Dərslik pərviz Ağalarov, Rövşən Hətəmov, Hafiz Cabbarov, Elnur Hüseynov, Niyaməddin Quliyev



Yüklə 56,86 Mb.
Pdf görüntüsü
səhifə61/64
tarix18.07.2018
ölçüsü56,86 Mb.
#56393
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   64

134
134
idi.  1968-ci  ildə  Çexoslovakiyada  SSRİ-yə  qarşı 
narazılıq (Praqa baharı) baş qaldırdı, 1969-cu ildə 
isə Çinlə silahlı münaqişə yarandı.
Bütün bu amillər ABŞ və SSRİ-ni uzlaşmağa 
məcbur etdi. Hər iki dövlət bir-birinin təsir dairələ-
rinə müdaxilə etməməklə bağlı razılaşdılar. 
Razılaşmalar 1972-ci ildə 
Strateji silahların 
məhdudlaşdırılması  (SSM-1)  haqqında  müqa-
vilə ilə möhkəmləndirildi.
Mülayimləşmə dövrünün zirvə nöqtəsi 1975-ci 
ildə SSRİ-nin də daxil olduğu, Avropa dövlətləri 
ilə yanaşı, ABŞ və Kanadanın da imzaladığı 
Av-
ropa Təhlükəsizlik və Əməkdaşlıq Konfransı-
nın Yekun sənədi oldu. Sənəddə dövlətlərarası 
əməkdaşlıq  və  insan  hüquqlarının  qorunması 
nə zərdə tutulurdu.
Müstəmləkələrin ləğvi və “Üçüncü dünya 
ölkələri”.
  İkinci  Dünya  müharibəsindən  sonra 
müstəmləkələrin  azad  edilməsi  prosesi  baş-
landı.  Asiya,  Afrika  və  Sakit  okean  bölgəsin-
dəki  müstəmləkələrin  azad  edilməsi 
“Üçüncü 
dünya”  ölkələrinin  yaranması  ilə  nəticələndi. 
“Üçüncü  dünya”  ifadəsi  1950-ci  illərdən  Soyuq 
müharibədə iştirak etməyən, bloklara daxil olma-
yan  və  az  inkişaf  etmiş  ölkələri  bildirmək  üçün 
istifadə edilir. “Üçüncü dünya” ölkələri öz siyasi 
varlıqlarını 1955-ci ildə 
Bandunq konfransında 
dünyanın iki qütbə bölünməsinə qarşı olduqlarını 
bildirməklə göstərdilər. 1961-ci ildə Yuqoslaviya, 
Hindistan və Misirin təşəbbüsü ilə 
Bloklara qo-
şulmayanlar  hərəkatı  yaradıldı.  1970-ci  illərin 
əvvəllərində  Üçüncü  dünya  ölkələri ABŞ,  SSRİ 
tərəfdarları və bitərəf olmaqla üç qrupa ayrıldılar. 
Bəziləri isə həm SSRİ-ni, həm də ABŞ-ı tənqid 
edən və “üçüncü dünya” üçün öz modelini təklif 
edən Çinin təsirinə daxil oldular. Üçüncü dünya ölkələri aldıqları yardım sayəsində ABŞ 
və ya SSRİ-nin təsiri altına düşürdülər. ABŞ və SSRİ Yaxın Şərqdə və Cənub-Şərqi 
Asiyada keçmiş müstəmləkəçi dövlətləri əvəz edir, etdikləri yardım müqabilində böl-
gələrdə öz hakimiyyətlərini möhkəmləndirirdilər.
Üçüncü dünya ölkələrində bəzən müstəmləkə dövründə çəkilmiş süni sərhədlər və 
böyük dövlətlərin təsiri ilə etnik münaqişələr, vətəndaş müharibələri baş verirdi. 
2011-
ci ildən Azərbaycan Respublikası Qoşulmayanlar Hərəkatına tam hüquqlu üzv qəbul 
olunmuşdur.
Regional müharibələr.
 Yumşalma dövründə ABŞ və SSRİ arasında tarazlığı pozma-
yan regional müharibələr baş verdi. Bunlardan biri 
Vyetnam müharibəsi idi. Bu mühari-
bədə SSRİ və ABŞ arasında münaqişə dolayı yolla gerçəkləşdi. ABŞ Cənubi Vyetnama, 
SSRİ isə Şimali Vyetnama kömək edirdi. 1965-ci ildə ABŞ bölgəyə hərbi qüvvə göndərdi. 
Məğlub olan ABŞ beynəlxalq ictimaiyyətin təzyiqi ilə 1973-cü ildə öz qoşunlarını geri çəkdi.
Avropa Təhlükəsizlik və Əməkdaş-
lıq konfransının yekun sənədi
1. Konfransa daxil olan dövlətlər, 
hüquq bərabərliyi, ərazi bütövlüyü 
və siyasi müstəqillik hüquqları daxil 
olmaqla bir-birinin tam suverenliyinə 
hörmət edirlər...
2. Konfransda iştirak edən dövlət-
lər dövlətlərarası münasibətlər də və 
qarşılıqlı münasibətlərdə di gər dövlətin 
ərazi bütövlüyünə, si ya si müstəqilliyinə 
qarşı BMT-nin məq sədlərinə və bu 
sənədə uyğun ol mayan şəkildə təhdid 
və güc tətbiqindən imtina edəcəklər.
3. Konfransda iştirak edən 
dövlətlər bir-birlərinin sərhədlərini... 
toxunulmaz hesab edirlər...
4. Ərazi bütövlüyü. Konfransda 
iştirak edən dövlətlər bir-birlərinin tor-
paqlarını hərbi yolla işğal etməkdən
birbaşa, yaxud dolaylı qüvvə tətbiq 
etməkdən imtina edirlər. Bu xüsusiyyət-
li hər cür işğal və qəsbkarlıq hüquqa 
zidd hesab ediləcək.
7. Konfransda iştirak edən dövlət-
lər irqi, cinsi, dil və dini ayrı-seçkilik 
etmədən insan haqlarına və fikir
vicdan, din və inanc azadlıqları daxil 
olmaqla, əsas azadlıqlara hörmət 
edirlər. ...
Tariх. İstanbul, 2002. səh. 215  
Müasir  ATƏT-in  əsas  məqsədini 
təşkil  edən  bu  şərtlərin  Ermənis-
tan tərəfindən pozulmasına qarşı 
bu  təşkilatın  heç  bir  tədbir  gör-
məməsini necə dəyərləndirirsiniz?
?
  LAYİHƏ


135
135
Regional müharibələr dünya sülhü üçün təhlükəli olduqda SSRİ və ABŞ diploma-
tik yolla münaqişələri həll etməyə çalışırdı. 1967 və 1973-cü illərdə 
ərəb-İsrail mü-
naqişəsi məhz belə dayandırılmışdı.
Soyuq müharibənin geri dönüşü (1975–1985).
 1979-cu ildə SSRİ Əfqanıstanı 
işğal etdi. SSRİ-nin məqsədi burada ABŞ-ın planları əsasında yayılmaqda olan siyasi 
islamçılığın öz ərazisinə – Mərkəzi Asiyanın müsəlman respublikalarına təsir etməsi-
nin qarşısını almaq idi. Bu, Soyuq müharibənin yeni mərhələsinin başlanğıcı oldu. ABŞ 
SSRİ-yə  taxıl  və  texnologiya  ixracına  embarqo 
qoydu,  1980-ci  ildə  Moskvada  keçirilən  Olimpi-
ya  oyunlarını  boykot  etdi.  ABŞ  yeni  silahlanma 
proqramları hazırladı və bu sahədə SSRİ-ni ötüb 
keçməyi qarşıya məqsəd qoydu. 1983-cü ildə so-
vet  raketlərinin  təhdidinə  qarşı 
Strateji müdafiə 
təşəbbüsü proqramı elan edildi. Sovet raket təh-
lükəsini süni peyklərlə müəyyən edilərək kosmos-
dan məhv edilməsini nəzərdə tutan bu proqrama 
"Ulduz müharibəsi" də deyilirdi.
Soyuq müharibənin sonu.
 1980-ci illərin ikin-
ci  yarısında  silahlanmaya  çəkilən  böyük  xərclər, 
iqtisadi  tənəzzül  SSRİ-ni  münasibətləri  yumşalt-
mağa  sövq  edirdi.  1986-cı  ildə  Çernobıl  Atom 
Stansiyasında  baş  verən  qəza  dünyada  nüvə 
müharibəsi  qorxusunu  artırdı.  1987-ci  ildə  ABŞ 
və 
SSRİ qısa və orta mənzilli nüvə silahlarının 
ləğvi  haqqında  müqavilə  imzaladılar.  Dünyanın 
müxtəlif  bölgələrində  öz  təsirini  yaymaq  üçün 
edilən müdaxilələr SSRİ-nin siyasi və iqtisadi və-
ziyyətini daha da ağırlaşdırırdı. 1989-ci ildə Sovet 
qoşunları Əf qa nıstandan çıxarıldı.
1989-cu il Soyuq müharibədə dönüş nöqtəsi oldu. Şərqi Avropada demokratikləşmə 
hərəkatı  genişləndi.  Polşada  və  Macarıstanda  azad  seçkilər  keçirildi.  Şərqi Almaniya 
rəhbərliyi Berlin divarının aradan qaldırılmasına icazə verdi. Çexoslovakiya, Bolqarıstan 
və Rumıniyada kommunist dik ta turasına son qoyuldu. 1990-cı ildə Almaniya birləşdiril-
di. Artıq Şərqi Avropada “sovet modeli”nə son qoyulur, SSRİ “ilk müdafiə xətti”ni itirirdi. 
SSRi-nin daxilində də müstəqillik uğrunda mübarizələr, etnik münaqişələr və millətçilik 
meyillərinin artması bu dövlətin süqutunu sürətləndirdi. 1991-ci ilin dekabrında SSRİ-nin 
varlığına son qoyuldu. Soyuq müharibə başa çatdı.
1.  1947-ci ildə Almaniya və müttəfiqləri ilə sülh müqavilələri bağlamaq üçün keçirilən konf-
ransın nəticəsi nə oldu?
2.  Soyuq müharibənin səbəbləri nə idi?
3.  “Üçüncü dünya ölkələri”nin yaranması hansı prosesin nəticəsi idi?
4.  1979-cu ildə SSRİ-nin Əfqanıstanı işğal etməkdə məqsədi nə idi?
5.  1980-ci illərin ikinci yarısında SSRİ-ni münasibətləri yumşaltmağa sövq edən amillər 
hansılardır?
6.  Nə üçün 1989-cu il Soyuq müharibədə dönüş nöqtəsi hesab edilir?
7.  Soyuq müharibə dövrünün mühüm hadisələri ilə bağlı zaman oxu tərtib edin.
8.  1950-ci illərdə baş vermiş böhranları müqayisə edin.
9.  Yumşalma dövrünün xüsusiyyətlərini təhlil edin.
SUAL VƏ TAPŞIRIQLAR
Sovet ordusunun 
Əfqanıstanı tərk etməsi
Berlin divarının dağıdılması
  LAYİHƏ


Yüklə 56,86 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə