Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə105/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   191

362

iradi iş adlandırmaq olar. 

Mürəkkəb iradi işdə isə vəziyyət tamamilə dəyişir.  Bu

zaman qərarın qəbulu və icrası bir sıra mərhələlərdən keçir. 

Burada məqsəd, motivlər, qərar qəbulu, onun icrası üçün yol və

vasitələrin axtarılması,  qərarın icrası və s.  mərhələlərdən

keçmək zəruri olur. Belə bir misala nəzər salaq. Fərz edək ki, 

XI sinif şagirdi ali məktəbə daxil olmaq məqsədini qarşısına

qoyur.  Bu zaman hansı ixtisası,  hansı universiteti seçmək

məsələsi ortaya çıxır. Şagirdi ingilis dili ixtisası maraqlandırır. 

Valideynləri isə onun həkim olmasını istəyirlər. Keçən il həmin

məktəbi bitirən yoldaşlarından Dillər Universitetinə daxil olan-

lar ona bu ixtisası seçməyi məsləhət bilirlər. Bütün bu motivlər

arasında mübarizə gedir. Nəhayət o, ingilis dili üzrə mütəxəssis

olmaq qərarına gəlir.  Bundan sonra yeni mərhələ başlayır. 

Şagird bunun üçün yol və vasitələr arayır.  Müəllimlərindən

məsləhət alır.  Xüsusi hazırlıq kurslarına gedir.  Ciddi şəkildə

sınaq imtahanlarında iştirak edir. Nəhayət qəbul haqqında elan-

lar çıxdıqdan sonra sənədlərini həmin ixtsas üzrə təqdim edir. 

Bundan sonra test imtahanlarına gedir.  Son mərhələdə

məqsədinə necə nail olduğunu qiymətləndirir.

IV.14.3. Şəxsiyyətin iradi keyfiyyətləri

Şəxsiyyətin iradi keyfiyyətləri elə iradi iş prosesində

təzahür edir və formalaşır. İradi keyfiyyətlər – mürəkkəb psixi

xüsusiyyətlər kimi insanın həyatı prosesində formalaşır,  psix-

oloji səciyyəsinə görə vasitəli xarakter daşıyır. Tərbiyə şəraiti, 

sosial mühit eləcə də,  sinir tipi iradi keyfiyyətlərin

formalaşmasında mühüm rol oynayır.

Şəxsiyyətin iradi keyfiyyətlərini 3  qrupda birləşdirmək

olar:

1. İlkin iradi keyfiyyətlər – iradi güc, təkidlilik.




363

2.  Törəmə iradi keyfiyyətlər – qətiyyətlilik,  cəsarət, 

özünü ələ almaq, inam.

3.  Üçüncü



iradi

keyfiyyətlər

məsuliyyətlilik, 



intizamlılıq, işgüzarlıq, təşəbbüskarlıq.

İradi keyfiyyətləri mənfi və müsbət olmaqla iki qrupa

bölmək olar.  Müsbət iradi keyfiyyətlərə təkidlilik,  qətiyyət, 

cəsarət,  özünü ələ almaq,  məsuliyyətlilik,  intizamlılıq,  müs-

təqillik,  səbrlilik və s.  aid edirlər.  Bunların hər birinin əksini

mənfi iradi keyfiyyətlər təşkil edir.  Mənfi iradi keyfiyyətlərə

iradi nöqsan kimi təqlidçilik,  təlqinə qapılmaq,  neqativizm, 

tərsliyi də aid etmək olar.

Təkidlilik – qəbul edilmiş qərarın icrası zamanı qarşıya

çıxan çətinlik və maneələrə qarşı mübarizə aparıb, onlara qalib

gəlmək və mütləq məqsədə çatmaq əzmində təzahür edir. 

Tərslik – isə iradi nöqsan kimi real şəraiti düzgün qavrayıb

qiymətləndirə bilməmək və dəyişmiş şəraitə çevik münasibət

bəsləyə bilməməkdə ifadə olunur. Tərslik çox vaxt bilərəkdən

öz inadından dönməməkdə özünü göstərir.



Qətiyyət – hər hansı məsələ ilə bağlı heç bir tərəddüd

etmədən, vaxtında düşünülmüş qərar qəbul etməkdə ifadə olu-

nur.  Qətiyyət – iradi keyfiyyət kimi iradi işin bütün

mərhələlərində özünü göstərir. Qətiyyətlilik – məqsəd aydınlığı

və inam hissi (yəqinlik) ilə sıx bağlıdır. Bu keyfiyyətin əksini

qətiyyətsizlik təşkil edir. Qətiyyətsiz adam üçün iradi işin bütün

mərhələləri uzun və üzücü prosesə çevrilir.  Qətiyyətsizlik–

inamsızlıq,  zəiflik,  qorxaqlıq və məqsədin aydın dərk

olunmaması və s. səbəblərlə bağlı olur.



Cəsarət – iradənin çox mühüm keyfiyyəti olub, iradi işin

icra mərhələsində özünü göstərən psixi xüsusiyyətdir.  Qəbul

edilmiş qərarın icrası zamanı,  tapşırığın,  işin müvəffəqiyyətli

həllindən ötrü qorxu hissinə qalib gəlmək,  təhlükəyə qarşı

getməkdə,  risq etməkdə təzahür edir.  Cəsarət iradəni

qüvvətləndirir və şəxsiyyətin hörmət və nüfuzunu artırır. 

Özünəinam, məqsəd aydınlığı, ədalət cəsarətin aktivatorlarıdır. 



364

Çox vaxt mərdlik, qəhrəmanlıq, igidlik, hünərpərvərlik, müba-

rizlik cəsarətliliklə sinonim sözlər kimi işlədilir.  Cəsarətə əks

olan keyfiyyət qorxaqlıqdır.  Qorxaqlıq – insanın motivasiya

sahəsi ilə bağlı olub,  sosial keyfiyyət kimi,  ətraf aləmdə baş

verən hadisələrə münasibətdə özünü göstərir.  Qorxaqlıq –

inamsızlıqla, 

cəsarətliliklə, 

qətiyyətsizliklə

çulğalaşan

keyfiyyətdir.  Qorxu həm də orqanizmin bioloji müdafiə

reaksiyasıdır. 



Özünü ələ ala bilmək əsasən şəxsin iradi iş zamanı

özünü ələ ala bilməsində,  bütün fəaliyyətini qarşıya qoyulan

məqsədin yerinə yetirilməsinə səfərbər etməsində,  qorxuya

üstün gəlib, bütün maneə və çətinlikləri aradan qaldırılmasında

ifadə olunur. İradənin özünü ələ ala bilmək, keyfiyyəti ən çətin

situasiyada

insan

dözümlüyündə, 



soyuqqanlılıq

təmkinliyində ifadə olunur.



Məsuliyyətlilik – mühüm iradi keyfiyyətlərdən biri olub, 

şəxsin yerinə yetirdiyi fəaliyyət, davranış və rəftarı qarşısında

daşıdığı cavabdehlik hissi ilə sıx bağlıdır.  Məsuliyyətliliyin

əsasən borc hissinin, eləcə də cavabdehlik hissinin inkişafı ilə

bağlı olması,  sosial-mənəvi-psixoloji yetkinliyin göstəricisi

kimi qəbul edilir. 



İntizamlılıq – şəxsin qəbul edilmiş qayda və qanunlara

əməl etməsi ilə xarakterizə olunan keyfiyyətdir.  İnsanın

fəaliyyət və ünsiyyət prosesində, mövcud sosial normalara, eta-

lonlara və s. hörmətlə yanaşması, şəxsin intizamlı olmasını bil-

dirir. Görkəmli alman filosofu İ.Kant – nizam-intizamın insan-

da vəhşiliyi ləğvetmə vasitəsi olduğunu göstərmişdir. 

İnsanların qrup və kollektiv şəraitdə birgə fəaliyyət göstərməsi, 

başqa səbəblərlə paralel olaraq intizamlılıq keyfiyyətinin dərk

olunması ilə bağlıdır.  İntizamlılıq – şəxsiyyətin işgüzarlığı və

sosiallığının göstəricisidir.  İntizamlılıq həm də əxlaqi

qiymətdir.

İşgüzarlıq – mühüm iradi keyfiyyətlərdən biri olub, 

başlanan hər hansı bir işi,  fəaliyyəti tədriclə,  ardıcıl olaraq, 




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə