Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə102/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   191

352

bəslənən müsbət və ya mənfi münasibətlərin əks etdirilməsidir. 

İnsanın münasibəti onun şüuru ilə tənzim olunur. Odur ki, gənc

nəslin tərbiyəsi işində əxlaqi şüurun inkişaf etdirilməsi ön pla-

na çəkilməlidir.  Çünki,  özünüdərketmənin kökləri şüurla, 

əxlaqi hisslərlə bilavasitə bağlıdır. Digər tərəfdən mənlik şüuru

da bir qayda olaraq əxlaqi şüura söykənir və onunla qarşılıqlı

əlaqədə daha səmərəli inkişaf edir. 



İntellektual (zehni)  hisslər – insanın zehni (idrak) 

fəaliyyəti ilə əlaqəli şəkildə əmələ gəlir.  Bu cür hisslər insanı

ətraf aləmin sirlərinə,  özünün eləcə də başqasının rəftar və

davranışının səbəbini daha dərindən dərk etməyə sövq edir. 



Maraq, inamsəbr, təəccüb, şübhə, yəqinlik, fəhm, heyrət, yeni-

lik və s. intellektual hisslər hesab olunur. 

Beləliklə intellektual hisslər insanın idrak fəaliyyəti ilə



əlaqədar olan,  onu ətraf aləmi daha dərindən və ətraflı dərk

etməyə yönəldən mürəkkəb hisslərdir.  Təlim prosesində elmi

axtarışlar zamanı, yaradıcı fəaliyyətdə zehni hisslərin hesabına  

insan fəaliyyəti daha da səmərəli olur.  Zehni hisslərin təsiri

nəticəsində insan ətraf aləmin sirlərinə,  həll etməli olduğu

problemlərin mahiyyətinə daha yaxşı nüfuz edir və onu həll

edir.  Ümumən insanın idrak fəaliyyətinin səmərəliliyi,  başqa

psixi hadisələrlə yanaşı həm də zehni hisslərlə şərtlənir. 

Azərbaycan xalqın müqtədir oğlu,  fəlsəfi-romantik

şerimizin banisi Hüseyn Cavidin fəlsəfəsi, Rene Dekartın: «Hər

şeyə şübhə ilə yanaş! – Budur həqiqətin meyarı» fəlsəfi kredo-

su ilə səsləşir:

                Şübhədir hər həqiqətin anası,

Şübhədir əhli – hikmətin babası,

                 Şübhə artarsa həm yəqin artar,

                 Mərifət nuri şübhədən parlar.

   Səhvinizdən ta ki doğsun şübhələr,

    Həp seçilsin haqqü batil, xeyrü şər.

İdrak prosesləri ilə emosiya və hisslərin dialektik vəhdət

təşkil etməsi – müasir təlim nəzəriyyəsi üçün fundamental



353

əhəmiyyət kəsb edən qanundur. Odur ki, hər bir müəllim təlim

prosesində şagirdin idrak fəaliyyətini,  onun intellektual

hisslərini (şübhə, inam, təəccüb, heyrət və s.) fəallaşdırmaq yo-

lu ilə gücləndirməlidir.  Bu cür fəallıq nəticə etibarı ilə

təfəkkürün,  ağlın inkişafına xidmət edəcəkdir.  Yeni pedaqoji

təfəkkür,  təhsilin humanistləşdirilməsi,  humanitarlaşdırılması, 

interaktiv təlim metodlarının geniş vüsət aldığı bir şəraitdə, 

şagird təfəkkürünün emosional cəhətdən,  zehni hisslərin

köməyi ilə fəallaşdırılması müasir dərsə verilən əsas psixope-

daqoji tələbdir. Təfəkkür ilə hisslərin sinxron surətdə inkişaf

etdirilməsi şəxsiyyətin yetişdirilməsinin ana xəttini təşkil

etməlidir.

Estetik hisslər. İnsanın estetik hisslərinin obyektini ətraf

aləmin cisim və hadisələri,  təbiət gözəllikləri,  insan

yaradıcılığının bədii məhsulları, musiqi, başqa adamların, eləcə

də şəxsin özünün rəftar və davranışı ola bilər. Füsünkar təbiət

mənzərələri, insan gözəlliyi, incəsənət əsərləri, ecazkar musiqi

və s. insanda estetik hisslər doğurur. Estetik hisslərə insan ic-

timai təcrübəni mənimsəməklə yiyələnmişdir. İnsan üçün ən bi-

rinci estetik zövq mənbəi elə insanın özüdür.        

Psixoterapiyada məhz insanın estetik hisslərinə təsir

göstərməklə onun psixi sağlamlığını bərpa etməyə,  müalicəyə

çalışırlar. Bu mənada musiqi terapiya, art terapiya və naturap-

sixoterapiyada

musiqi, 

incəsənət

əsərləri

təbiət



gözəlliklərindən müalicə vasitəsi kimi istifadə olunur.  Deməli

estetik hisslər insan şəxsiyyətinin həm mənəvi,  həm də psixi

sağlamlığının əsas şərtini təşkil edir. Vaxtılə Aristotel incəsənət

əsərlərinin qavranılmasının insanın psixoloji və fizioloji

vəziyyətinə müsbət təsirini qeyd etmiş və bu halı «təmizlənmə» 

(katarsis) adlandırmışdır.

Estetik hisslər insan psixikasına stenik təsir göstərməklə

orqanizmin funksiyasını aktivləşdirir,  bədəni gümrah edir. 

Yumor, satira, təbəssüm, gülüş, həzz, heyran, həsəd və s. este-

tik hisslər hesab olunur. İnsan hisslərin köməyi ilə ətrafda baş




354

verən hadisələrə münasibətini bildirir,  başqaları ilə qarşılıqlı

münasibətini

tənzimləyir,  həm

özünün


psixoloji

sağlamlığını təmin etməyə cəhd göstərir.  İnsanın estetik

hisslərinə əxlaqi, intellektual hissləri, eləcə də dünyagörüşü və

yaşadığı sosial mühit də təsir göstərir.



Praksis hisslər – insanın öz fəaliyyətinə bəslədiyi emo-

sional münasibəti ilə bağlıdır.  Fəaliyyət prosesi insanda həm

müsbət,  həm də mənfi emosional reaksiya əmələ gətirir. 

Fəaliyyət prosesində,  sərf edilmiş sayda yaranan razılıq və ya

narazılıq duyğusu praksis hisslər adlanır.  İnsan fəaliyyətinin

hər bir forması praksis hisslərin obyekti ola bilər.  Hər hansı

fəaliyyət

prosesində

qarşıya

çıxan


maneələri

aradan


qaldırdıqca,  işin uğurla yerinə yetirilməsindən alınan razılıq

hissi praksis hisslərə aiddir.  Dərs zamanı qarşılıqlı əlaqənin

yaranması,  izah olunan məsələnin şagirdlər tərəfindən aydın

başa düşüldüyünü gördükdə,  eləcə də pedaqoji refleksiyaya

müraciət edərkən keçirilən dərsdə məqsədə nail olunması ilə

bağlı müəllimin keçirdiyi hisslər praksis hisslər hesab olunur. 

Praksis hisslər yaradıcı hisslər kimi təzahür edir.

Beləliklə fəaliyyət prosesində göstərilən səydən asılı ola-

raq işin gedişinə və nəticəsinə bəslənən münasibətlə bağlı baş

qaldıran hisslər praksis hisslər adlanır.  Fəaliyyətin,  işin

mənimsənilmə səviyyəsindən asılı olaraq,  praksis hisslər bəzi

hallarda işin gedişi ilə bağlı,  bəzi hallarda isə fəaliyyətin

nəticəsi ilə bağlı olur.  Çətin tapşırığın,  məsələnin düzgün

həllinin tapılması ilə bağlı tələbənin keçirdiyi sevinc hissi prak-

sis hiss kimi xarakterizə olunur. Yaxud da problemin həlli ilə

bağlı uğursuz axtarışlardan yaranan həyəcan,  gərginlik, 

məyusluq və s. neqativ məzmunlu praksis hisslərdəndir.

Beləliklə,  insanın şəxsiyyət kimi psixoloji portretinin

mühüm cizgiləri olan ali hisslər bir – birindən təcrid olunmuş

halda deyil vəhdətdə təzahür edir.  Odur ki,  insanın mənəvi

aləmini,  idrak fəaliyyətini və şəxsiyyətini təzahür etdirən ali

hisslərin tərbiyə edilməsi və inkişaf etdirilməsi gənc nəslin



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə