204
rola girən insan tədricən həmin rola alışır və qrup üzvləri ondan
həmin rola uyğun davravnış tərzini gözləməyə başlayırlar.
Kiçik qrupların həcmi və strukturu. Əvvəlki bölmədə
kiçik qrupların həcmindən danışdıq və qeyd etdik ki, kiçik
qruplar 2- dən 30- 40- a qədər insanların birliyidir (III.6.2.).
Onun strukturuna gəldikdə bunu bir neçə istiqamətdə
xarakterizə etmək mümkündür.
R.S.Nemov qarşılıqlı təsir və informasiyaların qrupun bir
üzvündən digərinə ötürülmə imkanlarını və şəxsiyyətlərarası
əlaqə sistemini təmin edən kommunikasiya kanallarından asılı
olaraq kiçik qrupların özünəməxsus strukturunu qeyd edir.
Qrupdaxili kommunikasiyanın struktur kanalının iki əsas növü
qeyd olunur: mərkəzləşdirilmiş (A) və mərkəzləşdirilməmiş
(B), eyni zamanda onların həyatda özünü göstərən bəzi
variantları.
1
Mərkəzləşdirilmiş kommunikasiya kanalının strukturu
onunla səciyyələnir ki, burada qrupun üzvlərindən biri daima
bütün ünsiyyət istiqamətlərində fəaliyyət göstərir, diqqət
mərkəzində olur və qrup fəaliyyətinin təşkilində əsas rol
oynayır. Həmin adamın vasitəsilə qrupda həmin qrupun digər
üzvləri arasında informasiya mübadiləsi həyata keçirilir.
A
1) frontal 2) radial 3) ierarxik
1
Немов Р.С. Психология, в 3-х кн., кн. 1 – М., 1998, с. 539-541
205
B
4) zəncirvari 5) dairəvi 6) tam
Şəkil 9. Qrupdaxili kommunikasiyanın struktur tipləri
və variantları (R.S.Nemova görə)
A şəklində mərkəzləşdirilmiş strukturun üç variantı
verilmişdir: frontal, radial və iyerarxik struktur. Şəkildən
göründüyü kimi frontal kommunikasiya kanalı strukturunda
qrupun iştirakçıları birbaşa təmasa girmədən bir sırada dayanır
və bir- birlərini görə bilirlər. Bu cür struktur qrup iştirakçıları
birgə fəaliyyət zamanı müəyyən dərəcədə bir- birlərinin
davranış və reaksiyalarını nəzərə ala bilirlər. Frontal struktur
müəllimlərə sinifdə dərs zamanı, frontal iş zamanı yaranan
strukturdan tanışdır.
İkinci, mərkəzləşdirilmiş kommunikasiya strukturu olan
radial variant frontal variantdan onunla fərqlənir ki, burada
fəaliyyətin iştirakçıları bir-birlərini bilavasitə qavraya, görə və
ya eşidə bilmirlər. Onlar informasiya mübadiləsini yalnız
mərkəzi şəxsin vasitəsilə həyata keçirirlər. Bu hal qrupun ayrı-
ayrı üzvlərindən birinin digərlərinin davranış və reaksiyalarını
nəzərə almalarına imkan vermir. Bu zaman sadəcə olaraq qru-
pun hər bir üzvü tam sərbəst və müstəqil işləməklə, axıra qədər
fərdi, özünəməxsus mövqeyini təzahür etdirir.
Mərkəzləşdirilmiş iyerarxik kommunikasiya strukturun-
da tamamilə başqa cür vəziyyət yaranır. Burada iştirakçıların
bir neçə, ən azı iki tabeçilik səviyyəsi mövcud olur. Bunlardan
bir qismi birgə fəaliyyət zamanı bir- birini görə bildiyi halda,
digərləri görə bilmir. Onların arasındakı şəxsiyyətlərarası
ünsiyyət məhdudlaşmış olur. Yalnız tabeçilik səviyyəsində
olan iki nəfərin arasında əlaqə (kommunikasiya) həyata keçə
206
bilir.
Şəkil A – dan göründüyü kimi, bu cür kommunikasiya
strukturunda iyerarxik tabeçiliyin yuxarı səviyyəsində 1-ci
fərdin bilavasitə 2- ci köməkçisi vardır. 2- ci fərd də öz
növbəsində qalan üç iştirakçıya tabedir. 1- ci fərd yalnız 3-
mərhələdə dayanan fərdlərlə ünsiyyət imkanına malik olan 2-
ci fərdlə qarşılıqlı təsir imkanına malikdir.
Mərkəzləşdirilməmiş ünsiyyət strukturuna malik olan ti-
pik variantlar əvvəlki strukturdan fərqli xüsusiyyətlərə
malikdirlər. Burada bütün variantlarda qrupun hər bir üzvü
həmin struktur daxilində öz qrup yoldaşları ilə eyni məlumat
əldə etmək, işləmək və məlumatları ötürmək imkanlarına malik
olmaqla, onlarla açıq, bilavasitə ünsiyyətə girə bilirlər.
Kommunikasiyanın bu cür strukturunun zəncirvari
variantında ünsiyyət sistemində şəxsiyyətlərarası qarşılıqlı təsir
bir növ zəncirvari şəkildə həyata keçir. İki kənar iştirakçıdan
başqa qalan iştirakçılar iki qonşusu ilə, kənar mövqe tutan
fərdlər isə yalnız bir qonşusu ilə qarşılıqlı təsirə malik olur. Bu
cür ünsiyyət strukturu konveyer xarakterli işlərdə özünü aydın
göstərir.
Dairəvi kommunikasiya strukturası zəncirvaridən onunla
fərqlənir ki, burada birinci növbədə qrup üzvlirinin hamısı eyni
imkana malik olur. İkincisi, onların öhdəsində olan məlumatlar
qrup üzvləri arasında dövr etmək, tamamlanmaq və
dəqiqləşmək imkanına malik olur. Üçüncüsü, bu cür kommu-
nikasiya strukturunda iştirakçılar üzbəüz dayanmaqla bir-
birinin reaksiyalarını bilavasitə müşahidə etmək, onları öz
işlərində nəzərə almaq imkanına malik olurlar.
Aparılmış tədqiqatlar belə bir qənaətə gəlməyə imkan
vermişdir ki, qruplarda kommunikasiya strukturunun yuxarıda
qeyd etdiyimiz bütün variantlar bu və ya digər dərəcədə
məhdudiyyətə malikdir. Bunlarda iştirakçıların hər biri ya
başqaları ilə bilavasitə ünsiyyətdə qeyri bərabər imkana, ya da
bərabər, lakin məüdud imkana malik olur. Ona görə də həmin
207
sahənin mütəxəssisləri ünsiyyət strukturuna görə qrupun daha
səmərəli variantı kimi tam və ya qeyri məhdud variantını qeyd
edirlər. Bu variantda qrup iştirakçıları arasında sərbəst
şəxsiyyətlərarası ünsiyyət sahəsində heç bir məhdudiyyət ol-
mur. Burada qrupun hər bir üzvü digərləri ilə tamamilə sərbəst
qarşılıqlı təsiri həyata keçirə bilir. Təcrübədə kommunikasiya
strukturunun hansından istifadə olunması qrupun qarşısında du-
ran məqsəd və vəzifədən asılı olur.
Kiçik qruplarda psixoloji uyuşma. Kiçik qruplarda
birgə fəaliyyətin müvəffəqiyyətlə getməsi, səmərəliliyi qrup
uyuşmasından, başqa sözlə qrup üzvlərinin həmrəyliyindən çox
asılıdır. Bunu həyatı faktlar da təsdiq edir. Tez- tez hər hansı
bir qrupun dağılmasının, onun fəaliyyətinin səmərəsizliyinin
qrup uyuşmasının olmaması ilə bağlı olması barədə söhbətlərin
şahidi oluruq. Hər hansı bir qrupda, məsələn, ailədə, istirahət
qruplarında, biznesdə, idman və s. qruplarında adamların bir-
birinə uyuşa bilməməsini qrup fəaliyyəti üçün ciddi maneə he-
sab edirlər. Başqa sözlə, çox vaxt bu cür kiçik qruplarda heç də
bütün adamların hamısının həmin qrupda mürəkkəb və
məsuliyyətli birgə işi həyata keçirməyə hazır olmadıqları
özünü göstərir. Kiçik qrupların fəaliyyətinin səmərəliliyinə
müsbət və ya mənfi təsir göstərən amillərdən biri məhz qrup
uyuşması fenomeni ilə əlaqədardır.
Mövcud ədəbiyyatda qrup uyuşmasını ilk növbədə fizi-
oloji və psixoloji aspektdə izah edirlər. Fizioloji uyuşmanı çox
vaxt təmiz fiziki imkanlar, xüsusiyyətlərlə bağlayırlar.
Məsələn, hər hansı bir fiziki işi birgə yerinə yetirən adamlarda
fiziki uyuşmanın olması zəruridir. Psixoloji uyuşmaya
gəldikdə, bu, qrup üzvlərinin psixoloji cəhətdən uyuşması ilə
bağlıdır. Bu heç də fizioloji uyuşmadan az əhəmiyyətə malik
deyildir.
Müasir psixologiyada psixoloji uyuşmanın üç istiqamətdə
– struktur, funksional və adaptiv istiqamətlərdə öyrənildiyi
Dostları ilə paylaş: |