Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə92/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   191

320

ayrı elementləri həyatdan, keçmiş qavrayışlarımızdan, yaddaşı-

mızdan götürülmüş olur.                                                                                                                             

Təxəyyülün təfəkkürlə əlaqəsi onda ifadə edilir ki, 

təxəyyül də varlığın özünəməxsus şəkildə inikasıdır.  Lakin

təfəkkür bir psixi proses kimi varlığı,  aləmi anlayışlarla

əməliyyat aparmaq vasitəsi    ilə əks etdirirsə,  təxəyyül varlığı

konkret obrazlı formada əks etdirir.  Biz bu cəhəti alimin və

yazıçının fəaliyyətində aydın şəkildə görə bilərik.  Alim də, 

yazıçı da varlığı əks etdirir, lakin biri məntiqi dəlillərlə, sübut-

larla, digəri isə təxəyyülün köməyi ilə, yaratdığı obrazlarla.

       Təxəyyül bir psixi proses kimi, təbii ki, müəyyən fizioloji

proseslərlə, beyinin fəaliyyəti ilə bağlıdır. Burada ilk növbədə

insan beyninin analitik-sintetik fəaliyyəti mühüm əhəmiyyət

daşıyır. 

Belə ki, insan öz praktik, əməli fəaliyyətində varlığın ci-

sim və hadisələrini tərkib elementlərinə ayırır.

Məhz bu elementlər sonradan başqa bir,  yeni qaydada

birləşdirilir,  yeni surətlər yaradılır.  Varlıq,  aləm bu surətlərdə

əks etdirilir.

Təxəyyül

surətlərinin

yaranmasının

fizioloji

mexanizmində əvvəllər beyində yaranmış müvəqqəti sinir

rabitələrinin yenidən,  yeni qaydada birləşməsi və canlanması

dayanır.

Əlbəttə yeni birləşmələrin,  assosiasiyaların yaranması

üçün mövcud, əvvəlki rabitələrin dissosiasiyası zəruridir.

Nəzərə alsaq ki,  təxəyyül ali psixi    funksiyadır,  demək, 

təxəyyülün fizioloji mexanizmində baş beyin yarımkürələri

qabağında  gedən proseslər dayanmalıdır. Lakin psixoloqlardan

R.S.Nemovun dediyi    kimi,  baş-beyin qabığının    təxəyyüllə

bağlı olan fəaliyyəti lazımi dərəcədə öyrənilməmişdir. Son za-

manlarda təxəyyül fəaliyyətinin beynin aşağı    şöbəsinin

fəaliyyəti ilə bağlılığı barədə fərziyələr irəli sürülmüşdür.  Bu

sahədə aparılan tədqiqatlar da bu fərziyyənin doğruluğunu



321

sübut edir.  Belə ki,  beynin aşağı şöbəsində yerləşən hipotali-

mik- limbik sistemdə zədələnmə əmələ gəldikdə psixikada xa-

rakterik pozğunluqlar özünü göstərir.  Bu pozğunluqlar onda

ifadə edilir ki,  xəstə özünün      davranışını planlaşdıra bilmir. 

Nəzərə alsaq ki,  insanın öz davranışını planlaşdırması və onu

idarə etməsi təxəyyül fəaliyyəti ilə bağlıdır, onda hipotalamik-

limbik sistemin təxəyyül fəaliyyətində oynadığı rol aydın olur.

Təxəyyül fenomen xüsusiyyətlərə malik psixi prosesdir. 

Burada qeyri-adi olan odur ki,  təxəyyül obrazları beyində

gedən fizioloji proseslərin nəticəsində yaranırsa da, bu obrazlar

yarandıqdan sonra  orqanizmdə gedən digər fizioloji proseslərə

təsir edə bilir.

Bu fikri təsdiq etmək üçün psixoloji    ədəbiyyatda belə

misallardan istifadə edilir.  Məşhur yazıçı Floberin özünün

yazdığı  kimi  o, «Xanım Bavari» romanının qəhrəmanı Bava-

rinin zəhəri içməsi səhnəsini təsvir edərkən    ağzında      zəhər

tamı duyğusu əmələ gəlib. Yaxud, deyilənə görə, Volter hər ili

Varfolomey gecəsinin il dönümündə xəstələnirmiş.  Dini fana-

tizmin qurbanı olmuş minlərlə  günahsız  adamın öldürüldüyü

həmin gün haqqında düşüncələr,  bununla bağlı onda yaranan  

təxəyyül obrazları onun bədənində titrəmənin əmələ gəlməsinə, 

daha sonra, temperaturun qalxmasına, nəbzinin döyüntülərinin

çoxalmasına səbəb olarmış.

Bəzən,  həkimin ehtiyatsızlıqla xəstəyə dediyi sözün

nəticəsində xəstə təxəyyülündə özünü ağır xəstəliyə tutulmuş

insanın obrazı kimi    canlandırır ki,  bu da bu xəstəliklə bağlı

simptomların həqiqətən həmin xəstədə təzahür etməsinə səbəb

ola bilir.

Nəhayət,  təxəyyül obrazlarının fizioloji proseslərə təsiri

ilə bağlı ideomotor aktlar haqqında da danışmaq olar.

Volf    Messinqin,  Tofiq Dadaşovun məlum təcrübələrini

yadımıza salaq. Onlar gizlədilmiş cismi tapa bilirlər. Ona görə

tapa bilmirlər ki, həmin cismi gizlədən adam təxəyyülündə öz

işinin obrazını yaradır.  Təxəyyül obrazları da öz növbəsində



322

həmin şəxsin ayrı-ayrı üzvlərinə, onların fəaliyyətinə təsir edir

və hərəkət aktları törədir.  Bunlara idiomotor aktlar deyilir. 

Fövqəladə dərəcədə həssaslığa malik olan ekstrasens idiomotor

aktların çox incə siqnallarını tutur və nəticədə gizlədilmiş cismi

tapa bilir.

Təxəyyüldən psixoterapiyada da  geniş istifadə olunur və

müəyyən    psixoloji gərginliyin aradan qaldırılmasına imkan  

verir.

Təxəyyül çox mürəkkəb psixi prosesdir. Heç şübhəsiz ki, 



onun fizioloji əsası ilə bağlı hələ öyrənilməmiş xeyli məsələlər

mövcuddur.       



         IV. 12. 2..  Təxəyyülün növləri

Təxəyyül surətlərinin yaradılması müxtəlif səviyyələrdə

gedə bilir.  Bu səviyyələr onunla müəyyən edilir ki,  insan bu

prosesə    nə qədər şüurlu münasibətdə olur.  Bu baxımdan

təxəyyülün iki növü mövcuddur: passiv və fəal təxəyyül.

Passiv təxəyyül prosesində surətlərin yaradılması ətraf

mühiti dəyişdirməyə yönəlmiş yaradıcı fəaliyyət kimi özünü

göstərmir. İnsan reallıqdan uzaq olan surətlər yaradır. Bu halda

insan fantastik təsəvvürlər aləminə qapılır,  özünün çətin

vəzifələrini həyata keçirmək naminə,  sanki,  təxəyyülünün

yaratdığı surətlərin arxasında gizlənir.  Bu cür təxəyyül növü

passiv təxəyyül adlanır.  Passiv təxəyyül özü də iki növə, 

niyyətli və niyyətsiz təxəyyül növlərinə ayrılır. Yuxarıdakı mi-

salda verdiyimiz təxəyyül prosesi niyyətli passiv təxəyyül pro-

sesidir.  Niyyətli şəkildə gedən təxəyyül prosesində həyatda

təcəssümü mümkün olmayan surətlər yaradılarsa,  buna xülya

deyilir.

Xoş,  sevincli,  dadlı xülyaya qapılmaq hər kəsə xas olan

bir cəhətdir. Xülya obrazları ilə insanın tələbatları arasında bir

başa rabitə,  əlaqə mövcuddur.  Belə bir cəhəti xüsusilə qeyd

etmək lazımdır ki,  insanın təxəyyül fəaliyyətində bu növ



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə