Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə62/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   191

214

aşağıdakı fərqlər qeyd olunur (İ.V.Parıqin): 

1. Rəhbərlik rəsmi əsasda meydana çıxan müxtəlif sosial

təşkilat və qurumlarda məqsədyönlü xarakter daşıyan sosial

prosesdir.  Liderliyə gəldikdə,  o,  qrupdaxili,  şəxsiyyətlərarası

münasibətlər əsasında spontan şəkildə əmələ gələn prosesdir. 

O,  təşkilatın əsasən psixoloji səviyyəsini əks etdirir.  Rəhbər

işçi rəsmi şəkildə təyin olunduğu halda,  lider qeyri-rəsmi

şəkildə irəli sürülür. 

2. Rəhbərlik adətən makromühitin başlıca tələbatlarına

və mənafeyinə uyğun şəkildə formalaşdırılır və həyata keçirilir. 

O,  qrupda yerinə yetirilən işlərin vəziyyəti və qrup

fəaliyyətinin nəticələri üçün qanun qarşısında məsuliyyət

daşıyır.  Liderlik isə spontan bir proses kimi qrup və onun

üzvlərinin tələbat və mənafelərinə müvafiq olaraq meydana

çıxır və mövcud olur.  Lider qrupun fəaliyyəti üçün heç bir

şəxsi məsuliyyət daşımır. 

3. Rəhbərlik daha çox stabil xarakter daşımaqla daha

geniş sahəyə malikdir.  Müəyyən reqlament

daxilində

makromühitlə əlaqə saxlayır. Rəhbər işçi başqa təşkilatlarda öz

qrupunu təmsil edir.  Liderlik isə daha çox dinamik xarakter

daşıyır, 

şəxsiyyətlərarası

münasibətlərin

formalaşması

xüsusiyyətlərindən köklü surətdə asılıdır.  Liderin təsir sahəsi

əsasən qrupdaxili münasibətlərlə məhdudlaşır. 

4. Rəhbər işçiyə qanunla tənzim olunan müəyyən hüquq

və səlahiyyət verilir.  Lider isə qanunla müəyyən edilmiş

hüquqlara malik deyildir. 

5. Rəhbər işçi tərəfindən hər hansı bir məsələyə qərar

qəbulu əsasən vasitəli xarakter daşıyır. Onun geniş informasiya

kanalları vardır. O, qərar qəbulu zamanı öz səlahiyyətini aşağı

pillə işçilərinə həvalə edə bilər.  Lider isə qrup tərəfindən

qərarın qəbul edilməsinə təsir göstərir və həmin qərarın

çıxarılmasında bilavasitə iştirak edir.  O,  müəyyən bir

informasiyanı qeyri-rabitə kanalları sistemi ilə əldə edir. 



Rəhbərlik

üslubu.  Təcrübə

göstərir


ki,  qrup


215

fəaliyyətinin səmərəliliyi rəhbərlik üslubundan əsaslı şəkildə

asılıdır. İdarəetmə ilə bağlı olaraq sosial psixologiyada beş cür

rəhbərlik üslubu qeyd olunur avtokratik, avtoritardemokra-



tik,  laqeyd (etinasız,  liberal)  və qeyri-sabit (ardıcıl olmayan) 

rəhbərlik üslubu. 



Avtokratik rəhbərlik üslubuna malik olan liderlər

(rəhbərlər) bir növ müstəbid olur. Adətən avtokratik və avtori-

tar rəhbərlik üslubuna malik olan liderlər qrup üzvlərinin fikir

və ideyalarını nəzərə almadan,  müstəqil hərəkət edirlər.  Əmr, 

göstəriş, təlimat, töhmət, təşəkkür onların qrup üzvləri ilə əsas

əlaqə forması olur. O hər cür məlumatı bir növ özündə gizlədir, 

heç kəsin bundan xəbəri olmur, ona görə də ona tabe olanlar, 

adətən güman və şayiə aləmində olurlar. 



Avtoritar lider qrup üzvlərinin imkan və qabiliyyətlərini

aşağı qiymətləndirir.  Bu cür rəhbərlər qrup üzvlərinin

təşəbbüslərini boğur,    ya da sadəcə olaraq onlardan istifadə

etmirlər. Bu cür rəhbərlər belə hesab edirlər ki, onlar «hər şeyi

özləri bilirlər», onsuz da heç kim bu işi onun kimi yaxşı yerinə

yetirə bilməz.  Məhz buna görə də bu cür qruplarda qrup

üzvlərinin hamısında ümumi işə qarşı məsuliyyət hissi

zəifləmiş olur, əmək onlar üçün sanki formal bir işə, vəziyyətə

çevrilir.

Adətən avtoritar lider rəhbərlik etdiyi qrup üzvlərindən

kiminsə müəyyən səhvə yol verdiyini gördükdə onu necə

düzəltməyi məsləhət görmək əvəzinə ona gülür,  onu ələ salır. 

Avtoritar lider iştirak etmədikdə onun qrupunda aparılan iş

ləngiyir, bəzən dayandırılır. K.Levinin təcrübələri göstərmişdir

ki,  avtoritar lider otaqdan çıxan kimi qrup üzvləri işi kənara

qoymuş,  onu davam etdirməmiş,  ya da fəaliyyətin səviyyəsi

kəskin şəkildə aşağı düşmüşdür.  Bu cür lider uzun müddət

qrupdan uzaq düşdükdə qrup öz işini müstəqil yerinə yetirmək

və ya onu səmərəli təşkil etmək imkanından məhrum olmuşdur. 

Avtoritar liderdən fərqli olaraq demokratik üsluba malik

olan lider qrup üzvləri tərəfindən rəğbətlə qarşılanır.  Bu cür



216

rəhbərlik üslubuna malik olan lider daima qrup üzvləri ilə

razılaşır.  Qərar qəbul edərkən qrup üzvlərinin təkliflərini

nəzərə alır. Demokratik rəhbərlik üslubuna malik olan lider öz

fəaliyyətini təkcə qrup fəaliyyətinə nəzarət və onu tənzim

etməklə məhdudlaşdırmır, onların tərbiyəsi və təliminə də ciddi

diqqət yetirir.  Demokratik rəhbərlik hslubuna malik olan

liderlərlə qrup üzvləri arasında olduqca səmərəli təmas yaranır. 

Aparılmış müşahidə və tədqiqatlar göstərmişdir ki,  la-

qeyd rəhbərlik üslubuna malik olan liderlərin qrup üzvləri ilə

ynsiyyəti kortəbii xarakter daşıyır.  Çox vaxt onların arasında

yaranan ünsiyyət qrup üzvləri tərəfindən diktə olunur.  Bu cür

liderlər qrupa müəyyən tapşırıqlar verməklə məhdudlaşır, onun

necə yerinə yetirilməsinə əhəmiyyət vermirlər.  Laqeyd

rəhbərlər qrupun ayrı-ayrı üzvlərinin işinə qarışmamağa çalışır, 

bir növ qrupdan təcrid olunur, neytrallığa can atırlar. 

Qeyri-sabit rəhbərlik üslubuna malik olan liderlərə

gəldikdə onlar dəyişgən olurlar.  Onların necə hərəkət

edəcəklərini qabaqcadan müəyyənləşdirmək mümkün olmur. 

Bir dəfə avtoritarlıq göstərən bu cür liderlər, başqa vaxt yerli-

yersiz ya demokratik,  ya da laqeyd rəhbərlik üslubuna yer

verirlər.  Bütün bunlar isə onunla qrup üzvləri arasında

anlaşıqsızlıq yaradır.  Nəticədə qrup fəaliyyətinin səmərəliliyi

üçün zəruri olan şərait yaranmır. 



III. 6.4.     Şəxsiyyətlərarası münasibətlər

Qruplarda şəxsiyyətlərarası münasibətlər haqqında

Qruplarda insanlar birgə yaşayıb və fəaliyyət göstərmələrinə

görə onların arasında istər-istəməz qarşılıqlı münasibətlər

özünü göstərir.  Bu cür mənasibətlər sosial psixologiyada



şəxsiyyətlərarası münasibətlər adlandırılır.  Şəxsiyyətlərarası

münasibətlər birgə fəaliyyət və ünsiyyət prosesində insanlar

arasında təzahür edən subyektiv qarşılıqlı təəssüratdan

ibarətdir.  Şəxsiyyətlərarası münasibətlər fərdlərin bir-birini




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə