Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə57/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   191

198

şəkildə həyata keçirilən fəaliyyət növlərində özünü daha aydın

şəkildə göstərir.  Buna voleybol, futbol komandasının və birgə

fəaliyyətə əməl olunmadan həyata keçirilməsi mümkün

olmayan digər fəaliyyət növlərində birləşən insan qruplarını aid

etmək olar.

Sosial qrupların ekspressiv funksiyasına gəldikdə buna

psixoloqlar qrupda insanın rəğbətləndirmə, hörmət və etimada

tələbatının təmin olunmasında ifadə olunmasını aid edirlər. 

Başqa sözlə sosial qruplar insanların qeyd olunan tələbatlarını

ödəmək vəzifəsini də yerinə yetirirlər. 

Sosial qrupun müdafiəedici funksiyasına gəldikdə    elə

həmin funksiyanın adı onun mahiyyətini başa düşməyə imkan

verir. Sosial qrup öz üzvlərinin hərtərəfli müdafiəsi üçün əsaslı

şərait yaradan bir birlik kimi fəaliyyət göstərir. 

III. 6. 2. Qrupların  təsnifatı

Qrupları müxtəlif əsaslara görə təsnif edirlər. Hər şeydən

əvvəl qrup üzvlərinin miqdarına,  tanışlıq və yaxınlıq

səviyyəsinə görə qrupları böyük və kiçik olmaqla iki yerə

bölürlər. 

Böyük qrup 30-40- dan artıq insan birliyidir.  Böyük

qrupun üzvləri bir-birini tanımaya,  bir-biri ilə görüşməyə

bilirlər.  Bu cür qruplara çoxsaylı tələbə və müəllim kollektivi

olan Universitetləri, böyük şirkətləri, dövlətləri, millətləri və s. 

aid etmək olar. Ən böyük insan birliyi bəşəriyyətdir. 

Kiçik qrupa gəldikdə bu 2-dən 30-40  qədər insan bir-

liyidir. Kiçik sosial qruplarda insanların bir-birilə təması daha

yaxın və daimi xarakter daşıyır.  Kiçik sosial qrupun üzvləri

ümumi bir işlə məşğul olur və bir-birilə birbaşa qarşılıqlı

əlaqədə olurlar.  İnsan öz həyatının çox hissəsini bu qrupun

daxilində keçirir. Ona görə də bir-birlərini yaxşı tanıyırlar. 

Kiçik qrupların üzvlərinin sayı 7  nəfərdən artıq

olmadıqda belə qrupları ilkin kiçik qrup adlandırırlar. Məsələn, 




199

yeni yaranmış ailəni ilkin qrup adlandırırlar.  İnsan adətən bir

ilkin qrupun iştirakçısı olur. Hər hansı mikro sosial qrup onun

iştirakçıları üçün ilkin qrupa çevrilə bilər.  Bütün ilkin qruplar

eyni zamanda kiçik qrup olub uzun müddət, bəzən insanın

ömrü boyu davam edən qruplar olaraq qalır.  İlkin qrupun

iştirakçıları daimi təmas nəticəsində bir-birini yaxşı tanıyır, bir-

birinə bələd olurlar. 

İlkin qrupun iştirakçıları arasında məhrəmlik və ümumi  

məxvilik mövcud olduğundan,  onların dünyaya «özlərinə» 

məxsus baxışları və xüsusi qiymətləndirmə sistemləri yaranır. 

Qarşılıqlı maraqların anlaşılması və eyni qrupa mənsub olmaq

hissi ilkin qrupun iştirakçılarını daha həmrəy hərəkət etməyə

məcbur edir.  İlkin qrupda sosial nəzarət olub,  iştirakçılar öz

hüquq və vəzifələrini  könülllü anlayır və yerinə yetirirlər. 

Qeyd etmək lazımdır ki,  ilkin qruplarda baxışlar, 

təsəvvür və motivlər birgə yaşayış və fəaliyyət şəraitində

tədricən formalaşır və təkrar nəticəsində müxtəlif stereotiplər

yaranır.  İlkin qrupun yaşayış tərzi,  adət və ənənələri mövcud

olur ki,  onlar tədricən formalaşır və sosial ünsiyyət şəklində

yeni iştirakçılara keçir. 

İlkin qruplar özləri eyni zamanda kiçik qrup olmaqla, 

kiçik qrupda olan ilkin qruplardan birinə çevrilə bilir.  Başqa

sözlə, bəzən bir kiçik qrupda bir neçə ilkin qrup mövcud ola bi-

lir. 

Kiçik qrupların növləri. Sosial psixologiyada kiçik

qrupların mövcudluq dərəcəsinə görə iki növünü: real və şərti

qrupları qeyd edirlər. 

Şərti qruplar,  adından məlum olduğu kimi müəyyən

şərtlər,  adamların

müəyyən xüsusiyyətlərə

(cins,  yaş, 

həmkarlıq və s.)  əsasən müəyyən qrupa daxil edilməsi

nəticəsində yaranır.  Məsələn,  Universitetin tələbələrini oğlan

və qız olmalarına,  idman və musiqi ilə maraqlanmalarına, 

yaşlarına görə qruplaşdırmagı buna misal göstərmək olar. Şərti

qrup bəzən statik qrup da adlandırılır.  Şərti qrup iştirakçıları



200

eyni zaman və məkan daxilində yaşamaya və bir-biri ilə

rabitədə,  təmasda olmaya da bilirlər.  Bununla yanaşı olaraq

şərti qrupların yaradılmasından müvafiq eksperimentlərin

nəticələrini təhlil edərkən də istifadə olunur.  Bu zaman

tədqiqatçı üzərində tədqiqat apardığı yoxlananları bu yolla

qruplaşdıra bilir.  Məsələn,  prof.  Ə.Bayramov müxtəlif

məktəblərdə

siniflərdə



apardığı

müəyyənedici

eksperimentlərə əsasən aglın tənqidiliyinin səviyyəsinə görə

şagirdləri 4  qrupa bölmüşdür:  təhriksiz olaraq tənqidi

düşünənlər;  qismən təhriklə tənqidi düşünənlər;  tam təhriklə

tənqidi düşünənlər; heç cür tənqidi düşünə bilməyənlər. 



Real qruplara gəldikdə bunlara müəyyən zaman və

məkan daxilində real münasibətlərlə birləşmiş insan birliyini

aid edirlər. Məsələn, ailə, bir sinfin şagirdləri, məktəbin peda-

qoji kollektivi və s. Real qrupların üzvləri daima bir-birləri ilə

təmasda olurlar. 

Sosial psixologiyada kiçik qrupların məqsəd və

xarakterinə görə daha iki növünü qeyd edirlər: rəsmi (formal)

və qeyri – rəsmi  (qeyri formal).



Rəsmi qruplar rəsmi sənədlər əsasında yaradılmış

qruplardır. Bu cür qruplarda münasibətlər inzibati-hüquqi yolla

müəyyən olunur və tənzim edilir.  Rəsmi qruplarda qrup

üzvlərinin

mövqeyi



davranışı



ciddi

qaydalarla

reqlamentləşdirilir. Bu cür qruplar daima mütəşəkkil qrup olub, 

onun üzvlərinin hüquq və vəzifələri müvafiq təlimat və

sənədlərdə öz əksini tapır.  Özünün şəxsi töhfəsi və özünün

xidməti və ictimai funksiyalarını yerinə yetirməsindəki

məsuliyyət dərəcəsindən asılı olaraq    rəsmi qrupun bütün

üzvləri burada müvafiq yer, mövqe tuturlar. Bu cür rəsmi qrup-

lara orta məktəbdəki sinifləri,  ali məktəb tələbə qruplarını, 

kafedraları, hərbi qrupları və s. misal göstərmək olar. 



Qeyri-rəsmi qruplara gəldikdə, adından göründüyü kimi, 

rəsmi sənədlər əsasında yaradılmayan insan birliyidir.  Bu cür

qrupun üzvlərinin dəqiq qeyd edilmiş məqsədi olmur.  Bu cür



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə