Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə57/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   72

 
 

173 
 
•   IV  fəsil  •  
Atom və atom nüvəsi 

ibarətdir. Bu zərrəciklər seli maqnit sahəsindən keçdikdə Lorens qüvvəsinin təsiri ilə 
müxtəlif istiqamətlərə meyil edir. Şüaların bir qismi yüksüz zərrəciklər selindən iba-
rət  olduğundan  öz  əvvəlki  istiqamətində  yoluna  davam  edir  –  bunlar  γ-şüalanma 
adlandırıldıŞüaların bir qismi müsbət yüklü zərrəciklər selindən ibarət olduğundan 
onlar öz əvvəlki istiqamətindən sol əlin baş barmağı istiqamətinə meyil edir (sol əl 
qaydasına  görə).  Bu  şüalanma  α-şüalanma  adlandırıldı.  β-şüalanma  adlandırılan 
üçünсü qisim şüalar isə mənfi yüklü zərrəciklər seli olduğundan onlar α-şüalanmanın 
əksi istiqamətinə meyil edir (bax: 
a
).  
Müəyyən  olunmuşdur  ki,  α-şüalanma  helium nüvәsindәn ibarәtdir.  Onun  nü-
fuzetmə qabiliyyəti zəifdir və hətta 0,1 mm qalınlığında olan kağız vərəq tərəfindən 
saxlanılır.  β-şüalanma çox böyük sürәtә malik elektron selidir.  Bu  zərrəciklərin 
nüfuzetmə qabiliyyəti böyükdür – bir neçə millimetr qalınlığında sink lövhə β-şüa-
larınınqarşısını  ala  bilir.  γ-şüalanma  elektromaqnit  şüalanmasıdır.  O,  elektrik  cə-
hətdən neytral olduğundan elektrik və maqnit sahələrinin təsirinə məruz qalmır. Bu 
şüaların  nüfuzetmə  qabiliyyəti  çox  yüksəkdir:  qalınlığı  1sm  olan  qurğuşun  lövhə 
onun təsirini yalnız azalda bilir. 
 
 
 
 
 
 
1. Radioaktivliyin kəşf olunmasında hansı alimlərin xidmətləri olmuşdur? 
2. Radioaktiv kimyəvi element digər elementlərdən nə ilə fərqlənir? 
3. Radioaktiv şüalanmanın tərkibi hansı zərrəciklər selindən ibarətdir?  
4. α-, β - və γ- şüalarının bir-birindən fərqi nədədir? 
 
 
 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Məsələ. 
Şəkildə  radium  elementinin  şüalanması 
prosesi  təsvir  edilmişdir  (
b
).  Maqnit  sahəsində 
meyiletmə istiqamətlərinə görə α -, β - və γ - şüala-
rını müəyyən edin

 
 
 
Araşdırma
2
• 
Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. Təbii radioaktivlik ... 
2. Radioaktiv şüalanma ... 
3. α-şüalanma ... 
4. β-şüalanma ... 
5. γ-şüalanma ... 
Nә öyrәndiniz 
Öyrәndiklәrinizi yoxlayın
 
(b)
LAYİHƏ


 
 
174 
 
 A
TOM MÜRƏKKƏB ƏLAQƏLİ SİSTEMDİR 
 
 
 
 
 
 
Atomun Tomson modeli. Alimlər atomun bərabər sayda müsbət və mənfi yüklü 
zərrəciklərdən ibarət elektroneytral quruluşa malik olduğunu XIX əsrin sonlarından 
bilirdilər. İngilis fiziki Cozef Con Tomson 1897-ci ildə elektronu kəşf etdi və müəy-
yən olundu ki, elektronun kütləsi hidrogen atomunun kütləsindən 2000 dəfə kiçikdir. 
Bir  tərəfdən  bu  fakta,  digər  tərəfdən  isə  atomun  elektrik  cəhətdən  neytral  olması 
faktına əsaslanan Tomson 1903-cü ildə atomun quruluşunun ilk modelini irəli sürür
Bu modelә görә, atom radiusu tәxminәn 
10
 olan kürә formasındadır. Müsbәt 
yüklәr bu kürәnin bütün kütlәsindә bәrabәr sıxlıqla paylanır, mәn-
fi yüklü elektronlar bu kütlә daxilindә “keksdә kişmiş” kimi 
yerlәşir (
b
). Atomun Tomson modeli bəzi hadisələri izah etməyə 
imkan  verdi,  məsələn,  atomun  ionlaşması,  elektroliz,  kimyəvi 
elementlərin  dövri  sistemi  və  s.  Lakin  bu  model  radioaktivlik, 
elektromaqnit hadisələrini və s. izah edə bilmədi.  
 
4.2 
 Atom hansı zərrəciklərin əlaqəli sistemidir? 
 Atom nüvəsi hansı zərrəciklərdən təşkil 
olunmuşdur?  
 Atom nə üçün neytraldır? 
 “Atom planetar modelə malikdir”nə deməkdir?  
Maraqlıdır, bu model necə müəyyənləşdirilmişdir? 
Atomun quruluşu və atom 
nüvəsinin tərkibi haqqında 
6-cı sinif fizika və 7-ci sinif 
kimya dərsliklərinin uyğun 
mövzularından məlumat 
almısınız. 
 
Bu, atomun hansı modelidir?
Məsələ.
 Şəkildə atomun quruluş modellərindən birinin 
sxemi təsvir edilmişdir (
a
). Sxemi iş vərəqinə köçürün və 
uyğun rəqəmlərlə hansı zərrəciklərin işarə edildiyini 
müəyyənləşdirin. 
Nəticəni müzakirə edin: 
 Şəkildə atomun hansı modelinin sxemi təsvir edilmişdir?  
 Sxemə əsasən, atom hansı zərrəciklərdən ibarət əlaqəli 
fiziki sistemdir?
 
 
Araşdırma
1
• 
әsas işlәri: qazların rentgen şüalarının təsiri 
ilə ionlaşması, katod və anod şüalanmalarının 
kəşfi. 1906-cı ildə Nobel mükafatı almışdır. 
 
Tomson Con Cozef 
(1856-1940) 
İngiltərə fiziki 
• 
Atomun planetar modelinin yaradıcısı.  
1908-ci ildə Nobel mükafatı almışdır. 
Ernest Rezerford 
(1871-1937) 
İngiltərə fiziki 
(b) 
(a) 
LAYİHƏ


 
 

175 
 
•   IV  fəsil  •  
Atom və atom nüvəsi 

Atomun Rezerford modeli. 1910–11-ci illərdə ingilis fiziki Ernest Rezerford apar-
dığı silsilə təcrübələrlə atomun tamamilə fərqli quruluşa malik olduğunu aşkar etdi. O, 
təcrübələrini 

-zәrrәciklәr vasitəsilə ağır kimyəvi elementlərin atomlarını bombardman 
etmә üsulu ilə aparmışdır. Təcrübələrdən məntiqi olaraq gözlənilirdi ki, 
-zərrəcikləri 
atomla  qarşılaşdıqda  onların  əksəriyyəti  səpilməyə  məruz  qalmalıdır.  Çünki  Tomson 
modelinə əsasən, atomun bütün həcmi müsbət yüklü kütlədən ibarətdir. 
Rezerfordun təcrübələrindən birinin sxemi şəkildə təsvir edilmişdir (
c
). Qurğuşun 
konteynerdən (Q) çıxan nazik 
-zərrəciklər seli qızıl folqanın (F) üzərinə yönəldilir. 
Lövhədən keçən və qayıdan 
-zərrəciklər səthinə xüsusi maddə çəkilən ekranla (E
toqquşduqda parıltılar (ssintilyasiya) yaradır. Bu parıltılar mikroskop (M) vasitəsilə 
müşahidə və qeyd edilir (bax: 
c
). Təcrübədən gözlənilməz hadisə müşahidə edildi: 
qızıl atomları üzərinə düşən 
-zərrəciklərin əksəriyyəti istiqamətini dəyişmədən fol-
qanı keçir, bəziləri müəyyən bucaq altında səpilir, çox nadir halda (hər 2000 zərrə-
cikdən biri) folqadan 180
 əks edərək geri qayıdır (
d
)
 
 
 
Bu təcrübədən alınan nəticələrə görə atomun Tomson modelinin doğru olmadığı 
müəyyənləşdirildi. Rezerforda görə atomun kütləsinin böyük hissəsi və müsbət yükü 
atomun bütün həcmində deyil, mərkəzində yerləşir. Elektronlarla müsbət yüklərin 
cəmləşdiyi yer arasında böyük boşluq mövcuddur. Rezerford atomun müsbət yük-
lərinin cəmləşdiyi çox kiçik hissəsini atomun nüvәsi adlandırdı. Beləliklə, Rezerford 
modelinə görə, atom aşağıdakı quruluşa malikdir:      
 Atomun, demәk olar ki, bütün kütlәsi onun nüvәsindә toplanmışdır vә onun öl-
çüsü atomun ölçüsü ilә müqayisәdә çox kiçikdir. Sonralar müәyyәn olundu ki, nüvә-
nin diametri 
10
-dir. 
 Atom nüvәsi müsbәt yükә ( ) malik olub, – elementar yükün elementin dövri 
sistemdәki Z – sıra nömrәsi hasilinә bәrabәrdir: 
. 
 Elektronlar nüvә әtrafında dairәvi orbitlәr üzrә hәrәkәt edir. Neytral atomda 
elektronların sayı  Z-ә  bәrabәrdir. Bu model Günәş sisteminә  bәnzәdiyindәn ona 
atomun planetar modeli dә deyilir. 
Lakin bu model atomun davamlı mövcud olmasını izah etməkdə çətinliklə üzləş-
di. Klassik fizikaya görə dairəvi orbitlər üzrə hərəkət edən elektron enerji şüalan-
dırmalıdır. Bu halda elektron get-gedə aşağı orbitlərə keçməli və nəhayət nüvə üzə-
rinə düşməlidir – atomun varlığına son qoyulmalıdır. Əslində isə atom sistemi da-
vamlı olaraq mövcuddur. 
(c) 
(d) 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə