166
Aşağıda gözün və fotoaparatın quruluş və iş prinsipinin sadələşdirilmiş müqa-
yisəli
sxemi təsvir edilmişdir (
e
).
Fotoaparatlar, əsasən, iki qrupa bölünür:
adi fotolentli və
rәqәmsal fotoaparatlar.
Onların quruluşları, demək olar, eynidir: işıq buraxmayan kamera, obyektiv, diaf-
raqma, işığa həssas element. Adi və rəqəmsal aparatlar işığahəssas elementinə görə
fərqlənir: bu element adi fotoaparatda fotolent, rəqəmsal fotoaparatda matris löv-
hədir. Matris lövhə milyonlarla işığahəssas yuvacıqlardan ibarətdir Bu yuvacıqlarda
piksel adlanan fotoelementlər yerləşir.
Fotoaparatın işıq buraxmayan kamerası şəkil çəkilməyən hallarda fotolenti (və ya
matris lövhəni) işıq şüalarından qoruyur. Kameranın qabaq divarında obyektiv
yerləşir. Obyektivin vəzifəsi fotoşəkli çəkilən cismin işığahəssas fotolentdə və ya
matris lövhədə həqiqi xəyalını verməkdir. Adətən, cisim obyektivin ikiqat fokusun-
dan uzaqda (d
2F) yerləşdiyindən onun həqiqi xəyalı kameranın arxa divarının
qarşısında – obyektivin fokusu ilə ikiqat fokusu arasında (F
f 2F) kiçildilmiş
alınır. Buna görə də fotolent və ya matris lövhə xəyalın alındığı yerdə yerləşdirilir
(bax:
e
). Fotoşəkil çəkməyə başlamazdan qabaq aparat “kəskinlik üçün tuşlanır”,
yəni cismin fotolent (və ya matris lövhə) üzərində aydın xəyalı alınana qədər
obyektiv irəli və ya geri hərəkət etdirilir (bu, gözün akkomodasiyasına uyğundur).
Adi aparatda cisimdən gələn işıq şüalarının təsiri fotolentin kimyəvi tərkibində
görünməz dəyişiklik yaradır. Fotolent xüsusi kimyəvi məhlullarda (“aşkarlayıcı” və
“bərkidici” məhlulları) emal edildikdən sonra onun üzərində cismin xəyalı aşkar-
lanır. Sonra bu xəyal fotokağıza köçürülərək cismin real fotoşəkli çap edilir.
Rəqəmsal fotoaparatda isə işığın elektrik təsiri baş verir. Belə ki, matris lövhə
üzərinə düşən işıq şüasının təsiri ilə milyonlarla pikselin hər bir yuvacığında elektrik
siqnalı yaranır. Bu siqnallar düşən işığın intensivliyindən asılıdır. Elektrik siqnalları
prosessora ötürülür, orada emal edilərək yenidən təsvirə çevrilir və yaddaş kartında
saxlanılır
(
f
).
(e)
LAYİHƏ
3
167
• III fəsil •
İşıq hadisələri
•
1. Fotoaparatın obyektivinin verdiyi xəyal harada və necə alınır?
2. Göz büllurunun akkomodasiyası fotoaparatda necə həyata keçirilir?
3. Mobil telefonda hansı növ fotokamera tətbiq olunur: adi, yoxsa rəqəmsal? Cavabınızı
əsaslandırın.
(f)
Yaradıcı tәtbiqetmә
Məsələ.
Şəkli çəkilən cismin fotoaparatın obyektivindən cisim məsafəsi 6 m, xəyal mə-
safəsi isə 6 sm-dir. Obyektivin fokus məsafəsini və optik qüvvəsini təyin edin.
Nəticəni müzakirə edin:
Toplayıcı linzanın fokus məsafəsi hansı düsturla hesablanır?
Linzanın optik qüvvəsinin vahidi nədir?
Fotoaparatın obyektivinin fokus məsafəsi və optik qüvvəsi nəyə bərabər oldu?
Araşdırma
2
•
Cədvəli iş vərəqinə köçürün. Verilən açar sözlərini göz
elementlərinə uyğun gələn xanada yazmaqla fotoaparatı
gözlə müqayisə edin.
Açar sözlər:
obyektiv
fotolent və ya matris lövhə
şüa
dəliyi
diafraqma
Göz
Fotoaparat
buynuz təbəqə, ön kamera, büllur və
şüşəyəbənzər cisim
bəbək
əlvan
təbəqə
tor təbəqə
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
LAYİHƏ
168
1. Hansı tәsvirlәr gözün eynәksiz vә eynәkli uzaqgörmәsinә uyğundur?
2. Әvvәlki mәsәlәdә verilәn hansı tәsvirlәr gözün eynәksiz vә eynәkli yaxıngörmәsinә
uyğundur?
3. Hansı halda göz büllurunun fokus mәsafәsi böyükdür: siz kitab oxuduqda, yoxsa
televizora baxdıqda? Nә üçün?
4. Baba optik qüvvәsi + 6 dptr olan linzalı eynәkdәn istifadә edir. Bu linzanın fokus
mәsafәsi nә qәdәrdir? Babanın hansı görmә qüsuru var?
5. Pәncәrәdәn küçәyә baxdıqda yaxınlıqda vә uzaqda olan cisimlәri eyni zamanda
dәqiq görmәk olmur: yaxınlıqdakı cisimlәr dәqiq göründüyü halda, uzaqdakı
cisimlәr tor görünür vә ya әksinә. Nә üçün?
6. Hündürlüyü 2m olan cismin xәyalının hündürlüyü 2 sm alınırsa, fotoaparatın
obyektivinin böyütmәsini tәyin edin.
A) 1 B) 0,1 C) 0,01 D) 10 E) 0,001
Çalışma
3.8
LAYİHƏ
3
169
• III fəsil •
İşıq hadisələri
•
1. Binanın giriş qapısının günlüyü iki küçә
lampası ilә işıqlandırılır. Günlükdәn
kәnarda duran oğlan...
A) Günlüyün tam kölgəsindədir
B) Yalnız B lampasının işıqlanmasına məruz
qaldığından yarımkölgədədir
C) Yalnız A lampasının işıqlanmasına məruz
qaldığından yarımkölgədədir
D) Hər iki lampa tərəfindən işıqlanır
E) Hər iki lampanın yarımkölgəsindədir
2. Astronomlar Yerdәn
uzaqlıqda olan ulduzdan gәlәn işıq şüa-
larını tәdqiq edirlәr. 1 parsek işığın
vakuumda bir ildә getdiyi yol olduğunu
bilәrәk astronomların tәdqiq etdiyi
ulduzun Yerdәn hansı uzaqlıqda olduğunu
tәyin edin.
A)
8 · 10
B)
16 · 10
C)
7,5 · 10
D)
15 · 10
E)
24 · 10
3. K nöqtәsindәn müstәvi güzgüyә baxdıqda
1, 2 vә 3 nöqtәlәrindәn hansı görünmәz?
4. İşığın verilmiş materialda yayılma sürәtinin
, ·
/
olduğunu bilәrәk, bu
mühitin mütlәq sındırma әmsalını tәyin edin
(
işığın vakuumda yayılma sürәti
:
c=3·10
8
m/san) .
A) 2 B) 1,5 C) 4,5 D) 0,5 E) 3
5. İşıq şüası içәrisindә su olan şüşә stәkandan keçir. Şüa stәkanın üzәrinә müәyyәn
bucaq altında (
90
) düşәrsә, o, neçә dәfә sınmaya mәruz qalar?
A) 2 B) 1 C) 5 D) 3 E) 4
6. Toplayıcı linzanın fokus mәsafәsi F,
cisimdәn linzaya qәdәr olan mәsafә d-dir.
F
d
2F şәrti ödәnildikdә cismin xәyalı necә
alınar?
A) Həqiqi,
cismin öz ölçüsündə
B) Mövhumi, kiçildilmiş
C) Həqiqi, kiçildilmiş
D) Həqiqi, böyüdülmüş
E) Mövhumi, böyüdülmüş
Ü m u m i l ә ş d i r i c i t a p ş ı r ı q l a r
LAYİHƏ