini
tovuzquşu 
göyərçini
yakobin 
göyərçini
cır armud
“Klapın 
sevgilisi”
armudu
Qafqaz 
armudu
noyabr 
armudu
düşes
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə