140
140
Ərəb baharı – Yalançı bahar?
Bö-
yük güclər arasında rəqabət mübarizə-
sinin meydanlarından biri də Orta Şərq
və Şimali Afrika bölgəsidir. Tunis, Misir,
Liviya və Suriyada diktator rejimlərinə
qarşı baş verən üsyanlar demokratiya-
nın bərqərar edilməsi məqsədi daşıyır-
dı. Ərəb ölkələrini bürüyən bu üsyanla-
rın səbəbləri diktatura rejimi ilə yanaşı,
ədalətsiz gəlir bölgüsü idi. 2010-cu ildə
Tunisdə başlayan proses domino təsiri
ilə digər Ərəb ölkələrinə də yayıldı. Tu-
nisdə, Misirdə və Liviyada diktatura re-
jimləri süqut etdi. Lakin qlobal güclərin
müdaxiləsi ilə bölgədə demokratiya əvə-
zinə xaos yarandı. Bu ölkələri siyasi sa-
bitsizlik və terror bürüdü. Suriyada, İraq-
da Vətəndaş müharibəsi davam edir.
Minlərlə insan öldürülmüş, öz yaşayış
yerlərini tərk etməyə məcbur olmuşdur.
"Ərəb baharını anlamaq üçün tarixi bilmək la-
zımdır. Ərəb dünyasının köklərində ədalət uğrunda
hərəkat ənənələri dayanır. Başlıca səbəbi ədalət
anlayışının İslam əxlaqında ilk sırada olmasıdır...
Tarixin bizə göstərdiyi kimi, ədalətsizlik hər zaman
ərəb dünyasında üsyanlara səbəb olmuşdur. Ona
görə də bu hərəkatın mərkəzində ədalətsizliyə qarşı
mübarizənin dayandığını görürük. Ərəb ölkələrin-
də, xüsusilə Tunis və Misirdə komprador burjuaziya
idarəetməni ələ keçirib öz məqsədləri üçün istifadə
edirdilər. Bu isə xarici güclərin məqsədləri ilə
üst-üstə düşürdü. Xarici güclər deyərkən, köhnə
müstəmləkəçi dövlətlər – İngiltərə, Fransa və İta-
liya ilə yanaşı, bölgədə təsirli olan ABŞ-ı nəzərdə
tuturuq. Bütün bunlar hakimiyyəti əlində saxlayan
və ölkənin sərvətlərini mənimsəyən azlıq ilə yoxsul
və işsiz çoxluğun yaranmasına gətirib çıxardı. Bey-
nəlxalq Valyuta Fondunun tələbi ilə sosial təminat
xərcləri azaldıldı, önəmli resurslar özəlləşdirildi.
Bu özəlləşdirmədən hakimiyyətə yaxın olanlar fay-
dalandı. Ölkədən çıxarılan pullar Qərb banklarına
qoyuldu. ...Orta Şərqdə xalq hərəkatının təməlində
üç əsas məsələ dayanır: Ədalətsizlik, bunun nəticə-
sində insan heysiyyətinin itirilməsi və hökumətlərin
Fələstin məsələsi ilə bağlı mövqeləri".
Detlev Kuintern, Bremen Universiteti,
Mədəniyyət elmləri İnstitutu
Mənbəni təhlil edin. Ərəb baharının daxili
və xarici səbəbləri necə dəyərləndirilir?
?
Ərəb baharı (Tunis)
1. “Yeni dünya nizamı” anlayışının mahiyyəti nə idi?
2. 2001-ci il 11 sentyabr hadisəsi beynəlxalq münasibətlərə necə təsir göstərdi?
3. Çoxqütblü dünya nizamında dünyanın geosiyasi, geoiqtisadi və geostrateji vəziyyətində
hansı dəyişikliklər baş vermişdi?
4. Soyuq müharibə dövründən sonrakı beynəlxalq münasibətlərin hansı xüsusiyyətləri var?
5. Müasir dövrdə qloballaşma dövlətlərarası münasibətlərə necə təsir göstərir?
6. Nə üçün Ərəb baharının nəticəsində bölgədə demokratiya əvəzinə xaos yarandı?
7. Zaman oxunda verilmiş mühüm hadisələri müəyyən edin.
SUAL VƏ TAPŞIRIQLAR
1991
2001
2008
2010
LAYİHƏ
141
141
Dünya mədəniyyətinin mərkəzi dəyişir.
İkinci Dünya müharibəsindən sonra dün-
yanın siyasi və sosial-iqtisadi həyatında qlobal dəyişikliklər baş verdi. Soyuq müharibə
nəticəsində dünyanın iki qütbə bölünməsi mədəniyyətə də təsir göstərdi.
SSRİ-nin kommunizmi ixrac etmə siyasətinə qarşı ABŞ liberal mədəniyyət mübarizə-
sinə başladı. Bu mübarizənin üsullarından biri ABŞ sənət xadimlərinin dünyada tanıdıl-
ması idi. Müharibə illərində böyük zərər görmüş Paris dünyanın incəsənət mərkəzi olma
xüsusiyyətini itirmişdi. Artıq bu mərkəz Nyu-York hesab edilirdi. Əslində, bu, ABŞ-ın yeni
mədəniyyət siyasətinin tərkib hissəsi idi. Amerika mədəniyyəti ixrac olunur və bütün
dünyaya təsir göstərirdi. Oturaq həyata keçidlə başlayan və kənd təsərrüfatının üstün
olduğu aqrar cəmiyyəti sənaye çevrilişi nəticəsində sənaye cəmiyyəti əvəz etmişdir.
XX əsrin ikinci yarısında isə sürətlə inkişaf edən informasiya və kommunikasiya va-
sitələri informasiya cəmiyyəti anlayışının yaranmasına
səbəb oldu. İnformasiya əsas istehsal amilinə çevrildi.
Sənaye cəmiyyətində istifadə edilən insan və maşın
gücünü düşüncə və ağıl gücünün əvəz etməsi yeni
dövrün xüsusiyyətlərindən biridir. İnformasiya cəmiy-
yətinin təsir etdiyi sahələrdən biri də mədəniyyətdir.
Müharibədən əvvəl Almaniyadan ABŞ-a köç edən
“beyin axını” elmi inkişafa təsir göstərdi. Bu axının tə-
sirləri 60-cı illərə qədər davam etdi. İkinci Dünya mü-
haribəsi illərində ABŞ-da yaradılan kompüter həyatın
XX əsrin ikinci yarısında bəşəriyyət böyük elmi -texniki
inkişafa nail oldu. Atom enerjisinin kəşf edilmə si, kosmo-
sun fəth olunması, yeni texnologiyaların (kompüter, robot,
peyk əlaqəsi və s.) meydana gəlməsi mədəniyyətin forma
və məzmununda dəyişikliklərə uğraması ilə nəticələndi. Bu
dəyişikliklərin müsbət və mənfi nəticələri yarandı.
MƏDƏNİYYƏT
▪ Aqrar cəmiyyət
▪ Sənaye cəmiyyəti
▪ İnformasiya cəmiyyəti
▪ Beyin axını
▪ İlk süni peyk
▪ İfrat realizm
▪ Rok-n-rol
AÇAR SÖZLƏR
26
Şəkillər əsasında XX əsrin ikinci yarısında elm-texnika və mədəniyyət sahəsində yenilik-
ləri şərh edin.
!
İlk süni peyk
İlk kompüter
modellərindən biri
Elvis Presli
Yuri Qaqarin
LAYİHƏ
142
142
bütün sahələrinə təsir göstərdi. Raket texnologiyasının inkişafı nəticəsində 1957-ci
ildə
ilk süni peyk kosmosa SSRİ tərəfindən göndərildi. Beləliklə, beynəlxalq rəqabət
kosmos müstəvisinə də keçdi. 1961-ci ildə sovet kosmonavtı Yuri Qaqarin Yer kürə-
si ətrafında dövrə edən ilk insan oldu. XX əsrin 80-ci illərindən dünya elminin əsas
istiqamətlərindən biri
nanotexnologi-
yalar olmuşdur. Nanotexnologiyaların
inkişafını informasiya texnologiyasın-
dan sonra üçüncü elmi texniki inqilab
hesab edirlər. Nanotexnologiya olduq-
ca kiçik ölçülü hissəsciklər və bu qu-
ruluşlarda baş verən fiziki, kimyəvi və
bioloji hadisələri öyrənir. Nanotexno-
logiyalardan elm və texnikanın müxtə-
lif sahələrində – tibdə, biotexnologi-
yalarda, ətraf mühitin mühafizəsində,
hərbi sahələrdə və s. istifadə etmək
mümkündür.
Siyasi və hərbi əhəmiyyət daşıyan
nüvə əvvəlcə hərbi sahədə istifadə
edilirdi. Daha sonra ondan elektrik
enerjisi istehsalında da istifadə olun-
mağa başlanıldı. Elm və texnikanın inkişafının müsbət tərəfləri olsa da, nüvə dünya
üçün təhlükə də daşıyırdı. Hidrogen atomlarının parçalanması nəticəsində gedən re-
aksiya qitələrarası raketlərin yaradılmasına səbəb oldu.
Biologiyada DNT-nin kimyəvi quruluşu müəyyən edildi.
Bütün bunlar elm və texnikada inkişaf etmiş ölkələrlə geri-
də qalan ölkələr arasında fərqləri daha da artırdı.
Soyuq müharibənin başa çatması mədəniyyətin
müxtəlif sahələrində də məzmun dəyişikliyinə səbəb ol-
muşdur. Artıq yeni minillikdə milli və bəşəri dəyərlərin
ziddiyyətləri deyil, qarşılıqlı əlaqələri ön plana çıxmışdı.
Siyasi və iqtisadi inteqrasiya prosesi mədəniyyətə də təsir
göstərmişdir.
Ədəbiyyat.
İkinci Dünya müharibəsi ədəbiyyata da
güclü təsir göstərdi. Bir çox yazıçı və şairlər müharibə-
ni döyüş meydanlarında, əsir düşərgələrində yaşamalı
oldular. Bu onların yaradıcılığından da təsirsiz
ötüşmədi. XX əsrin məşhur yazıçısı
Ernest
Heminquey döyüşlərdə yaralanmışdı. Onun
yazdığı “Qoca və dəniz” əsəri 1954-ci ildə No-
bel mükafatına layıq görüldü. Fransız yazıçı-
sı
Albert Kamü isə absurdizm
*
cərəyanının
görkəmli nümayəndələrindən biri kimi tanındı.
O, İkinci Dünya müharibəsində faşistlərə qarşı
müqavimət hərəkatında iştirak etmişdi. Dövrün
ən tanınmış qələm sahiblərindən biri də Kolum-
biyalı yazıçı
Qabriel Qarsia Markes idi.
* Absurdizm – məntiqə uyğun olmayan, cəfəngiyyata
əsaslanan fəlsəfi-mədəni cərəyan
Ernest Heminquey
Ulu öndər Heydər Əliyev və qırğız
yazıçısı Çingiz Aytmatov
Müxtəlif ölkələrin mətbuatı ilk insanın kos-
mosa çıxmasını necə dəyərləndirmişdir?
?
İnsanın kosmosa uçuşu mətbuatda
LAYİHƏ
143
143
Onun əsərlərində adi həyatın və reallıqların əksinə sehrli obrazlar və hadisələrdən
istifadə edilirdi. XX əsrin ən böyük yazıçılarından biri olan Markes 1982-ci ildə Nobel
mükafatına layiq görüldü.
XX əsrin ikinci yarısında türk ədəbiyyatının görkəmli nümayəndələrindən yazıçı
Ya-
şar Kamalın və satiraçı Əziz Nesinin adlarını çəkmək olar. XX əsr türk dünyasının
daha bir məşhur yazıçısı isə
Çingiz Aytmatov idi. Bu qırğız yazıçısı öz əsərləri ilə türk
mədəniyyətinin zənginliyini bütün dünyaya tanıtmışdır. Onun ən məşhur əsərlərindən biri
olan “Gün var əsrə bərabər” romanında öz
milli kimliyini qorumağa çalışan insanlar təs-
vir edilir. Əsər bir insanın manqurtlaşdırılma-
sından bəhs edir və onun fonunda, əslində,
öz kimliyini və ənənələrini qorumağa çalışan
xalqın taleyi anladılır. Əsər Sovet İttifaqı döv-
ründə sosial və mədəni problemlərin tənqidi
üzərində qurulmuşdur. İctimai həyata məşhur
Manqurt obrazını məhz bu roman gətirmişdir.
İncəsənət.
XX əsrin ikinci yarısında
gənclər mədəniyyət sahəsində daha ge-
niş təmsil olunmağa başladılar. Dövrün ən
çox yayılan musiqi janrlarından biri də rok
idi. Rok 1950-ci illərdə klassik qərb musiqi-
si ilə xalq musiqisinin sintezi nəticəsində
yaranmışdır. Bu musiqinin əsasında etiraz
fəlsəfəsi dayanır. O, irqçiliyə qarşı afro-
amerikalı gənclərin etirazlarıdır.
Elvis Presli
1950-ci illərdə bu janrın məşhur nümayəndəsi idi.
“Bitlz” qrupu isə dövrün gəncləri
üçün kulta çevrilmişdi. Bu qrupu “XX əsrin Motsartı” adlandırırdılar. ABŞ-da afro-ame-
rikalılar əvvəllər
caz, sonralar isə rok-n-rol musiqisində böyük rol oynadılar.
XX əsrin ikinci yarısından sonra rəssamlıqda da müəyyən dəyişikliklər baş verdi.
Məsələn, ifrat realizm geniş yayıldı. Onun nümayəndələrinin əsas diqqəti əsərlərin
məz mununa deyil, rəng və formanı dəqiqliklə təsvir etməyə yönəlirdi. Müharibədən
sonra Avropa şəhərlərinin bərpası memarlığın da inkişafına səbəb oldu. Şəhərlərdə
əhalinin artması çoxmərtəbəli evlərin inşa edilməsinə təsir göstərdi.
Televiziyanın geniş yayılması ilə radionun önəmi azaldı. Televiziyanın inkişafı mə-
dəniyyət sahə lə ri ilə yanaşı, idmanın da kütləviləşməsinə sə bəb oldu. Futbol üzrə
dünya çempionatları və Yay olimpiya oyunları bütün dünyada böyük hadisələr kimi
dəyərləndirilir. Müasir dövrdə idman bəzən dövlətlər arasında əlaqələrin inkişafına da
töhfələr verir. Nəticədə, idman kütləvi mədəniyyətin sürətli inkişafına səbəb olmuşdur.
1966-cı il dünya çempionatı. Azərbaycan
futbol məktəbinin yetirməsi
Anatoli Banişe vski (ikinci futbolçu)
SSRİ yığmasında
1. İkinci Dünya müharibəsi mədəniyyətə necə təsir göstərdi?
2. Televiziyanın inkişafının hansı nəticələri olmuşdur?
3. İnformasiya cəmiyyəti mədəniyyətin inkişafına necə təsir göstərə bilər?
4. XX əsrin ikinci yarısında elm və texnika sahələrində inkişafın xüsusiyyətlərini təhlil edin.
5. XX əsrin ikinci yarısında ədəbiyyat sahəsindəki inkişafı əks etdirən cədvəl hazırlayın.
6. İnformasiya cəmiyyətinin mədəniyyətin inkişafına təsirinin müsbət və mənfi cəhətləri ilə
bağlı debat təşkil edin.
SUAL VƏ TAPŞIRIQLAR
LAYİHƏ
144
144
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
Azərbaycan dilində
1. Amerika tarixinin əsas cəhətləri. Bakı, 1998
2. Castin Makkarti, Karolin Makkarti. Türklər və ermənilər. Bakı, 2011
3. Həsənov Ə. Müasir Beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı, 2005
4. Fətəliyev M., Qasımlı M. Avropa və Amerika ölkələrinin müasir tarixi. II hissə (1945–2002). Bakı, 2008
5. Fətəliyev M., Yusifzadə F. Müasir tarix: Qərbi Avropa ölkələri XX əsrin 90-cı illərinin sonu –
2008-ci illərdə. Bakı, 2010
6. Qasımlı M. Avropa və Amerika ölkələrinin müasir tarixi. 2 hissədə. I hissə (1918–1945-ci illər). Bakı, 2003
7. Mustafazadə Tofiq. Ümumi Tarix. II kitab. Bakı, 2012
8. İsmayılov R. Axundova N. Asiya və Afrika ölkələrinin çağdaş tarixi: 1945–2000-ci illər. Bakı, 2010
Türk dilində
9. Akdes Nimet Kurat. Rusya tarihi. İstanbul, 1987
10. Arnold Toynbi, Mədəniyyət mühakimə olunur. İstanbul, 1988
11. Brzezinski Zbigniew. Büyük satranç tahtası. İstanbul, 2005
12. Yusuf Halacoğlu. Ermeni tehciri. İstanbul, 2007
13. Oral Sander. Siyasi tarih. Ankara, 2009
14. Hobsbawm Eric. “Devrim çağı”. Ankara, 2003
15. Huntington Samuel. Medeniyyetler çatışması. Ankara, 2001
16. Kennedy Paul. Büyük güclerin yükseliş ve çöküşleri. Türkiye İş Bankası. Kültür Yayınları, 2001
17. F.Nitsşe. “Dəccal” əsəri. İstanbul, 2000
18. Kissinger Henry. Diplomasi. Türkiye İş Bankası, 2000
19. İnqilabdan sonra İran İslam Respublikasında siyasət. Konya, 2016
20. Lewis Bernard. Ortadoğu. Ankara, 2006
21. Liddel Hart. 2. Dünya Savaşı tarihi. İstanbul, Yapı Kredi yayınları, 2005
22. M.Roşkin və N.O.Berri. Beynəlxalq münasibətlərin yeni dünyası. Ankara, 2014
23. Mehmet Arslan. İsmayıl bəy Qaspıralının təhsil islahatı. Girne Amerika Universiteti.
24. Modern Ortadoğu tarihi. Anadolu Üniversitesi yayını, 2013
25. Robert Stradling. 20. yüzyıl Avrupa tarihi nasıl ögretilmeli. İstanbul, 2003
26. Tarih. TÜSİAD yayınları. İstanbul, 2002
27. Toynbee Arnold. Tarih bilinci. İstanbul, 1978
28. William McNeil. Dünya tarihi. Ankara, 2002
29. William Woodruff. Modern Dünya tarihi. Pozitiv yayınları, 2006
İngilis dilində
30. McDougal Littell. World History, 2009
31. Walter S. Jones. The Logic of International Relations. New York, Longman, 1997.
Rus dilində
32. Л.С.Васильев. История Востока. Том 1, Москва 1998. // Л.С.Васильев. История Востока.
Том 2, Москва 2013
33. Верне Гораций. История Наполеона. М., Сварок и к. 1997
34. Гарибальди Дж. Мемуары. М., Наука, 1966
35. Матвеева А.Г. Германская империя 1871–1914. М., 2002
36. Н.К.Синха, А.Ч.Банерджи. История Индии. Москва, 1954
37. Новая история стран Азии и Африки. XVI–XIX вв. Ч. 2. М., 2010.
38. Новейшая история стран Азии и Африки, ХХ век. Ч. 1. Москва, 2001
39. Родригес А.М. История стран Азии и Африки в Новейшее время. М., 2009
40. Тарле Е.В. Наполеон. Баку, 1993
İnternet resursları
41. www.history.az
42. www.history.ru
43. www.history.com
44. www. BBC History
45. http://hyperhistory.com
46. http:// www.historychanel.com
47. www.nystromeducation.com
48. htpps://kremlin.ru./events/president
49. www.foreignaffaris.com
50. htpps://www.marshallfoundation.org
51. https://winstonchurchill.org.
LAYİHƏ
Tərtibçi heyət:
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2018
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və
yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq,
elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.
1
Hesab-nəşriyyat həcmi. Fiziki çap vərəqi 9. Formatı 70x100 / .
16
Səhifə sayı 144. Ofset kağızı. Jurnal qarnituru. Ofset çapı.
Tiraj 77732. Pulsuz. Bakı – 2018.
DƏRSLİK
Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün
ÜMUMİ TARİX 11
Ümumi tarix fənni üzrə
Müəlliflər:
Haz Cabbarov
Rövşən Hətəmov
Niyaməddin Quliyev
Elnur Hüseynov
“Şərq-Qərb” ASC
АZ1123, Bakı, Aşıq Ələsgər küç., 17.
Pərviz Ağalarov
Dizayner və səhifələyici
Xəqani Fərzalıyev
Texniki direktor
Texniki redaktor
Üz qabığının dizaynı
Nurlan Nəhmətov
Fəridə Səmədova
Eldar Əliyev
Nəşriyyat direktoru
Eldəniz Xocazadə
Sevil İsmayılova
Buraxılışa məsul
Ülkər Məmmədova
Baş redaktor
2018-185
Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrif nömrəsi:
Redaktor və korrektor
Nərgiz Cabbarlı
Buraxılış məlumatı
LAYİHƏ
Pulsuz
Əziz məktəbli !
Bu dərslik sənə Azərbaycan dövləti tərəndən
bir dərs ilində istifadə üçün verilir.
O, dərs ili müddətində nəzərdə tutulmuş bilikləri
qazanmaq üçün sənə etibarlı dost və yardımçı olacaq.
İnanırıq ki, sən də bu dərsliyə məhəbbətlə yanaşacaq,
onu zədələnmələrdən qoruyacaq, təmiz və səliqəli
saxlayacaqsan ki, növbəti dərs ilində digər məktəbli
yoldaşın ondan sənin kimi rahat istifadə edə bilsin.
Sənə təhsildə uğurlar arzulayırıq!
LAYİHƏ
Dostları ilə paylaş: |