Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə15/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   66

tarixinin  son  dövrüdür. O,  təqribən  1,8  milyon  il  bundan  qabaq 
başlayıb, müasir geoloji əsri də əhatə edir. Kür-Araz ovalığında 
dördüncü  dövr  dəniz  çöküntüləri  ovaligin  şərq  hissəsində  geniş 
yayılmışdır. 
Kontinental  çöküntülər üzərində quruda  yaşamış  müxtəlif 
heyvanların  skiletlərinə  rast  gəlinir.  Bu  cəhətdən  Bakının 
Binəqədi kəndi yaxınlığında yerləşən göldə müxtəlif heyvan, quş 
sümükləri  və  bitki  qalıqları  ilə  zəngin  olan  «Binəqədi 
qəbristanhğı»  çox  maraqlıdır.  Burada  aslan,  qurd,  kaftar,  ayı, 
çaqqal, tülkü və bir çox kiçik yırtıcıların, at, donuz, ceyran, kirpi, 
siçan,  dovşan,  quşlardan  -  qırğı,  qaranquş,  ördək  və  s.  müxtəlif 
böcəklərin qalıqları tapılmışdır. 
Yer qabığı əsasən üç süxur layından - çökmə süxur, qranit 
və bazaltdan ibarətdir. Yer qabığının daxili quruluşundakı fərqləri 
nəzərə alaraq onun tərkibində materik və okean tipli yer qabıqlar 
ayrılır. 
Materik tipli yer qabığı yalnız materiklər və bir sıra böyük 
adalar  (Qrenlandiya,  Madaqaskar  və  s.)  üçün  səciyyəvidir. 
Materik  yer  qabığı  üç  qatdan  (mərtəbədən)  ibarətdir.  Üst  qat 
çökmə süxurları əhatə edir. Bundan aşağıda qranit, onun altında 
isə bazalt qatı yerləşir. Platformada çökmə süxur qatının qalınlığı 
çox dəyişkəndir. 
Materik  tipli  yer  qabığının  ümumi  qalınlığı  platforma 
düzənliklərində  30-35  km,  yüksək  dağlıq  qurşaqlarında  60-  90 
km-ə çatır. 
Yerin  geoloji  inkişaf  mərhələlərində  litosfer  tavalarının 
üfüqi yerdəyişmələrini tədqiq edən alimlər müəyyən etmişlər ki. 
Yer qabığı materik və okean tipli yer qabığına bölünür. XX əsrin 
əvvəllərində  alman  alimi  A.Vaqnerin  işləyib  hazırladığı 
«materiklərin dreyfi» nəzəriyyəsi diqqəti daha çox cəlb edir. XX 
əsrin  60-cı  illərində  Dünya  okeanında  aparılan  geniş  miqyaslı 
tədqiqatlar nəticəsində Vaqnerin fərziyyəsinin ideya davamı olan 
yeni  «Litosfer tavaları»  nəzəriyyəsi  irəli sürüldü. Bu fərziyyəyə 
əsasən Yer qabığı ilə 
45 


üst mantiyadaiı ibarət olan, qalınlığı 90 km ilə 250 km arasında 
dəyişən litosfer bütöv olmayıb dərinlik çatları vasitəsilə materik 
və okean litosfer tavalarına bölünmüşdür. Fərz olunur ki, nisbətən 
bərk olan litosfer tavaları ərimiş mantiya maddələri (astenosfera) 
üzərində  yatırlar.  Mantiyada  və  nüvədə  ərimiş  maddələrin  yer 
səthinə və yerin mərkəzinə doğru şauqli yerdəyişməsi baş verir. 
Səthə  doğru  qalxan  ərimiş  maddələr  böyük  təzyiq  altında 
aşağıdan litosferə təsir göstərir. Belə təzyiq nəticəsində litosferin 
ən  nazik  hissələrində  uzunluqları  100  km-lə  ölçülən  dərinlik 
çatları əmələ gəlir. Litosfer tavalarının sərhəddi  okeanlarda orta 
okean dağ silsilələri boyu, quruda isə sıra dağlar boyu keçir. Yer 
kürəsindəki vulkan püskürmələri və zəlzələlər də əksər halda bu 
zonalarda baş verir. 
Vulkanların  püskürməsi  və  zəlzələlər  yer  kürəsində  ən 
böyük ekoloji böhranlar yaradan təbii hadisələrdir. Yer kürəsində 
litosfer tavalarının toqquşma və ayrılma zonalarında baş verən bu 
təbii  hadisələr  Avstraliya  qitəsindən  başqa  bütün  qitələri  əhatə 
edir.  Bu  hadisələr  təbii  proseslər  olsalar  da,  10  minlərlə, 
milyonlarla  insanı  yurd-  yuvasından  edir,  məhv  edir,  əraziləri 
lava,  toz  basır,  zəhərli  maddələrlə  çirklənmə  baş  verir,  evlər, 
binalar uçur, bir sözlə insanlara milyonlarla, milyardlarla manat 
maddi  ziyan  dəyir.  Ətraf  mühit  korlanır.  Bir  sözlə  litosferin 
üstündə ekoloji tarazlıq pozulur. 
2.5.
 HIDROSFERIN 

 
DÜNYA
 
OKEANININ 
EKOLOGİYASI
 

 
MÜHAFİZƏSİ 
2.5.1.
 
Təbiətdə, insanın həyat və fəaliyyətində suyun rolu 
Su Yer kürəsində ən geniş yayılmış qeyri-üzvi birləşmə 
olmaqla mühüm mineraldır. Su bütün həyat prosesinin əsası olub 
planetin  hərəkətverici  amili  olan  fotosintez  prosesinin  oksigen 
mənbəyidir?'Planetimizin su 
46 


ehtiyatları 1386 mln. km^-dir. Onun yalnız 2,5%-i, yəni 35 min 
km-^’-ni içməli sular təşki edir. Bu Yer üzərindəki hər bir adama 
8  mln.  m^  su  deməkdir.  Bu  böyük  rəqəm  olsa  da,  bu  suyun 
70%-dən  çoxu  buzlaqlarda  toplanmış  və  onları  istifadə  etmək 
hələlik  olmur.  Planetimizdə  yayılmış  canlı  aləmin  hər  birinin  - 
bitkilərdə  90,  heyvanarda  isə  75%-ni  su  təşkil  edir.  Canlı 
orqanizmlər 10-20% su itirərsə məhv olar. İnsan susuz 8 sutkadan 
artıq  yaşaya  bilmir.  Orqanizmlər  daxilində  gedən  mürəkkəb 
reaksiyalar  əsasən  suyun  təsirilə  baş  verir.  Su  məhlulları  əksər 
kimyəvi  elementlərin  miqrasiyası  üçün  şərait  yaradır.  Suyun 
iştirakı ilə orqanizm daxilində mürəkkəb reaksiyalar gedir. 
Təbii  sular  canlı  orqanizmlərlə,  litosfer  və  atmosferlə 
mürəkkəb  qarşılıqlı  əlaqədə  olurlar.  Su  -  ən  «nəcib» 
iqliməmələgətirici  amildir  və  bu  atmosferin  su  buxarlarında 
özünü  daha  fəal  göstərir.  Su  -  Yer  kürəsinin  relyefinin 
formalaşmasında ən vacib əhəmiyyətə malikdir. Və nəhayət Su - 
insanların təsərrüfat fəaliyyətinin bütün sahələri üçün zəruridir - 
sənayeni,  kənd  təsərrüfatını,  nəqliyyatı  susuz  təsəvvür  etmək 
mümkün deyildir. 
Demək  lazımdır  ki,  bütün  coğrafi  kəşflərin  əksəriyyəti 
dənizçilər,  dəniz  səyyahları  tərəfindən  olmuşdur,  kontinentlərin 
istifadəsi  və  əhali  ilə  məskunlaşması  əsasən  su  yolları  və  ona 
yaxın  yerlərdə yaradılırdı. İri çayların vadiləri ilk insan  nəslinin 
məskənləri olmuşlar. 
2.5.2.
 
Dünyanın su ehtiyatlarının paylanması və 
səmərəli istifadəsi 
Yer  səthinin  70,8%-ni  okean  və  dənizlər,  29,2%-ni  isə 
quru  təşkil  edir.  Ümumi  su  ehtiyatlarının  93,96%-i  dünya 
okeanından  ibarətdir.  Cəm  ehtiyat  isə  1454193  min  km-'’-  dur. 
Dünya  okeanında  suyun  həcmi  1.370323  min  km^-dur.  (cədvəl 
2.1). 
47 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə