320
ayrı elementləri həyatdan, keçmiş qavrayışlarımızdan, yaddaşı-
mızdan götürülmüş olur.
Təxəyyülün təfəkkürlə əlaqəsi onda ifadə edilir ki,
təxəyyül də varlığın özünəməxsus şəkildə inikasıdır. Lakin
təfəkkür bir psixi proses kimi varlığı, aləmi anlayışlarla
əməliyyat aparmaq vasitəsi ilə əks etdirirsə, təxəyyül varlığı
konkret obrazlı formada əks etdirir. Biz bu cəhəti alimin və
yazıçının fəaliyyətində aydın şəkildə görə bilərik. Alim də,
yazıçı da varlığı əks etdirir, lakin biri məntiqi dəlillərlə, sübut-
larla, digəri isə təxəyyülün köməyi ilə, yaratdığı obrazlarla.
Təxəyyül bir psixi proses kimi, təbii ki, müəyyən fizioloji
proseslərlə, beyinin fəaliyyəti ilə bağlıdır. Burada ilk növbədə
insan beyninin analitik-sintetik fəaliyyəti mühüm əhəmiyyət
daşıyır.
Belə ki, insan öz praktik, əməli fəaliyyətində varlığın ci-
sim və hadisələrini tərkib elementlərinə ayırır.
Məhz bu elementlər sonradan başqa bir, yeni qaydada
birləşdirilir, yeni surətlər yaradılır. Varlıq, aləm bu surətlərdə
əks etdirilir.
Təxəyyül
surətlərinin
yaranmasının
fizioloji
mexanizmində əvvəllər beyində yaranmış müvəqqəti sinir
rabitələrinin yenidən, yeni qaydada birləşməsi və canlanması
dayanır.
Əlbəttə yeni birləşmələrin, assosiasiyaların yaranması
üçün mövcud, əvvəlki rabitələrin dissosiasiyası zəruridir.
Nəzərə alsaq ki, təxəyyül ali psixi funksiyadır, demək,
təxəyyülün fizioloji mexanizmində baş beyin yarımkürələri
qabağında gedən proseslər dayanmalıdır. Lakin psixoloqlardan
R.S.Nemovun dediyi kimi, baş-beyin qabığının təxəyyüllə
bağlı olan fəaliyyəti lazımi dərəcədə öyrənilməmişdir. Son za-
manlarda təxəyyül fəaliyyətinin beynin aşağı şöbəsinin
fəaliyyəti ilə bağlılığı barədə fərziyələr irəli sürülmüşdür. Bu
sahədə aparılan tədqiqatlar da bu fərziyyənin doğruluğunu
321
sübut edir. Belə ki, beynin aşağı şöbəsində yerləşən hipotali-
mik- limbik sistemdə zədələnmə əmələ gəldikdə psixikada xa-
rakterik pozğunluqlar özünü göstərir. Bu pozğunluqlar onda
ifadə edilir ki, xəstə özünün davranışını planlaşdıra bilmir.
Nəzərə alsaq ki, insanın öz davranışını planlaşdırması və onu
idarə etməsi təxəyyül fəaliyyəti ilə bağlıdır, onda hipotalamik-
limbik sistemin təxəyyül fəaliyyətində oynadığı rol aydın olur.
Təxəyyül fenomen xüsusiyyətlərə malik psixi prosesdir.
Burada qeyri-adi olan odur ki, təxəyyül obrazları beyində
gedən fizioloji proseslərin nəticəsində yaranırsa da, bu obrazlar
yarandıqdan sonra orqanizmdə gedən digər fizioloji proseslərə
təsir edə bilir.
Bu fikri təsdiq etmək üçün psixoloji ədəbiyyatda belə
misallardan istifadə edilir. Məşhur yazıçı Floberin özünün
yazdığı kimi o, «Xanım Bavari» romanının qəhrəmanı Bava-
rinin zəhəri içməsi səhnəsini təsvir edərkən ağzında zəhər
tamı duyğusu əmələ gəlib. Yaxud, deyilənə görə, Volter hər ili
Varfolomey gecəsinin il dönümündə xəstələnirmiş. Dini fana-
tizmin qurbanı olmuş minlərlə günahsız adamın öldürüldüyü
həmin gün haqqında düşüncələr, bununla bağlı onda yaranan
təxəyyül obrazları onun bədənində titrəmənin əmələ gəlməsinə,
daha sonra, temperaturun qalxmasına, nəbzinin döyüntülərinin
çoxalmasına səbəb olarmış.
Bəzən, həkimin ehtiyatsızlıqla xəstəyə dediyi sözün
nəticəsində xəstə təxəyyülündə özünü ağır xəstəliyə tutulmuş
insanın obrazı kimi canlandırır ki, bu da bu xəstəliklə bağlı
simptomların həqiqətən həmin xəstədə təzahür etməsinə səbəb
ola bilir.
Nəhayət, təxəyyül obrazlarının fizioloji proseslərə təsiri
ilə bağlı ideomotor aktlar haqqında da danışmaq olar.
Volf Messinqin, Tofiq Dadaşovun məlum təcrübələrini
yadımıza salaq. Onlar gizlədilmiş cismi tapa bilirlər. Ona görə
tapa bilmirlər ki, həmin cismi gizlədən adam təxəyyülündə öz
işinin obrazını yaradır. Təxəyyül obrazları da öz növbəsində
322
həmin şəxsin ayrı-ayrı üzvlərinə, onların fəaliyyətinə təsir edir
və hərəkət aktları törədir. Bunlara idiomotor aktlar deyilir.
Fövqəladə dərəcədə həssaslığa malik olan ekstrasens idiomotor
aktların çox incə siqnallarını tutur və nəticədə gizlədilmiş cismi
tapa bilir.
Təxəyyüldən psixoterapiyada da geniş istifadə olunur və
müəyyən psixoloji gərginliyin aradan qaldırılmasına imkan
verir.
Təxəyyül çox mürəkkəb psixi prosesdir. Heç şübhəsiz ki,
onun fizioloji əsası ilə bağlı hələ öyrənilməmiş xeyli məsələlər
mövcuddur.
IV. 12. 2.. Təxəyyülün növləri
Təxəyyül surətlərinin yaradılması müxtəlif səviyyələrdə
gedə bilir. Bu səviyyələr onunla müəyyən edilir ki, insan bu
prosesə nə qədər şüurlu münasibətdə olur. Bu baxımdan
təxəyyülün iki növü mövcuddur: passiv və fəal təxəyyül.
Passiv təxəyyül prosesində surətlərin yaradılması ətraf
mühiti dəyişdirməyə yönəlmiş yaradıcı fəaliyyət kimi özünü
göstərmir. İnsan reallıqdan uzaq olan surətlər yaradır. Bu halda
insan fantastik təsəvvürlər aləminə qapılır, özünün çətin
vəzifələrini həyata keçirmək naminə, sanki, təxəyyülünün
yaratdığı surətlərin arxasında gizlənir. Bu cür təxəyyül növü
passiv təxəyyül adlanır. Passiv təxəyyül özü də iki növə,
niyyətli və niyyətsiz təxəyyül növlərinə ayrılır. Yuxarıdakı mi-
salda verdiyimiz təxəyyül prosesi niyyətli passiv təxəyyül pro-
sesidir. Niyyətli şəkildə gedən təxəyyül prosesində həyatda
təcəssümü mümkün olmayan surətlər yaradılarsa, buna xülya
deyilir.
Xoş, sevincli, dadlı xülyaya qapılmaq hər kəsə xas olan
bir cəhətdir. Xülya obrazları ilə insanın tələbatları arasında bir
başa rabitə, əlaqə mövcuddur. Belə bir cəhəti xüsusilə qeyd
etmək lazımdır ki, insanın təxəyyül fəaliyyətində bu növ
Dostları ilə paylaş: |