Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə61/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   191

211

metr aralı bir sırada oturmağa dəvət etmişlər. Onlara təxminən

belə bir təlimat verilmişdir:  Siz taxtada çəkilmiş xətlərin

uzunluğunu fərqləndirməli olacaqsınız. «Sizin qarşınızda iki ağ

vərəqdə xətlər çəkilmişdir.  Birinci vərəqdə bir xətt vardır. 

Həmin xətt etalon xətdir. İkinci vərəqdə 3 xətt çəkilmişdir (1,2 

və 3).  Həmin xətlərdən biri birinci vərəqdəki xətlə eyni

uzunluqdadır. Siz həmin xətti qeyd etməlisiniz. Xahiş edəcəm

hər biriniz öz cavabınızı verəsiniz.  Mən cavabları qeyd

edəcəm. Diqqətli olmağa çalışın – gəlin sağdan sola başlayaq». 

Qabaqcadan birinci 6 nəfərə belə bir tapşırıq verilmişdir

ki,  qəsdən etalona uyğun olmayan xəttin nömrəsini qeyd

etsinlər.  Bu bir növ xüsusi qrup kimi «düzəltmə qrup» 

adlandırılmışdır.  7-ci və sonrakı yoxlananı eksperiment

aparanın əvvəlkilərlə qabaqcadan sözləşdiyini bilmir. S.Aş bu-

nu «sadəlövh subyekt» adlandırır. Cavab verilməyə başlananda

birinci 6 nəfər qəsdən xətləri səhv qiymətləndirir. Onlardan so-

nra cavab verən «sadəlövh subyektlərin»  bir çoxu da xətləri

onların təsiri altında qiymətləndirməyə başlayırlar. 

S.Aşın tədqiqatları komformizmin başqa bir maraqlı

cəhətini də aşkara çıxarmışdır. Məlum olmuşdur ki, «sadəlövh

subyektin»  qrup təzyiqi effekti düzəltmə qrup üzvlərinin

miqdarı ilə bağlıdır. Tədqiqat zamanı məlum olmuşdur ki, əgər

təcrübədə sınanan şəxsdən başqa «düzəltmə qrup» kimi yalnız

bir nəfər iştirak edirsə,  qrup «təzyiqi»  effekti, demək olar ki, 

təzahür etmir; əgər sınanan şəxs iki nəfərdən ibarət qrupun rəyi

ilə rastlaşırsa,  qrup «təzyiqi»  effekti çox cüzi olur.  Düzəltmə

qrup 3  nəfərdən ibarət olduqda,  müvafiq effekt tam aydınlığı

ilə təzahür edir.  Düzəltmə qrup üzvlərinin sayının daha da

artması qrup «təzyiqi» effektinin də artmasına gətirib çıxarır. 

Şəxsiyyətin qrup «təzyiqinə»,  fikrinə tabe olması daxili

və ya xarici xarakter daşıya bilir.  Xarici konformluq zamanı

qrup təzyiqi götürüldükdən sonra fərd özünün ilkin mövqeyinə

qayıdır.  Daxili konformluq zamanı isə qrup təzyiqi aradan

çıxdıqdan sonra da fərd qrupun mövqeyini saxlayır.  Başqa



212

sözlə həmin konformluq zamanı fərdin daxili mövqeyi ilə xari-

ci təzyiq arasında ixtilaf olmur.  Ona görə də bu cür

konformluğu bir növ qrupdaxili təlqin adlandırmaq müm-

kündür. 

Təcrübə göstərir ki,  qrup üzvləri arasında konformizmin

əksinə olan hallara da rast gəlmək mümkündür. Bu zaman fərd

qrupun təzyiqinə müxtəlif formalarda müqavimət göstərir,  bir

növ neqativ mövqe tutur.  Fərdin nə olursa olsun əksəriyyətin

fikirlərini rədd etməsi və heç nəyə məhəl qoymadan onlara əks

çıxması nonkonformizm adlanır. Nonkonformizm bir növ «ne-

qativizm»  anlayışına sinonim,  «konformluq»  anlayışına anto-

nimdir. 

Qrup qütbləşməsi.  Kiçik qruplarda özünü göstərən

hadisələrdən biri də qrup qütbləşməsi hadisəsidir.  «Qrup

qütbləşməsi fenomeni»  anlayışı ilk dəfə olaraq 1969- cu ildə

S.Moskoviçi və M.Zavolloni tərəfindən irəli sürülmüşdür. 

D.Mayersə görə qrup qütbləşməsi qrupun təsiri altında onun

üzvlərinin əvvəl mövcud olan ənənələrinin güclənməsi, qrupun

rəyinin parçalanması əvəzinə orta ənənənin öz qütbünə

köçürülməsindən

ibarətdir.

1

D.Mayersin



fikrincə,  qrup

qütbləşməsi fərziyyəsi belə bir qənaətə gəlməyə imkan verir ki, 

qrupda aparılan müzakirə hər bir yarımqrup üzvləri üçün

ümumi olan ilkin ustanovkanın güclənməsinə səbəb olur. Əgər

adamlar əvvəlcədən nəyinsə «lehinə»  fikir söyləməyə

meyllidirlərsə, 

müzakirə

onların


mövqelərini

yalnız


möhkəmləndirir.  Əgər onlar nəyinsə «əleyhinə»  gedirlərsə, 

müzakirədən sonra öz etirazlarını daha güclü şəkildə

göstərəcəklər. 

Qrupda rəhbərlik və liderlik problemi. Sosial qrurların

strukturunu

nəzərdən

keçirdikdə

onların

daxilində



şəxsiyyətlərarası münasibətlərin bərabərlik (paritet)  əsasında

qurulmadığı aydın olur.  Hər bir qrupda şəxsiyyətlərarası

                                                

1

Майерс Д. Соüиальная психология. – Питер, 1997, с. 377




213

münasibətlər bir növ qrup üzvlərinin sosial- psixoloji statusunu

əks etdirir.  Hər hansı qrupda kim isə hökm verir,  müəyyən

tələblərin yerinə yetirilməsinə nəzarət edir,  onun tələb və

tapşırıqları isə başqaları tərəfindən danışıqsız yerinə yetirilir. 

Başqa sözlə hər bir qrupda ona rəhbərlik edən «rəhbər işçi», 

«lider» və onun tapşırıqlarına əməl edən adamlar: «tabe işçilər» 

mövcud olur. Qrupun fəaliyyətinin səmərəliliyində ona düzgün

rəhbərliyin rolu olduqca böyükdür. Buradan isə qrup rəhbəri və

liderinin həmin sahədəki peşəkarlığı, başqa sözlə qrupa düzgün

rəübərlik etmək məsələsi ortaya çıxır. 

Sosial


psixologiyada

«rəhbərlik» 

«liderlik» 



anlayışlarının oxşar və fərqli cəhətləri qeyd olunur.  Həm

«rəhbər»,  həm də «lider»  qrupa başçılıq edən adam kimi

nəzərdə tutulur.  Adətən,  rəhbər nisbətən yüksək səviyyəli, 

səlahiyyətli təşkilatlar tərəfindən qrupun idarə olunmasının

təşkilini təmin edəcək rəsmi adam kimi nəzərdə tutulur.  Lider

isə qrupun şəxsi nüfuzu sayəsində bir çox və ya bütün

üzvlərinin davranışına qeyri-rəsimi ölçülərlə təsir göstərməyi

bacaran üzvlərindən biri kimi qeyd olunur. 

Qeyd olunanlardan göründüyü kimi,  «rəhbər» və «lider» 

anlayışının oxşarlığı hər iki anlayışda qrup fəaliyyətinin

təşkilini həyata keçirməklə bağlılığında ifadə olunur.  Fərqli

cəhətlərinə gəldikdə,  «rəhbər»  rəsmi şəkildə təyin olunduğu

halda,  lider çox vaxt rəsmi şəkildə deyil,  qrup üzvlərinin

yüksək nüfuzunu qazanmaq ilə yaranır.  Bir çox hallarda qru-

pun rəsmi rəhbəri qrup üzvlərinin nüfuzunu qazandığına görə

eyni zamanda onun liderinə çevrilir.  Belə olduqda həmin

rəhbər rəsmi lider rolunu oynamaqla qrupun fəaliyyətini daha

səmərəli şəkildə idarə etmək imkanına malik olur. 

Bütün bunlara baxmayaraq rəhbərlik və liderlik müxtəlif

sosial-psixoloji fenomenlər kimi xarakterizə olunur.  Mü-

təxəssislərin fikrincə onların eyniləşdirilməsi elmi cəhətdən

səhv, praktik nöqteyi-nəzərdən isə zərərlidir. 

Sosial psixologiyada rəhbər işçi və lider arasındakı



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə