32
sosial münasibətlərini kökündən dəyişən yenidənqurma tədbirləri görüldü. Bu tədbir-
lər müşavirlər tərəfindən hazırlanır və imperator adından həyata keçirilirdi. Müşavirlər
əsasən Avropada təhsil almış gənc, enerjili dövlət xadimləri olub ölkənin gücünü və
mədəniyyətini çiçəkləndirməklə yanaşı, Yaponiyanın dünyanın ən güclü sivilizasiyaları
cərgəsinə qoşulmasına çalışırdılar.
Hər şeydən əvvəl yarımfeodal knyaz mülkləri sistemi sadələşdirildi. Onlar prefektu-
ralara dəyişdirildi. Knyazlar isə qubernator statusu əldə etdilər. Mülklərini itirən knyaz
və samuraylar xəzinədən təqaüd almağa başladılar.
Samuray dəstələrinin yerinə ümumi mükəlləfiyyət
əsasında müasir ordu quruldu. Avropa nümunəsində
ilk nazirliklər yaradıldı. Dövlət xəzinəyə məxsus sənaye müəssisələrini maliyyələşdir-
məkdən imtina etdi və onları şəxsi kompaniyalara satdı. Sonradan iri kompaniyalara
çevrilən
“Mitsui”, “Mitsubişi” və s. elə o dövrdə meydana çıxdı. Bütün bunlar sahib-
karlığın və bazar iqtisadiyyatının inkişafına şərait yaratdı. İslahatlar zamanı təhsilin
inkişafına xüsusi diqqət yetirildi. Uşaqların 6 yaşından etibarən 4 illik məcburi təhsili
həyata keçirildi, Avropa proqramlarından istifadə olunan orta və ali təhsil ocaqları ya-
radıldı. Vahid
pul sistemi müəyyən edildi, ilk qadın pedaqoji məktəbi açıldı.
1889-cu ildə Yaponiyada Konstitusiya qəbul edildi. Konstitusiyaya görə, qanunve-
rici və icraedici hakimiyyətə malik olan imperator statusu müqəddəs və toxunulmaz idi.
Ölkə vətəndaşları mülkiyyət, vicdan, söz, mətbuat və toplaşmaq azadlığı aldılar.
İşğallar.
Ölkədə aparılan islahatlar tezliklə öz bəhrəsini verdi. İqtisadi cəhətdən
qüv vətlənən Yaponiya müstəmləkə işğallarına başladı. İlk hədəf Rükü adaları, sonra
isə Tayvan oldu. Az sonra isə Yaponiya Koreyanı hədəfə aldı. Koreya uğrunda mü-
barizədə Çini məğlub edib ondan böyük məbləğdə təzminat və ərazisində sənaye
müəssisələri tikmək hüququ əldə etdi. Rusiyanın Uzaq Şərqdə möhkəmlənmək istəyi
Yaponiyanın maraqları ilə üst-üstə düşmürdü. 1904–1905-ci illər rus-yapon müharibə-
sində qalib gələn Yaponiya Cənubi Saxalini ələ keçirdi. Beləliklə, Cənubi Mancuriya və
Koreyada onun şəriksiz ağalığı təmin olundu.
1. Xəzinəyə məxsus sənaye müəssisələrinin şəxsi kompaniyalara satılmasının inkişaf
üçün nə xeyiri ola bilərdi?
2. İmperatorun həyata keçirdiyi hansı tədbiri daha önəmli sayırsınız? Fikrinizi əsaslandırın.
?
1. Avropalıların Çin və Hindistandakı müstəmləkə siyasətini müqayisə edin. Bu siyasət özün-
də nəyi əks etdirirdi və fərq nədə idi?
2. Qərb dövlətlərinin Yaponiyadan açıq qapı siyasəti tələb etməsinin səbəbləri nə ola bilərdi?
3. Avropalıların Çinə təcavüzünü xarakterizə edin və qiymətləndirin.
4. Yaponiyada Mutsuxito dövrünü müasirləri və tarixçilər həm islahat, həm də inqilab adlan-
dırırlar. Faktlardan istifadə edərək bu və ya digər deyimi əsaslandırın.
5. Fərz edin ki, siz 1870-ci illərdə Hindistan və ya Çində yaşayırsınız (özünüzə yaş, məşğu-
liyyət, sosial təbəqə və s. seçin). Xaricilərlə münasibətinizi şərh edin.
SUAL VƏ TAPŞIRIQLAR
Prefektura – Yaponiyada inzibati
ərazi bölgüsü
LAYİHƏ
33
I Napoleon müharibələri.
1804-cü ildə imperator titulu qəbul edən I Napoleon bütün
Avropanı özünə tabe etmək istəyirdi. Bunun üçün isə əvvəlcə Böyük Britaniyanı məğlub
etmək lazım idi. Buna cavab olaraq Böyük Britaniya, Avstriya, İsveç və Rusiya ona qar-
şı növbəti koalisiya qurdular. 1805-ci ildə
Trafalqar döyüşündə ingilis donanması qalib
gəldi. Lakin Napoleon Avstriya və Rusiyanı
Austerlits döyüşündə məğlub etdi. 1806-cı
ildə
Müqəddəs Roma imperiyasına rəsmən son qoyuldu. Sonra Prussiya məğlub edil-
di. I Napoleon dövlətlər arası münasibətlərdə Vestfaliya sülhündən sonra yaranmış sta-
XIX əsrin sonu – XX əsrin əvvəllərində Avropanın
böyük ölkələri dövlətlərarası münasibətlərdə hakim rol
oynayırdılar. Sənaye inqilabının genişlənməsi müstəm-
ləkələr ələ keçirmək uğrunda mübarizəni kəskinləşdir-
di. Bu mübarizə hərbi-siyasi blokların yaranmasına
səbəb oldu.
XIX ƏSR – XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ
DÖVLƏTLƏRARASI MÜNASİBƏTLƏR
▪ Vyana konqresi
▪ Güc tarazlığı
▪ “Metternix sistemi”
▪ Paris konfransı
▪ Fransa-Prussiya
müharibəsi
▪ “Üçlər ittifaqı”
▪ Antanta
▪ Balkan
müharibələri
AÇAR SÖZLƏR
6
XIX əsrin əvvəllərində Avropanın siyasi xəritəsi
Xəritə əsasında XIX əsrin əvvəllərində Avropada siyasi vəziyyəti təhlil edin.
!
LAYİHƏ