568
kollektivi ilə, məktəb rəhbərləri ilə, şagirdlərin valideynləri ilə
tez və asanlıqla işgüzar əlaqə yaratmağı bacarmalıdır.
Müəllimin pedaqoji fəaliyyətindəki qnostik funksiyaya
gəldikdə, o, hər şeydən əvvəl məktəbdə bu və ya digər fənnin
öyrədilməsinin son məqsədini dərindən dərk etməyə əsaslanır.
Bununla yanaşı, həmin funksiya müəllimdən həmin tədris
fənninin spesifik cəhətlərini, məzmununu, tədris metodlarını
bilməyi, öyrənilən materialın mühüm əlamət və keyfiyyətlərini
ayırmaq bacarığını, eləcə də proqramda və dərslikdə verilmiş
tədris materialını şagirdlərin mənimsəmə, dərk etmə imkanları
və mənimsəmədəki çətinliklərin səbəbləri barədə biliyə malik
olmağı tələb edir.
Konstruktiv funksiyanı bir növ konstruktiv –plan-
laşdırma funksiyası da adlandırmaq mümkündür. Bu funksiya
məktəbdə tədris prosesini mərhələlər üzrə planlaşdırmağı və
təşkil etməyi nəzərdə tutur. Başqa sözlə, konstruktiv funksiya
bir növ müəllimin təlim-tərbiyə prosesini məqsədyönəlmiş
şəkildə layihələşdirməsindən ibarətdir. Burada üç cür
layihələşdirmə fəaliyyəti nəzərə çarpır:
a) konstruktiv-məzmunlu (burada həm təlim materialının,
həm də tərbiyəvi işdə istifadə olunan materialın məzmunu və
quruluşunun müəyyənləşdirilməsi tələb olunur);
b) konstruktiv-əməli (təlim və tərbiyə prosesinin müxtəlif
anlarında müəllim və şagirdin yerinə yetirdikləri işlərin struk-
turunun planlaşdırılması);
v) konstruktiv - maddi (fənnin tədrisi və tərbiyəvi işləri
aparmaq üçün maddi bazanın layihələşdirilməsi və təşkili).
Bütün yuxarıda qeyd etdiyimiz funksiyaları, xüsusilə
kommunikativ və konstruktiv funksiyaları, müəllim özünün
təşkilatçılıq funksiyasını yerinə yetirmədən lazımi səviyyədə
həyata keçə bilməz. Təşkilatçılıq funksiyası çoxcəhətlidir. On-
lardan aşağıdakıları xüsusilə qeyd etmək lazım gəlir: a)
şagird kollektivini təşkil etmək; b) müxtəlif formalı tədris və
tərbiyə işlərini təşkil etmək; v) pedaqoji prosesin həyata
569
keçirilməsi üçün maddi bazanı təşkil etmək.
Təşkilatçılıq
funksiyasını
müvəffəqiyyətlə
yerinə
yetirmək üçün müəllimin bir sıra zəruri pedaqoji bacarıqlara
malik olması lazım gəlir.
Buraya birinci növbədə sinif kollektivini təşkil etmək və
onun fəaliyyətini tədris olunan fənnin mənimsənilməsinə, icti-
mai-faydalı işlərin yerinə yetirilməsinə yönəltmək bacarığını
aid etmək olar. Bununla yanaşı, həmin funksiyanı həyata keçirə
bilmək üçün müəllim dərsin planına müvafiq olaraq özünün və
şagirdlərin fəaliyyətini təşkil etməyi, dərsdə və dərsdənkənar
tədbirləri yerinə yetirərkən onların diqqətlərini təşkil etməyi,
təlimin texniki vasitələrindən səmərəli şəkildə istifadə etməyi,
şagirdlərin tədris və kommunikativ fəaliyyətini hesaba almağı,
ona nəzarət etməyi və təshihini bacarmalıdır.
Müəllim
şəxsiyyətinə
verilən
psixoloji
tələblər.
Müəllim şəxsiyyəti onun peşə fəallığının mənbəi və
hərəkətverici qüvvəsidir. Ona görə də müəllim əməyində onun
şəxsiyyəti aparıcı yerlərdən birini tutur. Müəllim şəxsiyyəti
lazımi səviyyədə formalaşmazsa cəmiyyətin onun qarşısında
qoyduğu sosial sifarişi həyata keçirə bilməz. Axı xalq müəllimi
gənc şəxsiyyətin mənəvi aləminin memarı, cəmiyyətin etibar
etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini -
uşaqları, öz ümüdini, öz gələcəyini müəllimə etibar edir.
Müəllim isə cəmiyyətin bu “qiymətli sərvətini” pedaqoji
fəaliyyət prosesində yetişdirir, cəmiyyət üçün bir yararlı
vətəndaş kimi formalaşdırır. Ona görə də gənc şəxsiyyəti
formalaşdıran müəllimin öz şəxsiyyəti yüksək şəkildə
formalaşmalıdır.
Pedaqoji fəaliyyətin müvəffəqiyyəti üçün hər bir müəllim
təbiət və cəmiyyət haqqında dərin biliklərə yiyələnməklə,
yüksək inam, yüksək ideyalılığa görə fərqlənməklə yanaşı bir
sıra mühüm keyfiyyətlərə də malik olmalıdır. Psixoloji
ədəbiyyatda həmin keyfiyyətlər aşağıdakı kimi xarakterizə olu-
nur: 1) Hər bir müəllim öz fənninə dərindən yiyələnməli; 2)
570
idrak nəzəriyyəsini və pedaqoji elmi mükkəməl əxz etməli; 3)
ayrı-ayrı anlayışlar arasındakı əlaqə və münasibətləri açmağı
bacarmalı; 4) şagirdləri fəallaşdırmaq məqsədilə müxtəlif
kommunikativ vasitələrdən istifadə edə bilməli və s. Bütün bu
keyfiyyətlərə yiyələndikdən sonra müəllim öz pedaqoji
fəaliyyətində yüksək nailiyyətlər əldə edə bilər.
Müəllimin şəxsiyyəti onun pedaqoji əməyinə istiqamət,
məna verir. Müəllim şəxsiyyətinin strukturuna gəldikdə buraya
onun
əməyinin
xarakterini
müəyyənləşdirən
psixi
keyfiyyətlərin, qabiliyyətlərin, halətlərin mürəkkəb vəhdətini
və s. aid etmək olar. Müəllim şəxsiyyəti özünün istiqamət və
motivasiyası, qabiliyyətləri, xarakteri, yaradıcı mövqeyi, fərdi
üslubi və s. ilə xarakterizə olunur.
Müəllim şəxsiyyətinin istiqaməti birinci növbədə özünün
motivləşmə sferası (aləmi), ideyaları, sərvət meylləri, əqidə və
inamı və s. ilə müəyyən edilir. Burada müəllimin yüksək
ideyalılığı və inamının, öz peşəsində oynadığı sosial rolu anla-
manın rolunu da xüsusi qeyd etmək lazım gəlir. Bunlar bir növ
müəllim şəxsiyyətinin keyfiyyətini təşkil edirlər.
Müəllim şəxsiyyətində qeyd olunan keyfiyyətlərlə yanaşı
onun fərdi-psixi xassələri də həlledici yer tutur. Buraya
müəllimin pedaqoji qabiliyyətlərini, maraq və meylini, xarakte-
rini, emosional iradi və əqli xüsusiyyətlərini daxil etmək olar.
Pedaqoji qabiliyyətlər fərdi psixi xassə kimi müəllimi özünün
peşə fəaliyyəti üçün daha çox yararlı edir.
Müəllim şəxsiyyəti eyni zamanda özünün yaradıcılıq
mövqeyi səviyyəsi, onu həyata keçirmək üçün yeni məqsəd və
yollar axtarmaq cəhdi ilə xarakterizə olunur. Müəllim
yaradıcılığı pedaqoji fəaliyyətdə yaratdığı yenilikdə, yaradıcı
təfəkküründə, orijinal tapıntılarında ifadə olunur.
Bütün bunlarla yanaşı olaraq müəllim şəxsiyyəti pedaqoji
əməyin həyata keçirilməsinin fərdi xarakteri ilə müəyyən edilir.
Təcrübə göstərir ki, obyektiv tələblə şərtlənən eyni bir məqsəd
müxtəlif müəllimlər tərəfindən müxtəlif əməliyyatlardan
Dostları ilə paylaş: |