326
Təxəyyül surətlərini yaradarkən digər sintezləşdirmə
tərzlərindən də istifadə edilir. Belə tərzlərdən biri aqqlyutina-
siya adlanır. Aqqlyutinasiya elə sintezləşdirmə tərzidir ki, bu
zaman real həyatda biri-biri ilə birləşməyən müxtəlif
keyfiyyətləri, xassələri, hissələri birləşdirilərək yeni bir surətin
yaradılması prosesi baş verir.
Məsələn, su pərisi surətinin yaradılması prosesi real
həyatda birləşməsi mümkün olmayan qadının başı və balığın
gövdəsi kimi hissələrin birləşdirilməsi əsasında baş verir.
Çoxəlli
ilahələrin, yeddibaşlı
əjdahaların
obrazlarının
yaradılması da sintezləşdirmənin aqqlyutinasiya deyilən
tərzinin köməyi ilə edilmişdir.
Təxəyyül prosesində özünü göstərən sintezləşdirmə
tərzlərindən biri
də
hiperbolizasiyadır. Hiperbolizasiya
təxəyyül obrazlarının yaradılmasında mübaliğədən istifadə
etmək deməkdir. Mübaliğə iki istiqamətdə gedə bilər: şişirtmə
və kiçiltmə istiqamətində. Məsələn, nağıllarımızda və
dastanlarımızda xalq öz qəhrəmanlarının obrazını yaradarkən
mübaliğədən geniş istifadə etmişdir. Məsələn, «Koroğlu»
dastanında belə bir əhvalat nəql olunur ki, Keçəl Həmzə Qıratı
qaçırandan sonra dəyirmanda Koroğlu ilə Dürat qalır. Bu za-
man dəyirmana bir kişi iki öküzlə dörd çuval arpa və buğda
gətirir. Koroğlu özünü dəyirmançı adlandırır və yükü qəbul
edir. Sonra iki çuval arpanı bir çuvala doldurub Düratın
qabağına qoyur, öküzün də birini kəsib, kabab çəkib yeyir. La-
kin taxılın da öküzün də pulunu verib, Dürata minib yola düşüb
gedir. Göründüyü kimi burada Koroğlunun da, Düratın da
obrazını yaradarkən xalq mübaliğədən istifadə etmişdir.
Yaxud «Kitabi-Dədə Qorqud» dastanında oxuyuruq.
Qaracıq Çoban kafirin üç yüzünü sapan daşı ilə yerə buraxdı.
Çobanın daşı tükəndi, qoyun deməz, keçi deməz sapanın
aynasına qoyub atar, kafir yıxar. Burada da Qaracıq çobanın
obrazının
yaradılmasında
hiperbolizasiyadan
istifadə
edilmişdir.
327
Təxəyyül prosesində təxəyyül surətlərinin yaradılmasında
istifadə edən tərkib üsullarından biri də nəzərə çarpdırmaq,
yaxud aksentləşdirmədir. Aksentləşdirmə zamanı xarakterik
olan cəhət odur ki, surətlərin yaradılması prosesində
birləşdirilən, tərkib edilən elementlərdən biri qabarıq, daha
nəzərə
çarpacaq
şəkildə
olur. Yoldaşlıq
şarjlarının,
karikaturaların yaradılmasında rəssam həmin tərzdən istifadə
edir.
Təxəyyül
sutlərinin
yaradılması
prosesində
sxematikləşdirmə, tipikləşdirmə deyilən tərzlərdən də istifadə
edilir.
IV. 12. 4. Təxəyyül və oyun
Təxəyyül və oyun bir-biri ilə sıx əlaqəyə malikdir.
Məktəbəqədər yaş dövründə istər evdə ailə tərbiyəsi, istərsə də
bağçada aparılan tərbiyə nəticəsində uşaqların oyun prosesində
onların təsəvvür ehtiyatı xeyli artır, yaddaş fəaliyyəti,
təfəkkürləri inkişaf edir, uşaqlarda yeni tələbatlar əmələ gəlir.
Bütün bunlar isə onların təxəyyüllərinin geniş və məzmunlu
xarakter alması ilə nəticələnir.
İstər əvvəlki dövr, istərsə də məktəbəqədər yaş dövrü ol-
sun, ümumiyyətlə, uşaqlarda təxəyyül oyun prosesində inkişaf
edir.
3-4 yaşlı uşaqlarda da belə bir tələbat əmələ gəlir. Uşaq
edə bilməyəcəyi bir iş görmək istəyir, özünü kiməsə
oxşatmaq, bənzətmək istəyir. Oyun prosesində uşaq özünü atın
üstündə oturan, at çapan atlıya, təyyarəçiyə, sürücüyə, mü-
əllimə, həkimə bənzədir. Uşaq öz oyununda təqlid yolu ilə bu
peşə sahiblərinin zahirdə olan hərəkətlərini yamsılayır. Təbiidir
ki, bütün bunlar uşağın idrakına, psixikasının inkişafına güclü
təsir edir. Uşaq oyun prosesində cisimlərin əlamətlərini,
insanların funksiyalarını, insanlar arasındakı münasibətləri
328
dərk etməyə başlayır. Oyun prosesində uşaq ancaq gördüklərini
mütləq mənada təkrar etmir. O, öz oyununda əks etdirdiyi,
təqlid etdiyi işə, hərəkətə yeni, nəyi isə əlavə edir. Uşağın oyun
fəaliyyətində yaradıcılıq ünsürləri nəzərə çarpır.
Uşağın təxəyyülünün yaradıcı funksiyası özünü büruzə
verir. Uşaq şəraiti dəyişdirir, predmetləri yeni qaydada
yerləşdirməyə can atır, əşyalara özü bildiyi funksiyaları həvalə
edir. Uzun ağac parçası-ata, stul- avtomobilə, gəlinciklər-
müəllimə, anaya, uşağa çevrilir.
Oyun prosesində uşağın təxəyyülü ixtiyari xarakter
daşımağa başlayır. Belə ki, təxəyyül obrazları əvvəlcədən
müəyyən olunmuş məqsədlə bağlı olaraq yaradılır. Lakin,
məktəbəqədər yaş dövrünün əvvəllərində bu məqsəd uşağın
özü tərəfindən deyil, böyüklər tərəfindən uşağın qarşısında
qoyulur. Məsələn, kubikləri uşağın qabağına tökür və deyirik:
«Bu kubiklərdən evcik qur». Karandaş və ağ kağız verir və
deyirik: «Pişik çək». Uşaq da öz bacarığı dairəsində bu işi
görür və bu prosesdə onda istər-istəməz təxəyyül fəaliyyəti
canlanır.
Məktəbəqədər yaşın sonrakı dövrlərində uşaq özü
fəaliyyətə başlamamışdan qabaq qarşısına müəyyən məqsədlər
qoyur. Beləliklə də, nəticə etibarı ilə uşağın təxəyyül fəaliyyəti
ümumən onun fəaliyyətinə bir ixtiyarilik gətirir. Təxəyyülün
uşaqlarda inkişafı onların oyunlarını daha mürəkkəb və
davamlı edir. Psixoloqlardan V.S.Muxinanın tədqiqatlarına
əsasən oyun 3-4 yaşlı uşaqlarda 10-15 dəqiqə, 5 yaşlı
uşaqlarda 40-50 dəqiqə, 6-7 yaşlı uşaqlarda bir neçə saat da-
vam edə bilir.
Uşaqlarda oyun fəaliyyətinin bu şəkildə olan inkişafı
onların təxəyyülünü də zahiri köməyə ehtiyacı olan bir
fəaliyyətdən elementar şəkildə olsa da söz yaradıcılığını və
bədii yaradıcılığı həyata keçirməyə imkan verən daxili bir
fəaliyyətə çevirir.
Dostları ilə paylaş: |