Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması


  Mikroorqanizmlərin  sahib  orqanizm  hüceyrələrini  yoluxdurma  mexanizmi- nin sxematik təsvirini verin. 2



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə16/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   47
    Bu səhifədəki naviqasiya:
  • Qeyd

60
1.  Mikroorqanizmlərin  sahib  orqanizm  hüceyrələrini  yoluxdurma  mexanizmi-
nin sxematik təsvirini verin.
2.  Müxtəlif  mənbələrdən  istifadə  edərək  “Mikroorqanizmlərin  dəri  baryerini 
dəf etməsi” mövzusunda məruzə hazırlayın.
3.  “Qarın yatalağı törədicisinin sahib orqanizmin hüceyrəsini yoluxdurması”na 
dair araşdırma aparın və təqdimat hazırlayın.
4.  Difteriya toksininin hüceyrəyə daxilolma sxeminə əsasən prosesin mexaniz-
mini şərh edin.
Qeyd: Difteriya toksinində A – aktiv, B – birləşdirici fraqmentləridir.
A fraqmenti ancaq B fraqmenti olduqda aktiv olur.
T
A
A
A
B
B
Difteriya toksini
Hüceyrə membranı
Ribosomlarda 
zülal sintezinin 
dayanması
Hüceyrənin məhv 
olması
Bir çox bakteriyaların patogenliyi onların epiteli hüceyrələrinə daxil olması ilə 
əlaqədardır. Ancaq  mikroorqanizmlərin  dəri  və  selikli  qişalarda  koloniyası  (məs-
kunlaşması) heç də həmişə bununla məhdudlaşmır. İnfeksiyalaşmanın növbəti mər-
hələsi mikroorqanizmlərin toxumada əksər hüceyrələrə nüfuz etməsidir.
Mikroorqanizmlərin  hüceyrəyə  daxilolma  qabiliyyəti  xüsusi  amillərlə  təmin 
olunur, onlardan xarici membran zülalları daha ətraflı öyrənilmişdir. Bu zülalların 
sahib hüceyrənin səthindəki xüsusi reseptorlarla qarşılıqlı təsiri bakteriyaların en-
dositozu  –  “udulması”  ilə  nəticələnir.  Onların  bəziləri  qan  və  limfa  damarlarına 
daxil  olur.  Damarların  daxilində  müdafiə  anticisimləri  tərəfindən  məhv  olmayan 
mikroorqanizmlər orada əlverişli şərait olduqda çoxalır, məskunlaşır və ikincili in-
feksiya ocağı əmələ gətirirlər.
Göründüyü kimi, mikroorqanizmlər hüceyrə və toxumalara nüfuz edərək dəyi-
şikliklər əmələ gətirir, orqanizmdə müvafiq xəstəliklər törədirlər.
  LAYİHƏ


61
Mikroorqanizmlərin  xəstəlik  törətməsi  sahib  orqanizmin  xüsusiyyətlərindən 
də asılıdır. Bilirsiniz ki, sahib orqanizm həssas olmadıqda hətta ən yüksək həyati-
lik qabiliyyətinə malik mikroorqanizmlər belə, xəstəlik törədə bilmir. 
► 
Sahib orqanizmin həssaslığına hansı amillər təsir göstərir?
► 
Bu amillər mikroorqanizmdə nə kimi dəyişikliklər yaradır?
Qızılca,  suçiçəyi,  skarlatina,  epidemik  parotit  və  s.  bu  kimi  infeksiyaların 
“uşaq infeksiyaları” adlandırılmasının səbəbini araşdırın. Araşdırmanın nəticəsini 
təqdim edin.
 
16. İnfeksion proseslərin baş verməsində 
sahib orqanizmin rolu
F
Orqanizmlərin xəstəliyə qarşı reaksiyası müxtəlif amillərdən asılı olaraq də-
yişir. Buna yaş, sinir sistemi, endokrin və immun sistemlərin vəziyyəti, qidalan-
ma, irsi amillər, normal mikroflora və s. təsir göstərir.
Məsələn,  yaşlı  insanlarda  pnevmoniyanın  gedişi,  adətən,  ağır  tərzdə  keçir. 
Buna səbəb yaşla əlaqədar olaraq timus vəzində baş verən dəyişiklik nəticəsində 
limfositlərin  miqdarının və funksional aktivliyinin, həm də faqositar hüceyrələ-
rin aktivliyinin azalmasıdır.
Uşaqların 6 aylıq yaş dövrünə qədər infeksion xəstəliklərə qarşı dözümlü ol-
ması onların spesifik anticisimləri plasenta vasitəsilə anadan almalarıdır.
Depressiyalar,  yorğunluq,  stress  orqanizmdə  immun  sistemin  zəifləməsinə 
səbəb olur. Eksperimental yolla sübut olunmuşdur ki, sinir sistemində baş verən 
dəyişikliklər infeksion xəstəliklərin gedişini ağırlaşdırır.
Endokrin  sisteminin  patologiyası  da  orqanizmin  reaktivliyinin  dəyişməsinə 
gətirib çıxarır. Məsələn, şəkərli diabet xəstələrində insulin hormonunun az ifraz 
olunması və ya heç ifraz olunmaması nəticəsində maddələr mübadiləsi pozulur 
və faqositlərin aktivliyi zəifləyir. Bu səbəbdən belə şəxslər irinli infeksiyaların 
törədicilərinə qarşı çox həssas olurlar. 
Hipofiz  vəzinin  ifraz  etdiyi  boy  hormonunun  (somatotrop)  çatışmaması  ti-
mus  vəzinin  inkişafdan  qalmasına  və  immun  reaksiyaların  zəifləməsinə  gətirib 
çıxarır. Somatotrop hormonu maddələr mübadiləsinin bütün növlərinin tənzim-
lənməsində əhəmiyyətli rol oynadığından onun azlığı bu proseslərin gedişində də 
ciddi dəyişikliklərə səbəb olur.
Keyfiyyətli qidalarla qidalanmadıqda və uzun müddət ac qaldıqda infeksion 
xəstəliklərə qarşı həssaslıq artır. Ona görə də bu qrup xəstəliklər “sosial xəstəlik-
lər”  adlandırılır.  Qidanın  tərkibində  zülal  çatışmazlığı  maddələr  mübadiləsinin 
normal gedişini pozur ki, bu da immunoqlobulin sintezinin zəifləməsinə səbəb 
M
  LAYİHƏ


62
olur. A  vitamininin  çatışmaması  faqositlərin  funksiyasını  zəiflədir  ki,  nəticədə 
dəri və selikli qişalarda iltihabi proseslər baş verir.
B və C vitaminlərinin çatışmazlığı vərəmə, difteriya, stafilokokk və strepto-
kokk infeksiyalarına qarşı həssaslığı artırır. 
Qızların oğlanlara nisbətən ətraf mühitin zərərli amillərinə qarşı dözümlü ol-
masının səbəbi onlarda immun sisteminin daha tez formalaşmasıdır. Lakin buna 
baxmayaraq, qadınlarda aybaşı və hamiləlik zamanı immun sistem zəifləyir və 
irinli infeksiyalara qarşı həssaslıq artır.
Sahib orqanizmin infeksion xəstəliklərə qarşı həssas olmasının səbəblərindən 
biri də anadangəlmə immunçatışmazlığıdır. Bu, postembrional inkişafın ilk dövr-
lərində  kəskin  şəkildə  təzahür  edir.  İrinli  iltihablı  proseslərin  gedişinə  təsir 
göstərən amillərə orqanizmin mikroflorası da aiddir. İnsan orqanizminin normal 
mikroflorasının nümayəndələri arasında bakteriyalar çox, virus, göbələk və ibti-
dailər  nisbətən  az  olur.  Normal  mikrofloranın  əksər  nümayəndələri  orqanizmə 
zərərli təsir göstərmir. Bu cür mikroflora orqanizmin xarici mühitlə təmasda olan 
hissələrində – yuxarı tənəffüs yolları, mədə-bağırsaq traktı, sidik-cinsi yolların 
və s. selikli qişalarında məskunlaşır.
Sağlam insan orqanizminin xarici mühitlə birbaşa təması olmayan toxuma və 
orqanlarında  –  qan,  limfa,  daxili  orqanların  əksəriyyəti,  onurğa  beyni  mayesi, 
beyin və s. mikroorqanizmlərə rast gəlinmir. Ancaq müxtəlif mikroorqanizmlər 
orqanizmin müdafiə sistemini aşaraq qana, müxtəlif orqanlara keçə bilir.
Mikroflorada baş verən dəyişiklik irinli-iltihabi proseslərin inkişafına səbəb olur. 
Göründüyü kimi, infeksion xəstəliklərə yoluxma təkcə bu xəstəliklərin törə-
diciləri olan mikroorqanizmlərin deyil, həm də xəstəliyə yoluxan orqanizmlərin 
xüsusiyyətlərindən də asılıdır. Ona görə də bu xəstəliklərin qarşısının alınmasın-
da sahib orqanizmin xəstəliklərə qarşı davamlılığının artırılması vacib şərtlərdən 
biridir.
1.  B və C vitaminlərinin miqdarının vərəm və difteriya xəstəliklərinin gedişinə 
təsirinin  qrafik  təsvirini  verin.  Bu  qrafikləri  stressin  infeksion  xəstəliklərin 
gedişinə təsiri qrafiki ilə müqayisə edin.
2.  Araşdırmalar apararaq “İnfeksion xəstəliklərin gedişinə irsi amillərin təsiri” 
mövzusunda məruzə hazırlayın.
3.  Açar sözləri yerinə qoymaqla cümləni tamamlayın.
 ___________  vəzinin  ifraz  etdiyi  ___________  hormonunun  çatışmaması 
___________ vəzinin inkişafdan qalması və ___________ zəifləməsinə səbəb 
olur. 
1. timus 
2. somatotrop       3. hipofiz     4. immun reaksiyalar
T
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə