əridilmə prosesində 3000-4000 nı^ qaz ayrılır, onların tərkibində
tozun qatdığı orta hesabla 0,5 qm^ təşkil edir.
Metan ərimə zonasına oksigen verildikdə isə toz
əmələgəlmə dəfələrlə çoxalaraq 15-52 qm^-a çatır.
Kokskimyəvi istehsalı atmosfer havasına tozla və uçucu
birləşmələrin qarışığı ilə çikrləndirir. İş rejimi pozulduqda isə
atmosferə külli miqdarda təmizlənmiş koks qazı atılır.
Əlvan metallurgiya - gil - torpaq - alüminium- oksidi,
alüminium, mis, qurğuşun, qalay, sink, nikel və digər metalların
peçdə istehsalı zamanı zərərli maddələr əmələ gəlir. Əlvan
metallurgiya atmosfer havasını əsasən kükürd anhidridi (75%),
karbon qazı (10,5%) və tozla çirkləndirir.
Kimya və neft-kimya sənayesi - turşuların (sulfat
turşusu, xorid turşusu, fosforit turşusu, nitrat turşusu və s.)
istehsalı
və
s.
zamanı
atmosferə
tullantılar
atılır.
Çirkləndiricilərin tərkibində karbon qazı (28%), kükürd anhidridi
(16,3%), azot oksidi (6,8%) olur. Neftayırma sənaye müəssisələri
atmosferi karbohidrogen (23%), kükürd qazı (16,6%), karbon
qazı (7,3%), azot oksidi (2%) birləşmələrilə çirkləndirir.
Respubikamızda kimya və neft-\ kimya müəssisələrinin çoxu
Bakı və Sumqayıt şəhərərində' cəmləşmişdir. Mövcud
müəssisələrin texniki təchizatı, təmizləyici qurğularının çoxunun
yararsız vəziyyətdə olması, qaz-toz tutucu avadanlıqlarının
sıradan çıxması ətraf mühitə normadan artıq tullantıların
atılmasna səbəb olur.
Tikinti materialları sənayesi - sement və digər
bərkidici materiallar, azbest, tikinti keramika və saxsı
materialları, istilik və səs izoləedici materiallar istehsalında
atmosferə toz və asılı maddələr atılır.
Bundan başqa tullantılarda hidrogen-sulfıd (0,03 %),
formaldehid (0,02%), toluol (0,02%), benzol (0,01%), vanadium
5-oksid (0,01%) də olur. Sement, azbest və digər ^ tikinti
materialları istehsal edən zavodların ətrafında
33
havada benzopirin, toz və digər zərərli maddələrin yüksək tərkibi
müşahidə olunur.
Sement sənayesində xamaal kimi mercel qarışıqh və gil
şistəlri qarışığı olan əhəng daşlarından istifadə edilir. Həmin
texnologiya çoxlu toz hissəciklərinin ayrılması ilə səciyyələnir
ki, bu da sement tozu ilə atmosfer havasını daha çox çikrləndirir.
Təxmini hesablamalara görə yer atmosferinə ildə 100
min tonlarla zəhərli qazlar və tozlar atılır. Bu çirkləndiricilər
sənaye rayonlarında külək vasitəsilə başqa yerlərə aparılmasına
və çökdürülməsinə baxmayaraq, bir çox hallarda sənaye
şəhərləri ətrafında yüksək çirklənmə kəsafətliyi (konsentrasiya)
yaradır.
Ağac emalı və sellüloz-kağız sənayesi - ətrafa xeyli
çirkləndirici maddələr yayır.
Ağac emalı və sellüloz-kağız sənayesi müəssisələri
tərəfindən atmosferə buraxılan xarakterik çrkləndirici maddələr
bunlardır: bərk (sülb) maddələr (29,8%), karbon qazı (28,2%),
kükürd anhidridi (26,7%), azot oksdləri (7,9%), toİLiol (1%),
hidrogen sulfid (0,9%), aseton (0,5%), ksilol (0,45%), butil
asetat (0,4%), etil-asetat (0,4%), formaldehid (0,1%),
metilmerkaptan (0,2%).
İES-lərin ətrafı həmişə ziyanlı aerozolla daha zəngin
olur. Azərbaycanda inşa olunmuş İES-də əsas yanacaq kimi qaz
(80-87%) və mazutdan (13-20%) istifadə olunur.
Azərbaycanın böyük lES-ləri (1 mln.mvt.) Abşeron
rayonunda. Mingəçevir şəhəri yaxınlığında) və Şirvan şəhərinin
10-15 km-liyində yerləşir.
Azərbaycanın bütün İES-ləri yanacaqla (mazut) və qazla
işləyir. Mazutun kükürdlülük dərəcəsi 2%təşkil edir. Tüstü
borularından atmosferə sutkada 700-1000 ton kükürd və azot
oksdəçəri atılır. Azərbaycanın iri İES-ləri ətrafında 3-5 km
radiusunda havada CO-in qatılığı yüksək həddə çataraq 0,4-0,6
mq/m^ təşkil etmişdir. Tədqiqatların nəticələri göstərdi ki,
kükürd qazının, azot 2-oksidin və
34
tozun qatılığının zonal yayılması qanunauyğun olaraq stansiyanın
yerləşdiyi mənbələrdən 2,5-3 km məsafədə maksimum çirklənmə
müşahidə edilir. Azərbaycan İES-də (Mingəçevir) qaz işlədilərsə
adambaşına ildə 250-300 kq his düşər, mazutdan istifadə zamanı
bir rəqəm 5 dəfə yüksək olur. Təəssüf ki, 1986-cı ildən bəri
yüksək kükürdlü (4%-ə qədər) mazutdan istifadə edilir.
Atmosferi radioaktiv maddələr də çirkləndirir. Havam
daha çox çirkləndirən digər mənbə hazırda nəqliyyat vasitləri,
xüsusilə avtomobillərdir. Nəqliyyat insanların həyatına güclü
təsir göstərir. Şəhərlər böyüdükcə nəqliyyat problemi kəskin hal
alır. Bəzi şəhərlərdə onların buraxdığı qazlar havanı çirkləndirən
qazların 68-80%-ni təşkil edir. Fransız alimi İ.Detrinin
məlumatına görə benzin və dizellə işləyən mühərriklər havaya
CO2-5,0 və 9,0%, CO- 4,0 və 0,1%, oksigen-4,0 və 9,0%,
hidrogen-2,0 və 0,03%, aldehidlər-0,004 və 0,002%, azot
oksidi-0,06 və 0,04%, kükürd qazı-0,006 və 0,02% atır.
Avtomobillərin atmosferə buraxdığı zərərli qazların
konsentrasiyası yalnız mühərrikin tipindən deyil, həm də
avtomobillərin texniki vəziyyətindən, edilən xidmətdən, qida və
yanma sisteminin vaxtında təmirindən və gedilən yolun
xarakterindən asılıdır.
Avtomobillərlə çirklənmələrin qarşısını almaq üçün
tulantılarm zərərlilik dərəcəsinin qiymətləndirilməsi, daxili
yanma mühərrikinin təkmilləşdirilməsi, benzinin keyfiyyətinin
artırılması, neytrallaşdırıcılardan və yanacağın alternativ
növlərindən istifadə etmək lazımdır.
Atmosferin çikrlənməsinə başqa misal göstərək:
1948-ci oktyabrın 26-sı səhər tezdən sıx və qalın duman
(buna smoq deyilir) Lenever şəhərini (ABŞ, Pens'livaniya ştatı)
bürümüşdü. Tüstü ilə duman qarışığından yaranan qurum
səkiləri, evlərin damını, körpüləri qara örtüyə bələmişdi. İki sutka
ərzində şəhərdə görüş dairəsi o qədər zəifləmişdi ki, onun
sakinləri hətta evə
35
Dostları ilə paylaş: |