211
metr aralı bir sırada oturmağa dəvət etmişlər. Onlara təxminən
belə bir təlimat verilmişdir: Siz taxtada çəkilmiş xətlərin
uzunluğunu fərqləndirməli olacaqsınız. «Sizin qarşınızda iki ağ
vərəqdə xətlər çəkilmişdir. Birinci vərəqdə bir xətt vardır.
Həmin xətt etalon xətdir. İkinci vərəqdə 3 xətt çəkilmişdir (1,2
və 3). Həmin xətlərdən biri birinci vərəqdəki xətlə eyni
uzunluqdadır. Siz həmin xətti qeyd etməlisiniz. Xahiş edəcəm
hər biriniz öz cavabınızı verəsiniz. Mən cavabları qeyd
edəcəm. Diqqətli olmağa çalışın – gəlin sağdan sola başlayaq».
Qabaqcadan birinci 6 nəfərə belə bir tapşırıq verilmişdir
ki, qəsdən etalona uyğun olmayan xəttin nömrəsini qeyd
etsinlər. Bu bir növ xüsusi qrup kimi «düzəltmə qrup»
adlandırılmışdır. 7-ci və sonrakı yoxlananı eksperiment
aparanın əvvəlkilərlə qabaqcadan sözləşdiyini bilmir. S.Aş bu-
nu «sadəlövh subyekt» adlandırır. Cavab verilməyə başlananda
birinci 6 nəfər qəsdən xətləri səhv qiymətləndirir. Onlardan so-
nra cavab verən «sadəlövh subyektlərin» bir çoxu da xətləri
onların təsiri altında qiymətləndirməyə başlayırlar.
S.Aşın tədqiqatları komformizmin başqa bir maraqlı
cəhətini də aşkara çıxarmışdır. Məlum olmuşdur ki, «sadəlövh
subyektin» qrup təzyiqi effekti düzəltmə qrup üzvlərinin
miqdarı ilə bağlıdır. Tədqiqat zamanı məlum olmuşdur ki, əgər
təcrübədə sınanan şəxsdən başqa «düzəltmə qrup» kimi yalnız
bir nəfər iştirak edirsə, qrup «təzyiqi» effekti, demək olar ki,
təzahür etmir; əgər sınanan şəxs iki nəfərdən ibarət qrupun rəyi
ilə rastlaşırsa, qrup «təzyiqi» effekti çox cüzi olur. Düzəltmə
qrup 3 nəfərdən ibarət olduqda, müvafiq effekt tam aydınlığı
ilə təzahür edir. Düzəltmə qrup üzvlərinin sayının daha da
artması qrup «təzyiqi» effektinin də artmasına gətirib çıxarır.
Şəxsiyyətin qrup «təzyiqinə», fikrinə tabe olması daxili
və ya xarici xarakter daşıya bilir. Xarici konformluq zamanı
qrup təzyiqi götürüldükdən sonra fərd özünün ilkin mövqeyinə
qayıdır. Daxili konformluq zamanı isə qrup təzyiqi aradan
çıxdıqdan sonra da fərd qrupun mövqeyini saxlayır. Başqa
212
sözlə həmin konformluq zamanı fərdin daxili mövqeyi ilə xari-
ci təzyiq arasında ixtilaf olmur. Ona görə də bu cür
konformluğu bir növ qrupdaxili təlqin adlandırmaq müm-
kündür.
Təcrübə göstərir ki, qrup üzvləri arasında konformizmin
əksinə olan hallara da rast gəlmək mümkündür. Bu zaman fərd
qrupun təzyiqinə müxtəlif formalarda müqavimət göstərir, bir
növ neqativ mövqe tutur. Fərdin nə olursa olsun əksəriyyətin
fikirlərini rədd etməsi və heç nəyə məhəl qoymadan onlara əks
çıxması nonkonformizm adlanır. Nonkonformizm bir növ «ne-
qativizm» anlayışına sinonim, «konformluq» anlayışına anto-
nimdir.
Qrup qütbləşməsi. Kiçik qruplarda özünü göstərən
hadisələrdən biri də qrup qütbləşməsi hadisəsidir. «Qrup
qütbləşməsi fenomeni» anlayışı ilk dəfə olaraq 1969- cu ildə
S.Moskoviçi və M.Zavolloni tərəfindən irəli sürülmüşdür.
D.Mayersə görə qrup qütbləşməsi qrupun təsiri altında onun
üzvlərinin əvvəl mövcud olan ənənələrinin güclənməsi, qrupun
rəyinin parçalanması əvəzinə orta ənənənin öz qütbünə
köçürülməsindən
ibarətdir.
1
D.Mayersin
fikrincə, qrup
qütbləşməsi fərziyyəsi belə bir qənaətə gəlməyə imkan verir ki,
qrupda aparılan müzakirə hər bir yarımqrup üzvləri üçün
ümumi olan ilkin ustanovkanın güclənməsinə səbəb olur. Əgər
adamlar əvvəlcədən nəyinsə «lehinə» fikir söyləməyə
meyllidirlərsə,
müzakirə
onların
mövqelərini
yalnız
möhkəmləndirir. Əgər onlar nəyinsə «əleyhinə» gedirlərsə,
müzakirədən sonra öz etirazlarını daha güclü şəkildə
göstərəcəklər.
Qrupda rəhbərlik və liderlik problemi. Sosial qrurların
strukturunu
nəzərdən
keçirdikdə
onların
daxilində
şəxsiyyətlərarası münasibətlərin bərabərlik (paritet) əsasında
qurulmadığı aydın olur. Hər bir qrupda şəxsiyyətlərarası
1
Майерс Д. Соüиальная психология. – Питер, 1997, с. 377
213
münasibətlər bir növ qrup üzvlərinin sosial- psixoloji statusunu
əks etdirir. Hər hansı qrupda kim isə hökm verir, müəyyən
tələblərin yerinə yetirilməsinə nəzarət edir, onun tələb və
tapşırıqları isə başqaları tərəfindən danışıqsız yerinə yetirilir.
Başqa sözlə hər bir qrupda ona rəhbərlik edən «rəhbər işçi»,
«lider» və onun tapşırıqlarına əməl edən adamlar: «tabe işçilər»
mövcud olur. Qrupun fəaliyyətinin səmərəliliyində ona düzgün
rəhbərliyin rolu olduqca böyükdür. Buradan isə qrup rəhbəri və
liderinin həmin sahədəki peşəkarlığı, başqa sözlə qrupa düzgün
rəübərlik etmək məsələsi ortaya çıxır.
Sosial
psixologiyada
«rəhbərlik»
və
«liderlik»
anlayışlarının oxşar və fərqli cəhətləri qeyd olunur. Həm
«rəhbər», həm də «lider» qrupa başçılıq edən adam kimi
nəzərdə tutulur. Adətən, rəhbər nisbətən yüksək səviyyəli,
səlahiyyətli təşkilatlar tərəfindən qrupun idarə olunmasının
təşkilini təmin edəcək rəsmi adam kimi nəzərdə tutulur. Lider
isə qrupun şəxsi nüfuzu sayəsində bir çox və ya bütün
üzvlərinin davranışına qeyri-rəsimi ölçülərlə təsir göstərməyi
bacaran üzvlərindən biri kimi qeyd olunur.
Qeyd olunanlardan göründüyü kimi, «rəhbər» və «lider»
anlayışının oxşarlığı hər iki anlayışda qrup fəaliyyətinin
təşkilini həyata keçirməklə bağlılığında ifadə olunur. Fərqli
cəhətlərinə gəldikdə, «rəhbər» rəsmi şəkildə təyin olunduğu
halda, lider çox vaxt rəsmi şəkildə deyil, qrup üzvlərinin
yüksək nüfuzunu qazanmaq ilə yaranır. Bir çox hallarda qru-
pun rəsmi rəhbəri qrup üzvlərinin nüfuzunu qazandığına görə
eyni zamanda onun liderinə çevrilir. Belə olduqda həmin
rəhbər rəsmi lider rolunu oynamaqla qrupun fəaliyyətini daha
səmərəli şəkildə idarə etmək imkanına malik olur.
Bütün bunlara baxmayaraq rəhbərlik və liderlik müxtəlif
sosial-psixoloji fenomenlər kimi xarakterizə olunur. Mü-
təxəssislərin fikrincə onların eyniləşdirilməsi elmi cəhətdən
səhv, praktik nöqteyi-nəzərdən isə zərərlidir.
Sosial psixologiyada rəhbər işçi və lider arasındakı
Dostları ilə paylaş: |