Dərslik pərviz Ağalarov, Rövşən Hətəmov, Hafiz Cabbarov, Elnur Hüseynov, Niyaməddin Quliyev



Yüklə 56,86 Mb.
Pdf görüntüsü
səhifə63/64
tarix18.07.2018
ölçüsü56,86 Mb.
#56393
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   64

138
138
dövrdə iqtisadi rəqabət mübarizəsində 
ABŞ-a qarşı iki əsas bölgə dayanır: Av-
ropa Birliyi və Asiya-Sakit okean. Həm-
çinin,  rəqabət  mübarizəsinin  motivləri 
də  dəyişmişdir.  Bu  motivləri  ən  yaxşı 
məhsulları kimin istehsal etməsi, həyat 
səviyyəsinin  daha  sürətlə  yüksəlməsi, 
ən yaxşı təhsilə malik iş qüvvəsinin ol-
ması, ticarətdə öndə olması və s. təşkil 
edir.  Belə liklə,  cəmiyyətin  iqtisadi  rifah 
həssaslığının  artması  dövlətlərin  xari-
ci  siyasətinə  təsir  göstərmiş,  nəticədə 
beynəlxalq münasibətlərdə iqtisadi amil 
ön  plana  çıxmışdır.  Bu  isə  qloballaş-
ma  prosesinin  genişlənməsinə  səbəb 
olmuşdur.  Qloballaşma  Soyuq  müharibədən  sonrakı  dövrü  izah  etmək  üçün  ən  çox 
istifadə  edilən  anlayışdır.  Elmi-texnoloji  və  iqtisadi  inkişaf  nəticəsində  müasir  dünya 
sisteminə daxil olan dövlətlər arasında bağlılıq artmışdır. Nəticədə, dünyanın istənilən 
bölgəsində baş verən hadisələr, proseslər digər dövlətlər və cəmiyyətlərə də təsir edir.
Böyük iqtisadi güclər yeni nüfuz dairələri ələ keçirmək uğrunda mübarizə aparır-
lar. Orta Şərq, Afrika, Mərkəzi Asiya, Qafqaz 
və Latın Amerikası onların mübarizə meyda-
nına çevrilmişdir. SSRİ-nin süqutundan sonra 
Qafqaz  və  Mərkəzi Asiyada  meydana  gələn 
rəqabət  mübarizəsinin  əsasında  strateji  və 
siyasi  mənafelərlə  yanaşı,  təbii  resurslara 
nəzarət  dayanır. ABŞ  və  Rusiya  bölgədə  tə-
sir dairəsi yaratmağa çalışır, Avropa Birliyi isə 
neft, təbii qaz resurslarından yararlanma mü-
barizəsində iştirak edir.
2008-ci  ildə 
Rusiya-Gürcüstan  mühari-
bəsi regional müharibə olsa da, nəticələri eti-
barilə qlobal əhəmiyyət daşıyırdı. Bu, Soyuq 
müharibə  sonrası  ABŞ-ın  yeni  dünya  düzə-
nində təkbaşına hakim rolunun rəsmən başa 
çatdığını göstərdi. Qərbyönümlü Gürcüstana qarşı Rusiyanın hücumu ilə bağlı ABŞ və 
Qərbi Avropa dövlətləri yalnız bəyanat verməklə münasibət bildirdilər.
"Ərazisinin kiçik olmasına və əhali-
sinin azlığına baxmayaraq, Azərbaycan 
böyük enerji qaynaqları səbəbi ilə geo-
siyasi əhəmiyyətə malikdir. Əgər Azər-
baycan tamamilə Moskvanın hakimiyyəti 
altına girərsə, Mərkəzi Asiya dövlətlərinin 
müstəqilliyinin mənası qalmaz. Qərb ba-
zarlarına Rusiyanın nəza rə tində olmayan 
ərazilərdən keçən bir boru xətti ilə bağ-
lanan Azərbaycan Qər bin enerji zəngini 
Mərkəzi Asiya ökə lərinə keçid yolunu 
təşkil edir. Ukrayna kimi Azərbaycan və 
Mərkəzi Asiyanın gələcəyi də Rusiyanın 
gələcəyini müəyyən edəcəkdir". 
Z.Bzejinski. “Böyük şahmat lövhəsi”. 
səh. 98–99
Mənbə əsasında müasir beynəlxalq 
mü nasibətlərdə  Azərbaycanın  geo-
siyasi  mövqeyini    təhlil  edin.  Azər-
baycanın  geosiyasi  əhəmiyyəti  nə-
dir?  Qafqazda  rəqabət  mübarizəsi 
Azərbaycan  üçün  hansı  təsirlərə 
malikdir?  Dağlıq  Qarabağ  mü-
naqişəsi ilə bu mübarizəni əlaqələn-
dirmək olarmı?
?
Karikaturanın məzmununu təhlil edin. Qlo-
bal laşma dünyanın sosial, iqtisadi və eko-
loji vəziyyətinə necə təsir göstərir?
?
 2008-ci il Rusiya-Gürcüstan müharibəsi
  LAYİHƏ


139
139
Müasir dövrdə qloballaşma genişlənir, əha li artımı və ekoloji vəziyyət dövlətlərara-
sı mü nasibətlərdə önəmli rol oynayır. Yeni münaqişələr, müharibələr bütün dünyada 
sülh üçün təhlükə olaraq qalır. Bu müharibələrin səbəbləri, əsasən, ərazilər ələ keçir-
mək və təbii sərvətlərə nəzarət uğrunda olur. Bu zaman böyük dövlətlərin ikistandartlı 
mövqeləri, beynəlxalq birlik tərəfindən qəbul edilmiş prinsiplər əsasında deyil, öz siya-
si-iqtisadi maraqlarını qorumaları bu münaqişələrin ədalətli həllinə mane olur. BMT-nin 
dörd qətnaməsinə baxmayaraq, Azərbaycanın 20 faizdən çox torpaqlarını işğal etmiş 
Ermənistana qarşı beynəlxalq birliyin tədbir görməməsi bunun sübutudur. 2008-ci il 
dünya  iqtisadi  böhranından  sonra  qloballaşmaya  qarşı  çıxışlar  genişləndi. Ayrı-ayrı 
ölkələrdə millətçilik, islam düşmənçiliyi yüksəldi.
Xüsusiyyətlər
ABŞ
Avropa Birliyi
Rusiya
Çin
Hərbi 
potensial
Hərbi potensialı 
kifayət qədər 
olsa da, İraq 
müharibəsindən 
sonra zəifləmiş-
dir.
Hərbi təşkilatı 
mövcud deyil.
XX əsrin 90-cı 
illərində nisbətən 
zəifləsə də, 
müasir dövrdə 
hərbi sənayenin 
inkişafına xüsusi 
diqqət ayırmaq-
dadır.
Modernləşmə 
həyata keçirilir, 
amma kifayət 
qədər inkişaf 
etməmişdir.
İqtisadi 
vəziyyət
Müasir dövrdə 
geriləmə mər-
hələsindədir.
Kifayət qədər 
inkişaf etmişdir.
İqtisadi prob-
lemləri olsa da, 
zəngin enerji 
resurslarına  
malikdir.
Sürətlə inkişaf 
etsə də, ciddi 
sosial və iqtisadi 
problemləri var.
Qlobal 
siyasət
Qlobal siyasət 
yürüdür.
Qlobal siyasət 
yürütmür.
Beynəlxalq siya-
si sistemə təsir 
etmək siyasəti 
yürüdür.
Qlobal siyasət 
yürütmür.
Hərbi büdcələrin müqayisəsi (milyard dollar, 2006) 
Mənbə: www.photius.com
600
450
300
150
0
ABŞ
518
81
45
44
35
Çin
Fransa
Yaponiya
Almaniya
Diaqram və cədvəldəki məlumatları təhlil edin. Sizcə, bu amillər dünyanın möv-
cud geosiyasi vəziyyətinə necə təsir göstərə bilər?
?
  LAYİHƏ


Yüklə 56,86 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə